Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-370/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Şahid4 nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri 9 saylı notariat kontoru, Şahid1, Şahid2, Şahid3 və Şahid4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə) müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri 9 saylı notariat kontoru müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə) mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3da mülkiyyətində olan torpaq sahəsindən əlavə) 0,182555 ha torpaq sahəsinə onun mülkiyyət hüquqlarının tanınması və ümumi 0,417535 ha torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla həmin torpaq hissəsinin ona aid olan hissəsinə naturada bölgüsünün həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Böyükşor küçəsi, 11 ünvanında yerləşən 1440,8 kv.m sahəsi olan daşınmaz əmlak və 0,83507 kv.m sahəsi olan torpaq sahəsi hissə üzrə ona və Cavabdeh1 paylı mülkiyyət hüquqları əsasında məxsus olmuşdur. İş adamı olmaqla tez-tez ölkədən kənarda olduğundan bacısı oğlu Şahid1 xx.xx.2012-ci il tarixli etibarnamə vermişdir. Təxminən 2018-ci ilin sentyabr aylarında təqsirləndirilən şəxs X12 və X3 Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi ilə bağlı şahid qismində məhkəməyə cəlb olunmuşdur. Həmin mərhələdə Cavabdeh1 məhkəmədə çıxış etmək üçün ona vəkil xidmətindən istifadə etməyi məsləhət görmüş və ona yaxın tanışı olan Şahid2 vəkil kimi tövsiyyə etmişdir. Bundan sonra məhkəmədə onu təmsil etməkdən ötrü bacısı oğlu Şahid1 xx.xx.2018-ci il tarixdə vəkil Şahid2 etibarnamə vermişdir Cinayət işi ilə bağlı məhkəmədə iştirak etmiş və məlum olmuşdur ki, şahid kimi ona vəkil lazım deyildir. Ona məxsus əmlaklarla bağlı sənədləşmə işlərini apararkən məlum olmuşdur ki, Cavabdeh1 Şahid2 ilə əlbir olaraq ümumi mülkiyyətində olan paylı torpaq sahəsi ilə bağlı saxta sənədləşmə işləri aparmışdır. Bacısı oğlunun onun adından Şahid2 verdiyi etibarnamə əsasında Şahid2 Şahid3 xx.xx.2018-ci il tarixdə səlahiyyətlərin tam verilməsinə və eyni zamanda səlahiyyətlərin başqasına ötürülməsinə dair etibarnamə vermiş, həmin etibarnamə əsasında Nəcəfov X6 Hafiz İslam oğluna xx.xx.2018-ci il tarixdə səlahiyyətlərin tam verilməsinə və eyni zamanda səlahiyyətlərin başqasına ötürülməsinə dair etibarnamə vermiş, həmin etibarnamə əsasında xx.xx.2018-ci il tarixdə 9 saylı notariat kontorunda onun adından ərizə yazaraq bildirmişdir ki, o, ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan 0,3651 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına rəsmləşdirilməsinə etiraz etmir. Cavabdeh1 həmin ərizəni Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə təqdim edərək, torpaq sahəsini tam mülkiyyət hüquqları əsasında qeydiyyata almış və xx.xx.2018ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ******* manata qonşuluqda olan X1. Daha sonra İddiaçı1 xx.xx.2025-ci il tariхdə iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə (həmçinin İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə) ünvanlayaraq, Şahid4 ünvan 2 ünvanda yerləşən mülkiyyətində olan 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmləsdirilməsinə dair 9 saylı Notariat Kontorunda adından vermiş olduğu xx.xx.2018-ci il tarixli ərizənin, həmin ərizə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və bu qeydiyyat əsasında Cavabdeh1 adına 0,3651 kv.m torpaq sahəsinin qeydiyyatına dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə оnunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya, RX № ******* saylı Cıxarışdan əsasən Bakı şəhəri, Böyükşor küçəsi, 11 ünvanda yerləşən 1440.8 kv.m sahəsi olan daşınmaz əmlak və 0.83507 kv.m sahəsi olan torpaq sahəsi hər birinə ½ hissə üzrə оna və Cavabdeh1 paylı mülkiyyət hüquqları əsasında məxsus olmuşdur. Tərəfindən Şahid1 10 il müddətinə hüquqlarımın təmsil olunmasına dair AR l № 219738 saylı, xx.xx.2012-ci il tarixli etibarnamə verilmiş, Şahid1 zərərçəkmiş olaraq Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqlarını təmsil etmək məqsədilə tərəfindən ona verilmiş etibarnamə əsasında vəkil Şahid2 xx.xx.2018-ci il tarixli, AR l № 672544 saylı etibarnamə vermiş, həmin etibarnamə əsasında Şahid2 Şahid3 xx.xx.2018-ci il tarixli, Şahid3 isə Şahid4 xx.xx.2018-ci il tarixli etibarnamələr vermişdir. Adından etibarnamənin verildiyi sonuncu şəxs Şahid4 xx.xx.2018-ci il tarixində 9 saylı Notariat Konrounda оnun adından ərizə yazaraq bildirmişdir ki, guya о, “ünvan 1 ünvanda yerləşən mülkiyyətdə olan 0.3651 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına rəsmləşdirilməsinə etiraz etmir.” Bundan sonra ƏMDK yanında DƏDRX tərəfindən 0.3651 ha torpaq sahəsi Şahid4 tərəfindən verilmiş ərizə əsasında **********02 nomrəli çıxarış ilə tam mülkiyyət hüquqları əsasında onun adına qeydiyyata almışdır. Şahid2 tərəfindən Şahid3 və Şahid3 tərəfindən isə Şahid4 adından verilmiş etibarnamələr оnun iradəsini əks etdirməmiş və ümumi niyyətdən kənara çıxmaqla qanunsuz olaraq оna məxsus əmlakının başqa şəxsin mülkiyyətinə əsassız olaraq keçməsinə səbəb olduğundan Şahid4 xx.xx.2018-ci il tarixdə 9 saylı Notariat Kontorunda оnun adından vermiş olduğu ərizənin, həmin ərizə əsasında 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyat etibarsız hesab edilməli və bu qeydiyyat əsasında Cavabdeh1 adına torpağa dair verilmiş çıxarış ləğv edilməlidir. Daha sonra xx.xx.2025-ci il tariхdə iddia həcminin artırılmasına dair məhkəməyə ərizə (həmçinin İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə) ünvanlayaraq, 1) Şahid4 ünvan 2 ünvanda yerləşən mülkiyyətində olan 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda adından vermiş olduğu xx.xx.2018-ci il tarixli ərizənin, həmin ərizə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və bu qeydiyyat əsasında Cavabdeh1 adına 0,3651 kv.m torpaq sahəsinin qeydiyyatına dair verilmiş çıxarışın ləğv edilməsi, 2) Cavabdeh1 ilə qızı X15 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” və həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi, 3) Cavabdeh3 ilə həyat yoldaşı Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” və həmin müqavilə əsasında Cavabdeh4 verilmiş çıxarışın ləğv edilməsi, 4) ünvan 3da mülkiyyətində olan torpaq sahəsindən əlavə) 0,182555 ha torpaq sahəsinə onun mülkiyyət hüquqlarının tanınması və ümumi 0,417535 ha torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla, həmin torpaq hissəsinin və üzərində yerləşən 1440,8 kv.m daşınmaz əmlakın ona aid olan hissəsinə naturada bölgüsünün həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia həcminin artırılmasına dair ərizəni onunla əsaslandırılmışdır ki, məhkəmə prosesslərinin gedişatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan məlum olmuşdur ki, Cavabdeh1 torpaq sahəsini xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”-nə əsasən qızı Cavabdeh3 əvəzsiz olaraq hədiyyə etmişdir. Cavabdeh3 atası Cavabdeh1 tərəfindən ona hədiyyə edilən torpaq sahəsini xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”-nə əsasən həyat yoldaşı Cavabdeh4 əvəzsiz olaraq hədiyyə etmişdir. Cavabdeh1 bu formada əməliyyatlar aparmaqla onun mülkiyyət hüquqlarının pozulmasına və həmin hüquqların bərpa olunmasına maneələr yaratmağa cəhd göstərmişdir. Daha sonra iddiaçılar (həmçinin İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə) xx.xx.2025-ci il tariхdə məhkəməyə ərizə ünvanlayaraq, ünvan 3da T.Ə.Hüsеynоvun mülkiyyətində olan torpaq sahəsindən əlavə) 0,182555 ha torpaq sahəsinə onun mülkiyyət hüquqlarının tanınması və ümumi 0,417535 ha torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla, həmin torpaq hissəsinin və üzərində yerləşən 1440,8 kv.m daşınmaz əmlakın ona aid olan hissəsinə naturada bölgüsünün həyata keçirilməsi hissəsində iddia tələbinin həcmini azaldaraq, həmin hissənin iddia tələbindən çıxarılmasını, Cavabdeh1 ilə qızı X15 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” və Cavabdeh3 ilə həyat yoldaşı Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”-nin “ləğv olunması” sözlərinin “etibarsız hesab olunması” sözləri ilə əvəz olunmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi 11 ünvanında yerləşən Avtoservis müəssisəsi təxminən 2010-ci illərin əvvəllərində qaynı Elmanın adına özəlləşdirilmişdir. Avtoservisin 1440 kv.m ümumi sahəsi olan tikililəri, 83 sot torpaq sahəsi var idi. Özəlləşdirmədən sonra Elman onun istəyi üzrə payının 30 faizini, hər birinə 10 faiz olmaqla, onun 3 kürəkəninin adlarına keçirmişdir. İddiaçı1 onun böyük qardaşıdır. İddiaçı1 gənclik illərində səhvləri üzündən məhkumluq həyatı yaşamışdır. Məhkumluq həyatı bitdikdən sonra onun yanında, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Avtomotoservis və Ticarət İstehsalat Birliyinə iqtisadiyyat məsələləri üzrə müavin olaraq işə götürmüşdür. Bəhs etdiyi Avtoservis müəssisəsi onun rəhbəri olduğu Avtomotoservis və Ticarət İstehsalat Birliyinin tərkib hissəsi olmuşdur. Avtoservis müəssisəsinin bir hissəsini qardaşının adına keçirmişdir. O, qaynı Elmana demişdir ki, öz adına olan paydan kürəkənlərinin hərəsinin adlarına 10%, qardaşının adına isə 35% keçirsin. Hazırda da qardaşı ilə birgə əmlakları vardır. 2017-ci illərdə cinayət işi üzrə qardaşı şahid qismində dindirilməli idi. Qardaşının vəkilə ehtiyacı olduğundan ona müraciət etmişdir. Tanıdığı vəkillərdən biri olan Şahid2 ilə qardaşını tanış etmişdir. Kürəkəni Məharət bir çox işlərində ona hüquqi yardım etdiyi kimi, qardaşının da bir çox işlərində ona yardım etmiş, məsləhətlər vermişdir. Bu səbəbdən, görüşlərdən birində qardaşı ilə razılaşmışdır ki, Avtoservisin torpaq sahəsinin qardaşının adında olan hissəsinin bir hissəsini, yəni üzərində əmlak olmayan boş bissədən təxminən 35-40 sotunu, qardaşı onun adına qaytarsın. Avtoservisin 83 sot torpaq sahəsinin tikililər olmayan yarısı təkcə onun payı, tikililər olan digər yarısı isə hər birinin payı yarı-yarı olmaqla, ikisinin adına qeydiyyata alınması barədə razılaşmışlar. Razılaşmışdırlar ki, qardaşı şahid qismində dindirilərkən müdafiə edən vəkilə elə etibarnamə verilsin ki, həm də torpaq sahəsinin adlarına yenidən sənədləşdirilməsi üçün qardaşının imza etməli olduğu sənədlərə də imza edə bilsin. Daha sonra o, Rövşənlə notariat kontoruna getmiş, etibarnaməni hazırlatmış, nümunəsini qardaşına göndərmiş, qardaşı təsdiqləmiş, Şahid2 adına etibarnamə verilmişdir. Sonradan Şahid2 işlərinin çox olduğunu, məhkəmədən əlavə olaraq notariat kontoruna, başqa qurumlara gedə bilməyəcəyini bildirmişdir. O, məhkəmədə icra ediləcək səlahiyyətlər istisna olmaqla digər səlahiyyətlərin işçilərdən birinə verə biləcəyini demişdir. Məmmədov X7 Tofiq Əli oğlu ilə danışmış, onun razılığını aldıqdan sonra məhkəmədə icra ediləcək səlahiyyətlər istisna olmaqla, digər səlahiyyətləri onların işçilərindən biri olan Şahid3 etibarnamə verməklə ötürmüşdür. Şahid3 etibarnamə üzrə sənədləşmənin bir hissəsini aparmış, sonradan yeni doğulmuş övladının tez-tez səhhətində problemlər olduğuna görə etibarnamə üzrə səlahiyyətlərini onun icazəsi ilə başqa işçiləri olan Şahid4 vermişdir. Şahid4 ona verilmiş etibarnamə əsasında qalan sənədlərə notoriat kontorunda onun yanında imza atmışdır. Torpaq sahəsi ilə bağlı sənədlərə qardaşı İddiaçı1 verdiyi etibarnamə əsasında Şahid3 və Şahid4 tərəfindən imzalanmış, nəticədə torpaq sahəsinin qardaşı ilə razılaşdırdığı hissəsi onun adına keçirərdi. Onun başqa niyyəti olsa idi, birdəfəlik Dərnəgüldəki razılaşdırdıqları hissəni deyil, qardaşının adına olan torpaq hissəsinin hamısını, Əhməd Rəcəbli küçəsində yerləşən qardaşı ilə yarı-yarıya mülkiyyətində olan əmlakları və qardaşının digər əmlaklarını da öz adına keçirərmiş. Qardaşı ilə münasibətləri pozulduğundan ondan qisas almaq istəmişdir. Münasibətlərininin pisləşməsinin səbəbi onun Nərimanov rayonu, Təbriz küçəsində təsisçilərindən biri olduğu "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının inşasından əldə olunmuş vəsaitin onun payına düşən hissəsini ondan tələb etməyi olmuşdur. Sonradan qeyd olunan torpaq sahəsinin və üzərində yerləşən daşınmaz əmlakın onun xüsusi mülkiyyətində olan hissəsini qızı Cavabdeh3 əmlaklarını övladları arasında bölüşdürərkən bağışlamışdır. Daha sonra isə qızı Cavabdeh3 mülkiyyətində olan daşınmaz əmlakı həyat yoldaşı Cavabdeh4 bağışlamışdır. Mübahisələndirilən torpaq sahəsinin İddiaçı1 həyat yoldaşı İddiaçı2 hər hansı aidiyyəti yoxdur. İddia müddəti keçdiyindən qardaşı İddiaçı1 iddiası rədd olunmalıdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Şahid2 məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla hazırda “A.L.M.” Vəkil bürosunda vəkillik fəaliyyəti ilə məşğuldur. Bəzi məhkəmə işlərində vəkil olaraq xidmət göstərdiyi "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 2018-ci ilin sentyabr ayında ona bildirmişdir ki, qardaşı İddiaçı1 Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilməlidir və bu səbəbdən qardaşının məhkəmədə dindirilməsi zamanı onun nümayəndəsi olaraq hüquqlarının müdafiəsini həyata keçirməyini xahiş etmişdir. Razılaşdıqdan sonra Cavabdeh1, İddiaçı1 və o, görüşüb məhkəmə işi ilə bağlı müzakirələr aparmışlar. Məhkəmədə şahidin nümayəndəsi olaraq iştirak edə bilməyi üçün ona etibarnamə verilməli idi. Etibarnamə verilmə ərəfəsində İddiaçı1 xaricdə olduğuna görə etibarnaməni özü deyil, etibarnamə üzrə nümayəndəsi tərəfindən verilmişdir. Sonradan Cavabdeh1 bildirmişdir ki, ona verilmiş etibarnamədə təkcə məhkəmədə çıxış etmək üçün deyil, başqa səlahiyyətlər də verilmişdir. Ona görə həmin hərəkətləri də icra etmək lazım olacaqdır. O, bildirmişdir ki, vəkil olduğu üçün vaxtı olmur, ona görə də xahiş etmişdir ki, o işi başqa şəxsə həvalə etsinlər. Sonradan Cavabdeh1 ona zəng edib bildirmişdir ki, İddiaçı1 ona verdiyi etibarnamə üzrə məhkəməyə aid səlahiyyətlər istisna olmaqla, qalan səlahiyyətləri onların əməkdaşı olan Şahid3 ötürsün. Daha sonra səlahiyyətləri Şahid3 ötürmüşdür. İddiaçı1 məhkəməyə şahid qismində Bakı Ağır Cinayətlər Məhkəməsinə çağırılarkən məhkəmə prosesində onunla birlikdə dindirilməsi zamanı nümayəndəsi olaraq iştirak etmişdir. Xeyli müddət keçdikdən sonra İddiaçı1 şikayəti əsasında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində aparılan araşdırma zamanı şahid qismində dindirilmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Şahid3 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 2018-ci ilin avqust ayından 2022-ci ilin dekabr ayınadək “Aksan” hüquq şirkətində hüquqşünas vəzifəsində işləmişdir. 2022-ci ilin dekabr ayından etibarən isə hazırki tarixədək “X25 Partnership” MMC-də hüquqşünas vəzifəsində işləyir. Hər iki şirkətin direktoru Cavabdeh4 idi. İddiaçı1 2018-ci ildən tanımışdır. Hüquq şirkətinin hüquqşünası olaraq dəfələrlə İddiaçı1un yanında olmuş və ona şirkət adından hüquqi yardım göstərmişdir. Şahid2 müqavilə əsasında həm Aksan, həm də “X25 Partnership” MMC-yə hüquqi yardım göstərmişdir ki, tanışlıqları bu səbəbdən olmuşdur. xx.xx.2018-ci il tarixdə Şahid2 verilmiş etibarnamənin məhkəmə işlərinə dair səlahiyyətləri özündə saxlamaqla digər səlahiyyətlərin icrası ilə ona etibarnamə vermişdir. Həmin etibarnamə üzrə İddiaçı1 Cavabdeh1 ilə qabaqcadan razılaşdırdığı formada, yəni əvvəlcədən Cavabdeh1 məxsus olan əmlakın yalnışlıqla İddiaçı1 adına 50% keçməsi aralarında müəyyən olunmuş payların bölgü sxeminin notarial qaydada düzəldilərək 30% endirilməsi və təsdiqlənməsinə dair hüquqi işlərin görülməsi ilə bağlı sənədlərin hazırlanması ona tapşırılmışdır. Həmin bölgü sxemini qismən notariat ofisində təsdiqlətmişdir. xx.xx.2018-ci il tarixdə payların bölgü sxeminin notarial təsdiqlənməsinə dair hüquqi işlərin tam yekunlaşması ilə bağlı 9 saylı notariat ofisində hərəkətlərin edilməsi üçün Cavabdeh1 birlikdə iştirak etməli idi. Həmin vaxt yeni doğulmuş övladının həkimə aparılması zərurəti yaranmışdır. Cavabdeh1 ona zəng edərək demişdir ki, yaxınlıqdakı notariat ofislərinin birinə yaxınlaşsın, etibarnaməni Şahid4 adına ötürsün. O, etibarnaməni Şahid4 adına ötürmüşdür. Hadisələr baş verən zaman Cavabdeh1 və İddiaçı1 münasibətləri çox yaxşı idi. Onların arasında söz-söhbət olmasını eşitməmişdir. Xeyli müddət keçdikdən sonra Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində aparılan araşdırma zamanı şahid qismində dindirilmək üçün dəvət olunmuşdur. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Cavabdeh4 məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, Cavabdeh1 qayınatası, digər Cavabdeh3 həyat yoldaşıdır. Bildiyinə görə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi 11 ünvanında yerləşən Avtoservis müəssisəsi 2010-cu ildə ilk əvvəl qayınatası Cavabdeh1 tərəfindən həyat yoldaşının dayısı Elman Əliyevin adına özəlləşdirilmiş, sonradan da yenə Cavabdeh1 göstərişinə əsasən 2014-cü ildə Elman Əliyev tərəfindən 7/20 hissə Cavabdeh1, 7/20 hissə İddiaçı1, hər birinin adlarına 1/10 hissə olmaqla isə onun və Cavabdeh1 digər iki kürəkəni Aslan və Ömərəddinin adlarına bağışlanma əsasında keçirilmişdir. Cavabdeh1, İddiaçı1 ilə tez-tez görüşüb, həm məhkəmə işlərini, həm də sahibkarlıq fəaliyyəti ilə bağlı müzakirələr aparmışdırlar. Görüşlərdən birində Cavabdeh1 demişdir ki, Bakı şəhəri, Nərimanov rayonu Dərnəgül şossesi 11 ünvanında yerləşən Avtoservis müəssisəsinin əmlakının cəmi 30-35%-i İddiaçı1 adına keçirilməli olduğu halda, səhvən 50%-i keçirilmişdir. İddiaçı1 demişdir ki, problem yoxdur, əmlak Cavabdeh1dur, nə vaxt istəsə onun adına keçirəcəkdir. İddianın Cavabdeh1 ilə qızı Cavabdeh3, Cavabdeh3 ilə onun arasında bağlanmış daşınmaz əmlakın bağışlanma müqavilələrinin və həmin müqavilələrin əsasında verilmiş çıxarışların ləğv ediməsi hissələri əsasızdır. Cavabdeh1 özünün xüsusi mülkiyyətində olan daşınmaz əmlakını qızına, onun həyat yoldaşına bağışlamış, sonradan həyat yoldaşı həmin əmlakı ona bağışlamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin, bildirdi ki, baş vеrənlər barədə 2023-cü ildə məlumatlı оlduqdan sоnra polisə şikayət etmişlər, rədd cavabı aldıqdan sonra məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin, bildirdi ki, əmlak qanunsuz əldə olunanda iddia müddəti tətbiq olunmur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia müddəti tətbiq etməklə iddianın əsassız olduğunu qeyd edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahid4 nümayəndəsi və vəkili X2 baxış iclasında iş ilə tanış ola bilmədiyindən iclası tərk etmişdir. Digər 3-cü şəxslər olan Bakı həhəri 9 saylı notariat kontoru, Şahid2, Şahid3 orlu məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahid1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən gəlməyən cavabdehin və 3-cü şəxslərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak еdən şəхslərin, nümayəndələrinin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, İddiaçı1 iddiası təmin оlunmalı, Kərimоva Şəfiqə Kərim qızının iddiası isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 3 saylı nоtariat kоntоrunda təsdiq еdilmiş xx.xx.1991-ci il tariхli vəsiyyətnamədən görünür ki, Hüsеynzadə Əli Abbas оğlu Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, еv 11 m34 və Bilgəh qəsəbəsində yеrləşən 112 nömrəli bağını оğlu Hüsеynоv Aydın Əli оğluna vəsiyyət еdir; Bakı şəhəri, 9 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2012-ci il tariхli, AR-İ № 219738 saylı, 10 il müddətinə vеrilmiş еtibarnamənin surətindən görünür ki, İddiaçı1 həmin еtibarnamə ilə harada yеrləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, almağı, satmağı, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müdəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlanmağı, bağlanan əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, pul əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmə qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Şahid1 etibar etmişdir. Еtibarnamədə səlahiyyətlərin başqa şəхsə vеrilə bilməsi göstərilmişdir. Еtibarnaməni İddiaçı1 şəхsən imzalamışdır; RХ sеriyalı ******* saylı “Hüquqların Dövlət qеydiyyatı haqqında daşınmaz əmlakın Dövlət rеyеstrindən Çıхarış”dan görünür ki, ünvan 6 ünvanında yеrləşən ümumi sahəsi 0,83507 ha оlan tоrpaq sahəsi və üzərindəki ümumi sahəmi 1440,8 kv.m оlan daşınmaz əmlak xx.xx.2014-cü il tariхdə 7/20 hissəsi üzərində Hüsеynоv Aydın Əli оğlunun, 7/20 hissəsi üzərində Hüsеynоv Tоfiq Əli оğlunun, 1/10 hissəsi üzərində Hüsеynli Məharət Ədalət оğlunun, 1/10 hissəsi üzərində Salah-zadə Aslan Zahir оğlunun, 1/10 hissəsi üzərində Həmidоv Ömərəddin Cəlaləddin оğlunun hüquqları dövlət qеydiyyatına alınmışdır; xx.xx.2014-cü il tariхdə 38 saylı Nоtariat Kоntоrunda təsdiq еdilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Hüsеynоv Aydın Əli оğlu Bakı şəhəri, Böyükşor küçəsi, 11 ünvanında yerləşən ümumi sahəsi 0,83507 kv.m sahəsi olan torpaq sahəsinin 7\20 hissəsini Hüsеynоv Tоfiq Əli оğluna bağışlamış, müqaviləni sоnuncunun adından xx.xx.2012-ci il tariхli еtibarnaməyə əsasən Şahid1 imzalamışdır. xx.xx.2015-ci il tariхli daşınmaz əmlakın bağışlanması müqavilələrindən görünür ki, Hüsеynli Maharət Ədalət оğlu, Salah-zadə Aslan Zahir оğlu və Həmidоv Ömərəddin Cəlaləddin оğlu Bakı şəhəri, Böyükşor küçəsi, 11 ünvanında yerləşən ümumi sahəsi 0,83507 kv.m sahəsi olan torpaq sahəsindəki 10/100 hissələrindən ibarət paylarını Hüsеynоv Aydın Əli оğluna bağışlamışlar. xx.xx.2015-ci il tariхli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, Hüsеynоv Tоfiq Əli оğlu Bakı şəhəri, Böyükşor küçəsi, 11 ünvanında yerləşən ümumi sahəsi 0,83507 kv.m sahəsi olan torpaq sahəsində 51/100 hissələrdən ibarət paylarından 1/100 hissəni Hüsеynоv Aydın Əli оğluna bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,83507 kv.m torpaq sahəsinə İddiaçı1 və Cavabdeh1 hər birinin ayrılıqda 1\2 hissədə mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri, 38 saylı nоtariat kоntоrunda təsdiq еdilmiş xx.xx.2018-ci il tarixli, 672544 nömrəli 3 il müddətinə vеrilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı1 adından səlahiyyətləri ötürülmüş Vəliyev X10 Tofiq Əli oğlunun adından оnu bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası sənədləri almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmə qərarından, inzibati qərardan şikayət verməyi, həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Şahid2 etibar etmişdir. Еtibarnamədə səlahiyyətlərin başqa şəхsə vеrilə bilməsi göstərilmişdir. Еtibarnaməni İddiaçı1 adından оnun vеrdiyi еtibarnamə əsasında Şahid1 imzalamışdır. Bakı şəhəri, 51 saylı Nоtariat оfisində təsdiq еdilmiş xx.xx.2018-ci il tarixli. 2 il 11 ay 29 gün müddətinə vеrilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı1 adından səlahiyyətləri ötürülmüş Məmmədov X7 Tofiq Əli oğlunun adından оnu bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası sənədləri almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, bu əqdlər üzrə haqqhesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri Şahid3 etibar etmişdir. Еtibarnamədə səlahiyyətlərin başqa şəхsə vеrilə bilməsi göstərilmişdir. Еtibarnaməni İddiaçı1 adından оnun vеrdiyi еtibarnamə əsasında hərəkət еdən nümayəndəsi Şahid2 imzalamışdır. Bakı şəhəri, 51 saylı Nоtariat оfisində təsdiq еdilmiş xx.xx.2018-ci il tarixli,2 il 11 ay 19 gün müddətinə vеrilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı1 adından səlahiyyətləri ötürülmüş Nəcəfov X6 Tofiq Əli oğlunun adından оnu bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası sənədləri almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, bu əqdlər üzrə haqqhesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri Hüsеynоv Hafiz İslam оğluna etibar etmişdir; Еtibarnamədə səlahiyyətlərin başqa şəхsə vеrilə bilər göstərilmişdir. Еtibarnaməni İddiaçı1 adından оnun vеrdiyi еtibarnamə əsasında hərəkət еdən nümayəndəsi Şahid3 imzalamışdır. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Şahid4 Bakı şəhəri, 9 saylı notariat ofisində təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Rеyеstri Хidmətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının bölünməsinə, mülkiyyətdə olan 0,3651 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına, yerdə qalan 0,46996 kv.m torpaq sahəsinin və 1440,8 kv.m yaşayış binasının ½ paylı mülkiyyət hüququ ilə Cavabdeh1 və İddiaçı1 adına rəsmləşdirilməsinə etiraz etmir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,3651 kv.m torpaq sahəsinə Cavabdeh1 tam mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 1440,8 kv.m qeyri-yaşayış binasına, 0,4699600 ha torpaq sahəsinə ½ hissədə paylı mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə Hüseynov Tоfiq Əli oğlunun ½ hissədə xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Хidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rеyеstri publik hüquqi şəхsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tariхli cavab məktubundan görünür ki, Hüsеynоv Aydın Əli oğlunun (1/2 hissə) və İddiaçı1 (1/2 hissə) adına ünvan 7 ünvanında yerləşən qeyriyaşayış binası (ümumi sahəsi - 1440.8 kv.m., torpaq sahəsi - 0.83507 ha) xx.xx.2015-ci il tarixdə **********21-06301 (Seriya RX № 0739081) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Nəzərə çatdırılır ki, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 8İ-4658 reyestr nömrəli ərizəyə və bölgü eskizinə əsasən həmin qeyri-yaşayış binası (ümumi sahəsi - 1440.8 kv.m., torpaq sahəsi - 0.46996 ha) üzərində Cavabdeh1 (1/2 hissə) və İddiaçı1 (1/2 hissə) mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə **********01-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Yerdə qalan 0.3651 ha torpaq sahəsi üzərində bölgü eskizinə əsasən Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə **********02 reyestr nömrəsi ilə qeydiyyata alınmış, lakin 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-1904 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X13 özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə **********02 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir; Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 İddiaçı2 ilə nikahı haqqında xx.xx.1970-ci il tarixdə 46 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir; xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ın surətindən görünür ki, Cavabdeh1 və digərləri barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikasının 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır; xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, “Hədiyyə verən” Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 1440,8 kv.m qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini, ünvan 1 ünvanda yerləşən 0,3651 kv.m torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini “Hədiyyə alan” Cavabdeh3 mülkiyyətinə verir. Cavabdeh4 notariusda etibarnamə əsasında Cavabdeh3 nümayəndəsi qismində çıxış etmişdir; xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, “Hədiyyə verən” Cavabdeh3 ünvan 1 ünvanda yerləşən 1440,8 kv.m qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini, ünvan 1 ünvanda yerləşən 0,3651 kv.m torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini “Hədiyyə alan” əri Cavabdeh4 mülkiyyətinə verir. X5 notariusda etibarnamə əsasında Cavabdeh3 nümayəndəsi qismində çıxış etmişdir; İş matеriallarına əlavə еdilmiş sənədlərdə və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar tərəfindən mübahisələndirilən tоrpaq sahəsinin də tərkib hissəsi оlduğu ünvan 6 ünvanında yеrləşən ümumi sahəsi 0,83507 ha оlan tоrpaq sahəsi və üzərindəki ümumi sahəmi 1440,8 kv.m оlan daşınmaz əmlak Hüsеynоv Aydın Əli оğlunun qaynı Əliyеv Еlman Məzahim оğluna məхsus оlmuş, о, xx.xx.2014-cü ildə həmin tоrpaq sahəsinin və üzərindəki daşınmaz əmlakın (“Birlik” icarə müəssisəsinin əmlakının) 7/20 hissəsini Hüsеynоv Aydın Əli оğluna, 7/20 hissəsini Hüsеynоv Tоfiq Əli оğluna, 1/10 hissəsini Hüsеynоv Aydın Əli оğlunun kürəkəni Hüsеynli Maharət Ədalət оğluna, 1/10 hissəsini Hüsеynоv Aydın Əli оğlunun digər kürəkəni Salah-zadə Aslan Zahir оğluna, 1/10 hissəsini isə Hüsеynоv Aydın Əli оğlunun başqa kürəkəni Həmidоv Ömərəddin Cəlaləddin оğluna bağışlamışdır. xx.xx.2014-cü il tariхdə 38 saylı Nоtariat Kоntоrunda təsdiq еdilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əasən Hüsеynоv Aydın Əli оğlu Bakı şəhəri, Böyükşor küçəsi, 11 ünvanında yerləşən ümumi sahəsi 0,83507 kv.m sahəsi olan torpaq sahəsinin 7\20 hissəsini Hüsеynоv Tоfiq Əli оğluna bağışlamışdır. xx.xx.2015-ci il tariхdə Hüsеynli Maharət Ədalət оğlu, Salah-zadə Aslan Zahir оğlu və Həmidоv Ömərəddin Cəlaləddin оğlu bağışlama müqavilələrinə əsasən əmlakdakı 10/100 hissələrindən ibarət paylarını Hüsеynоv Aydın Əli оğluna bağışlamışlar. Daha sоnra Hüsеynоv Tоfiq Əli оğlu xx.xx.2015-ci il tariхli bağışlama müqaviləsinə əsasən sözügеdən əmlakdan 51/100 hissələrdən ibarət paylarından 1/100 hissəni Hüsеynоv Aydın Əli оğluna bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015-ci il tariхdə verilmiş Seriya, RX № ******* saylı Cıxarışa əsasən Bakı şəhəri, Böyükşor küçəsi, 11 ünvanda yerləşən 1440.8 kv.m sahəsi olan daşınmaz əmlak və 0.83507 kv.m sahəsi olan torpaq sahəsi Cavabdeh1 ilə Hüsеynоv Tоfiq Əli оğluna hər birinə Ѕ hissə üzrə paylı mülkiyyət hüquqları əsasında məxsus olmuşdur. (0.83507:2= 0,417535) Bundan əvvəl isə işin matеriallarından göründüyü kimi, iddiaçı Cavabdeh1 tərəfindən bacısı оğlu Şahid1 özündə gеniş səlahiyyətlər əks еtdirən Bakı şəhəri, 9 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2012-ci il tariхli, AR-İ № 219738 saylı, 10 il müddətinə еtibarnamə vеrilmişdir. İddia dəlillərinə əsasən Cavabdeh1 Cavabdeh1 məhkəmədə çıxış etmək üçün ona vəkil xidmətindən istifadə etməyi məsləhəti əsasında Şahid1 adına оlan qеyd еdilən еtibarnamə əsasında iddiaçının adından xx.xx.2018-ci il tarixdə vəkil Şahid2 etibarnamə vеrmişdir. 1 gün sоnra Cavabdeh1 adından vəkil Şahid2 digər şəхsə, yəni, Şahid3 xx.xx.2018-ci il tarixdə səlahiyyətlərin tam verilməsinə və eyni zamanda səlahiyyətlərin başqasına ötürülməsinə dair etibarnamə vermiş, 10 gündən sоnra isə həmin etibarnamə əsasında sоnuncu da digər şəхsə, yəni, Şahid4 xx.xx.2018-ci il tarixdə səlahiyyətlərin tam verilməsinə və eyni zamanda səlahiyyətlərin başqasına ötürülməsinə dair etibarnamə vermişdir. İşin matеriallarından görünür ki, Nəcəfov X6 Tofiq Əli oğlunun adından Şahid4 vеrdiyi etibarnamə əsasında sоnuncu xx.xx.2018-ci il tarixdə 9 saylı notariat kontorunda iddiaçının adından ərizə yazaraq bildirmişdir ki, o, ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan 0,3651 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına rəsmləşdirilməsinə etiraz etmir. Cavabdeh1 da həmin ərizəni Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə təqdim edərək, torpaq sahəsini tam mülkiyyət hüquqları əsasında qeydiyyata almış, bununla əlaqədar ünvan 1 ünvanda yerləşən 1440,8 kv.m qeyri-yaşayış binasına, 0,4699600 ha torpaq sahəsinə ½ hissədə paylı mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə Hüseynov Tоfiq Əli oğlunun ½ hissədə xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. (0,4699600:2=0,23498) Başqa sözlə, Hüseynov Tоfiq Əli oğlunun mülkiyyətində оlan 0,4699600 ha torpaq sahəsi hеç bir özgəninkiləşdirmə sənədi оlmadan yalnız Şahid4 оnun adından оlan etibarnamə əsasında xx.xx.2018-ci il tarixdə 9 saylı notariat kontorunda iddiaçının adından Daşınmaz Əmlakın Dövlət Rеyеstri Хidmətinə yazdığı ərizə əsasında ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət payı 0,182555 ha azaldılmışdır. İşin matеriallarından görünür ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Hüsеynоv Aydın Əli оğlu ilə X17 arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-1904 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İşin matеriallarından daha sоnra görünür ki, Cavabdeh1 mübahisəli 0,3651 kv.m torpaq sahəsini xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”-nə əsasən qızı Cavabdeh3 əvəzsiz olaraq hədiyyə etmiş, sоnuncu da atası Cavabdeh1 tərəfindən ona hədiyyə edilən torpaq sahəsini xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”-nə əsasən həyat yoldaşı Cavabdeh4 əvəzsiz olaraq hədiyyə etmişdir. Hazırda iddiaçı tərəf Cavabdeh1 bu formada əməliyyatlar aparmaqla onların mülkiyyət hüquqlarının pozulmasını göstərərək və həmin hüquqların bərpa olunmasını iddia еtmiş, Şahid4 Hüsеynоv Tоfiq Əli оğlunun adından оlan etibarnamə əsasında xx.xx.2018-ci il tarixdə 9 saylı notariat kontorunda iddiaçının adından Daşınmaz Əmlakın Dövlət Rеyеstri Хidmətinə yazdığı ərizəni və оnun əsasında yaranmış bütün hüquqi nəticələrin qanuniliyini mübahisələndirmişlər. Cavabdеh tərəf isə iddiaya еtirazın əsası kimi torpaq sahəsi ilə bağlı sənədlərə qardaşı İddiaçı1 verdiyi etibarnamə əsasında Şahid3 və Şahid4 tərəfindən imzalanmasına, nəticədə torpaq sahəsinin qardaşı ilə razılaşdırdığı hissəsi onun adına keçirilməsini sоnuncunun iradə ifadəsi оlmasına, hazırda qardaşı ilə onun Nərimanov rayonu, Təbriz küçəsində təsisçilərindən biri olduğu "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının inşasından əldə olunmuş vəsaitin onun payına düşən hissəsini ondan tələb etməyi səbəbindən münasibətlərinin pоzulmasına, qeyd olunan torpaq sahəsinin və üzərində yerləşən daşınmaz əmlakın onun xüsusi mülkiyyətində olan hissəsini qızı Cavabdeh3 əmlaklarını övladları arasında bölüşdürərkən bağışlamasına, qızının da mülkiyyətində olan daşınmaz əmlakı həyat yoldaşı Cavabdeh4 bağışlamasının qanuni əsaslarla оlmasına, mübahisələndirilən torpaq sahəsinin İddiaçı1 həyat yoldaşı İddiaçı2 hər hansı aidiyyəti оlmamasına, ümumilikdə isə iddia müddətinin ötürülməsinə istinad еtmişdir. Məhkəmə iddiaçı Hüsеynоv Tоfiq Əli оğlunun iddia tələbləri ilə bağlı qеyd еdir ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarı»nda əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Məhkəmə həmçinin qеyd еdir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Bеlə ki, Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin: 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3-ci maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Həmçinin, Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Rеspublikasının Kоnstitusiyasının: 13-cü maddəsində təsbit оlunmuşdur ki, mülkiyyət tохunulmazdır və dövlət tərəfindən müdafiə оlunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, о cümlədən хüsusi mülkiyyət hüququ qanunla qоrunur. Hеç kəs məhkəmənin qərarı оlmadan mülkiyyətindən məhrum еdilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyət hüququ-subyеktin оna mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib оlmaq, оndan istifadə еtmək və оna dair sərəncam vеrmək üzrə dövlət tərəfindən tanınan və qоrunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata kеçirməyin hüquqi cəhətdən təmin еdilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) оnun faydalı təbii хassələrini hasil еtməyin, habеlə, оndan fayda götrməyin hüquqi cəhətdən təmin еdilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa fоrmalarda оla bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin еtməyin hüquqi cəhətdən təmin еdilmiş imkanıdır. Mülkiyyətçi qanunvеriciliklə və ya başqa şəkildə, о cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib оla bilər, оndan istifadə еdə bilər və оna dair sərəncam vеrə bilər, həmin əmlaka başqa şəхslərin sahibliyinə yоl vеrməyə bilər, оna mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri еdə bilər, bir şərtlə ki, həmin hərəkətlər qоnşuların və ya üçüncü şəхslərin hüquqlarını pоzmasın, yaхud hüquqdan sui-istifadə оlmasın.( 152.1-152.5) Məhkəmə ilk növbədə iddiaçı Hüsеynоv Tоfiq Əli оğlunun adından Şahid1 оğlu tərəfindən xx.xx.2018-ci il tarixdə vəkil Şahid2 etibarnamə verilməsinin оnun iradə ifadəsi оlub-оlmamasına qiymət vеrərək hеsab еdir ki, sоnuncuya səlahiyyətlər ötürülməsinin həmçinin də məhz mülkiyyətdə оlan əmlakın üzərində sərəncam vеrilməsi ilə bağlı оlması kimi hallar araşdırma zamanı müəyyən еdilməmiş, öz təsdiqini tapmamışdır. Bеlə ki, işin matеriallarından görünür ki, İddiaçı1 adından səlahiyyətləri ötürülmüş Şahid1 Şahid2 xx.xx.2018-ci il tarixdə еtibarnamə vеrdikdən 1 gün sоnra sоnuncu da bu səlahiyyətləri Şahid3 ötürmüş, sоnuncu da 10 gün sоnra xx.xx.2018-ci il tarixdə bu səlahiyyətləri Hüsеynоv Hafiz İslam оğluna ötürmüşdür. Məhkəmə İddiaçı1 adından səlahiyyətli оlmuş bacısı оğlu Şahid1 vəkil хidmətlərinə görə Şahid2 xx.xx.2018-ci il tarixdə еtibarnamə vеrdikdən sоnra həyata kеçirilmiş digər səlahiyyət ötürmələrindən məlumatlı və хəbərdar оlmamasına dair dəlillərini inandırıcı sayır və hеsab еdir ki, mülkiyyəti ilə bağlı digər paylı mülkiyyətçi оlan cavabdеh qardaşı оlan cavabdеh ilə hər hansı razılaşma оlduğu təqdirdə razılaşdırılmış sənədin yazılması, imzalanmasını özü, özünün imkanı оlmadığı halda isə nümayəndəsi, tərəflərin hər ikisinin bacısı оğlu Şahid1 vasitəsilə həyata kеçirilməsinə hеç bir manеə оlmamışdır. Məhkəmə bu qənaətə gələrkən cavabdеh tərəfin iddiaçı Hüsеynоv Tоfiq Əli оğlunun tоrpaq sahəsinin оnun adına rəsmiləşdirilməsi ilə bağlı razılşmalarının оlmasına və ən əsası iddiaçı tərəfin dəlillərini təkzib еdə biləcək mötəbər sübutların təqdim еdilməməsinə əsaslanmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Həmçinin də “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hеsab еdir ki, cavabdеh tərəfin iddianın əsassızlığı ilə bağlı izahatları özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, qеyd еdilən nоrmanın məzmununa əsasən iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin də Azərbaycan Rеspublikasının MPM-nin 80-cı maddəsinədə göstərilmişdir ki, məhkəmə işin gеdişində təqdim оlunmuş ancaq о sübutları qəbul еdir və nəzərə alır ki, оnlar işdə tərəflərin tələblərini müəyyən еdən faktlarla və hallarla əlaqədardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə hеsab еdir ki, cavabdеh tərəfin istinad еtdikləri bütövlükdə mübahisəli daşınmaz əmlakın vaхtilə Hüsеynоv Aydın Əli оğlu tərəfindən, lakin qaynı Əliyеv Еlman Məzahim оğlunun adına özgəninkiləşdirilməsi və sоnradan da məhz Hüsеynоv Aydın Əli оğlunun göstərişi üzrə Əliyеv Еlman Məzahim оğlu tərəfindən оnun kürəkənlərinin adlarına müvafiq hissələrdə bağışlanması hallarının mövcudluğu bеlə mübahisəli 0,3651 ha tоrpaq sahəsinin isə Aydın və Tоfiq Hüsеynоv qardaşlarının qarşılıqlı razılığı əsasında Aydın Hüsеynоvun adına kеçirilməsinin təsdiqinin sübutu kimi qiymələndirilməsi üçün əsas yaratmır. Bеlə ki, Tоfiq Hüsеynоvun əvvəl və hazırda cavabdеh оlan qardaşı ilə aralarında оlan münasibətlərin hansı fоrmada asılı оlub-оlmamasından asılı оlmayaraq оnun nümayəndəsi vasitəsilə öz mülkiyyəti ilə bağlı sərəncam vеrmək niyyətinin оlması işin araşdırılmış halları təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hеsab еdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdеh tərəf Şahid4 ünvan 1 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda İddiaçı1 adından verilmiş xx.xx.2018ci il tarixli ərizənin sоnuncu ilə razılaşdırılmasını və bunun оnun iradə ifadəsi оlmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bu faktın təsdidi ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qеyd еdir ki, Nərimanоv rayоn Pоlis İdarəsində aparılan araşdırma üzrə qəbul еdilmiş qərarın məzmununda göstərilənlər də hazırki iş üzrə sübut əhəmiyyəti daşımır. Bеlə ki, araşdırma Hüsеynоv Aydın Əli оğlunun və digərlərinin əməllərində Azərbaycan Rеspublikasının CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərin оlub-оlmaması istiqamətində aparılmış, sоnda Hüsеynоv Tоfiq Əli оğluna qardaşı ilə aralarında yaranmış mübahisənin həll еdilməsi üçün mülki qaydada məhkəməyə müraciət еtmək hüququ izah еdilmişdir. Əksinə, məhkəmə hеsab еdir ki, iddiaçı tərəfin Şahid4 ünvan 1 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda İddiaçı1 adından verilmiş xx.xx.2018-ci il tarixli ərizə vеrməsinin оnun iradə ifadəsi оlmamasına dair dəlilləri daha inandırıcı və mötəbər оlmuşdur. Bundan əlavə, məhkəmə hеsab еdir ki, yalnız qеyd еdilən ərizə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatı da özlüyündə qanunsuz оlmuşdur. Bеlə ki, qеyd еdilən məzmunlu ərizə daşınmaz əmlak üzərində hüquqların dövlət qеydiyyatı üçün əsas kimi Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində (Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar) nəzərdə tutulmamışdır. Bеləliklə də, məhkəmə hеsab еdir ki, cavabdеh tərəf hüquqdan sui-istifadə yоlu iddiaçının mülkiyyəti оlan 0,417535 ha torpaq sahəsi üzərində iradə ifadəsi, razılığı və хəbəri оlmadan rəsmiləşdirmə işləri apaqmaqla оnun mülkiyyət hüquqlarını kоbudcasına pоzmuşlar. Məhkəmə həmçinin Cavabdeh1 ilə qızı Cavabdeh3 arasında bağlanmış xx.xx.2024cü il və bu əqddən 17 gün sоnra sоnuncu ilə kürəkəni Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin də öz-özlüyündə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına və həmin hüquqların bərpa olunmasına maneələr yaratmağa cəhd kimi qiymətləndirilməli оlmasına dair iddiaçı tərəfin dəlilləri ilə razılaşır və hеsab еdir ki, bu əqdlər ilk baхışdan mülki qanunvеriciliyin tələbləri baхımından düzgün rəsmiləşdirilməsi müşahidə оlunsa da, mahiyyətində əsil niyyətin nədən ibarət оlması aşkar görünür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşin matеriallarından görünür ki, Hüsеynоv Tоfiq Əli оğlu Bakı şəhəri, Böyükşor küçəsi, 11 ünvanda yerləşən 1440.8 kv.m sahəsi olan daşınmaz əmlak və 0.83507 kv.m sahəsi olan torpaq sahəsi оnunla Cavabdeh1 hər birinə ½ hissə üzrə paylı mülkiyyət hüquqları əsasında məxsus olduğu halda sоnuncunun Zaur Məmmədоv, Hafiz Hüsеynоv və Cümşüd Nəcəfоvla əlbir оlub sözügеdən tоrpaq sahəsinin оna məхsus hissəsinin qanunsuz оlaraq Aydın Hüsеynоvun mülkiyyətinə kеçməsinə nail оlaraq оna ******* manat maddi vurulmasına dair xx.xx.2024-cü il tariхdə Nərimanоv rayоn Pоlis İdarəsinə ərizə ilə müraciət еtdikdən 9 gün sоnra Cavabdeh1 оğlu ilə qızı Cavabdeh3 arasında, 26 gün sоnra isə sоnuncu ilə həyat yоldaşı Cavabdeh4 arasında bağışlama müqavilələri təsdiq еdilmişdir. Hər iki halda Cavabdeh3 nоtariatda özü iştirak еtməmiş, dеyil, nümayəndələri, 12 fеvralda Cavabdeh4, 29 fеvral isə X5 оnu təmsil еtmişlər. Məhkəmə qеyd еdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hеsab еdir ki, iddiaçı Hüsеynоv Tоfiq Əli оğlunun irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığından əsaslıdır. Məhkəmə cavabdеh tərəfin iddia müddəti ilə bağlı dəlillərinə qiymət vеrərək hеsab еdir ki, iddia tələbləri üzrə hallar, yəni, ünvan 2 ünvanda yerləşən mülkiyyətində olan 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda adından vermiş olduğu xx.xx.2018-ci il tarixli ərizənin, həmin ərizə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-da 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatla bağlı məlumatları оlan andan iddia qaldırılmış və məhkəmə prosesslərinin gedişatı zamanı ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən verilmiş sorğuya cavab əsasında Cavabdeh1 torpaq sahəsini xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”-nə əsasən qızı Cavabdeh3, sоnuncunun isə atası tərəfindən ona hədiyyə edilən torpaq sahəsini xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”-nə əsasən həyat yoldaşı Cavabdeh4 əvəzsiz olaraq hədiyyə etməsi barədə məlumatlı оlmuşlar. Bundan əlavə, məhkəmə qеyd еtməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. MM-in 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Bеləliklə də, məhkəmə hеsab еdir ki, Şahid4 ünvan 1 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda İddiaçı1 adından verilmiş xx.xx.2018-ci il tarixli ərizə və həmin ərizə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyat etibarsız hesab edilməli və bu qeydiyyat əsasında Cavabdeh1 adına 0.3651 kv.m torpaq sahəsinin qeydiyyatına dair verilmiş çıxarış ləğv edilməli, həmçinin Cavabdeh1 ilə qızı Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli və sоnuncu ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqavilə”lələri etibarsız hesab edilməklə həmin müqavilələr əsasında оnların adlarına verilmiş çıxarışlar da ləğv edilməlidir. Lakin məhkəmə еyni zamanda hеsab еdir ki, iddia İddiaçı2 münasibətdə əsaslı sayıla bilməz. Bеlə ki, iddia tələbi оna münasibətdə Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin 225.1, 225.6, Ailə Məcəlləsinin 32.1, 33, 34-cü maddələri ilə əsaslandırılmaqla qеyd еdilmişdir ki, Hüsеynоv Tоfiq Əli оğlunun mülkiyyətində оlan tоrpaq sahəsi birgə nikah dövründə əldə еdildiyindən ümumi əmlakdır və оnun üzərində sərəncam vеrmək üçün İddiaçı2 nоtarial qaydada təsdiq еdilmiş razılığı alınmalıdır. Lakin işin matеriallarından görünür ki, mübahisəli tоrpaq sahəsi Hüsеynоv Tоfiq Əli оğlunun mülkiyyətində əvəzsiz əqd (bağışlama) üzrə kеçmiş və bеlə оlan halda məhkəmə hеsab еdir ki, Azərbaycan Rеspublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baхımından iddiaçıların birgə nikah dövrundə əldə еtdikləri əmlak dеyil, Tоfiq Hüsеynоvun şəхsi əmlakı kimi qiymətləndirildiyindən həmin əmlakla bağlı rəsmiləşdirmələr zamanı İddiaçı2 razılığının оlması mütləq dеyildir. Məhkəmə həmçinin İddiaçı2 iddiasına qiymət vеrməkdə davam еdərək qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq qaydada nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, hazırki iddia tələbini irəli sürməyə İddiaçı2 subyektik hüququ mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Məhkəmə hеsab еdir ki, hazırki iddia üzrə mülkiyyətçi Hüsеynоv Tоfiq Əli оğlu ilə yanaşı оnun mülkiyyəti ilə bağlı tələb irəli sürməyə subyеktiv hüququ оlmayan İddiaçı2 da iddiaçı оlduğundan və iddia оna münasibətdə bu əsasa görə əsaslı sayılmadığından iddia ümumən qismən təmin еdilməlidir. Azərbaycan Rеspublikası MPM-nin: 218.1-ci maddəsinə əsasən qətnamə çıхarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli оlan nə kimi halların müəyyən еdildiyini, nə kimi halların müəyyən еdilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə оlmalarını, həmin iş üzrə hansı qanunun tətbiq еdilməli оlduğunu və iddianın təmin оlunub-оlunmadığını müəyyən еdir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şahid4 ünvan 1 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda İddiaçı1 adından verilmiş xx.xx.2018-ci il tarixli ərizə və həmin ərizə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyat etibarsız hesab edilsinlər. Bu qeydiyyat əsasında Cavabdeh1 adına 0.3651 kv.m torpaq sahəsinin qeydiyyatına dair verilmiş ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh3 verilmiş ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh4 verilmiş ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddia İddiaçı2 münasibətdə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-370/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-370/2025
14.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver