Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-36/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası FHN-nin Tikintidə X3 Agentliyi cəlb edilməklə) “tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası FHN-nin Tikintidə X3 Agentliyi cəlb edilməklə) “tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 62 saylı evin və hasarın sökülməsi, tikinti zamanı dəymiş maddi və mənəvi ziyanın (30.000 manat maddi və 50.000 manat mənəvi ziyanın ümumilikdə 80.000 manat) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 62 saylı evin və həmin evin hasarının sökülməsi, tikinti zamanı ona dəymiş 75.000 manat maddi və 80.000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı ailə ailə üzvləri ilə birlikdə 50 ildən çoxdur ki, X6 ev 58 ünvanın yaşayır. Özü ağır şəkər xəstəliyindən əziyyət çəkir, yoldaşı ağır çəkidən əziyyət çəkir güclə gəzir qızı eplepsiya xəstəsidir. Körpə nəvəsi evdəki nəmişlikdən allergiya tapıb. Öz problemləri yetərli qədər olmasına baxmayaraq, qonşu tərəfindən evə ciddi ziyan dəymişdir. Buna səbəb X6 ev 62 ünvanında Cavabdeh məxsus fərdi yaşayış sahəsində evin divarına tam bitişik 6 metr hündürlüyündə hasar və bitişik şəkildə tikinti normalarını pozaraq 4 mərtəbəli tikili ucaldılmışdır. Bununla da Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 3.0.33cü, 73-cü və Azərbaycan Respublikasının digər qanunvericilik normalarının tələbləri pozmaqla yanaşı tikinti evini qəzalı vəziyyətə salıb. Evin divarlarında, tavanında təhlükəli çatlar əmələ gəlib, divarlar 2-3 yerdən tam və qismən aralanıb. Damın digər qonşu divardan aralanması ehtimal edilir, çünki evə yağış suları daxil olmağa başlayıb. Nəmişlik iyindən evdə durmaq olmur. Bununlada acınacaqlı vəziyyətə yaranmışdır. Hasarı ucaldarkən onların damınının şiferlərini qırıblar ki hasarları düz ucalsın. Həyəti və onun divarlarını bərbad hala salıblar. Tikinti zamanı həyətinə müxtəlif cür tikinti materialları düşüb. Xoşbəxtlikdən xəsarət alan olmamışdır. O, dəfələrlə onlara müraciət etsə də müxtəlif vədlər verib (gözləyin tikinti bitsin evinizi təmir edəcəyik ya bəlkə sizin ərazini də alacayıq) vaxtı uzadırdılar. Neçə dəfələr evin sahibi ilə əlaqə qurmaq istəsə də evin əsil sahibinin çox böyük bir vəzifəli şəxs olduğunu deyərək məsələni ört basdır etməyə çalışmışlar.O, onların yalançı vədi ilə tikinti müddəti verdikleri mənəvi və maddi əziyyətlərə dözürdü ki sonda evini bərpa edəcəklər. Tikinti yay aylarına düşdüyü üçün evi hər gün tozun içində olurdu o, insanlıq edərək dözmüşdür. Lakin sonda isə tikintiyə kuratorluq edən Ələsgər adlı şəxs onlara cox az miqdarda pul təklifi etmişdir. Onların razılaşmadığını görüb onlara gedin hara müraciət edirsiz edin bizə heç kim heç nə edə bilməz demişdir. Bir gün istənilən yüngül təkan nəticəsində ev uça bilər, ölüm - itim olsa kim buna cavabdehlik daşıyacaq. Evin bu hala düşməsi onun və onunla birlikdə yaşayan ailə üzvlərinin, yenicə dünyaya göz açmış körpə nəvəsinin həyatına təhlükə yaradır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 051501 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Çəmənzəminli küçəsindəki 58 №-li 1 mərtəbəli evin, 1-ci mərtəbəsində özbaşına tikilidə İddiaçı ailə üzvləri ilə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli 10/2585 saylı ekspert rəyinə əsasən, qərardadın birinci, üçüncü və dördüncü sualları üzrə: ünvan 1 ünvanda yerləşən yaşayış evinin otaqlqrında daxili və xarici divarların üzərində şaquli və üfüqi istiqamətlərdə iri həcmli çatlar əmələ gəldiyi, otaqlar arası arakəsmə divarda ikitərəfli keçici çatlar yarandığı, divarların tavanla və divarla birləşmə yerlərinin aralandığı, suvaq və boya qatının çatladığı, divarların və tavanın üzərində sarımtıl su sızma ləkələri yarandığı, divar kağızlarının qopduğu, cırıldığı, pəncərə və qapı boşluqlarının ətrafında çatlar əmələ gəldiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Mülki iş materiallarındakı və eləcə də baxış zamanı müəyyən edilmiş məlumatlara əsasən, cavabdehə məxsus 62 saylı yaşayış evinin 58 saylı yaşayış evinə bitişik sahədə inşa edildiyini nəzərə aldıqda, 58 saylı yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə yaranmış qüsurların 62 saylı yaşayış evinin inşası ilə əlaqədar aparılmış söküntü, qazıntı (özül çalasının qazılması) və tikinti-quraşdırma işləri nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Lakin 62 saylı yaşayış evi üzrə tikinti quraşdırma işləri tam başa çatdığından və həmin evə baxış keçirilməsi mümkün olmadığından, 58 saylı yaşayış evindəki zədələrin əmələ gəlməsinin konkret səbəbi, 62 saylı evin inşası ilə əlaqədar olub-olmaması, həmçinin 58 saylı evə dəymiş ziyanın həcmi, hər iki yaşayış evləri üzrə müvafiq təşkilatlar tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan, ayrı-ayrı kohstruktiv elementlərin gücləndirilməsi və tikililərin bərpa işlərinə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. İkinci sual üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 62 saylı fərdi yaşayış evinin inşası ilə əlaqədar müvafiq layihə və icazə sənədləri mülki iş materiallarına əlavə edilmədiyindən və 62 saylı fərdi yaşayış evinə baxış keçirilməsi mümkün olmadığından, həmin ev üzrə söküntü və tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun aparılıb aparılmadığını müəyyən etmək olmadı. İş materiallarında olan X1 26 aprel 2021-ci il tarixli №106 saylı rəyinə əsasən, birinci sual üzrə rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən, X5 yaşadığı ev ilə qonşuluqda yerləşən yeni inşa olunmuş 4 mərtəbəli fərdi yaşayış evi arasındakı məsafənin və qonşunun daş hasarının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1. və 73.1. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir. İkinci sual üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar faktiki vəziyyəti nəzərə alaraq, X5 yaşadığı evin ayrı-ayrı konstruktiv elementləri üzərində qüsurların (çat, çökmə və s.) yaranma səbəbinin, qonşuluqda yerəşən yeni 4 mərtəbəli fərdi yaşayış evinin inşası ilə əlaqəli olduğu müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/5954 saylı ekspert rəyinə əsasən qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərinşaatlayihə" DBLKTİ-nin mütəxəssis rəyinə əsasən, Y.V.Çəmənzəminii küçəsi, 62 saylı ünvandakı fərdi yaşayış evi sökülərkən yeni tikilən 4 mərtəbəli yaşayış evinin tikintisi üçün qazılan çalada hərəkət edən maşın və mexanizmiərin təsirindən yeraltı və yerüstü hissələrin tikintisi zamanı yaranan titrəyişlər nəticəsində, habelə, 1 və 4 mərtəbəli evlərin özülləri müxtəlif dərinliklərdə olduğundan 58 saylı birmərtəbəli zirzəmisiz yaşayış evinin yükdaşıyan konustruksiyalarında (özül, divar, örtük və döşəmələrdə) çatlar, aralanmalar əmələ gəlməsi mümkündür. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, 62 saylı ünvanda fərdi birmərtəbəli yaşayış evi üzrə sökülmüş və yerində 4 mərtəbəli bina tikilmişdir İddiaçı məxsus ev ilə qonşuluqda yeni inşa olunmuş 4 mərtəbəli bina arasındakı məsafə 1 metrə yaxındır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) və 73-cü (hasarların tikintisinə dair tələbat) maddələrinə əsasən: -4 mərtəbəli yaşayış evinin hündürlüyünün 15.0 metr olduğunu nəzərə alaraq qonşuluqdakı birmərtəbəli evin hasarı arasında məsafə 15 x 0,3 = 4,5 metr tələb olunduğu halda yerində 1 metrə yaxındır; -73.1.bəndi. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən hallar istisna olmaqla hasarların hündürlüyü 2,20 metrdən çox olmamalıdır. Yerində isə hasarın hündürlüyü 4,5 metrdir; Yuxarıdakıları nəzərə alaraq Tikinti Məcəlləsinin 69.1. və 73.1 bəndlərinin tələbləri pozulmuş hesab edilir. Qərardadın üçüncü sualı üzrə: mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında İddiaçı məxsus fərdi yaşayış evində konstruktiv elementlərin zədələnməsi, xarici və daxili yükdaşıyan divarlarda, arakəsmələrdə tavanlarda yaranan çatların, döşəmənin bəzi yerlərdə aşağıya doğru çökməsi, qazıntı, həmçinin tikinti işləri nəticəsində yaranan zərbə və titrəyişlər səbəbindən əmələ gəlməsi mümkün hesab edilir. Qərardadın dördüncü suali üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminii küçəsində yerləşən 58 saylı fərdi yaşayış evində dəymiş ziyanın aradan qaldırılması üçün qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 24440,0 manat məbləğində müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlkaın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 62 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına hüquqi rəsmiləşdirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 051501 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Çəmənzəminli küçəsindəki 58 №-li 1 mərtəbəli evin, 1-ci mərtəbəsində özbaşına tikilidə İddiaçı ailə üzvləri ilə qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlkaın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 62 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına hüquqi rəsmiləşdirilmişdir. X1 26 aprel 2021-ci il tarixli №106 saylı rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən, X5 yaşadığı ev ilə qonşuluqda yerləşən yeni inşa olunmuş 4 mərtəbəli fərdi yaşayış evi arasındakı məsafənin və qonşunun daş hasarının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1. və 73.1. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir. X5 yaşadığı evin ayrı-ayrı konstruktiv elementləri üzərində qüsurların (çat, çökmə və s.) yaranma səbəbinin, qonşuluqda yerəşən yeni 4 mərtəbəli fərdi yaşayış evinin inşası ilə əlaqəli olduğu müəyyən edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərinşaatlayihə" DBLKTİ-nin mütəxəssis rəyinə əsasən, Y.V.Çəmənzəminii küçəsi, 62 saylı ünvandakı fərdi yaşayış evi sökülərkən yeni tikilən 4 mərtəbəli yaşayış evinin tikintisi üçün qazılan çalada hərəkət edən maşın və mexanizmiərin təsirindən yeraltı və yerüstü hissələrin tikintisi zamanı yaranan titrəyişlər nəticəsində, habelə, 1 və 4 mərtəbəli evlərin özülləri müxtəlif dərinliklərdə olduğundan 58 saylı birmərtəbəli zirzəmisiz yaşayış evinin yükdaşıyan konustruksiyalarında (özül, divar, örtük və döşəmələrdə) çatlar, aralanmalar əmələ gəlməsi mümkündür. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, 62 saylı ünvanda fərdi birmərtəbəli yaşayış evi üzrə sökülmüş və yerində 4 mərtəbəli bina tikilmişdir. İddiaçı məxsus ev ilə qonşuluqda yeni inşa olunmuş 4 mərtəbəli bina arasındakı məsafə 1 metrə yaxındır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) və 73-cü (hasarların tikintisinə dair tələbat) maddələrinə əsasən: -4 mərtəbəli yaşayış evinin hündürlüyünün 15.0 metr olduğunu nəzərə alaraq qonşuluqdakı birmərtəbəli evin hasarı arasında məsafə 15 x 0,3 = 4,5 metr tələb olunduğu halda yerində 1 metrə yaxındır; -73.1-ci bəndi. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən hallar istisna olmaqla hasarların hündürlüyü 2,20 metrdən çox olmamalıdır. Yerində isə hasarın hündürlüyü 4,5 metrdir; Yuxarıdakıları nəzərə alaraq Tikinti Məcəlləsinin 69.1. və 73.1 bəndlərinin tələbləri pozulmuş hesab edilir. Qərardadın üçüncü sualı üzrə: mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında İddiaçı məxsus fərdi yaşayış evində konstruktiv elementlərin zədələnməsi, xarici və daxili yükdaşıyan divarlarda, arakəsmələrdə tavanlarda yaranan çatların, döşəmənin bəzi yerlərdə aşağıya doğru çökməsi, qazıntı, həmçinin tikinti işləri nəticəsində yaranan zərbə və titrəyişlər səbəbindən əmələ gəlməsi mümkün hesab edilir. Qərardadın dördüncü suali üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminii küçəsində yerləşən 58 saylı fərdi yaşayış evində dəymiş ziyanın aradan qaldırılması üçün qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 24440,0 manat məbləğində müəyyən olunur. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 ev 62 ünvanında Cavabdeh məxsus fərdi yaşayış sahəsində evin divarına tam bitişik 6 metr hündürlüyündə hasar və bitişik şəkildə tikinti normalarını pozaraq 4 mərtəbəli tikili ucaldılmış, aparılmış təmir-tikinti prosesləri nəticəsində İddiaçı məxsus Bakı şəhər Nərimanov rayon X6 ev 58 saylı fərdi yaşayış evinə zərər yetirilmişdir. İddiaçı Cavabdeh qanunsuz tikilinin sökülməsini və ona dəymiş 75.000 manat maddi və 80.000 manat mənəvi ziyanın ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Məhkəmə iddiaçının iddia tələbinin “Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 62 saylı evin və həmin evin hasarının sökülməsi” ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Göründüyü kimi, iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 62 saylı evin və hasarın sökülməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının evin sökülməsi hissəsində tələbi əsassızdır. Belə ki, iddiaçı belə bir iddianı qaldırmaqda haqlı olmamışdır. Bu baxımdan məhkəmə bildirir ki, həmin evə dair cavabdehin mülkiyyət hüquqları reyestrdə rəsmiləşdirilmiş və qanuna müvafiq qaydada cavabdehə çıxarış verilmişdir. Hazırda həmin çıxarışın verilməsinə əsas olmuş müvafiq sənədlər qüvvədədir, ləğv edilməyib, bundan başqa etibarsız hesab edilməyib. Eyni zamanda da məhkəmə hesab edir ki, iddiaçının belə bir iddia tələbi irəli sürməyə subyektiv hüququ da olmamışdır. Bundan başqa iddia tələbinin digər hissəsini mülkiyyətə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmamış əmlak faktiki olaraq iddiaçıya məxsusdur, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət orqanları faktiki olaraq həmin tikilinin mövcudluğunu tanımış, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından iddiaçının həmin tikililyə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ mövcuddur. Buna görə də iddiaçının yaşadığı özbaşına tikiliyə dəymiş ziyanın ödənilməsi barədə iddianı qaldırmağa subyektiv hüququ vardır. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddələrin o cümlədən, məhkəmə mülkiyyətə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, həmin maddi ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/5954 saylı ekspert rəyindən göründüyü kimi, ünvan 3 ünvanında İddiaçı məxsus fərdi yaşayış evində konstruktiv elementlərin zədələnməsi, xarici və daxili yükdaşıyan divarlarda, arakəsmələrdə tavanlarda yaranan çatların, döşəmənin bəzi yerlərdə aşağıya doğru çökməsi, qazıntı, həmçinin tikinti işləri nəticəsində yaranan zərbə və titrəyişlər səbəbindən əmələ gəlməsi mümkün hesab edilmiş, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminii küçəsində yerləşən 58 saylı fərdi yaşayış evində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 24440,0 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/5954 ekspert rəyi ilə Cavabdeh mülki hüquqi baxımdan təqsiri sübuta yetirilmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 24440 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi digər hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, ümümilikdə 200 manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 24440 (iyirmi dörd min dörd yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-36/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-36/2022
27.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver