Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-384/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədov Anar Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 Fərmayıl oğlunun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh3 Fərmayıl oğluna, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fərmayıl oğluna və Cavabdeh4, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 qarşı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına olan qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilərək, Ban SJNFBAF15Z6530008, buraxılış ili 2014-cü il olan, “Nissan Juke minik” markalı **- MV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair mülkiyyət hüququ bərpa edilərək iddiaçının adına müvafiq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilməklə, avtomobilin iddiaçıya geri qaytarılması və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Fərmayıl oğlundan və Cavabdeh4 tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində 2014-cü il buraxılışlı “Nissan Juke minik” markalı **-MV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi olmuşdur. 2019-cu il iyul ayında ona pul lazım olduğundan avtomobili satmaq qərarına gəlmişdir. “Turbo.az”saytından avtomobil satış elanları saytına baxdıqda 2013-cü il buraxılışlı “Hyundai Veloster minik” markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini görmüş və öz avtomobilini həmin nəqliyyat vasitəsi ilə barter etmək məqsədilə Sumqayıt şəhərinə həmin avtomaşının olduğu “Avto Cars 017” adlanan avtosalona getmişdir. Avtomaşın həmin vaxt Cavabdeh3 Fərmayıl oğlunun mülkiyyətində olmuşdur və adı qeyd edilən avtomobil salona qoyularaq satışa çıxarılmışdır. Şifahi razılaşmaya əsasən iddiaçı şəxs mülkiyyətində olan “Nissan Juke minik” markalı **-MV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini özünü salonun işçisi kimi təqdim etmiş Cavabdeh2 təqdim edərək onun adına ümumi etibarnamə vermişdir, əvəzində isə 1.000 (bir min) manat pul alaraq həmin vaxtı Cavabdeh3 Fərmayıl oğlunun mülkiyyətində olmuş “Hyundai Veloster minik” markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəbul edərək öz aralarında şifahi olaraq avtomobilləri dəyişmişdilər. İddiaçı şəxs xx xxxx 2019-cu il tarixdə Sumqayıt şəhəri 3 nömrəli notariat kontorunda Cavabdeh2 reyestrdə 7E/9022 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı şəxs barter etdiyi “Hyundai Veloster minik” markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili öz adına keçirərək qeydiyyat şəhadətnaməsi almışdır. Təxminən bir aydan sonra sentyabr ayının ortalarında Gəncə Şəhər İcra İdarəsinin icra məmurları gəlib həyətdə saxladığı “Hyundai Veloster minik” markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili aparmışlar. Aparmalarının səbəbini soruşduqda iddiaçı şəxsə bildirmişdilər ki, bu avtomobillə bağlı məhkəmə qərarı var və həmin qərarın icrası üçün avtomobil götürülmüşdür. İddiaçı şəxs avtomobilin mülkiyyətçisi olduğunu və qanunvericiliklə müəyyən edilmiş qaydada öz adına rəsmiləşdirdiyini bildirsə də, icra məmuru buna məhəl qoymamış və sözügedən avtomaşını geri qaytarmamışdır. Həmin vaxtdan, yəni 2019-cu ilin sentyabr ayından iddiaçı şəxs mülkiyyət hüququ ilə ona məxsus olan “Hyundai Veloster minik” markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili barəsində sahiblik və istifadə hüququndan məhrum olunmuşdur. Sonradan iddiaçı şəxsə məlum olmuşdur ki, avtomobilin ilk sahibi ilə başqa bir şəxs arasında mülki mübahisə olmuşdur və bu mübahisə nəticəsində Gəncə Apelyasiya Məhkəməsi xx xxxxxxxx 2018-ci il tarixdə qərar vermişdir ki, sözügedən avtomaşın X7 geri qaytarılsın. İddiaçı “Hyundai Veloster minik” markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili öz avtomobili ilə dəyişərkən belə bir məhkəmə qərarının olduğunu bilməmişdir, bilsəydi heç vaxt avtomobilini dəyişməzdi. Məsələnin belə qeyrimüəyyənliyini görüb, Sumqayıt şəhəri 3 nömrəli notariat kontoruna gedərək, xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Naziliyi Baş Dövlət X22 xx xxxxxxx 2019-cu il tarixli, 016-95398-1219 nömrəli sorğuya verilmiş rəsmi cavabdan məlum olur ki, “Nissan Juke minik” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə ilə xx xxxx 2019-cu il tarixdə hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2, daha sonra xx xxxxxx 2019-cu il tarixdə etibarnamə əsasında digər Cavabdeh4 və daha sonra xx xxxxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında hazırkı iş üzrə digər Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mülkiyyətində olan avtomobilə dair verdiyi etibarnamənin ləğv edilməsi barədə hazırkı iş üzrə Cavabdeh2 məlumatlı olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X20 məlumat qeydiyyata alınmışdır. İddiaçı şəxs mülkiyyətində olmuş “Nissan Juke minik” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini barter edən zaman Cavabdeh3 Fərmayıl oğlu “Hyundai Veloster minik” markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin problemli olduğunu, həmin maşının üzərində məhkəmə qərarının olduğunu bildiyi halda bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. İddiaçı şəxs sonradan öyrənmişdir ki, hadisə baş verən vaxtdan təxminən 8 (səkkiz) ay əvvəl sözügedən avtomobili hazırkı iş üzrə üçüncü şəxs olan X1. Lakin avtomobilin problemi olduğundan sonuncu tərəfindən geri qaytarılmışdır. Hazırda göründüyü kimi iddiaçı şəxs vicdanlı alıcı olmuşdur, o avtomaşının barəsində məhkəmə qərarının olduğunu bilməmişdir və onu bilməsi də mümkün deyildir. Çünki, avtomaşını rəsmi şəkildə öz adına qeydiyyata aldıraraq şəhadətnamə almışdır və bu zaman heç bir məhkəmə qərarının olduğunu ona deməmişdilər. Beləliklə, iddiaçı şəxsin nın mülkiyyətində olmuş “Nissan Juke minik” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməli, “Nissan Juke minik” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair mülkiyyət hüququ bərpa edilərək, iddiaçının adına müvafiq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilməli və avtomobilin iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmalıdır. Cavabdeh1 İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi və İddiaçı 200 (iki yüz) manat məbləğində pulun onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia həcminin azaldılmasına dair Cavabdeh3 Fərmayıl oğluna, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 qarşı “maddi və mənəvi zərər” tələbinə dair ərizə verərək, Cavabdeh3 Fərmayıl oğlundan maddi ziyana görə 20.500 (iyirmi min beş yüz) manat, mənəvi ziyana görə isə 5.000 (beş min) manat olmaqla, cəmi 25.500 (iyirmi beş min beş yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia həcminin azaldılmasına dair ərizə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən onunla əsaslandılrılmışdır ki, hazırkı işdə olan cavabdehlərdən yalnız Cavabdeh3 Fərmayıl oğluna qarşı iddia qaldırılır. “İddiaçı”digər cavabdehlərə qarşı iddia tələbindən imtina edir. Çünki, iddia ərizəsindən də göründüyü kimi, sözügedən problemli avtomaşını “iddiaçı”Sumqayıt şəhərində fəaliyyət göstərən “Avto Cars 017” adlanan avto salondan almışdır və maşınların dəyişdirilməsi zamanı özünü salonun əməkdaşı kimi təqdim edən Cavabdeh3 Fərmayıl oğlu avtomobilin dəyişdirilməsi zamanı danışıqlarda birbaşa iştirak etmişdir. Yəni “iddiaçı”həmin vaxtı mülkiyyətində olmuş “Nissan Juke” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə dəyişməklə etdiyi alğı-satqı müqaviləsini Cavabdeh3 Fərmayıl oğlu ilə danışıb razılaşdıqdan sonra onun göstərişi ilə Cavabdeh2 adına etibarnamə vermişdir. Həmin vaxtı “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 Fərmayıl oğlunun mülkiyyətində olmuşdur. Razılaşmaya əsasən iddiaçı şəxs mülkiyyətində olan “Nissan Juke” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 təqdim edərək onun adına Sumqayıt şəhərində yerləşən notariat kontorunda ümumi etibarnamə vermişdir, əvəzində isə 1.000 (bir min) manat məbləğində pul alaraq, “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini “iddiaçı”qəbul etmişdir. Yəni bu avtomobillərin satışı zamanı razılaşma bu şəxslər arasında baş vermişdir. Həmin vaxtı tərəflərin qarşılıqlı razılığı ilə “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini 20.000 (iyirmi min) manata, “Nissan Juke” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini isə 21.000 (iyirmi bir min) manat məbləğində qiymətləndirilərək dəyişdirilmişdir. İddia ərizəsində də qeyd edildiyi kimi, hazırkı iş üzrə Cavabdeh3 Fərmayıl oğlu “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin problemli olduğunu, həmin maşının barəsində məhkəmə qərarının olduğunu bildiyi halda, bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. “İddiaçı” şəxs hazırda barter etdiyi “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da, o faktiki sahiblik və istifadə etmək hüququndan məhrum olunmuşdur. Buna səbəb Gəncə Şəhər İcra İdarəsinin işçilərinin qanunsuz hərəkətlərinin olmasıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. Həmin vaxt avtomobil “iddiaçı” şəxsin mülkiyyətimdə olduğundan icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsini rəhbər tutaraq Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(104)- 2865/2018 nömrəli qətnaməsi üzrə xx xxxxxx 2018-ci il tarixdə verilmiş icra vərəqəsini icra etmək mümkün olmadığı üçün qərar qəbul edərək Gəncə Apelyasiya Məhkəməsinə qaytarmalı idi. “İddiaçı” vicdanlı alıcıdır, Cavabdeh3 Fərmayıl oğlu isə avtomaşının probleminin olduğunu bildiyi halda bunu gizlətmiş və İddiaçı problemə düşməsinə səbəbkar olmuşdur. Cavabdeh3 Fərmayıl oğlunun “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin problemli olduğunu bilməsini təsdiq edən sübutlar vardır. Belə ki, bu hadisədən bir neçə ay qabaq Cavabdeh3 Fərmayıl oğlu həmin avtomaşını X8 (hazırkı iş üzrə üçüncü şəxs) etibarnamə ilə satmışdır, lakin onun problemli olduğunu bildiyi üçün sonradan Cavabdeh3 Fərmayıl oğluna geri qaytarmışdır. Eyni zamanda, hazırkı iş üzrə üçüncü şəxs kimi qeyd edilmiş X11 özünün istifadəsində olan mobil nömrədən “WhatsApp” sosial şəbəkəsində “iddiaçı” şəxsəsəs göndərərək həmin avtomaşının problemli olmasını, bununla bağlı Sumqayıt və Füzuli Rayon İcra Şöbələrinə getdiyini, Sumqayıt Dövlət X22 rəisinin qəbulunda olduğunu, “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin cərimə meydançasına qoyulmasını, Cavabdeh3 Fərmayıl oğlunun həmin avtomaşını çıxartmasını və üzərində məhkəmə qərarının olduğunu bildiyini qeyd etmişdir. Beləliklə məlum olur ki, Cavabdeh3 Fərmayıl oğlu avtomaşınları dəyişərkən “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin problemli olmasını bilirdi, lakin bunları bildiyi halda “iddiaçı”şəxsəməlumat verməmişdir, bununla bağlı susmaqla “iddiaçı” şəxsi aldadaraq ona problemli maşın satmışdır. Ona görə də, hazırkı iş üzrə Cavabdeh3 Fərmayıl oğlu cavabdeh olmalıdır, o etdiyi hərəkətinə görə “iddiaçı” şəxsə vurduğu maddi və mənəvi zərərin əvəzini ödəməlidir. “Nissan Juke” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tərəflər arasında qiymətləndirilmiş dəyəri 21.000 (iyirmi bir min) manat məbləğində müəyyən edilmişdir. Həmin vaxt Cavabdeh3 Fərmayıl oğlu tərəfindən razılaşdırılmış şərtə uyğun olaraq ödənilmiş 1.000 (bir min) manat məbləğində pul vəsaitini nəzərə aldıqda, Cavabdeh3 Fərmayıl oğlunun İddiaçı vurduğu maddi ziyanın məbləği 20.000 (iyirmi min) manat məbləğində təşkil edir. Dəfələrlə İddiaçı mülkiyyətində olan “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin geri alınması üçün Gəncə şəhərindən Sumqayıt şəhərinə gəlib getmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Həmçinin, qeyd edildiyi kimi İddiaçı uşağı onkoloji xəstədir və ayda bir neçə dəfə Gəncə şəhərindən Bakı şəhərinə gətirib aparmış və hələ də bu müalicəni davam etdirir. Bu zaman təbii ki, İddiaçı hər dəfə taksi xidmətindən istifadə etmək məcburiyyətində olmuşdur. Çünki həkim göstərişinə əsasən ictimai nəqliyyatdan istifadə etmək qadağan edilmişdir. Ona görə də, həkim qəbuluna düşmək üçün hər dəfə taksi sifariş verilmiş, həkimə gəlib-qayıtmaq üçün taksidən istifadə olunmuşdur. Bütün bunlar isə təbii ki, İddiaçı maddi xərclər yaratmışdır. Məlumdur ki, səyyar taksi kimi Bakı şəhərindən digər rayonlara işləyən taksilər göstərdiyi xidmətə görə gediş haqqının ödənilməsini təsdiq edən müvafiq sənəd-qəbz vermirlər. Gediş-gəliş xərclərini təsdiq edən sənədlər olmasa da məlumdur ki, Gəncə şəhərindən Bakı şəhərinə taksidən istifadə etməklə olan yol xərci təxmini olaraq 50 (əlli) manat məbəğindədir. Bir dəfə həkimə gəlib-getmək üçün olan yol xərci 50 (əlli) manat götürülərsə, ümumi ödənilmiş yol xərci təxmini 500 (beş yüz) manat məbləğində təşkil edər. Bundan başqa, Cavabdeh3 Fərmayıl oğlunun özü ilə görüşmək və problemi öz aralarında həll etmək üçün “iddiaçı” bir neçə dəfə Sumqayıt şəhərinə getmişdir. Qeyd edilməlidir ki, Cavabdeh3 Fərmayıl oğlunun qanunsuz hərəkəti nəticəsində İddiaçı mənəvi zərər dəymişdir. Belə ki, hadisə baş verəndən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu vaxta kimi Cavabdeh3 Fərmayıl oğlunun satdığı problemli avtomaşın İddiaçı sahiblik və istifadəsindən çıxmışdır. Yuxarıda qeyd edilən mənəvi zərər Cavabdeh3 Fərmayıl oğlunun bilə-bilə problemli avtomaşın satması, həmin avtomaşının onun mülkiyyətçisi olmasına baxmayaraq, əsassız olaraq əlindən alınması, onun yaşadığı yerdə qanunsuz olaraq gözləri qabağında idarə edilməsi və yol hərəkəti qaydalarının pozulması zamanı radar bildirişlərinin İddiaçı gəlməsi, avtomaşının texniki baxışdan keçirilmə vaxtının keçməsi barədə sms bildirişlərin gəlməsi və s. hallardır. Bu vəziyətdə avtomobilin qalması İddiaçı çox narahat edir, hər dəfə avtomobili gördükdə stres keçirir, bu hal iddiaçı şəxsi əsəbləşdirir və keçirdiyi sarsıntını daha da dərinləşdirirdi. Odur ki, İddiaçı keçirdiyi sarsıntıların və mənəvi zərərin qarşılığını 5.000 (beş min) manat məbləğində qiymətləndirmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmaqla, qarşılıqlı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)-384/2020 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 Fərmayıl oğlunun nümayəndəsi və vəkili X3 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X5 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Sumqayıt RQİ və TBŞ tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AD seriyalı 203989 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Veloster minik” markalı **-OM-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh3 Fərmayıl oğlunun mülkiyyətindədir; Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(104)- 2865/2018 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı X11 cavabdeh X15 qarşı “Hyundai Veloster minik” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona geri qaytarılması tələbinə dair iddia ərizəsi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2017ci il tarixli, 2(043)-568/2017 nömrəli qətnaməsi ilə əsassız olduğundan təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı X4 verdiyi apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi ilə təmin edilərək, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(043)-568/2017 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsi, “Hyundai Veloster minik” markalı **-PD-*** (əvvəlki qeydiyyat nişanı **-DF-***) qeydiyyat nişanlı avtomobilin X7 geri qaytarılması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3m-3995/19 nömrəli qərardadının surətindən və məzmunundan görünür ki, müvafiq qətnamədə və icra vərəqəsində mübahisə predmeti olan avtomobilin İddiaçı alınıb qaytarılması göstərilmədiyindən müvafiq qətnamə müraciət edən şəxsin maraqlarına toxunmadığından onun Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(104)-2865/2018 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat verilməsinə dair müraciəti təmin edilməmişdir; Sumqayıt şəhəri 4 nömrəli notariat kontorunun xüsusi notariusu X6 tərəfindən reyestrdə 7E- 57060 nömrəsi ilə qeyd edilmiş ƏN-Vİ seriyalı 565638 nömrəli xx xxxxxx 2018-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən və məzmunundan görünür ki, xx xxxx 2018-ci il tarixdə verilmiş qeydiyyat şəhadətnaməsi əsasında Cavabdeh3 Fərmayıl oğlu mülkiyyətində olan “Hyundai Veloster minik” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair müvafiq səlahiyyətləri X8 etibar etmiş, müvafiq etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər, etibarnamə 1 (bir) il müddətinə verilmiş və xx xxxxxx 2019-cu il tarixədək qüvvədədir; İddiaçı Sumqayıt şəhəri 3 nömrəli notariat ofisinə ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli ərizənin surətindən və məzmunundan görünür ki, xx xxxx 2019-cu il tarixdə Sumqayıt şəhəri 3 nömrəli notariat ofisində Cavabdeh2 verdiyi və reyestrdə 7E/9022 nömrə ilə qeyd olunmuş etibarnamənin ləğv edilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X21 xx xxxxxxx 2019-cu il tarixli məktubunun və ona əlavə edilmiş müvafiq çıxarışın məzmunundan görünür ki, İddiaçı mülkiyyətində olmuş “Nissan Juke” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyətçi tərəfindən xx xxxx 2019-cu il tarixdə Cavabdeh2, sonuncu tərəfindən xx xxxxxx 2019cu il tarixdə Cavabdeh4 etibarnamə verilmiş, etibarnamələrin müddəti xx xxxx 2020-ci il tarixədək müəəyən edilmiş, qeyd edilən avtomobil İddiaçı mülkiyyətindən müvafiq alqı-satqı müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdə çıxmış və Cavabdeh1 adına rəsmiləşdirilmişdir; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(043)-235/2020 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçı cavabdeh X7 qarşı “avtomobilin qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin olunmamış, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı şəxsə aid edilməsi qət edilmişdir; xx xxxxxxx 2019-cu il tarixli 43811 nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Hyundai Veloster minik” markalı **-OM-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh3 Fərmayıl oğlunun mülkiyyətində olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(043)-568/2017 nömrəli qətnaməsi ilə iddiaçı X11 cavabdeh X15 qarşı “Hyundai Veloster minik” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona geri qaytarılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(104)-2865/2018 nömrəli qətnaməsi ilə iddiaçı X4 apelyasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(043)-568/2017 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsi, “Hyundai Veloster minik” markalı **-PD-*** (əvvəlki qeydiyyat nişanı **-DF-***) qeydiyyat nişanlı avtomobilin X7 geri qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3m-3995/19 nömrəli qərardadı ilə müvafiq qətnamədə və icra vərəqəsində mübahisə predmeti olan avtomobilin İddiaçı alınıb qaytarılması göstərilmədiyindən müvafiq qətnamə müraciət edən şəxsin maraqlarına toxunmadığından onun Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(104)-2865/2018 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat verilməsinə dair müraciəti təmin edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Sumqayıt şəhəri 4 nömrəli notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə xx xxxx 2018-ci il tarixdə verilmiş qeydiyyat şəhadətnaməsi əsasında Cavabdeh3 Fərmayıl oğlu mülkiyyətində olan “Hyundai Veloster minik” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair müvafiq səlahiyyətləri X8 etibar etmişdir. Vəliyeva X10 şəhəri 3 nömrəli notariat ofisinə xx xxxxxxxx 2019-cu il tarixli ərizə ilə müraciət edərək, xx xxxx 2019-cu il tarixdə Sumqayıt şəhəri 3 nömrəli notariat ofisində Cavabdeh2 verdiyi etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olmuş “Nissan Juke” markalı **-MV- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyətçi tərəfindən xx xxxx 2019-cu il tarixdə Cavabdeh2, sonuncu tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh4 etibarnamə verilmiş, etibarnamələrin müddəti xx xxxx 2020-ci il tarixədək müəəyən edilmiş, qeyd edilən avtomobil İddiaçı mülkiyyətindən müvafiq alqı-satqı müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdə çıxmış və Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçı Cavabdeh3 Fərmayıl oğluna, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Fərmayıl oğlundan maddi ziyana görə 20.500 (iyirmi min beş yüz) manat, mənəvi ziyana görə isə 5.000 (beş min) manat olmaqla, cəmi 25.500 (iyirmi beş min beş yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olmuş “Nissan Juke” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə dəyişməklə etdiyi alğı-satqı müqaviləsini Cavabdeh3 Fərmayıl oğlu ilə danışıb razılaşdıqdan sonra onun göstərişi ilə Cavabdeh2 adına etibarnamə vermişdir. Həmin vaxtı “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 Fərmayıl oğlunun mülkiyyətində olmuşdur. Razılaşmaya əsasən iddiaçı şəxs mülkiyyətində olan “Nissan Juke” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 təqdim edərək onun adına Sumqayıt şəhərində yerləşən notariat kontorunda ümumi etibarnamə vermişdir, əvəzində isə 1.000 (bir min) manat məbləğində pul alaraq, “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini iddiaçı şəxsqəbul etmişdir. Həmin vaxtı tərəflərin qarşılıqlı razılığı ilə “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini 20.000 (iyirmi min) manata, “Nissan Juke” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini isə 21.000 (iyirmi bir min) manat məbləğində qiymətləndirilərək dəyişdirilmişdir. Cavabdeh3 Fərmayıl oğlu “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin barəsində məhkəmə qərarının olduğunu bildiyi halda, bu barədə iddiaçı şəxsə heç bir məlumat verməmişdir. İddiaçı şəxs mülkiyyətində olan avtomobili ilə barter etdiyi “Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da, o faktiki sahiblik və istifadə etmək hüququndan məhrum olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi 20.500 (iyirmi min beş yüz) manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində təmin olunmalı və Cavabdeh3 Fərmayıl oğlundan İddiaçı xeyrinə 20.500 (iyirmi min beş yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia ərizəsinin 5.000 (beş min) manat məbləğində mənəvi ziyanın tutulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X19 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X19 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və X19 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh3 Fərmayıl oğlunun qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirdiyi barədə qənaətə gəlmək mümkün olmadığı, o cümlədən mənəvi zərəri əsaslandıran dəlillər məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapmadığından iddia tələbinin 5.000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd olunmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin pul vəsaitinin tutulması hissəsi əsaslıdır, iddiaçı iddiasının həmin hissəsini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 Fərmayıl oğlundan 20.500 (iyirmi min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh3 Fərmayıl oğlundan İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 Fərmayıl oğlundan 20.500 (iyirmi min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-384/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-384/2020
17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver