Məhkəmə qərarları › İş №2(005)-380/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-380/2024

18.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-380/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 cəlb edilməklə) “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1, X2, Cavabdeh2, X36, X27, X31 cəlb edilməklə “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, X2, Cavabdeh2, X22, X9, X16 ünvan 1 ünvanındankı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, ünvan 5anov rayonu, Fəxrəddin Əsədov küçəsi 12, mərtəbə 4, m 5 nömrəli mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüuquların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il tarixli qeydiyyatlı çıxarışla ona məxsusdur. Sözügedən mənzildə hazırda Cavabdeh1 - xx.xx.1983, X17-xx.xx.2008-ci il, Cavabdeh2-xx.xx.2006-cı il, X36-xx.xx.2018-ci il, X27-xx.xx.2009-cu il, X31-xx.xx.2022-ci il tarixdən qeydiyyatdadırlar.Həmin şəxslər iddiaçının nəvələridir (oğlunun uşaqlarıdır) və onlar oğluna məxsus mənzildə yaşayırlar. Bildirmək istəyir ki, oğluna və nəvələrinə 3 otaqlı, şəraitli mənzil vermişdir. Bununla da nəvələrin ona məxsus olan evdə pasport qeydiyyatında qalması onun mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Evə dair hüquqlarının həyata keçirlməsinə maneə törənir, mənzilə dair sərəncam verə bilmir, eyni zamanda əlavə kommunal ödənişlər etmək məcburiyyətində qalır. Eyni zamanda bunu da bildirir ki, İİ qrup əlildir, dövlətdən ona ayrılan müavinatı ala bilmir. Onun tərəfindən oğlu Cavabdeh1 öz uşaqlarını bu mənzildən çıxarmasına dair dəfələrlə xəbərdarlıq göndərsə də o buna məhəl qoymur. Qeyd olunanlarla yanaşı sözügedən şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına dair tərəfindən Nərimanov RPİ-nə müraciət etmişdir. Lakin verdiyi ərizəyə imtina cavabı olaraq xx.xx.2023-cü il tarixində cavabdehlərin qeydiyyatdan çıxarılmasının səlahiyyətlərində olmadığını və məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onun mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Buna görədə Cavabdeh1, X2, Cavabdeh2, X22, X9, X16 onu mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması cavadehə həvalə edilməlidir. Daha sonra xx.xx.2023-cü il tarixdə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1, X17, Cavabdeh2, X36, X27, X31 cəlb edilməklə “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əsil cavabdehlər X17, Cavabdeh2, X36, X27, X31, Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Bundan sonra ərizə icraata qəbul edilərək, məhkəmə tərəfindən müvafiq prosessual hərəkətlər edilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 və onun himayəsində olan Cavabdeh2, X2, X9, X22 və X16 ünvan 5anov rayonu, Fəxrəddin Əsədov küçəsi 12, mərtəbə 4, 15 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında iddiaçının cavabdehlər Cavabdeh1, X45 X18, X28. X39 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iş vardır. xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X27, xx.xx.2018-ci il təvəllüdlü X36 və xx.xx.2022-ci il təvəllüdlü Əliyeva Səbuhi qızı yetkinlik yaşına çatmamışdırlar. Bu səbəbdən də hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Üçüncü şəxs X26 xx.xx.2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, 2(005)-3840/2023 saylı mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbi ilə razı deyil, idiaçıya məxsus əmlak onunla, yəni X26 ilə birgə nikah dövründə edildiyi üçün AR Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, onları ümumi mülkiyyəti hesab olunur. Ona görə də oğlu X32 və onun övladlarının istifadə hüququnun itirilməsi barədə tələbin təmin edilməsi ilə razı olmadığını bildirir və hazırki mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməli olduğunu hesab edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında vəsatət təmin edilərək, X8 2(005)-3840/2023 saylı mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddia tələbini qismən qəbul edir, yetkinlik yaşına çatmayan övladlarının mənzilə münasibətdə qeydiyyatdan çıxarılmasına etirazı yoxdur. Oğlu Cavabdeh2 yetkinlik yaşına çatmışdır və hazırda hərbi xidmətdədir. Cavabdeh bildirdi ki, mübahisəli mənzildə ancaq o yaşamışdır, 2023-cü ildə onun övladları sadəcə mübahisəli mənzilə qeydiyyata almışdır. Bu səbəbdən də iddianın qismən təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 bildirdi ki, oğlu Cavabdeh1 istisna olmaqla, yetkinlik yaşına çatmayan nəvələrinin mənzilə münasibətdə qeydiyyatdan çıxarılmasına etirazı yoxdur. Bu səbəbdən də iddianın qismən təmin olunmasına etiraz etmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR-nın DİN tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər - X10, xx.xx.2011; X17, xx.xx.2008; X4, xx.xx.1981; Cavabdeh2, xx.xx.2006; X36, 24 05.2018; X27, xx.xx.2009; X31, xx.xx.2022; Cavabdeh1, xx.xx.1983. - Bakı şəhəri İcra Hakimiyyəti Nərimanov rayonu MKTB 30 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 atasına məxsus H.Mirzəyev küçəsi, 75a mənzilində aşağıdakı ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır. Həyat yoldaşı – X37, qızı- X17, oğlu- Cavabdeh2, oğlu-X36, qızı-X27, qızı-X31. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubdan görünür ki, ünvan 2 (yeni qaydalarla: ünvan 3 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - "xxxx" MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışdan görünür ki, İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilərək, ünvan 5anov rayonu, Fəxrəddin Əsədov 8,10,12 ünvanında inşa olunan 16 mərtəbəli 255 mənzili yaşayış kompleksində Bina C, mərtəbə 4, ümumi sahəsi 53,4 kv.m olan 1 otaqlı 15 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. - "xxxx" MTK tərəfindən verilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı(Ş/V AZE № ********) ünvan 5anov rayonu, Fəxrəddin Əsədov küçəsində yerləşən, blok C, mərtəbə 4, ümumi sahəsi 53,4 kv.m olan 1 otaqlı 15 saylı mənzil üçün heç bir borcu yoxdur. - "xxxx" MTK tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 5anov rayonu, Fəxrəddin Əsədov küçəsində yerləşən, blok C, mərtəbə 4, ümumi sahəsi 53,4 kv.m olan 1 otaqlı 15 saylı mənzil İddiaçı (Ş/V AA № 4277749) məxsusdur. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-885/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ünvan 2 (yeni qaydalarla: ünvan 3 üzəriində ½ hissədə X8, ½ hissədə İddiaçı pay hüquqları tanınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubdan görünür ki, “Sizin ünvan 5anov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 12, 14 saylı mənzilin kimin mülkiyyətində və istifadəsində olması barədə məlumat və sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şeheri, Nerimanov rayonu, Fexreddin Əsedov küçəsi, ev 12, 14 saylı mənzil Nəsimi rayon İcra Hakimiyyəti başçısının 8/20 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamına, Bakı şəhəri 21 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1995-ci il tarixli 3M-27 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ilkin olaraq xx.xx.1995-ci il tarixdə ilkin olaraq X13 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 38 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1995-ci il tarixli 3/M-81 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzilin 1/2 hissəsi xx.xx.1995-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 38 saylı dövlət notarita kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1995-ci il tarixli 3/M-80 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 1/2 hissəsi xx.xx.1995-ci il tarixdə X14 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin X7 məxsus hissəsi Bakı şəhəri 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1995-ci il tarixli M-3/1068 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1995-ci il tarixdə X11 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin X20 məxsus hissəsi Bakı şəhəri 38 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3/M-A2-205 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilin X19 məxsus hissəsi Bakı şəhəri 3 saylı dövllet notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4Ə- 01-189 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2003-cü il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin X21 məxsus hissəsi Bakı şəhəri 3 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 4Ə- 01-İ54 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixdə X29 adına qeydyyatdan keçmişdir. Sözügedən mənzilin X12 məxsus hissəsi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 4Ə-1179 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən ünvan 5anov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 12, 14B saylı mənzil ünvanı kimi X33 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil söküldüyü üçün X33 hüquqları ləğv edilmişdir. Sözügedən mənzilin X34 məxsus hissəsi ünvan 5anov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 12, 14 saylı mənzil X29 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil söküldüyü üçün X29 hüquqları ləğv edilmişdir. Həmçinin bildiririk ki, ünvan 5anov rayonu, Fəxrəddin Əsədov küçəsi (köhnə 3-cü Təbriz döngəsi), ev 12, 14 saylı mənzil Nəsimi rayon İcra Hakimiyyəti başçısının 684 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına, Bakı şəhəri 21 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1992-ci il tarixli 2-D-3135 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ilkin olaraq xx.xx.1991-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri xx.xx.1992-ci il tarixli 2-D-3870 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1993-cü il tarixdə İddiaçı Barat qızının adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil söküldüyü üçün Əliyeva Rəfiqə Barat qızının hüquqları ləğv edilmişdir”. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 5anov rayonu, Fəxrəddin Əsədov küçəsi (köhnə 3-cü Təbriz döngəsi), ev 12, 14 saylı mənzil mənzilin söküldüyü nəzərə alınaraq İddiaçı xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən sözügedən ünvanda yerləşən mənzilin üzrərində mülkiyyət hüququna xitam verilmişdir. Məhkəmədə müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 5anov rayonu, Fəxrəddin Əsədov küçəsində yerləşən, 14 saylı evin 12 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən mənzil söküldüyü üçün İddiaçı hüquqları ləğv edilmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi təərfoindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla: ünvan 3 İddiaçı adına tam payda qeydiyyata alınmışdır. Həmin mənzil 2022-ci il tarixində İddiaçı mülkiyyətinə keçmiş, daha sonra cavabdeh və onun yetkinlik yaşına çatmayan övladları mənzilə qeydiyyata düşmüşlər. Daha sonra ünvan 2 (yeni qaydalarla: ünvan 3 üzəriində ½ hissədə X8, ½ hissədə İddiaçı pay hüquqları tanınmışdır. Həmçinin də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2136/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X37 ilə Cavabdeh1 arasında xx.xx.2004-cü il tarixdə Nərimanov Rayon VVADQ şöbəsi tərəfindən qeydə alınmış və 522 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X27, xx.xx.2013-cü il təvəllüdlü X38, xx.xx.2018-ci il təvəllüdlü X36 və xx.xx.2022-ci il təvəllüdlü X16 anaları X23 yanında qalmaları müəyyən edilməsi və s. qət edilmişdir. Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2, X17, X27, X38, X36 və X31 isə nəvələridir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdeh və onun yetkinlik yaşına çatmayan övladlarının iddiaçıya məxsus mənzildə olan istifadə hüquqlarına xitam verilməlidir. Cavabdeh üçüncü şəxsin də (atasının) mübahisəli mənzilə paylı mülkiyyət hüququnun tanındığını, sonuncunun mübahisəli mənzildə istifadə hüququna xitam verilməsinə razılığının olmadığını əsas gətirib iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Lakin yetkinlik yaşına çatmayan övladlarının hazırda analarının himayəsində saxlanılması barədə məhkəmə qərarının olduğunu qeyd edərək, habelə üçüncü şəxsin də razılığının olduğunu nəzərə alaraq, iddianın həmin hissədə təmin edilməsinə etiraz etmədiklərini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşular Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Məhkəmə ilk növbədə İddiaçı Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi hissəsində iddia tələbinə qiymət verməyi zəruri hesab edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilinin nəticəsi olaraq, işin müəyyən olunmuş faktiki halları əsasında məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassızdır, bu səbəbdən də təmin edilə bilməz. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-885/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ünvan 2 (yeni qaydalarla: ünvan 3 üzərində ½ hissədə X8, ½ hissədə İddiaçı pay hüquqları tanınmışdır. Buna görə də məhkəmə qeyd edir ki, mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirildiyi üçün, hazırda isə mübahisəli mənzilə dair Cavabdeh1 istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair paylı mülkiyyətçilər - İddiaçı və üçüncü şəxs Mehman Əliyev arasında belə bir razılığın olması müəyyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı hazırkı iddiası əsasssızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etməmiş, iddia tələbi işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Bununla yanaşı məhkəmə bildirir ki, Cavabdeh1 ilə Diana Əliyeva arasında bağlanmış nikah pozulmuş, onların yetkinlik yaşına çatmayan övladları Diana Əliyevanın himayəsində saxlanılmış və hazırda da onunla birlikdə yaşayırlar. Lakin Cavabdeh1 övladlarından biri xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 məhkəmə mübahisəsi gedişatında yetkinlik yaşına çatmışdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. “Uşaqların hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci abzasına görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Həmin Qanunun 4 və 5-ci maddələrinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Mülki Prosessual Məcəllənin 49.2-ci maddəsinə əsasən, on altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. O da qeyd edilməlidir ki, iddiaçı cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etsə də, hazırki halda tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə istifadə hüququna xitam deyil, istifadə hüququnun itirilməsi kontekstində araşdırılmalıdır. Belə ki, yetkinlik yaşına çatmayan X2, X9, X24, X22 və X16 mənzildən istifadə hüququnun mövcudluğu müəyyən edilmir. Məhkəmə xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X18, xx.xx.2018-ci il təvəllüdlü X28 və xx.xx.2022-ci il təvəllüdlü X25 aid hissədə qeyd edir ki, qanunvericiliyin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X27, xx.xx.2018-ci il təvəllüdlü X36 və xx.xx.2022-ci il təvəllüdlü X31 yetkinlik yaşına çatmamış olmaqla anaları ilə birlikdə yaşayırlar. Belə olan halda yetkinlik yaşına çatmamış şəxslərin mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə iddia tələbinin xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən sonuncuya münasibətdə prosessual hüquqi cəhətdən iddia tələbi irəli sürülməmişdir. Belə ki, məhkəmə gedişatında Cavabdeh2 yetkinlik yaşına çatmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 cavabdeh qismində cəlb edilməməsi nəzərə alınmalı və ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan şəxslərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X22 və xx.xx.2022ci il təvəllüdlü X16 ünvan 2 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X22 və xx.xx.2022-ci il təvəllüdlü X16 ünvan 2 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar