Məhkəmə qərarları › İş №2(005)-38/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-38/2023

08.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-38/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin paylara uyğun naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5, 54 saylı mənzili tərəflərin, yəni Cavabdeh2 hazırda həyat yoldaşı olan Cavabdeh1 və iddiaçının paylarına uyğun naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 saylı evin, 54 saylı mənzilinin hazırki real bazar qiyməti 90.000 (doxsan min) manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 saylı evin 54 saylı mənzilindəki payı (1/3) naturada ayrılması, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 saylı evin 54 saylı mənzilindən pay ayrılması məhkəmə tərəfindən məqsədəuyğun olmadığı hesab edildiyi halda həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat müəyyən olunması və satış pulunun onun və cavabdehlər arasında paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5, 54 saylı mənzilin 1/3 hissəsinə ARƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********80-05101-093037 nömrəli çıxarışa əsasən pay hüquqları vardır. Nikah məhkəmə qətnaməsi ilə etibarsız hesab edildikdən sonra, Cavabdeh2 və hazırda həyat yoldaşı olan Cavabdeh1 və onun, İddiaçı paylı mülkiyyəti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5 ünvandakı, 54 saylı mənzilə tərəflərin paylarına uyğun ayrılmalıdır. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, iddia tələbinin təmin olunmamasını işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul etmiş, iddia tələbinin mənzilin açıq hərracda satılması və mənzil qiymətinə münasibətdə hissəsinə münasibətdə məhkəmədən iddia tələbinin bu hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29.80 kv.m olan əmlak üzərində Cavabdeh2, İddiaçı, Cavabdeh1 müvafiq olaraq 1/3 hissədə payları müəyyən olunmuşdur; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş idarəsinin məktubunun məzmundan görünür ki, Gürcüstan vətəndaşı, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2 sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın məzmunundan görünür ki, ünvan 1 ünvanda X5, X3, X4, X6, Cavabdeh1 qeydiyyatdadır. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin xx.xx.2022-ci il tarixli,10/6166 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 29.8 kv.m olan mənzilin beş mərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşməsini, bir girişçıxış qapısının olmasını və əlavə giriş-çıxış qapısının açılmasının mümkün olmamasını nəzərə alaraq, həmin mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsi texniki cəhətdən mümkün deyildir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarının təsviri-əsaslandırma hissəsində deyilir ki, “Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.” Mülki işin hallarının araşdırılması zamanı iddiaçının tələbi əsasında ona məxsus olan tikilinin digər tikililərdən naturada ayrılmasının mümkün olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/6166 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olmuşdur ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 29.8 kv.m olan mənzilin beş mərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşməsini, bir giriş-çıxış qapısının olmasını və əlavə giriş-çıxış qapısının açılmasının mümkün olmamasını nəzərə alaraq, həmin mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ekspert rəyi nəzərə alınmaqla İddiaçı iddia tələbininin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 saylı evin 54 saylı mənzilindəki payı (1/3) naturada ayrılması hissəsi təmin edilməməlidir. Belə ki, mübahisəli əmlakın naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 29.8 kv.m olan mənzilin beş mərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşməsini, bir giriş-çıxış qapısının olmasını və əlavə giriş-çıxış qapısının açılmasının mümkün olmamasını nəzərə alaraq, həmin mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsi texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, mübahisəli əmlakın naturada ayrılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6166 nömrəli ilə sübuta yetirildiyindən, bu tələb üzrə əlavə araşdırmanın aparılmasına hər hansı zərurət qalmamışdır. Buna görə də, iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 saylı evin 54 saylı mənzilindən pay ayrılması məhkəmə tərəfindən məqsədəuyğun olmadığı hesab edildiyi halda həmin mənzilin açıq hərracda satılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29.80 kv.m olan əmlak üzərində Cavabdeh2, İddiaçı, Cavabdeh1 müvafiq olaraq 1/3 hissədə payları müəyyən olunmaqla onların mülkiyyətindədir. Hazırda iddiaçı mənzilinin ümumi paylı mülkiyyətçilər, yəni onun və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında naturada bölünməsini, ümumi paylı mülkiyyətin naturada bölünməsi mümkün olmadığı təqdirdə, mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş vəsaitin paylarına uyğun olaraq bölüşdürülməsini tələb edir. Eyni zamanda cavabdehlər bildirmişdir ki, digər paylı mülkiyyətçinin yəni, iddiaçının əmlakda payına münasibətdə kompensasiya almasına hər hansı etiraz bildirməmişdirlər. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, əmlakın naturada bölünməsinin mümkün olmadığından iddiaçının əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması barədə tələbi əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Eyni zamanda, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadən onu da qeyd edir ki, bu tələblər biri-biri ilə əlaqəli olduğundan və bu 3 tələb üzrə əvvəlki tələbin (məsələn naturada bölgünün mümkün olduğu və ya bu mümkün olmasa da sonradan kompensasiya ödənilməsi ilə bağlı əldə edilmiş razılıq) təmin edilməsi sonrakı tələbin təmin edilməsini istisna etməsinə baxmayaraq, onlar ayrı-ayrı icraat üzrə deyil, bir icraatda baxılmalı və nəticədə ilk iki tələb müsbət həll edilməsə də, ümumilikdə iddia təmin edilməlidir. Belə ki, Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarda nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün hesab edilmişdir ki, bu da öz növbəsində bu ardıcıllığa riayət etməklə bu tələblərin vahid bir iddia üzrə irəli sürülməsini mümkün edir. Beləliklə, göründüyü kimi, iddiaçı əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş və həmin qaydalara uyğun olaraq bu barədə tələb irəli sürməklə məsələnin ilk olaraq cavabdehlə paylı mülkiyyətlərində olan əmlakın bölünməsi, bu mümkün olmadığından isə sonradan öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi yolu ilə həll edilməsinə nail olmaq istəmiş, lakin bu bir nəticə verməmişdir. Bu səbəbdən iddia tələbi təmin edilməli, tərəflərin ümumi mülkiyyətdə olan əmlak açıq hərracdan satılmalı və satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. İddia tələbinin «mənzilin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat müəyyən olunması» hissəsində məhkəmə iddianın təmin olunmaması qənaətindədir. Belə ki, iddiaçı tərəf bu bərədə sübut təqdim etməmiş, cavabdeh tərəf həmin məbləğlə bağlı etiraz təqdim etməmişdir. Bu halda, məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5, 54 saylı mənzili ilkin satış məbləği qətnamənin icra mərhələsində müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 saylı evin 54 saylı mənzil açıq hərracda satılmalı, əmlakın satışından əldə edilən pul vəsaiti bu əmlakların mülkiyyətçiləri olan İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında, onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 saylı evin 54 saylı mənzil açıq hərracda satılsın. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 saylı evin 54 saylı mənzilinin satışından əldə edilən pul vəsaiti bu mənzilin mülkiyyətçiləri olan İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında, onların paylarına mütənasib surətdə (Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 saylı evin 54 saylı mənzil - 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə Cavabdeh2 payları nəzərə alınmaqla) bölüşdürülsün. İddia tələbi qalan hissədə rədd olusun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizanın xərci olaraq 100 manat İddiaçı, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar