Məhkəmə qərarları › İş №2(005)-38/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-38/2022

06.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-38/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı Ağaəli oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Ağaəli oğlunun Cavabdeh1 və Cavabdeh2nə qarşı “çıxarışın, texniki pasportun ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağaəli oğlu Cavabdeh1 və Cavabdeh2nə qarşı “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın A1 blokunun 1 ci mərtəbəsində yerləşən ümumi sahəsi 203.1 olan kv.m - qeyri yaşayış sahəsinə dair Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və həmin çıxarış əsasında tərtib olunmuş texniki pasportun etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “X2” MTK ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən "xxxx" MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən və ümumi sahəsi 860 kv.m olan yaşayış qeyri yaşayış sahəsini almışdır. Cavabdeh “X2” MTK həmin müqavilə üzrə qeyd olunan qeyri yaşayış sahələrinin təhvil verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)- 5834/2015 saylı qətnaməsinə asasən iddia tələbi təmin edilərək Hom-Paş Prestij MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən "xxxx" MTKnın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m - o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m olan qeyriyaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin 860 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Hom-Paş Prestij MTK-ya həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(103)-1496/2016 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)- 2939/2016 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-1496/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Xətai rayon icra şöbəsinə göndərilmişdir. Sözügedən qətnamə bu günə qədər, bir neçə dəfə icra edilmiş, lakin tam icra edilməmişdir. 2019 cu ilin iyul ayında bizə məlum ollmuşdur ki, İddiaçı cavabdeh Hompaş Prestij MTK-dan xx.xx.2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən aldığım və yuxarıda qeyd olunan Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən üzərində sahiblik və istifadə hüququm tanınmış Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m - o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, qeyri yaşayış sahəsinə iş üzrə Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017 ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən Cavabdeh1 adına verilmiş xx.xx.2017 ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışda və texniki pasportda qeyd olunan qeyd olunan, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1 ci mərtəbəsində yerləşən 220 kv.m qeyri yaşayış sahəsinin 130 kv.m hissəsi, yuxarıda istinad etdiyim Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011 )- 5834/2015 saylı qətnaməsi ilə üzərində mənim sahiblik və istifadə hüququm tanınan və mənim sahibliyimə və istifadəmə verilməsi qət olunan qeyri yaşayış sahəsi ilə eynidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011 )-5834/2015 saylı qətnaməsinin icrası ilə bağlı, Xətai rayon İcra və Probasiya şöbəsinin 15 fevral 2017-ci il tarixli xx/xx-3173/10 saylı məktubu əsasında Azərbaycan Respublikasının fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyindən alınmış 12 aprel 2017-ci il tarixli rəydə görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011 )-5834/2015 saylı qətnaməsinə əsasən “X2” MTK ilə İddiaçı Agəli oğlu arasında bağlanmış xx.xx.2007 ci il tarixli 11 saylı müqaviləyə görə “X2” MTK tərəfindən İddiaçı təhvil verilməli olan Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m - qeyri yaşayış sahəsinin 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 130 kv.m -dən ibarət hissəsi 1-4 oxları ilə D-L oxları arasında yerləşir. Belə ki, “X2” MTK -tərəfindən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın Al blokunun 1 ci mərtəbəsinin Bakı şəhəri İcra Hakimiyyətinin memarlıq və şəhərsalma Baş idarəsi ilə xx.xx.2012 ci il tarixdə 18/04-383 nömrəsi ilə razılaşdırılmış layihəsindən görünür ki, iş üzrə Cavabdeh1 adına DƏDRX-dən verilən çıxarışda texniki pasportda qeyd olunan 220 kv.m qeyri yaşayış sahəsi A-1 blokunun 1-4 oxları ilə B-D oxları və 4-5 oxları ilə D-E oxları arasında yerləşir. İddiaçı xx.xx.2022-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə və həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın Al blokunun 1 ci mərtəbəsində yerləşən ümumi sahəsi 203.1 olan kv.m - qeyri yaşayış sahəsinə dair Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış və həmin çıxarış əsasında tərtib olunmuş texniki pasport ləğv edilməsi, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın A-1 blokunun 1-4 oxları ilə B-D oxları və 4-5 oxları ilə D-E oxları arasında yerləşən qeyri yaşayış sahəsindən Cavabdeh1 çıxarılması və həmin qeyri yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə və həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında. "xxxx" MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 203.1 kv.m olan qeyri yaşayış sahəsinə dair Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış və həmin çıxarış əsasında tərtib olunmuş texniki pasportun ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Ağaəli oğlunun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il, 2(011)-5834/2015 nömrəli qətnaməsinə əsasən “X2” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1- 2-3-4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 860 kv.m, 0 cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbə ümümi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin "X2” MTK-ya həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)- 1496/2016 nömrəli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı mülki iş üzrə qəbul etdiyi 22 oktyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-2939/16 nömrəli qərarı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1496/2016 nömrəli iş üzrə 28 mart 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 4189/2021 nömrəli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, İddiaçı və “ X2” MTK üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2465/2021 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4189/2021 nömrəli qərarından verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2202-cı il tarixli, 2-1(102)-702/2022 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2465/2021 nömrəli qərarından verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Preyudisial əhəmiyyətə malik olan qərardan məlum olduğu kimi hazırda cavabdehin mübahisəli yaşayış sahəsinə sahiblik etməsinə əsas olmuş hallar yuxarıda sadalananan məhkəmə qərarları ilə aradan qalxmışdır. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsi isə İddiaçı sahiblik və istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2017ci il tarixli RX seriyalı ******* №-li Çıxarışın verilməsinə əsas olmuş qərar ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın hazırda hər hansı hüquqi əsası qalmayıb. İddiaçı hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Bu səbəbdən də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış və həmin çıxarış əsasında tərtib olunmuş texniki pasport ləğv edilməli, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyriyaşayış sahəsindən Cavabdeh1 çıxarılmalı, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında "X2" MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 203.1 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və həmin çıxarış əsasında tərtib olunmuş texniki pasport ləğv edilsin. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxarılsın, həmin qeyriyaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar