Məhkəmə qərarları › İş №2(005)-3741/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3741/2021

13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3741/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X7 oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və onun oğlu İsmayılov Ağam i Telman oğluna vermiş olduğu 2350 manat dəyərində olan qızılları və satmaq məqsədi ilə götürdüyü müxtəlif növ parfimeriya və geyim əşyalarınının dəyəri olan 3730 manatın, borc olaraq aldıqları 330 manatın və dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 (min) manatın və 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh2 və onun oğlu Cavabdeh1 onu aldadaraq, etibarından sui istifadə edərək özünü anası Sevdanı güclü fala baxan kimi təqdim etməklə, fala baxmaq vergisinin verildiyini bildirərək qəhvə və kart ilə guya onun falına baxıb yalan vədlər verərək ona məxsus olan dəyəri 2350 manat olan qızılları və eyni zamanda satmaq məqsədi ilə götürdüyü müxtəlif növ parfümeriya və geyim əşyalarını satıb pulunu qaytarmayaraq ona 3730 manat dəyərində ziyan vurmuşlar. Bundan başqa Cavabdeh1 atalığının azadlığa buraxılması üçün borca 500 manat pul istəmiş, onu inandıraraq atalığı Samir həbsdən çıxan kimi 500 manatını qaytaracağını, lakin həmin puldan 300 manatını qaytarsalarda, qalan 200 manat qaytarılmamış, sonradan yenidən atalığının yanına türməyə getməyə 600 manat pul lazım olduğunu bildirərək borc almış və nəmin puldan hisssə-hissə qaytarılmış və 130 manat ərzaq mallarına görə ödənilmiş məbləğ qalmışdır. Beləliklə Ağami və anasının borcu ona 6410 manat pul qalmışdır və ondan cəmi 100 manat Ağami tərəfindən 2018-ci il avqust ayında qaytarılmışdır. Lakin qızıllarını da, qaytarmasını bildirsə də, qaçıb gizlənmişdir. Bundan başqa 16.06.2021 -ci il tarixdə Cavabdeh2 axtarış nəticəsində tutulub Nərimanov RPİ-nə gətirilərkən Ağami ona maşınını satıb onun pulunu verməsini öhdəsinə götürmüşdür. Lakin onun şəxsiyyət vəsiqəsi olmadığı üçün adına olan Hyundai Sonata markalı avtomobil adına sənədləşdirilə bilmədi. Onu da qeyd edir ki, Ağaminin mülkiyyətində olan avtomobilə 28.07.2020-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin hakimi T.Ələkbərov tərəfindən ona olan borcunu ödəmədiyinə görə həbs qoyulmuşdur. Onu da qeyd edir ki, Ağami və onun anası Sevda tərəfindən tələb olunan pulları Nərimanov rayonu ərazisində Metropark deyilən ərazidə Ağaminin özünə məxsus avtomobillə gəlib götürmüşdür. Hətta elə zamanlar olub ki, Ağami ondan qızılları götürərkən oradan onun avtomobili ilə anası Sevdanın yanına da gəlmişlər. Çox saylı şikayətlərim nəticəsində Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Oğlu Ağami də pulu və qızılı ondan alaraq öz mənfəətləri üçün xərclədiyinə görə 2 gün saxlanılmış sonda onun pulunu qaytarması üçün vaxt istədiyindən onu sərbəst buraxmışlar. Lakin sonradan onu tapmaq mümkün olmamışdır. Cinayət işi isə tək anasına qarşı qaldırılmış və ailədən 2 nəfər tutmaq istəmədiklərini və əsasən şikayətinin Ağaminin anası Sevdaya qarşı olmasını Nərimanov rayon Polis İdarəsinin əməkdaşları məsləhət görmüşlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər X7 oğluna və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 1(008)-203/2021 nömrəli hökmünün surətindən və məzmunundan görünür ki, Cavabdeh2 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı aldadaraq özünü güclü fala baxan kimi təqdim edib ona Allah tərəfindən fala baxmaq vergisinin verildiyini bildərərək qəhvə və kart ilə guya İddiaçı falına baxıb onun ailəsinə cadu edildiyini, bu səbəbdən ailəsinin maddi vəziyyətinin yaxşı olmadığını, həmin caduların ona məxsus olan qızıllarda olduğunu və həmin qızıllarda olan caduları təmizləyəcəyinə, bundan sonra ailəsində olan maddi vəziyyətin düzələcəyinə dair yalan verərək aldatmış, İddiaçı etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18də 2017-ci ilin iyun ayının əvvəllərində ona məxsus 10 manat və 50 manat pulu, 2017-ci ilin iyun ayının ortalarında çəkisi 5 qram olan 280 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 4 qram olan 250 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 20 qram olan 850 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 2,5 qram olan 130 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış qolbağını, çəkisi 5 qram olan 380 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzərində gül formalı naxışı olan üzüyü, 2017-ci ilin iyun ayının sonlarında 400 manat pulu ələ keçirərək vahid niyyətlə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 2350 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı aldadıb etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də 2017-ci ilin avqust ayından noyabr ayınadək olan müddət ərzində satıb qazanc əldə edəcəklərinə dair yalan vəd verib ona məxsus 3730 manat dəyərində parfümeriya və geyim əşyalarını ələ keçirərək vahid niyyətlə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 3730 manat ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd olunan hökmlə ifadə verən Cavabdeh2 ifadəsində göstərmişdir ki, o, Leyladan ayrıayrılıqda borca 500 manat pul və 600 manat məbləğində ərzaq məhsulları almışdır. O, 500 manat borcun 300 manatını, 600 manat məbləğində ərzaq məhsullarının 470 manatını qaytarsada, qalan hissəsini qaytara bilməmişdir. Həmçinin Leyla ona satmaq məqsədilə 3730 manat dəyərində müxtəlif növ parfümeriya və geyim əşyaları vermişdir. O, həmin parfümeriya və geyim əşyalarını satsa da, pulunu Leylaya verməmişdir. Qeyd olunan hökmlə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanması, Cavabdeh2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hölm edilmişdir. Qeyd olunan hökmdən görünür ki, Cavabdeh2 zərərçəkmiş şəxs İddiaçı 330 manat və 3.730 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən dələduzluq etmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İddia olunan vəsaitinin məbləgi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi 3.730 manat və 330 manat məbləğində maddi zərər qanuni qüvvəyə minmiş məhkəmə hökmü sübut olunur və həmin məbləğ qeyd edilən məhkəmə hökmündə də öz əksini tapmışdır. Buna görə də məhkəmə araşdırması zamanı və hökmlə müəyyən olunmuş 3.730 manat və 330 manat məbləğində pul vəsaiti Cavabdeh2 İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin 2350 manat cavabdehlərdən tutulması və ümumiyyətlə cavabdeh X2 tutulması hissəsi ilə məhkəmə razılaşmlr və hesab edir ki, həmin hissələrdə iddia rədd olunmalıdır. Belə ki, məhkəmə hökmündən müəyyən olunduğu kimi iddiaçıya zərər məhz cavabdeh Cavabdeh2 tərəfindən vurullmuşdur. Məhkəmə iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə dair aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdeh X3 qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, mənəvi zərərlə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından iddia tələbinin 2.000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzinin Cavabdeh2 tutulması üzrə hissəsi təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavavdeh Cavabdeh2 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 maddi ziyan 3.730 manat və 330 manat manat, cəmi 4.060 (dörd min altmış) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar