Məhkəmə qərarları › İş №2(005)-3716/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3716/2021

23.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3716/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Kərimli Elvin Şəkur oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “nikahın qeyd edilmə faktının tanınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1939-cu ildə Özbəkistan Respublikası, Çimkənd vilayətində anadan olmuş Ərizəçi nikah haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və nikah haqqında akt qeydləri kitabında dəyişiklik edilərək soyad qrafasında "Mirzəyev" əvəzinə "Məmmədov" qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi XX.XX.1939-cu ildə Özbəkistan Respublikası, Çimkənd vilayətində anadan olmuşdur. X2, anası isə X6 olmuşdur. X1 nikaha daxil olmamışdan qabaqkı soyadı isə X8 olmuş, lakin mənim soyadım nikah haqqında şəhadətnaməsində Mirzəyev soyadı kimi göstərilmişdir. Doğum haqqında şəhadətnaməsində də, soyadı Məmmədov kimi qeyd olunmuşdur. Lakin ona məxsus nikah haqqında şəhadətnamədə soyadı səhvən Mirzəyev Telman kimi qeyd edilmişdir. Nikah haqqında şəhadətnamənin bərpa edilməsi (soyadımın düzəliş edilməsi) üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi nikah haqqında akt qeydində soyadının düzəliş edilməsinin onlar tərəfindən mümkün olmadığı bildirilmişdir. Ona məxsus bütün sənədlərdə soyadı Ərizəçi kimi qeyd olunmuşdur. Həmin düzəlişin edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, məhkəməyə müraciət elməli olduğunu bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XXX XX.XX.1939-cu il tarixdə Özbəkistan, Çimkənd viləyatində doğulmuşdur. AZE seriyalı 06051788 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 12.02.1948-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Evlənmə haqqında şəhadətnamədən görünür ki, X5 ilə X4 nikahları 02.06.1968-ci ildə rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 1939-cu il tarixdə doğulmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 02.07.2021-ci il tarixli, 147 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən Əsas Müddəalar”-ın 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Soyadınıza düzəliş etmək üçün kifayət qədər əsas olmadığından xahişiniz imkanımız xaricindədir. Nikah haqqında akt qeydinizdə düzəliş edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi ilə X4 nikahları 02.06.1968-ci ildə qeydə alınmışdır. Nikah rəsmiləşdirilən zaman ərizəçinin soyadı səhvən “Mirzəyev” kimi qeyd edildiyindən, arvadı Nüşabəyə də “Mirzəyeva” soyadı verilmişdir. Lakin ərizəçinin digər təsdiq olunmuş sənədlərindən görünür ki, onun soyadı “Məmmədova”dır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən XX.XX.1939-cu ildə Özbəkistan Respublikası, Çimkənd vilayətində anadan olmuş Ərizəçi nikah haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və nikah haqqında akt qeydləri kitabında dəyişiklik edilərək soyad qrafasında "Mirzəyev" əvəzinə "Məmmədov" qeyd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1939-cu ildə Özbəkistan Respublikası, Çimkənd vilayətində anadan olmuş Ərizəçi nikah haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və nikah haqqında akt qeydləri kitabında dəyişiklik edilərək soyad qrafasında "Mirzəyev" əvəzinə "Məmmədov" qeyd olunması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar