Məhkəmə qərarları › İş №2(005)-3767/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3767/2024

06.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3767/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı İddiaçı cavabdehlər Cavabdeh2nə, Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Cavabdeh3nə, Cavabdeh4nə qarşı “torpaq sahəsinin zəbt edilmiş hesab edilməsi, həyətyanı torpaq sahəsinin özbaşına tikinti olması, mülkiyyət hüquqlarının rəsmi reyestrdə dövlət qeydiyyatının, müqavilələrin notarial qaydada təsdiqinin, özbaşına tikintinin istismarına dair icazə verilməsinin qadağan edilməsi, maddi və mənəvi ziyana görə kompensasiya və özbaşına tikinti hissəsinə verilmiş qanunsuz tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər QAYA QALA" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Cavabdeh3nə, Cavabdeh4nə qarşı “torpaq sahəsinin zəbt edilmiş hesab edilməsi, həyətyanı torpaq sahəsinin özbaşına tikinti olması, mülkiyyət hüquqlarının rəsmi reyestrdə dövlət qeydiyyatının, müqavilələrin notarial qaydada təsdiqinin, özbaşına tikintinin istismarına dair icazə verilməsinin qadağan edilməsi, maddi və mənəvi ziyana görə kompensasiya və özbaşına tikinti hissəsinə verilmiş qanunsuz tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh2 MMC-nin Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində inşa etdiyi (2019-2022) 2+13 mərtəbəli binanın - “b” blokunun, Təbriz küçəsi ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsi (552.8 kv/m) zəbt edilməklə inşa edilmiş hissəsi (2+13 mərtəbə x 250 kv/m = 3750 kv/m-lik tikinti sahəsi) AR Mülki Məcəlləsinin 180-ci, 240-cı maddələri tətbiq edilməklə özbaşına tikinti, onun altındakı tikintialtı torpaq sahəsinin isə (Təbriz küçəsi ev 34 ünvanına məxsus olan) Cavabdeh2 MMC tərəfindən zəbt edilmiş hesab edilməsini, 2. AR İN yanında ƏMDXD ƏDKR publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvanına aid olan hissəsində Konstitusiyaya, Qanuna, Fərmana zidd olan qeyri-normativ xarakterli akt olan 161 saylı (xx.xx.2019) Sərəncam əsasında Cavabdeh2 MMC-nin (və digərlərinin) ünvana məxsus olan həyətyanı torpaq sahəsi üzərində hər hansı (istifadə, icarə və s.) hüququnun qeydiyyatı və ünvandakı sözügedən özbaşına tikintiyə (yaşayış və qeyri-yaşayış hissələrinə) münasibətdə mülkiyyətçilərinin hüquqlarının DƏDR-də dövlət qeydiyyatının qadağan edilməsini, 3. AR Ədliyyə Nazirliyinin Notariat idarəsinə sözügedən özbaşına tikintiyə dair MMC-nin vətəndaşlarla imzaladığı müqavilələrin notarial qaydada təsdiq edilməsini AR Mülki Məcəlləsinin 180.2-ci və 180.3-cü maddələri əsasında, qadağan edilməsini, 4. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə özbaşına tikintinin istismarına dair icazə verilməsinin qadağan edilməsini, 5. Cavabdeh2 MMC-dən, iddiaçıya və Təbriz küçəsi ev 34 ünvanlı “A” (111.5 kv/m) tikilisinin hüquq sahiblərinə, tikilini tamamilə məhv etməklə vurduğu maddi və mənəvi ziyana görə naturada kompensasiya ödənişi tələb edilməsini (hər mülkiyyətçiyə 100 kv/m-lik mənzil olmaqla), 6.Tikintinin özbaşına hesab edilməsi, müvafiq icra hakimiyyəti orqanlarına (AR D.Ş.A.K 1 saylı BŞƏİ, AR Ədliyyə Nazirliyi) tətbiq edilmiş qadağalar (hüququn qeydiyyatı, notarial təsdiq və istismara qəbul barədə), cavabdeh ilə iddiaçı arasında dəymiş ziyana görə naturada əvəz (kompensasiya) ödənişinə dair razılıq əldə edilənədək (kompensasiya (naturada), cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilənədək) qüvvədə saxlanılmasını, 7. Cavabdeh2 MMC-yə onun Təbriz küçəsində inşa etdiyi “B” blokunda Təbriz küçəsi ev 34 ünvanında olan özbaşına tikinti hissəsinə ( 250 kv.m+15 mərtəbə) verilmiş qanunsuz tikintiyə icazənin ləğv edilməsini və bütün məhkəmə və sair xərclərin cavabdehlərə aid edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-ci maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmçinin də MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilənlərdən əlavə hesab edirəm ki, prossesual normanın tələblərindən müəyyən olunduğu kimi, qanunverici iddia ərizəsini adi ərizələrdən fərqləndirmiş, bu ərizə növünün mümkünlüyünü onun qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilməsi ilə bağlı etmişdir. Göründüyü kimi iddia ərizəsində iddiaçı bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Bu tələblərə nəzər yetirdikdə müəyyən olunur ki, həmin tələblərin bir qismi inzibati məhkəmənin, bir qismi isə ümumi məhkəmənin səlahiyyətinə aiddir. Eyni zamanda iddiaçının mübahisələndirdiyi məsələlərlə bağlı uzun müddətdir ki, məhkəmə çəkişmələri mövcud olmuş, hətta bir qismi hələ də davam etməkdədir. Buna baxmayaraq, iddiaçı eyniməzmunlu iddiaları qaldırmaqda davam edir. Hansı ki qeyd olunduğu kimi həmin tələblər üzrə məhkəmə çəkişmələri davam etməkdədir, hətta həmin çəkişmələrin bir qismi üzrə artıq yekun məhkəmə aktları da mövcuddur. Belə olanda hesab edirəm ki, iddiaçı 8 bənddən ibarət iddia qaldırsa da, həmin tələblərin bir qismi iddia tələbinin yolverilməzliyinə görə icraata qəbul edilə bilməz, digər qismi isə ümumi məhkəmədə baxılmalı iddia olduğundan hazırki iddia ərizəsi üzrə mübahisələndirilən hallara birlikdə baxılması mümkünlüyündən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddiaçı “torpaq sahəsinin zəbt edilmiş hesab edilməsi, həyətyanı torpaq sahəsinin özbaşına tikinti olması, mülkiyyət hüquqlarının rəsmi reyestrdə dövlət qeydiyyatının, müqavilələrin notarial qaydada təsdiqinin, özbaşına tikintinin istismarına dair icazə verilməsinin qadağan edilməsi, maddi və mənəvi ziyana görə kompensasiya və özbaşına tikinti hissəsinə verilmiş qanunsuz tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə qanunvericiliyin tələblərinə zidd qaydada müraciət etməklə, birlikdə baxılması mümkün olmayan tələbləri birləşdirərək irəli sürmüş, bununla da yuxarıda qeyd olunan qanunvericilik tələblərinə riayət etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət edə bilər. Lakin məhkəmə qeyd edir ki, müvafiq tələblərdən yalnız ümumi məhkəmədə baxılmalı olan mübahisəli hallar üzrə müraciət edilməlidir. Bu zaman əvvəllər müraciət edilmiş tələblər üzrə təkrarən məhkəməyə müraciət edilməsinin yolverilməz olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in: 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı oğlunun cavabdehlər Cavabdeh2nə, Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Cavabdeh3nə, Cavabdeh4nə qarşı “torpaq sahəsinin zəbt edilmiş hesab edilməsi, həyətyanı torpaq sahəsinin özbaşına tikinti olması, mülkiyyət hüquqlarının rəsmi reyestrdə dövlət qeydiyyatının, müqavilələrin notarial qaydada təsdiqinin, özbaşına tikintinin istismarına dair icazə verilməsinin qadağan edilməsi, maddi və mənəvi ziyana görə kompensasiya və özbaşına tikinti hissəsinə verilmiş qanunsuz tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi,ona əlavə edilmiş sənədlər və 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar