Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3618/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin cavabdehin hesabına sökülməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin cavabdehin hesabına sökülməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi və və iddianın təmin tədbiri barədə qərardadın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən-iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə, iddiaçının iddia tələbinin baxılmamış saxlanılmasına dair müraciətini və cavabdehin qeyd edilən tələbin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” AzərbaycanRespublikasıAli Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 saylı Qərarının 15-ci bəndində Plenum tövsiyyə etmişdir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda göstərilən əmlakın üzərində həbsin saxlanılması zərurəti aradan qalxdığına görə həmin tədbirlər ləğv edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı tikilinin cavabdehin hesabına sökülməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Nərimanov Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli 2(005)-3618/2020 saylı qərardadı ilə ünvan 1 ünvanında tikinti işlərinin aparılmasına qoyulmuş qadağa ləğv edilsin. Qərardadın icrası Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3618/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3618/2020
10.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver