Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3823/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İlk iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, ilk iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk iddia üzrə İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ona dəymiş maddi zərərin əvəzi olaraq 30 000 manat və dəymiş mənəvi zərərin əvəzi olaraq 30 000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsi 17 nömrəli evin 13-cü mənzili iddiaçıya məxsus olmuşdur. Bu barədə 04.07.1997-ci il tarixində Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi almışdır. Nərimanov Rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarına rəhbər tutaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 01.12.2016-cı il tarixli 412 nömrəli Sərəncamına və Dövlət şəhərsalma və Arxitektura Komitəsinin 01.12.2016- cı il tarixli 02/05-1764 nömrəli rəyinə əsasən ünvan 1 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 0,535 ha torpaq sahəsi Cavabdeh-in istifadəsinə verilmişdir. Buna uyğun olaraq Cavabdeh 2017ci ildə iddiaçının evini sökdü. Müqaviləyə əsasən iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilinin əvəzinə dövlət reyesterindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə ümumi sahəsi 96.20kv.m olan 3 otaqlı 114 nömrəli mənzil Cavabdeh tərəfindən onun mülkiyyətinə verilməli idi. Lakin hazırda ona verilən evin sahəsi müqavilədə qeyd olunandan 20kv.m azdır və 76 kv.m təşkil edir. Həmçinin müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək Cavabdeh-nin vəzifəsidir. Amma buna baxmayaraq iddiaçıya təmirsiz ev təhvil verilmişdir. İddiaçı bildirir ki, Cavabdeh bina sakinlərinin həyətdə maşın saxlamasının qarşısını almaq üçün həyətə şlaqbaum qoydurub və bütün sakinləri aylıq ödənişi 120 manat olan pullu dayanacaqda maşın saxlamağa məcbur edir. Bu nəinki iddiaçının, hətta bütün bina sakinlərinə qarşı edisən ədalətsiz, hüquqazidd davranışdır. Mənzilə işıq, qaz və su sayğacları quraşdırılmır. Səbəbini soruşduqda isə iddiaçıdan əlavə 1000 AZN ödəniş etməyini məcbur edirlər. İddiaçı şikayətərini dəfələrlə Pilot Holding MMC-yə ünvanlasa da, müraciətinə cavab verilmir. İlk iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddianı rədd edərək, qarşılıqlı iddianı təmin edib, ilk iddia üzrə İddiaçı 55 300 manat pul vəsaiti tutularaq Cavabdeh-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş emişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında 6 aprel 2017-ci il tarixli 35 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunmuşdur ki, "xxxx" MMC Möhsün Sənani küçəsinin 17 və 19 ünvanında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 50.0 kv.m mənzilinin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə təmirsiz 1 ədəd 2-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 96,20 kv.m olan, 3 otaqlı 114 nömrəli mənzili Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.1 -ci maddəsinə əsasən 50 kv.m olan mənzilin əvəzinə ümumi sahəsinə 15-20% əlavə edilməklə mənzil verilməsini "xxxx" MMC öhdəsinə götürmüşdür. Yəni MMC 60 kv.m(50.0 kv.m və onun 20%-i 10 kv.m təşkil edir, bu da ümumilikdə 50+10=60 kv.m edir) mənzil mülkiyyətçiyə verməli idi, lakin onun əvəzinə şirkət 2 mənzil vermişdir, hazırda həmin mənzilin birini İddiaçı satmışdır. Göründüyü kimi, MMC artıq kv.m verdiyindən hazırda əlavə verilmiş kv.m pulunu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödəməlidir. Hazırda verilmiş 96.20 kv.m - 60 kv.m =36.2 kv.m artıq təşkil edir. Satış qiyməti 1500 manat olduğundan 1500*36.2=54 300 manat Cavabdeh- nə ödəməlidir. Bundan başqa, mübahisəli olan mənzilə dair şirkət tərəfindən suya, qaza və işığa dair sayğaclar quraşdırılmışdır. Həmin sayğaclar "xxxx" MMC tərəfindən AZƏRSU, AZƏRİŞİQ və AZƏRİQAZ-a müəyyən vəsaitdə pullar ödənilməklə alınır və binanı tikən şirkət tərəfindən quraşdırılır. Hazırda həmin sayğaclar quraşdırılıb, lakin mənzilin mülkiyyətçisi İddiaçı həmin sayğacların quraşdırılmasına görə ümumi olan 1000 manat borcu ödəmək istəmir. Mənzilə 3 sayğac quraşdırıldığına görə İddiaçı 1000 manat tutularaq "xxxx" MMC-nə ödənilməlidir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən iclasda iştirak etmir. İlkin iddia üzrə İddiaçı vəkili X2 18 avqust 2021-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək Quba Rayon Məhkəməsində təyin edilmiş iclasda vəkil qismində iştirak etməsi səbəbindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixinə təyin edilmiş iclasda iştirak edə bilməyəcəyini bildirmiş və bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. İlkin iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk iddia ərizəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan 6 aprel 2017-ci il tarixli 35 saylı müqavilədən göründüyü kimi, müqavilənin 1.1-ci maddəsində qeyd olunmuşdur ki, "xxxx" MMC Möhsün Sənani küçəsinin 17 və 19 ünvanında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 50.0 kv.m mənzilinin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15- 20% əlavə edilməklə təmirsiz 1 ədəd 2-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 96,20 kv.m olan, 3 otaqlı 114 nömrəli mənzili Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 avqust 2021-ci il tarixli 214 nömrəli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsində yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasının 114 saylı mənzilinin arakəsmələrin altı nəzərə alınmaqla ümumi sahəsi 97.4 kv.m təşkil edir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsində yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasının 114 saylı mənzilinin ümumi sahəsinin İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 aprel 2017-ci il tarixli müqavilədə göstərilən 96.2 kv.m sahədən 1.2 kv.m artıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ərizədən müəyyən edilir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, tərəflər arasında imzalanan 6 Aprel 2017-ci il tarixli 35 saylı müqavilədə göstərilən mənzillərdən birindən, müqavilədə göstərilən 54.89 kv.m olan 1 otaqlı mənzildən imtina etdiyini xahiş etmiş və qarşılığında ona 68612 AZN pul verilməsini istəmişdir. İş materiallarında olan 10 mart 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı tərəflər arasında imzalanan 6 Aprel 2017-ci il tarixli 35 saylı müqavilədə göstərilən 54.89 kv.m olan 1 otaqlı mənzilin ödənişi olaraq 68612 manatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürmüşdür. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, Nərimanov Rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarına rəhbər tutaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 01.12.2016-cı il tarixli 412 nömrəli Sərəncamına və Dövlət şəhərsalma və Arxitektura Komitəsinin 01.12.2016- cı il tarixli 02/05-1764 nömrəli rəyinə əsasən ünvan 1 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 0,535 ha torpaq sahəsi Cavabdeh-in istifadəsinə verilmişdir. Buna uyğun olaraq Cavabdeh 2017-ci ildə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsi 17 nömrəli evin 13-cü mənzil sökülmüşdür. Müqaviləyə əsasən iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilinin əvəzinə dövlət reyesterindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə ümumi sahəsi 96.20kv.m olan 3 otaqlı 114 nömrəli mənzil Cavabdeh tərəfindən onun mülkiyyətinə verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 avqust 2021-ci il tarixli 214 nömrəli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsində yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasının 114 saylı mənzilinin arakəsmələrin altı nəzərə alınmaqla ümumi sahəsi 97.4 kv.m təşkil edir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsində yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasının 114 saylı mənzilinin ümumi sahəsinin İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 aprel 2017-ci il tarixli müqavilədə göstərilən 96.2 kv.m sahədən 1.2 kv.m artıq olduğu müəyyən edilmişdir. Məhkəmə ilk iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 6 aprel 2017-ci il tarixli 35 saylı mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə verilmiş müvafiq mütəxəssis rəyi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 97.4 kv.metr müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İlk iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim etdiyindən iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizısi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Qarşılıqlı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ilkin iddia üzrə İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı irəli sürdüyü tələb edilən pul məbləğinin ödənilməsi barədə tələbləri əsaslandıra bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, pul məbləğinin ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3823/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3823/2021
18.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver