Məhkəmə qərarları › İş №2(005)-3837/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3837/2020

28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3837/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı3 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı3 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “Montessori Azərbaycan Uşaq- Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, müəssisənin təsisçisi İddiaçı2 dəymiş 40.000 (qırx min) manat məbləğində maddi zərər, 5.000 (beş min) manat məbləğində əldən çıxmış fayda, 5.000 (beş min) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 50.000 (əlli min) manat məbləğində vurulmuş zərərin cavadeh-fiziki şəxs Cavabdeh tutulub iddiaçı “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxx 2019-cu il tarixdən ünvan 1 ünvanında yerləşən sahəsi 358,9 kv.metr olan və xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus ünvanda fəaliyyət göstərmişdir. İddiaçı “Montessori Azərbaycan Uşaq- Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti sözügedən binanı yaşayış binasından uşaq yaradıcılıq və inkişah mərkəzinin statndartlarına uyğunlaşdırmaq məqsədi ilə 40.000 (qırx min) manat civarında təmir və yenidənqurma işləri aparmışdır. İcarə müqaviləsi üzrə aylıq icarə haqqı 3.500 (üç min beş yüz) manat məbləğində təşkil etmişdir. Lakin Cavabdeh rəsmi icarə müqaviləsində 700 (yeddi yüz) manat göstərilməsini xahiş etmişdir. İcarə müqaviləsinin 1.2ci maddəsinə əsasən icarəyə verən qarşı tərəfə bir ay əvvəlcədən yazılı şəkildə bildirməklə icarə müqaviləsini poza bilər. xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçı “Montessori Azərbaycan Uşaq- Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsində olan binanın sahibi Cavabdeh binanı başqa şəxsə daha baha qiymətə kirayəyə verdiyini bildirərək mənzili boşaltmağını tələb etmişdir. İddiaçı “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh icrarə müqaviləsinin şərtlərinə əməl etməsini tələb etsə də, o buna məhəl qoymamış və təkidlə icarə müqaviləsinin birtətəfli qaydada pozduğunu demişdir. Cavabdeh iddiaçı “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi mülkiyyətində olan və 45.000 (qırx beş min) manat məbləğində dəyəri olan əmlakın bir hissəsini mənzilin həyətinə tökərək küçəyə atmaq istəmişdir. Lakin iddiaçı “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təkidlərindən sonra və hüquq mühafizə orqanlarına müraciət (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edilmişdir) edildikdən sonra Cavabdeh qanunsuz hərəkətləri müvvəqəti olaraq dayandırılmışdır. Odur ki, mübahisəli mənzilin üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Nəticədə, “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin işi pozulmuş, 12 (on iki) nəfər işçi heyəti işini itirmiş, müəssisənin müştəri bazası dağılmış, müəssisənin işgüzar nüfuzu zədələnmiş, müəssisə təsisçisi və rəhbərliyinə maddi və mənəvi zərər vurulmuşdur. Bu amillər yekunda müəssisənin iflasına səbəb olmuşdur. Cavabdeh tərəfindən iddiaçı “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə 50.000 (əlli min) manat məbləğində maddimənəvi zərər dəymişdir. İddiaçı “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı3 və təsisçisi İddiaçı2 xx xxxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı hakim iddiaçının vəsatətinə əsasən iddia ərizəsini geri qaytara bilər. Məhkəmə ərizəni və mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçı “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı3 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Montessori Azərbaycan Uşaq-Yaradıcılıq və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı3 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar