Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3731/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdehnə qarşı icra hərəkətlərinin davam etdirilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı icra hərəkətlərinin davam etdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon İcra və Probasiya şöbəsinə qarşı icra hərəkətlərinin davam etdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21012/2006 saylı, 06 iyul 2006-cı il tarixli qətnaməsi əsasında verilmiş 2-1012/06 saylı icra vərəqəsinə əsasən borclu mərhum həyat yoldaşı X2 40000 ABŞ dolları məbləğində pul tutularaq tələbkar X7 verilməsi barədə qərar qəbul edilmişidir. Belə ki, Bakı şəhəri Nərimanov rayon MN və Mİ şöbəsinin məhkəmə icraçısı X10, X1, hal şahidləri X15 və X3 iştirakları ilə tərtib edilmiş xx.xx.2006-cı il tarixli aktdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 8-308/2006-cı il saylı qərardadı ilə icra vərəqəsində göstərilən məbləğin ödənilməsi borclu mərhum həyat yoldaşım X4 yaşadığı, onun arvadı yəni mənim İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27,119 saylı evin hesabına təmin edilməsi qərara alınmışdır. Eləcədə xx.xx.2006-cı il tarixli, 1042 saylı ekspert rəyinə əsasən həmin ev 80.000 ABŞ dolları və ya 71.000 (yetmiş bir min) manat məbləğində qiymətləndirilmişdir. Qanunvericiliyin tələbinə əsasən X8 təklif edilmişdir ki, icra vərəqəsinə əsasən borclu mərhum həyat yoldaşım X2 onun xeyrinə alınmalı olan 40.900 ABŞ dolları ekspert tərəfindən evə təyin edilmiş 80.000 ABŞ dolları və ya 71.000 manat arasında olan 39.100 ABŞ dolları fərqi manatla məzənnədə ödəməklə sözügedən evi borc əvəzinə qəbul edə bilər. X1 evi borc əvəzi qəbul etməyə razı olduğunu bildirmiş və icra vərəqəsinə əsasən mərhum həyat yoldaşım X2 onun xeyrinə alınmalı olan 40.900 ABŞ dolları ilə ekspert tərəfindən evə təyin edilmiş 80.000 ABŞ dolları və ya 71.000 manat arasında olan fərqi, yəni 39.100 ABŞ dolları (33.876,24 manat 24 qəpik fərqi) ödəmişdir. Beləliklə, ev borc əvəzinə X8 verilmişdir. İş materiallarında olan Cavabdeh Bakı şəhəri ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 7580 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27/119 saylı ev 80000 ABŞ dollarına qiymətləndirilmişdir. X1 evi 40900 ABŞ dollara qəbul etmişdir. Həmin vəsaitin qalıq hissəsi 39100 ABŞ dolları məbləğində pul isə xx.xx.2006-cı il tarixli qəbzə əsasən şöbənin depozit hesabına keçirilmişdir. Hazırda şöbənin depozitində 39100 ABŞ dolları pulun mövcud olub- olmaması barədə məlumat verilməsi xahiş olunur. İş materiallarında olan Cavabdeh X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli 12347-15- 2A №li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27/119 saylı mənzili 80000 ABŞ dollarına qiymətləndirilmiş və X1 mənzili 40900 ABŞ dollara qəbul etmişdir. Həmin vəsaitin qalıq hissəsi 39100 ABŞ dolları məbləğində vəsaitin şöbənin depozit hesabında olub-olmaması barədə 7 saylı Xəzinədarlıq İdarəsinə sorğu edilmiş, sorğuya verilmiş cavabda şöbənin kassa sifarişləri əsasında 33876,20 manat vəsait şöbənin depozit hesabından 30 mart 2007-ci il tarixdə şöbənin təqdim etdiyi ödəniş tapşırığında göstərilən rekvizitlər üzrə köçürülməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin Cavabdeh rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 04/147 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsində 39100,00 ABŞ dolları məbləğində pul vəsaitinin Nərimanov rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilməsi barədə məktuba baxılmışdır. Bildirilmişdir ki, məktuba əlavə edilmiş Nərimanov rayon İcra və Probasiya Şöbəsinin kassa xərclərinin sifarişi əsasında 33 876,20 manat vəsait Şöbəsinin depozit hesabından 30 mart 2007-ci il tarixdə Şöbənin təqdim etdiyi ödəniş tapşırığında göstərilən rekvizitlər üzrə köçürülmüşdür. Göstərilənlərlə bərabər bildirilmişdir ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin depozit hesabı üzrə xərc əməliyyatları Şöbənin xərc sirafışləri və ödəniş sənədləri əsasında aparılır və bu xəzinə hesabında aparılan əməliyyatlar aylıq üzləşmə aktı ilə təsdiq olunur. Bununla əlaqədar xəzinə hesabında aparılan daxilolma və xərc əməliyyatlarının Nərimanov rayon İcra və Probasiya Şöbəsinin ilkin sənədləri əsasında aparılması məqsədəmüvafiq hesab edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin xx.xx.2019-cu il tarixli DAO1/xxxx-1063 №-li məktubundan görünür ki, Nərimanov rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabı üzrə xərc əməliyyatları Şöbənin xərc sifarişləri və ödəniş sənədləri əsasında aparılır və bu ödənişlər Şöbənin mühasibatlığmda əks olunmalıdır. Ərizədə qeyd edilən 33.849,14 manat vəsait 06 iyul 2006-cı il tarixli 2- 1012/0006 saylı və 07 noyabr 2006-cı il tarixli 8/308-2006 saylı icra vərəqələri üzrə İcra Şöbəsinin 30 mart 2007-ci il tarixli sifarişinə əsasən həmin tarixdə Şöbənin depozit hesabından ödənilmişdir. Qeyd olunan ödənişin dəqiqləşdirilməsi məqsədilə Nərimanov rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsini məqsədəmüvafıq hesab edilir. Beləliklə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 6190/2021 saylı Qərardadında məhkəmə geniş miqyasda araşdırma apararaq, hüquqi qiymət vermiş və belə qənaətə gələrək bildirmişdir ki, iş materiallarından göründüyü kimi tələbkar X12 icra vərəqəsinə əsasən borclu X2 alınaraq olan verilməli olan 40900 ABŞ dolları pulun əvəzində borclunun arvadı (hazırki iş üzrə iddiaçı) İddiaçı mülkiyyətində olan 80000 ABŞ dolları dəyərində olan fərdi yaşayış evini qəbul etmiş və icra vərəqəsinə əsasən ona verilməli olan məbləğ çıxıldıqdan sonra qalan fərq (80000-40900=39100) X12 tərəfindən qaytarılmaqla depozit hesaba köçürülməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə təqdim edilmişdir. Bu hal işdə olan sənədlərlə kifayət qədər təsdiq olunur. Lakin icra şöbəsi 39100 ABŞ dolları pulun İddiaçı qaytarılmasını təmin etməmiş, bunun üçün lazımi icra hərəkətlərini davam etdirməmiş, icra işi tam olaraq icra edilməmişdir və icra işinin yekunu olaraq 39100 ABŞ dolları pulun İddiaçı qızma qaytarılması məsələsi açıq qalmaqla bu günədək həll olunmamışdır ”. Belə ki, bu hal işdə olan rəsmi sənədlərlə kifayət qədər təsdiq olunur. Lakin icra şöbəsi 39.100 $ (otuz doqquz min yüz) ABŞ dolları məbləğində pulun mənə qaytarılmasını bu günədək təmin etməmişdir. Odur ki, həmin məbləğ mənə ödənilməli olan, lakin inzibati orqanın səhvi nəticəsində ödənilməmiş vəsait olmaqla mənim mülkiyyətimi təşkil edir. Mənim artıq əldə edilmiş hüquq kimi mülkiyyətim olan həmin vəsaitin birdəfəlik ödənilməsini tələb etmək hüququna malikən. Əks yanaşma, mülkiyyət hüquqlarımın qanunsuz və əsassız məhdudlaşdırılmasına səbəb olar. Belə ki, İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunun 59.1.5 və 59.1.6-cı maddələrinə əsasən İnzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifaddə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (İddia) verə biləcəyi Orqan (Orqanlar, O cümlədən Məhkəmə) haqqqında məlumat və İnzibati Aktı qəbul etmiş İnzibati orqanın möhrüü əks olunmalıdır. Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, təqdim olunmuş iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı Nərimanov Rayon İcra və Probasiya şöbəsinə qarşı icra hərəkətlərinin davam etdirilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ahzırda baxılan hüquqi mübahisənin mahiyyətini icra məmurunun hərəkətləri nəticəsində iddiaçının hüquqlarının pozulması təşkil edir. Qanunvericilik normalarına əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra qurumunun rəhbərinə və ya məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, icra məmurunun hərəkət və ya hərəkətsiziliyindən şikayət ayrıca məhkəmə icraatının predmeti ola bilməz və həmin məsələyə şikayət ərizəsi əsasında icra icraatı qaydasında baxılmalıdır (müvafiq yekun məhkəmə aktının icrası qaydasında). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Məcəllənin 153.2.1-ci maddəsində əks olunmuş “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırkı tələbə müstəqil iddia ərizəsi əsasında baxılmalı olmadığından, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. İddiaçıya icra icraatı qaydasında məhkəməyə şikayət vermək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin: 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı icra hərəkətlərinin davam etdirilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı icra icraatı qaydasında məhkəməyə şikayət vermək hüququ izah olunsun. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ididaçı İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3731/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3731/2024
02.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver