Məhkəmə qərarları › İş №2(005)-3750/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3750/2022

07.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3750/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yaşar oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 6650 (altı min altı yüz əlli) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 may 2021-ci il tarixdə Cavabdeh1 məxsus olan “Opel Corsa” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manata razılaşıb, 1300 manat ilkin ödəniş etməklə almışdır. Qalan məbləği isə hissə-hissə ayda 500 manat olmaqla, ödənilməli, sonda isə avtomobil onun adına rəsmiləşməli idi. Təqdim etdiyi etibarnamələrdən görünür ki, 26 may 2021-ci il tarixli etibarnamə ilə “Opel Corsa” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil 2 ay müddətində, 03 avqust 2021-ci il tarixli etibarnamə ilə 6 ay müddətində, 26 fevral 2022-ci il tarixli etibarnamə əsasında 1 ay müddətində, 30 mart 2022-ci il tarixli etibarnamə əsasında 7 gün müddətində, 20 aprel 2022-ci il tarixli etibarnamə əsasında 1 ay müddətində, 21 may 2022-ci il tarixli etibarnamə əsasında 20 gün müddətində ona idarə etmək hüququ verilmişdir. Etibarnamələr iki dəfə Cavabdeh1 tərəfindən , 4 dəfə isə onun etibarnamə üzrə nümayəndəsi , həm də oğlu Cavabdeh2 Cəlal oğlu tərəfindən verilmişdir. İddia ərizəsinə əlavə etdiyi 13 ədəd ödəniş qəbzindən görünür ki, tərəfindən 4790 manat məbləğində pul Cavabdeh3 ödəniş edilmişdir. Bundan başqa 1300 manat ilkin ödəniş, 350 manat nağd əlbəəl verilmiş, 210 manatın qəbzi isə yararsız hala düşmüşdür. Beləliklə, tərəfindən cəmi 6650 manat məbləğində ödəniş edilmişdir. Aralarında olan razılıq əsasında ödəniş edilməsinə baxmayaraq “Opel Corsa” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ona etibarnamə verilməmiş, avtomobil yol polisi tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Dəfələrlə avtomobilin sahibi Cavabdeh1, onun etibarnamə verdiyi nümayəndələri Cavabdeh2 və Cavabdeh3 ya avtomobilin, ya da ödədiyi məbləğin geri qaytarılması barədə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında vermiş olduğu izahatında iddia tələbini qismən qəbul etmədi və iddianın 2000 manat pulun tutulması hissədə təmin olunmasını, qalan hissə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəməyə vəsatət təqdim edərək bildirdi ki, Cavabdeh3 tərəfindən iş üzrə digər Cavabdeh2 pulun bir qisminin yəni 4000 manat məbləğin verilməsini təsdiq edən şahidlər X1 və X2 şahid qismində dindirilməsi zərurəti meydana gəlmişdir. Məhkəmədə şahid qismində iştirak edən X3 müxtəlif tarixlərdə iş üzrə Cavabdeh3 ilə görüşdüyünü, müxtəlif məbləğlərdə pulun digər Cavabdeh2 əlbəəl qaydada verildiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə iş üzrə cavabdehlərdən Cavabdeh3 hər hansı bir ödəniş almadığını və bu səbəbdən yaranmış tələblə bağlı hər hansı öhdəlik daşımadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh3 tərəfindən təmin edilmiş və dindirilmiş şahid X3 bildirmişdir ki, o, Pərvinin dostudur, Fərhadı da tanıyır, tərəflərlə qohumluq münasibəti yoxdur, onun yanında Pərvin Fərhada ödənişləri vermişdir. Təxminən tarixlər dəqiq yadında olmasa da, 2020-2021-ci illər olub. Həmin pulu müxtəlif yerlərdə vermişdir, bir neçə dəfə Karl Maks heykəlinin yanında 600 manat, bir dəfə 350 manat, Həsən Əliyev küçəsində (İnqlabda) 450 manat, daha sonra 650 manat verdi, (onun 150 manatını ondan almışdır), sonuncu dəfə 700 manata yaxın pul verdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında Cavabdeh3 öənənilmiş aşağıdakı qəbzlər mövcuddur. xx.xx.2021-ci il tarixdə 600 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 440 manat, xx.xx.2021-ci il tarixdə 550 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 150 manat. (cəmi məbləğ - 4790 manat ) Məhkəmə, İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlərlə aralarında şifahi razılaşmanın olduğunu və həmin razılaşma üzrə 7000 manat məbləğində avtomobili almaq üçün rəzılaşdığını, bu puldan 1300 manat ilkin ödəniş, sonradan isə ayda 500 manat Cavabdeh3 ödəniş etdiyini və cavabdehlərin isə bunun müqabilində “Opel Corsa” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ona etibarnamə verməli olduğunu bildirir. Aralarında olan razılıq əsasında ödəniş edilməsinə baxmayaraq “Opel Corsa” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ona etibarnamə verilməmiş, avtomobil yol polisi tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Nəticədə İddiaçı cavabdehlərin qanunsuz hərəkətlərinə görə özünə məxsus pul vəsaitindən məhrum olunmuşdur. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh3 isə iddia tələbinə etiraz edərək bildirmişdir ki, həqiqətən də İddiaçı ona 2000 manat ödəniş etmiş, həmin pulu Cavabdeh1, Cavabdeh2 verməmişdir. Digər tələb olunan pul yəni 2790 manat iddiaçı tərəfindən ona ödənilmiş, lakin həmin məbləği müxtəlif vaxtlarda Cavabdeh2 vermişdir. Bu halı təsdiq edən şahidi vardır. İddia tələbini özünə münasibətdə 2000 manat həddində qəbul edir, qalan hissədə rədd olunmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci və 106-cı maddəsinin tələblərinə istinadən İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddia tələbinə uyğun olaraq ilk növbədə cavabdehlərdən tutulmasını iddia etdiyi 6.650 manat məbləğin verməsi halını sübut etməli idi. Lakin iddiaçı iddia tələbində qeyd olunan 6.650 manat pulun verilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, ödənilən məbləğ 4790 manat təşkil edir, iddiaçı qalan hissədə iddia tələbini əsaslandıracaq hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, Cavabdeh3 səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə iddiaçıdan 2000 manat aldığını qəbul etmiş, 2790 manat pulu isə alsa da, həmin məbləği digər Cavabdeh2, Cavabdeh1 verdiyini etiraf etmişdir. Məhkəmə iclasında iddiaçı ödədiyi pulları sadəcə iş üzrə Cavabdeh3 verdiyini bildirmişdir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü cavabdeh 6650 manat məbləğində pulun verilməsinin sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, 4790 manat pulunun cavabdeh X6 tərəfindən qəbul edilməsi əks tərəfi bu halı sübut etmə vəzifəsindən azad edir. Lakin iş üzrə digər Cavabdeh2 və Cavabdeh1 2790 manat məbləğində pulun verilməsini sübutetmə yükü Cavabdeh3 üzərinə düşür. Cavabdeh3 tərəfindən iş üzrə şahid qismində cəlb edilmiş X1 izahatında qeyd etdiyi məbləğ Cavabdeh3 tərəfindən iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verildiyi iddia olunan məbləğlə ziddiyyət təşkil etmişdir. Şahidin ifadəsi qeyri-dəqiq və ziddiyyətlidir. Məhkəmə pul məbləğinin digər cavabdehlərdən tutulması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı ödənidiyi pul məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 deyil, birbaşa Cavabdeh3 Yaşar oğluna ödədiyini bildirmişdir. Buna görə də digər cavabdehlərdən pulun tutulması hissəsində iddia təmin oluna bilməz. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı tərəf “Opel Corsa” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə şəhadətnamə verilməsinə görə 6650 manat verməsini qeyd edir, lakin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, ödənilən məbləğ 4790 manat təşkil edir, iddiaçı qalan hissədə iddia tələbini əsaslandıracaq hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda Cavabdeh3 2000 manat məbləğində pulun iddiaçıdan alınmasını qəbul etməklə iddiaçını sübutetmə yükündən azad etmişdir. Eyni zamanda, Cavabdeh3 2790 manat məbləğinidə aldığını etiraf etmiş və həmin məbləği digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verdiyini qeyd etsə də, bu barədə şahid ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən Cavabdeh3 2790 manat məbləğində aldığını bilavasitə etiraf etmiş və iddiaçını sübutetmə yükündən azad etmişdir. Belə olan halda, 4790 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 4790 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu isə iddiaçı tərəfindən tələb olunmadığından özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X4 4790 (dörd min yeddi yüz doxsan) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar