Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3762/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 qadına verilmiş MA seriyalı ******* saylı, 29.03.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, öz ailəsi ilə birlikdə Zəngilan rayonu erməni quldurları tərəfindən işğal olunduqdan sonra 193-cü ilin oktyabr ayında ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Tikinti Nazirliyinin binasında olan qeyriyaşayış binasında məskunlaşaraq bu günə qədər həmin ünvanda müvəqqəti qeydiyyata alınaraq yaşamışlar. Təxminən 5-6 ay bundan əvvəl Cavabdeh2 Sirac oğlu onları məhkəməyə verərək həmin qeyri-yaşayış sahəsinin ona məxsus olmasını bildirırık onların oradan çıxmasını tələb etmişdir. Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini qanunsuz olaraq özəlləşdirmişdir ki, bu da onların hüquqlarını pozur. Onların yaşamağa yeri yoxdur və dövlət tərəfindən onlara yaşayış sahəsi verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4844/2021 saylı 21.06.2021-ci il tarixli qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işin baxılması üçün ırazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsassız olduğunu və iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığını bildirdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,08198 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Daşınmaz əmlaka hüquq Daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3173 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29.03.2011. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında 006125 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 5-ci korpus binasının Azərbaycan Respublikası qanunvericliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Bu şəhadətnamə ilə rəsmiləşdirilən 5-ci korpus binası Cavabdeh2 xüsusi mülkiyyətidir. Qeydiyyat tarixi: 11.10.2005. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında 006126 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 819,8 kv.m torpaq sahəsinin Azərbaycan Respublikası qanunvericliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Bu şəhadətnamə ilə rəsmiləşdirilən 819,8 kv.m torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətidir. Qeydiyyat tarixi: 11.10.2005. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Cavabdeh2 ünvanlanan 09 mart 2012-ci il tarixli məktubdan görünür ki, ona məxsus mülkiyyətin qeyri-yaşayış sahəsində müvəqqəti məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün X6- 5 nəfər, Qubadlı rayonundan məcburi köçkün X10-7 nəfər, Kəlbəcər rayonundan məcburi köçkün X19-4 nəfər ailə tərkibdə Azərbaycan Respublikası Nazirlər Kabineitinin Qaçqınların və X11 üzrə Dövlət Komitəsində başqasına məxsus mənzil və mülklərdə müvəqqəti məskunlşamış məcburi köçkünlərin suyahısına salınmışlar və müvafiq qaydada mənzillərlə təmin olunacaqlar. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2251/2019 saylı 13.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdehlər İddiaçı İsmayl oğlu, X2, X3 və X5 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11627/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadından görünür ki, cavabdeh İddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)-2251/2019 saylı 13.03.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilmiş, iş materialları Nəsimi Rayn Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiasının 2(102)-7207/2019 saylı 21.11.2019-cu il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11627/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin 16.03.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2251/2019 saylı 13.03.2019-cu il tarixli qətnaməsi 06.03.2020-ci il tarixdə icra edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-145/2020 saylı 14.08.2020-ci il tarixli qərardadından görünür ki, şikayət təmin edilmiş, Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin icraata xitam verilməsi haqqında 16 mart 2020ci il tarixli qərarı ləğv edilmiş, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi rayonu icra və probasiya şöbəsinə qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-113/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2251/2019 saylı 13.03.2019-cu il tarixli icra sənədinin icra edilməsinə möhlət verilməsinə dair borclu İddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının aparatının 02.05.2019-cu il tarixli məktubundan görünür ki, Zəngilan rayonundan məcburi köçkün X1 rayonu, H.Əliyev küçəsi 999 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Bakı şəhəri Nəsimi rayon sektoru tərəfindən verilən 820 saylı 03.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanənda qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi raonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin 03 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Novruzov qardaşları 10 a ünvanında Zəngilan rayon köçkünü kimi 1992-ci ildən ailəsi ilə yaşayır. Həyat yoldaşı X2, oğlu X3, gəlini X7,nəvəsi X4. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,08198 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh2 xüsusi mülkiyətidir. İddiaçı həmin qeyri-yaşayış binasında məcburi köçkün kimi məskunlaşmış və qeydiyyatsız yaşamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2251/2019 saylı 13.03.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı İsmayl oğlu, X2, X3 və X5 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2251/2019 saylı 13.03.2019cu il tarixli qətnaməsində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh2 xüsusi mülkiyəti olması götərilmiş, eyni zamanda İddiaçı həmin ünvanda Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşdığı araşdırılmışdır. İddiaçı və ailə üzvlərinin həmin ünvanda yaşamasına mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması kimi hüquqi qiymət verilmişdir. Bununla da hazırki iş üzrə İddiaçı həmin qeyri-yaşayış binasına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun olmaması müəyyən edilir. Hazırkı iddia tələbinə qiymət vermək üçün ilk öncə iddiaçının bu barədə subyektiv hüquqa malik olub-olmasının müəyyən edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Buna görə də məhkəmə əvvəlcə tərəflərin müvafiq subyektiv hüquqa malik olubolmamasını və müvafiq hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki, İddiaçı heç bir vaxt ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları mövcud olmamışdır. Ona görə məhkəmə hesab edir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binasına dair çıxarışın ləğvi iddia tələbi ilə çıxış edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3762/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3762/2021
01.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver