Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-358/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X17 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun tanınması, maneələrin aradan qaldırılması və mənzilin təhvil verilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh MTK-ya və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Təbriz " Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında inşa etdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 65 kv m olan 1 otaqdan ibarət mənzilin ümumi müqavilə qiymət 65000 (altımış beş min) manat nəğd ödənilmiş və bu ödənişi təsdiq edən maliyyə arayışı alınmış mənzilə dair İddiaçı mülkiyyət hüququnun tanınması, sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmaqla ona təhvil verilməsi vəzifəsini cavabdeh Təbriz MTK-ya həvalə edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, İddiaçı olaraq 19 sentyabr 2020-ci il tarixində qarşılıqlı razılaşma əsasında Təbriz MTK-nın sədri X9 ilə müqavilə əsasında Təbriz Mənzil Tikinti Kooperativinin ünvan 2 ünvanında inşa etdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-cı blokunun 9- cıı mərtəbəsində umumı sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzilin, ümumi müqavilə qiyməti 65000 (altımış beş min) manat olmaqla rəğd ödəməklə həmin mənzili əldə etmişdır.(Kassa mədaxil Orderlərinə əsasən 19 sentyabr 2020-cı il tarixində 50 000 manat 29 sentyabr 2020-ci il tarixində 10 000 manat və Maliyyə arayış alınarkən isə 5 000 manat ödənilmişdir). İddiaçı ilə "Təbriz” Mənzil Tikinti Kooperativinin sədri X9 arasında 19 sentyabr 2020-ci il tarixində mənzilin alqı-satqısı haqqında 49 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-cı və 2-cı maddəsinə əsasən alıcıya ünvan 2 ünvanında inşa etdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının İ blok 9-cu mərtəbəsində 1 otaqlı sahəsi 65 kv.m olan mənzil inşa edilərək təhvil verilməlidir. Müqavilənin 4-cu maddəsinə əsasən ödəniləcək məbləğ 65.000 manat təşkil edir. Beləki, alıcı X7 müqavilənin 4-cü maddəsində nəzərdə tutulmuş mənzı m dəyərini tam şəkildə ödəmiş və Təbriz MTK tərəfindən ona mənzilin dəyərinin tam ödənilməsi və borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. İddiaçı həmin mənzildə təmir işləri aparmaq istəyərkən müəyyən edilmişdir ki, mənzil Təbriz MTK-nın rəhbərliyi tərəfindən başqa şəxsə satılmışdır. 27 may 2022-cı il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən faktla bağlı ********* nömrəli cinayət ışı başlanmışdır. 19 iyul 2022-ci il tarixdə həmin cinayət işi uzrə İddiaçı zərərçəkmış şəxs kimi tamnnıdır. Həmin qərarda göstərilmişdir ki, İddiaçı ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-cı blokunun 9-cu mərtəbəsində yerləşən 65 kv.m sahəsi c an i otaqlı mənzilin dəyərini hissə-hissə olmaqla cəmi 65 000 manat məbləğində pul vəsaitini 2020-ci ilin sentyabr ayında TƏBRİZ MTK-ya tam ödəməsinə baxmayaraq MTKnın sədri X13 tərəfindən sonradan həmin mənzil digər şəxslərə də satılmışdır. Verilmiş ərizəyə əsasən İddiaçı yalnız zərərçəkmiş şəxs qismində tanınmağı barədə qərarın surəti verilmiş, cinayət işinin başlanması və MTK-nın sədri X10 təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarların surəti verilməmişdir. Baş Prokurorluğun KİV-də yaydığı məlumata əsasən X13 CM-nin 178.4., 308.2, 313-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulan ttıham elan edilmiş, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir. Göründüyü kimi X7 19 sentybar 2020-ci il tarixli alqı-satqı müqaviləsi uzrə öhdəliklərim tam yerinə yetirmişdir. Lakin qanunsuz olaraq Təbriz MTK hüquqi sənədlərin prokurorluq orqanı tərəfindən goturulduyunu əsas gətirərək mənzilin bizə təhvil verilməsindən və öz öhdəliyinin yerinə yetirilməsindən imtina etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 xx.xx.2023-cü il tarixdə AZEMİS Məhkəmə Elektron İnformasiya Sistemi vasitəsilə İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə "Təbriz” MTK-arasındä bağlanmış, Cavabdeh MTKnın ünvan 4 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci bloku 9-cu mərtəbəsində yerləşən, 1 otaqdan ibarət və ümumi sahəsi 65 kv.m təşkil edən mənzilə dair xx.xx.2020-ci il tarixli Müqavilənin və həmin məzillə bağlı X3 adına verilmiş Maliyyə arayışının etibarsız hesab edilməsi, adı çəkilən mənzilə X1 və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra məhkəmə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia ərizəsini icraata qəbul edərək, müvafiq prosessual hərəkətlər etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, "Təbriz” MTK ilə X8 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli 29 saylı Müqaviləyə əsasən, "Təbriz” MTK-nın ünvan 4 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci bloku 9-cu mərtəbəsində yerləşən, 1 otaqdan ibarət və ümumi sahəsi 65 kv.m olan mənzilin hər bir kv.m üçün 1200 manat olmaqla, ümumilikdə dəyəri 78.000 manat məbləğində təşkil edən vəsait X8 tərəfindən tam olaraq MTK-ya ödənilmişdir. X8 tərəfindən mənzilin ümumi dəyərinin tam olaraq ödənilməsi və borcunun olmaması "xxxx" MTK tərəfindən verilmiş "Maliyyə arayışı" ilə tam təsdiq olunur. Qeyd olunmalıdır ki, tikinti işləri tam başa çatdırıldıqdan sonra, 2020-ci ilin noyabr ayında mənzil X11ma təhvil verildi və bundan sonra onun tərəfindən həmin mənzilin giriş qapısı dəyişdirilərək, mənzilin daxilində təmir-tikinti işlərinin aparılmasına başlandı. Belə ki, onun tərəfindən mənzildə elektrik, su və istilik xəttləri çəkildi, mənzilin divarları üzlüklərlə üzlənilərək mayakdan çıxarıldı. 2022-ci ilin yay aylarında X5 məlum olmuşdur ki, dəyərini tam ödəyərək aldığı mənzilin yerləşdiyi binada müəyyən problemlər yaranıb və mənzillərin bir çoxu bir neçə şəxsə təkrar olaraq satılıb. Bundan sonra, X8 mənzildə aparılan təmirtikinti işlərini müvəqqəti olaraq dayandırdı. 2022-ci ilin dekabr ayının ortalarında X5 məlum olmuşdur ki, iş üzrə iddiaçı Südabə İsgəndərova "Təbriz” MTK-ya qarşı ünvan 5 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının l-ci blok 9 mərtəbəsində 1 otaqlı mənzilə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək, mənzilə dair hüquqlarının tanınması və mənzilin ona təhvil verilməsi vəzifəsinin MTK- nın üzərinə qoyulmasını xahiş etmişdir. X8 belə bir məlumatı əldə etdikdən sonra, ərizə ilə məhkəməyə müraciət edərək, onu iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş və məhkəmə onun xahişini təmin etmişdir. İş materiallarına əlavə edilmiş Südabə İsgəndərovaya məxsus sənədlərlə tanış olduqdan sonra məlum olmuşdur ki, MTK-nın adından X2 mənzillə bağlı Südabə İsgəndərova ilə xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və həmin mənzillə bağlı ona borcunun olmamasına dair maliyyə arayışı da verilmişdir. Südabə İsgəndərova ilə bağlanmış müqaviləyə nəzər yetirildikdə məlum olur ki, onun müqaviləsinə və maliyyə arayışına kooperativin sədri T.Məhəmmədov tərəfindən deyil, digər şəxs tərəfindən imza edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrə nəzər yetiriİİdikdə məlum olur ki, müqavilələrdə və maliyyə arayışlarında olan imzalar bir-birindən fərqlənməklə tam fərqlidir. Digər tərəfdən o da qevd olunmalıdır ki, X4 adına bağlanmış müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair ikinci dəfə digər şəxslə müqavilənin bağlanması artıq tam qanunsuz olmuşdur. Bu əməllər MTK-nın əməkdaşlarının etdikləri cinayət əməlləri nəticəsində həyata keçirilmişdir ki, bunun nəticəsində də, Azərbaycan Respublikası Baş Prokuroru yanında KQMBİ-də cinayət işi başlanmış və hazırda istintaq hərəkətləri aparılmaqdadır. İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda müqavilələrə dair tam dolğun məlumatları əldə edə bilmədiklərindən iddiaçının bəzi sübutları əldə etməsi mümkün olmamışdır. Əsas da hesab edir ki, üçüncü şəxslə MTK arasında bağlanmış mübahisəli mənzilə dair müqavilənin tarixinin yuxarıda qeyd olunduğu vaxta aid olması ilə bağlı şübhələri var. Məhkəmə sorğusuna tam dolğun cavab alınmadığı üçün tərəfindən həmin halı təkzibedici sübutlar təqdim edilə bilmir, lakin bildirir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası əsassızdır, mənzil İddiaçı aiddir. Bu səbəbdən də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini etiraf etmədi, iddianın rədd edilməsini, eyni zamanda izahatında müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə eyniməzmunlu izahat verərək, üçüncü şəxs X4 iddiasının təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təmsil etdiyi şəxsin müqaviləsini imzalayan şəxs MTK-nın nümayəndəsi olmuşdur, lakin iddiaçının təqdim etdiyi müqavilə isə hazırda istintaqda barəsində cinayət işi aparılan şəxs tərəfindən imzalanmışdır. Bundan başqa N.Nuriyeva həmin mənzilə müqavilə bağladığı vaxtdan sahiblik edir, orada müəyyən təmir işləri görmüş, daha sonra məlum hadisələrdən sonra təmiri davam etdirməmiş, istintaqın yekunlaşmasını gözləmişdir.Hazırda da mübahisəli mənzilin giriş qapısının açarı üçüncü şəxsdədir, bununla yanaşı mənzilin içində görülən işlərlə bağlı fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmənin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 285 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 49 saylı müqaviləyə əsasən İddiaçı ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzili 65 000 manat dəyərində almaq üçün müraciət etmiş və tərəflər arasında müqavilə bağlanılmışdır. xx.xx.2020-ci il tarixli Cavabdeh MTK tərəfindən İddiaçı verilmiş kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı müqaviləyə əsasən 10000 manat ödəmişdir. xx.xx.2020-ci il tarixli Cavabdeh MTK tərəfindən İddiaçı verilmiş kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı müqaviləyə əsasən 50000 manat ödəmişdir. - maliyyə arayışının surətindən görünür ki, ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzili dəyəri olan 65000 manat İddiaçı oğlu tərəfindən tam ödənilmişdir, MTK-nə borcu yoxdur. - Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sizin "xxxx" MTK-ya ünvanladığınız ərizəyə cavab olaraq bildiririk ki, bütün sənədlər Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən götürüldüyü üçün sizə heç bir sənəd təqdim edə bilmirik. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işləri üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X6 19 iyul 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, 25 oktyabr 2022-ci il tarixli 2(005)-4087/2022 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılır. Həmin cinayət işi üzrə istintaq çərçivəsində Cavabdeh MTK tərəfindən ünvan 7 ünvanında inşa edilən 6 bloklu yaşayış binalarından 1-ci blokda yerləşən mənzillərin, o cümlədən 1-ci blokun 9-cu mərtəbəsində yerləşən 1 otaqlı, 65 m2 sahəsi olan mənzilin MTK-nın vəzifəli şəxsləri tərəfindən iki və daha artıq şəxslərə satılması üzrə xüsusatlar araşdırılır. Hazırda cinayət işi üzrə, habelə qeyd edilən mənzil üzrə istintaq davam etdirildiyindən sözügedən mənzilə münasibətdə zərərçəkmiş şəxslər və mənzil satışına dair sənədlərin təqdim edilməsi mümkün deyildir. - Cavabdeh MTK ilə X8 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 53 saylı müqaviləyə əsasən X8 ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzili 78000 manat dəyərində almaq üçün müraciət etmiş və tərəflər arasında müqavilə bağlanılmışdır. - maliyyə arayışının surətindən görünür ki, ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzilinin dəyəri olan 78000 manat X8 tərəfindən tam ödənilmişdir, MTKnə borcu yoxdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh Mənzil Tikinti Kooperativi xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzili İddiaçı verilməsi barədə öhdəlik götürmüşdür. Habelə həmin mənzili xx.xx.2019-cu il tarixdə üçüncü şəxs X5 verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət eyni mənzilə dair iki şəxslə müqavilə bağlamışdır. Cavabdeh MTK tərəfindən inşa edilən eyni mənzillər müxtəlif şəxslərə sataraq dələduzluq etməsinə görə barəsində cinayət işi başlanmış və Cavabdeh MTK-nin təsisçisi və rəhbəri X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı davam edir və həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun tanınması, sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmaqla ona təhvil verilməsi vəzifəsini cavabdeh Təbriz MTK-ya həvalə edilməsini xahiş edir. Eyni zamanda üçüncü şəxs ilə MTK arasında bağlanmış müqavilənin tarixinin müqavilədə qeyd olunduğu vaxta aid olmasını mübahisələndirir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, Cavabdeh MTK ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 49 nömrəli müqavilə etibarsız hesab edilməli, öz növbəsində ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzilə X1 və istifadə hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. İlk növbədə qeyd olunmalıdır ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 165-ci maddəsinə uyğun olaraq, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Eyni Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi). Alqı-satqı müqaviləsi (xidmətin alqı-satqısı) tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Eyni zamanda Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1 və 113.2-ci maddələrinə görə, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilələrin qanuniliyi yoxlanılmalı, bundan sonra həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Hazırkı mülki iş üzrə aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, cavabdeh MTK ilə İddiaçı, üçüncü şəxs N.Nuriyeva arasında eyni mənzilə dair ayrı-ayrılıqda iki müqavilə bağlanmışdır. Mülki iş üzrə təqdim olunmuş müqavilələrin tədqiq olunması nəticəsində həmin müqavilələrin MTK ilə bağlanmasının tarixləri aşağıdakı kimi olduğu müəyyən olunmuşdur: MTK ilə İddiaçı arasında mübahisəli mənzilə dair xx.xx.2020-ci il tarixdə, MTK ilə X8 arasında isə həmin mənzilə dair xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Məhkəmə onu da qeyd edir ki, MTK ilə həmin müqavilələrin eyni, yəni ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzilə aid olması hazırkı işin mübahisəsiz halıdır. Beləliklə də, iş üzrə təqiq olunmuş sübutlarla mübahisəsiz şəkildə müəyyən olunur ki, cavabdeh MTK-nın ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzilə dair iki ayrı-ayrı müqavilə bağlanmış, hər iki müqavilə əvəzli olmuş və hər iki müqaviləyə görə əvəz ödənilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, MTK ilə həmin müqavilələrin bağlanmasının xronoloji ardıcıllığı belə olmuşdur; - İddiaçı ilə xx.xx.2020-ci il tarixində, üçüncü şəxs N.Nuriyeva ilə xx.xx.2020-ci il tarixində. Məhkəmə bildirir ki, tərəflərin arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrdə tərəflər özlərini “alıcı” və "xxxx" qismində tanımışdır. İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs və cavabdeh MTK arasında bağlanmış müqavilələrin 1-ci bəndində qeyd olunmuşdur ki, “alıcı”, Cavabdeh MTK-nin ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzili almaq üçün "xxxx"ya müraciət edir və tərəflər arasında bu müqavilə bağlanır. Göründüyü kimi, tərəflərin iradəsi aralarında alqı-satqı müqaviləsi bağlanmasına yönəlmişdir. Bu halda həmin müqavilənin alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi kimi qiymətləndirilməsi barədə gəlinən nəticə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsində müəyyən olunmuş müqavilənin təfsiri qaydalarına əsaslanmalıdır. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri). Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (Mülki Məcəllənin 404.3-404.5-ci maddələri). Məhkəmə təcrübəsində analoji mübahisələr məhz Mülki Məcəllənin 452-ci maddəsinin müddəaları əsasında həll olunur. Həmin normaya görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə olan halda, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə" anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil müstəqil tələb irəli sürən üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzilə dair müqavilə müstəqil tələbirəli sürən üçüncü şəxs X8 ilə iddiaçıdan İddiaçı daha əvvəl bağlanmış və mənzil ilkin olaraq üçüncü şəxsin istifadəsinə verilmişdir. Üçüncü şəxs tərəfindən mənzildə təmir işlərinə başlanılmışdır. Üçüncü şəxs tərəfindən mənzildə təmir işlərinə başlanılması mülki işin mübahisəsiz hallarındandır. İddiaçı üçüncü şəxs N.Nuriyevanın mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir. Bununla belə İddiaçı tərəfindən üçüncü şəxs ilə MTK arasında bağlanmış müqavilənin tarixinin müqavilədə qeyd olunduğu vaxta aid olmadığına dair təsdiqedici sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452-ci maddəsinə uyğun həll edilməli, İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun tanınması, maneələrin aradan qaldırılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməli, eyni zamanda, iddiaçıya vurulmuş ziyanın ödənilməsi tələbinə dair Cavabdeh MTK-nə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqi izah edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK-nin təsisçisi və rəhbəri X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı davam edir və həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh MTK-ya və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzilə dair üçüncü şəxs X1 və istifadə hüquqlarının tanınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, üçüncü şəxsin müqavilədə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzilə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. Məhkəmə üçüncü şəxsin “xx.xx.2020-ci il tarixli Müqavilənin və həmin məzillə bağlı X3 adına verilmiş Maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Məhkəmə hesab edir ki, üçüncü şəxs İddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin üçüncü şəxs həmin (yəni MTK ilə İddiaçı arasında bağlanmış) müqavilədən ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən üçüncü şəxs N.Nuriyevanın mübahisəli mənzilə istifadə və sahiblik hüquqları tanınmışdır. Belə olanda məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasındakı öhdəlik münasibətlərinin mövcudluğu üçüncü şəxsin hüquq və mənafelərinə toxuna bilməz, həmin müqavilənin mövcudluğu məhz müqavilə tərəfləri üçün öhdəliklər yaradır. Bu baxımdan da məhkəmə bildirir ki, üçüncü şəxs N.Nuriyeva İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli Müqavilənin və Maliyyə arayışının etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə onu vurğulayır ki, yaşayış binalarında mənzillərin tikilib verilməsi və onun verilməsi şərtləri, həmin müqavilə münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini müəyyən edir. Göründüyü kimi mülki qanunvericilik fərdi müəyyən əşyanın başqasının mülkiyyətinə verilməsi barədə iki müqavilə olduğu halda məhz bu əsasla onlardan birinin etibarsız olduğu barədə xüsusi qayda müəyyən etmir. Əksinə bir müqavilə üzrə əmlakın üçüncü şəxsə daha əvvəl verilməsi digər müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq yaranır. Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxs mübahisəli mənzili müqavilə ilə daha əvvəl əldə etmiş, habelə daha əvvəl istifadə və sahiblik etməyə başlamışdır. Bu baxımdan Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun tanınması, maneələrin aradan qaldırılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilsin. ünvan 6 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 9-cu mərtəbə ümumi sahəsi 65 kv.m olan 1 otaqdan ibarət mənzilə X1 və istifadə hüquqları tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-358/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-358/2023
31.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver