Məhkəmə qərarları › İş №2(005)-37/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-37/2023

09.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-37/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeha qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeha qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi ziyanın əvəzi olaraq 2000 manat, övladı Cəfərzadə Fidanın sağlamlığa zərər vurulması nəticəsində bağlı mənəvi zərərin əvəzi olaraq 50000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması, cərahiyyə əməliyyatını düzgün icra etməmiş cavabdehin cərrahına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdehda xx.xx.2021-ci il tarixdə aparılmış planlı traxeostomiya əməliyyatı zamanı qızı Cəfərzadə Fidanın qida borusu zədələnmişdir. Qida borusunda olan zədənin aradan qaldırılması üçün “Bakı Sağlamlıq Mərkəzi”ndə qida borusunun bərpası əməliyyatı aparılmışdır. xx.xx.2021-ci il tarixdə aparılan əməliyyat üçün 12000 manat pul xərclənmişdir. Yəni cavabdehin səhvi nəticəsində iddiaçıya 12000 manat maddi ziyan dəymişdir. Cavabdehda xx.xx.2021-ci il tarixdə aparılan bronxoskopiya+biopsiya və ezofaqoqastroduodenoskopiyanın nəticələri gizlədilmişdir. Cavabdeh tərəfindən qida borusunun zədələnməsi gizlədildiyindən xx.xx.2021-ci il tarixdə “EGE Hospital”da qida borusunun endoskopiyası edilib və qida borusunun zədələndiyi təsdiqlənib. Qida borusunun zədələnməsi nəticəsində övladı Cəfərzadə Fidan Cavabdehda əlavə olaraq 20 gün qalıb və nəticədə İddiaçı xeyli məbləğdə maddi ziyan dəyib. Cavabdeh tərəfindən iddiaçının etdiyi müraciətlərə rəsmi cavab verilməyib. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi ziyanın əvəzi olaraq 2000 manat, övladı Cəfərzadə Fidanın sağlamlığa zərər vurulması nəticəsində bağlı mənəvi zərərin əvəzi olaraq 50000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması, cərahiyyə əməliyyatını düzgün icra etməmiş cavabdehin cərrahına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması, X1 dəymiş ziyanın əvəzinin müəyyən olunaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı öz izahatında qeyd etdi ki, 19 aprel 2021ci il tarixdə aeroport yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində qızı və nəvəsi həyatını itirib. Hadisə zamanı ağır xəsarət alan digər qızı X9 isə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduunu nəzərə alaraq, xüsusi təcili tibbi yardım maşını vasitəsilə qızını X18 yerləşdiriblər.Xəstəxanada olduğu müddətdə 21000 (iyirmi bir min) manat civarında pul ödəmişdir. Dərman vasitələrinin alınmasına isə 12000 (on iki min) manat məbləğində pul ödəyib.Vidanlı həkimlərin səyi nəticəsində övladı kritik vəziyyəti adlaya bilib. Övladı ağır kəllə-beyin travması aldığından nəfəs almanı rahatlaşdırmaq məqsədi ilə planlı traxeostomiya əməliyyatının aparılması qərara alındı. 28 aprel 2021-ci il tarixdə əməliyyat aparıldıqdan sonra nəfəs vermə təmin edildi. Yalnız 19 may 2021-ci il tarixdə əməliyyat zamanı səhvən qida borusunu zədələdiklərini etiraf etdilər. Həmin tarixdə bronxoskopiya+biopsiya və ezofaqoqatroduodenoskop edildi. Qızının həyatı təhlükəsini nəzərə alaraq 05 iyun 2021-ci il trixdə həmin hospitaldan çıxarmaq qərarına gəlib və nəhayət 18 iyun 2021-ci il tarixdə Bakı sağlamlıq ərkəzində qızına əməliyyat etdirib və 12 min manat pul ödəyib. Bundan başqa həkimlərin səhvi nəticəsində qızı xeyli müddət Cavabdeh reanimasiyasında qalmalı olub və buna görə də xeyli maddi ziyan çəkib. Daha sonra dəfələrlə xəstəxanın müdiriyyəti ilə əlaqə saxlamağa çalışaraq ona dəymiş ziyanın ödənilməsini, qızının ikinci dəfə onların hesabına əməliyyat edilməsini xahiş etsə də, cavabdeh onunla razılaşmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh klinikasının nümayəndəsi X10 iddia tələbini əsassız hesab etdiyini bildirərək, tələbin təmin edilməməsini xahiş etmişdir. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış X11 ifadəsində bildirmişdir ki, “Bakı Sağlamlıq Mərkəzi”ndə çalışır. X5 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almasından sonra tanımışdır. X9 uzun müddət Cavabdeh klinikasında müalicə almış, sonradan isə onda stenoz və traxeo-ezafaegal fistula simptompları aşkar olunmuşdur və xəstəyə əməliyyata ehtiyac olduğu izah edilmişdir. Bundan sonra xəstə “Bakı Sağlamlıq Mərkəzi”nə köçürülmüş və orda X11 tərəfindən xx.xx.2021-ci il tarixdə əməliyyat aparılmışdır. Xəstə 4 ay onun nəzarətində olmuş, bu müddət ərzində hər hansı problemi olmamışdır. X4 aşkar edilmiş fistula onun üzərində aparılmış müalicə tədbirləri nəticəsində adətən yaranan ağırlaşmalardan olmuşdur ki bu hala praktikada tez-tez rast gəlinir. Yəni fistula X3 əvvəlki müalicələrinin düzgün aparılmaması nəticəsində yaranmamışdır. Məhkəmə iclasında şahid qismində çağırılmış X7 ifadəsində bildirmişdir ki, cavabdeh “Baku Hospital” Klinikasının baş həkimidir. X3 avtomobil qəzası nəticəsində qidalanmasında problem yaranması nəticəsində xəstəyə qida maye halında “nazoqastral” boru vasitəsi ilə verilmişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq üçün onun üzərində “traxeostomiya” əməliyyatı icra edilmişdir. Əməliyyat uğurla aparılmış, bundan sonra edilmiş müayinə ilə xətyənin qida borusu ilə nəfəs borusu arasında fistula yarandığı aşkar edilmidşir. Traxeostomik boru uzun müddət həmin nahiyədə qaldığına görə yataq yarasına səbəb olmuş və buna görə də fistula yaranmışdır. Xəstənin üzərində aparılmış əməliyyat zamanı heç bir həkim səhlənkarlığına yol verilməmiş, əməliyyatdan sonra xəstəyə bütün tibbi xidmətlər göstərilmişdir. İş materiallarında olan: Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizdə qeyd olunur ki, xəstə X9 Cavabdeh klinikasına yaxınlarının istəyi ilə xx.xx.2021-ci il tarixdə 3 saylı Sabunçu xəstəxanasından ambulans vasitəsi ilə reanimasiya və intensiv terapiya şöbəsinə təxliyyə edilmişdir. Daxil olarkən vəziyyəti ağır, huşu komatoz, hemodinomik göstəricilər A/T 60/40 mm est, PS-130, SPO- 90 60% O 2 ilə.Xəstə dərhal süni tənəffüs aparatına qoşulmuşdur. Dərhal KT və Laborator analizlər istənilmişdir. Xəstə daxil olarkən hər iki tərəfli döş qəfəsinin drenajı və postsplenoektomiya vəziyyətində olmuşdur. Dərhal müalicə taktikası seçilmişdir. Reanimatoloq, Nevropatoloq, neyrocərrah tərəfindən konsilium olunmuşdur. Protokola əsasən 1 həftə sonra xəstəyə “traxeostomiya” əməliyyatı icra olundu. Aparılan müalicə kursundan sonra müsbət dinamika qeyd edildi. Xəstə süni tənəffüs aparatından ayrıldı və huşu aydın şəkildə stasionar müalicəyə qərar verildi. Buna baxmayaraq xəstəyə “traxeo-ezofagial fistul” diaqnozu qoyuldu, torakal cərrahın nəzarəti altında əməliyyata qərar veruildi. Müalicə üçün xəstənin yaxınlarının istəyi ilə xx.xx.2021-ci il tarixdə evə ambulator müalicəyə yazıldı. Cavabdeh tərəfindən verilmiş xidmət çek siyahısından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixi üçün yekun məbləğ olaraq 759.56 manat, xx.xx.2021-ci il tarixi üçün yekun məbləğ olaraq 280.68 manat, xx.xx.2021-ci il tarixi üçün yükun məbləğ olaraq 197.93 manat, xx.xx.2021-ci il tarixi üçün yekun məbləğ olaraq 414 manat xidmət haqqı qeyd olunmuşdur. “EGE Hospital” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli endoskopik diaqnozda qeyd olunur ki, ezofaqus proksimal hissədə ön kəsici dişlərdən 16-cı sm-də, üst sfikterdə 1 sm distalda təqribi ölşüsü 1 sm olan ezafago-traxeal fistül izlənmişdir. Z xətti 38 sm, diafraqmal kiskac 39 sm-də izləndi. Ezofaqos distalında 0.5 sm-dən kiçik erroziv sahələr görüldü. Son olaraq “ Ezofaqotraxeal fistül, Ezofagit Grade A, qələvi rüflu qastrit” diaqnozu verilmiş və müalicə yazılmışdır. “Bakı Sağlamlıq Mərkəzi” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizdə qeyd olunur ki, son klinik diaqnoz olaraq “posttraxeosytik traxeya-ezofageal füstul, Traxeya Stenozu grade İİ. Qapalı kəllə-beyin travmasından, çanaq sümüklərinin sınığından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Xəstə 50 gün öncə avtoqəza keçirib, Bədənin müştərək travması ilə xəstəxanaya çatdırılmış, reanimasiya şöbəsində müalicə almışdır. İntubasiya olunmuş, İVL-ə qoşulub, traxestoma qoyulmuşdur. Traxestoma çıxarıldıqdan sonra davamlı bəlğəmli öskürək stridor tənəffüs, təngnəfəslik, boğulma şikayətləri olduğundan yaxınlları tərəfindən torakal cərraha gətirilmişdir. Xəstə ilk öncə bronxoskopiya müayinə olunmuş, bronx yuyuntusu sitoloji təhlil üçün laboratoriyaya göndərilmişdir. Daha sonra əməliyyat qərarı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X19 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 865/KEŞ nömrəli ekspert rəyində qeyd olunur ki, 1994-cü il təvəllüdlü X3 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, İş materiallarına əlavə edilmiş məlumatlara əsasən X9 xx.xx.2021-ci il tarixdə çox ağır vəziyyətdə Cavabdeh klinikasının reanimasiya şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona tərəfli “pnevmotoraks, aöciyər əzilməsi, hemotoraks” diaqnozu düzgün təyin edilmişdir.Xəstəyə müvafiq təyinat verilmiş və vəziyyətinin ağırlığı ilə əlaqədar intensiv müalicə tədbirlərinə başlanılmışdır. xx.xx.2021-ci il tarixdə tibbi göstərişəsasında “Traxeostomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. X3 üzərində xx.xx.2021-ci il tarixdə icra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyyatından sonra onda nəfəs borusu ilə qida borusu arasında fistula əmələ gəlmişdir. Bu patologiya xəstənin almış olduğu travmanın və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranmışdır. Xəstənin vəziyyəti stabilləşdikdən sonra qeyd olunan fistula “Bakı Sağlamlıq Mərkəzi”ndə təkrar rekonstruktiv cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırılmışdır. X6 Cavabdeh klinikasında göstərilmiş tibbi xidmət təyin edilmiş diaqnozla və səhiyyə sistemində mövcud təlimat tələbərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X22 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 247/KEŞ nömrəli ekspert rəyində qeyd olunur ki, 1994-cü il təvəllüdlü X3 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsasən X9 xx.xx.2021-ci il tarixdə çox ağır vəziyyətdə Cavabdeh klinikasının reanimasiya şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona tərəfli “pnevmotoraks, aöciyər əzilməsi, hemotoraks” diaqnozu düzgün təyin edilmişdir.Xəstəyə müvafiq təyinat verilmiş və vəziyyətinin ağırlığı ilə əlaqədar intensiv müalicə tədbirlərinə başlanılmışdır. xx.xx.2021-ci il tarixdə tibbi göstəriş əsasında “Traxeostomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. X3 üzərində xx.xx.2021-ci il tarixdə icra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyyatından sonra onda nəfəs borusu ilə qida borusu arasında fistula əmələ gəlmişdir. Bu patologiya xəstənin almış olduğu travmanın və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranmışdır. Xəstənin vəziyyəti stabilləşdikdən sonra qeyd olunan fistula “Bakı Sağlamlıq Mərkəzi”ndə təkrar rekonstruktiv cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırılmışdır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən 3 saylı xəstəxanın rəyində X3 qəza zamanı qida borusunun zədələnmədiyi qeyd olunub. Cavabdehda xx.xx.2021-ci il tarixdə aparılmış planlı traxeostomiya əməliyyatı icra olunmuşdur. İcra edilmiş cərrahiyyə əməliyyatı ilə qida borusunun zədələndiyini təsdiq edən xx.xx.2021-ci il tarixli bronxoskopiya+biopsiya və ezofaqoqastro duodenoskopiya rəyi arasındakı müddət uzun müddət sayıla bilər. Bu müddət orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq komatoz vəziyyətdə intubasion anesteziya fonunda mülaicə alan xəstələrdə fistulun yaranması üçün kifayət qədərdir. Uzun müddət deyilərkən tibbi baxımdan geniş anlayış olub xəstənin vəziyyətininağırlığından, icra edilmiş tibbi manipuliyasiyanın lokalizasiyasından, aseptikasanın təmin olunmasının mümkünlüyündən asılı olaraq dəyişir. İntubasyon anesteziya zamanı xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq 7-10 gün və daha artıq zamanı uzun müddət kimi saymaq olar. Xəstə Cavabdehda müalicə aldığı müddətdə aparılmış müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq əmr və təlimatlara uyğun olmuşdur. Cavabdehda müalicə zamanı xəstənin qida borusunun zədələnməsi istisna olunur. xx.xx.2021-ci il tarixli planlı traxeostomiya əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasındakı əlaqə icra edilmiştibbi manipuliyasiya zamanı yol verilmiş hər hansı texniki səhv deyil, xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq müalicəsinin uzun müddət davam etməsi olmuşdur. Bu isə planlı traxeostomiya əməliyyatı ilə ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasında birbaşa səbəbli əlaqənin olmasının istisna edir. Traxeya və udlaq arasındakı fəsadların formalaşmış fistulun bərpası əməliyyatı aparılmasaydı, xəstədə ilk hansı fəsadın yaranacağı haqqında tam dəqiq fikir söyləmək mümkün olmasa da, bu tip fistullarda hər iki boşluqlu orqanların möhtəviyyatlarının qarşılıqlı yerdəyişməsi hesabına bir çox patologiyalar yarana bilir. Bunlardan xəstənin qəbul etdiyi qida və maye bəfəs borusuna düşərək xəstənin selikli qışasının qıcıqlanması hesabına çox miqdarda bəlğəm ifrazı, öskürək kimi bir çox əlamətlərə səbəb ola bilir. Nəfəs borusu ilə qida borusu arasında yaranmış fistula xəstənin tənəffüs yollarında havanın ptaoloji axını hesabına boğulmasına səbəb ola bilməz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X19 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 571/KEŞ nömrəli ekspert rəyində qeyd olunur ki, X3 üzərində xx.xx.2021-ci il tarixdə icra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyyatından sonra onda nəfəs borusu ilə qida borusu arasında fistula əmələ gəlmişdir. Bu patologiya xəstənin almış olduğu travmanın və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranmışdır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən 3 saylı xəstəxanın rəyində X3 qəza zamanı qida borusunun zədələnmədiyi qeyd olunub. Cavabdehda xx.xx.2021-ci il tarixdə aparılmış planlı traxeostomiya əməliyyatı icra olunmuşdur. İcra edilmiş cərrahiyyə əməliyyatı ilə qida borusunun zədələndiyini təsdiq edən xx.xx.2021-ci il tarixli bronxoskopiya+biopsiya və ezofaqoqastro duodenoskopiya rəyi arasındakı müddət uzun müddət sayıla bilər. Uzun müddət deyilərkən tibbi baxımdan geniş anlayış olub xəstənin vəziyyətininağırlığından, icra edilmiş tibbi manipuliyasıyanın lokalizasiyasından, aseptikasanın təmin olunmasının mümkünlüyündən asılı olaraq dəyişir. İntubasyon anesteziya zamanı xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq 7-10 gün və daha artıq zamanı uzun müddət kimi saymaq olar. xx.xx.2021-ci il tarixli planlı traxeostomiya əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasındakı əlaqə icra edilmiştibbi manipuliyasiya zamanı yol verilmiş hər hansı texniki səhv deyil, xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq müalicəsinin uzun müddət davam etməsi olmuşdur. Bu isə planlı traxeostomiya əməliyyatı ilə ilə “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılan əməliyyat arasında birbaşa səbəbli əlaqənin olmasının istisna edir. Traxeya və udlaq arasındakı fəsadların formalaşmış fistulun bərpası əməliyyatı aparılmasaydı, xəstədə ilk hansı fəsadın yaranacağı haqqında tam dəqiq fikir söyləmək mümkün olmasa da, bu tip fistullarda hər iki boşluqlu orqanların möhtəviyyatlarının qarşılıqlı yerdəyişməsi hesabına bir çox patologiyalar yarana bilir. Bunlardan xəstənin qəbul etdiyi qida və maye bəfəs borusuna düşərək xəstənin selikli qışasının qıcıqlanmasl hesabına çox miqdarda bəlğəm ifrazı, öskürək kimi bir çox əlamətlərə səbəb ola bilir. Nəfəs borusu ilə qida borusu arasında yaranmış fistula xəstənin tənəffüs yollarında havanın ptaoloji axını hesabına boğulmasına səbəb ola bilməz. Fistula 2 və ya daha artıq borulu orqanın bir biri ilə və ya dəri vasitəsi ilə xarici mühitlə əlaqələndirən patoloji yoldur. Fistula istenilən ölçülərdə ola bilər. 10 gün ərzində əməliyyat kəsiyi nayihəsi tam formamalaşmamış əməliyyat çapığı şəklində görünə bilər. xx.xx.2021ci il tarixdə zond, növbəti gün şar (traxeostomiya) çıxarıldıqdan sonra ağızla qidalanma zamanı qida nəfəs borusuna maye tökülmüşdür. Buna səbəb qida borusu ilə nəfəs borusu arasında fistula əmələ gəlməsidir. Bu qida borusu və ya nəfəs borusunda aprılmış istənilən cərahiyyə əməliyaatlarının tipik, ən çox rast gəlinən ağırlaşmamlarıdır. Nəfəs borusunun ikinci tərəfində, yəni əks tərəfində fistulun yaranması həmin tərəfin qan təchizatının pozulması və yataq yarası ilə əlaqədar baş verə bilər. Buna kliniki praktikda rast gəlinir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, aparılmış araşdırma zamanı X3 əməliyatı zamanı və əməliyyatdan sonra Cavabdeh klinikasının həkimləri tərəfindən səhlənkarlığa yol verilməsi, həkim səvi müəyyən olunmadığından İddiaçı X3 Cavabdeh klinikasında həkim cərrah X15 tərəfindən düzgün müayinə müalicə olunmamasına dair ərizəsi əsasında toplanmış 390-C-21 saylı cinayət işi başlanması rədd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(005)-95/2022 saylı qərarından müəyyən olunur ki, İddiaçı Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(005)- 95/2022 saylı qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(005)-95/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, mülki işin məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən müəyyən edilən işin halları aşağıdakılardan ibarətdir. İddiaçı qızı X9 19 aprel 2021-ci il tarixdə ağır yol nəqliyyat hadisəsindən sonra “Qarının küt travması. Döş qəfəsinin küt travması. Dalağın cırılması” diaqnozu ilə 3 saylı şəhər Xəstəxanasına daxil olmuş, birbaşa əməliyyat blokuna verilmişdir. Eyni tarixdə intubasion narkoz altında “Laporotomiya. Splenektomiya. Qarın boşluğunun təftişi, sanasiya və drenajı. Sağ plevra boşluğunun Bilau üsulu isə drenajı” cərrahiyyə əməliyyatı icra edilmişdir. X9 20 aprel 2021-ci il tarixdə qohumları tərəfindən Cavabdeha aparılmışdır. Xəstəxanaya “Qapalı kəllə-beyin tavması” diaqnozu ilə daxil olub. Xəstəyə müvafiq müayinələr və müalicələr aparılmışdır. Həmçinin 28 aprel 2021-ci il tarixdə “Traxeostomiya”əməliyyatı icra edilib. 05 iyun 2021-ci il tarixdə evə mbulator müalicəyə yazılıb. 14 iyun 2021-ci il tarixdə “EGE Hospital”da X12 “Fibroqastroduodenoskopiya mü müayinəsində olmuşdur. Ona “Ezofaqotraxeal fistul. Ezofagit Grade A. Qələvi reflu qastrit” diaqnozları qoyulub. 16 iyun 2021-ci il tarixdə “Posttraxeostik traxeya-ezofageal fistul. Traxeya stenozu Grade İİ. Qapalı kəllə-beyin travmasından, çanaq sümüklərinin sınığından sonrakı vəziyyət” ilə daxil olmuşdur. 18 iyun 2021ci il tarixdə xəstəyə planlı şəkildə “traxeoezofrageal fistulun təmiri. Traxeyanın sirkulyar rezeksiyası. Uc-uca anastomoz” cərrahiyyə əməliyyatı icra olunmuçdur. 29 iyun 2021-ci il tarixdə stabil vəziyyətdə evə yazılmışdır. X2 atası, İddiaçı Cavabdehın həkimləri tərəfindən 28 aprel 2021-ci il tarixdə həyata keçirilən əməliyyatın düzgün icra edilmədiyini iddia edərək, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən iddiaçıdan Cavabdehın əsl cavabdeh “Ortoped MMC” ilə əvəz edilməsi barədə təklif edilsə də, iddiaçı cavabdehin əvəz edilməsinə etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmununa görə cavabdehin yol verdiyi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bu baxımdan deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Əhalinin sağlamlığının qorunması haqqında» Qanun: Maddə 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinəyetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanun: Maddə 9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərinverdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. Maddə 16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıqvəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Məhkəmə ilk öncə iddianın əsaslılığını müzakirə edərək, həmin tibb mərkəzində fəaliyyət göstərən həkimlərin hərəkət və ya hərəkətsizliyinin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutların araşdırılmasının zəruri olduğunu qeyd edir. Mülki işin materiallarından görünür ki, iş üzrə həm ibtidai istintaq orqanının qərarı ilə, həm də hazırki mülki mühakimə icraatı çərçivəsində ümumilikdə 5 dəfə məhkəmə-tibbi ekspertizası təyin edilərək həyata keçirilmişdir. Ekspertiza rəylərində X3 nəfəs borusu və qida borusu arasında yaranmış olan fistulanın almış olduğu travma və vəziyyətinin ağırlığı fonunda uzun müddət komatoz vəziyyətdə qalması nəticəsində yaranması qeyd edilmişdir. Ekspert rəylərində həmçinin “traxeostomiya” əməliyyatı ilə “Bakı Sağlamlıq Mərkəzin”də aparılan əməliyyat arasında birbaşa səbəbli əlaqənin olması istisna edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nrimanov Rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Aytəkin Əhmədovanın qərarı ilə X3 “X26” klinikasında həkim-cərrah X17 tərəfindən düzgün müayinə və müalicə olunmaması barədə İddiaçı ərizəsi üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilmişdir ki, 28 aprel 2021-ci il tarixdə icra edilmiş “Traxeostomiya” cərrahiyyə əməliyyatı xəstənin vəziyyətinin ağırlığı fonunda həyati funksiyalarının təmin olunması üçün yerinə yetirilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyat zamanı və əməliyyatdan sonra Cavabdeh klinikasının həkimləri tərəfindən səhlənkarlığa yol vermələri, həkim səhvi müəyyən olunmadığından, toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin balanması rədd edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 6(005)-95/2022 saylı Qərarı ilə iddiaçının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 aprel 2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(005)-95/2022 saylı qərarından vrdiyi apellyasiya şikayəti təmin edilməmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(005)-95/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, mülki iş materiallarında olan ekspert rəyləri, o cümlədən 11 noyabr 2022-ci il tarixli komisyon ekspertizanın rəyi ilə X1 dəymiş zərər ilə cavabdeh klinikanın həkimləri tərəfindən həyata keçirilmiş əməliyyat arasında hər hansı bir əlaqənin olması istisna edilmişdir. Əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanması da rədd edilmiş və bu qərar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Məhkəmə yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan sübutlarla cavabdeh təşkilatın həkimləri tərəfindən X6 təyin olunmuş diaqnozun düzgün qoyulduğu, müayinə və müalicənin isə düzgün aparıldığı müəyyən edilmişdir. Belə olan halda isə onun üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə ekspertizanın qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, digər sübutlar, o cümlədən şahid ifadələri təsdiq edildiyini nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatı həyata keçirən cavabdeh təşkilatın həkimlərinin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi, diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılmaması və bunun nəticəsində maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərin ödənilməsi, eləcə də tibb mərkəzinin həkimləri barəsində xüsusi qərardad çıxarılması, X1 dəyən zərərin ödənilməsi hissələrində də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeha qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeha qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar