Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-384/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X1, onun vəkili Vəkil4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2, eyni zamanda Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə, Cavabdeh4 və Cavabdeh5 qarşı «mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyərini və banka olan kredit borcunu ödədiyi, ailəsi ilə birgə yaşadığı və sənəd üzərində Cavabdeh2 adına olan və cavabdehlərin iddiaçını məhrum etmək istədikləri ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 391 kv.metr, 7 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Heydər Əliyev sarayının arxasında «Qış parkı»nın tikilməsi ilə bağlı həmin ərazidə olan fərdi yaşayış evim söküldüyündən başqa bir fərdi yaşayış evi almaq qərarına gəlmiş və bu barədə dost-tanışlara məlumat vermişdir. 2012-2013cü illərdə "xxxx" ASC-nin filial müdiri olan tanışın Cavabdeh4 axtardığı meyarlara uyğun fərdi yaşayış evinin olduğunu bildirdi. Həmin ev ipotekaya qoyulmuş və kredit alınmışdı, kredit ödənilmədiyindən Ələddin evin satıldığını söylədi. Onlar evə baxmış, bəyənmiş və evin ipotekaya qoyulması zamanı alman kreditin qalığı olan borcu ödəməklə bərabər, ünvan 2 ünvanında yerləşən evin dəyərini də ödəmiş, yəni həmin evə görə ümumilikdə 823187,0 manat pul ödəmişdir. Pul vəsaitlərini iddiaçıdan Vaqif Məmmədova qəbul edib və bu barədə imzalı qəbz vermiş, evin 17.04.2014-cü il tarixli alqı-satqı müqaviləsi zamanı mən ölkədə olmadığından və evin başqası tərəfindən alınmaması üçün təcili alqı-satqı etmək üçün evi Cavabdeh4 bacısı oğlu İntiqam Abdullayevin adına rəsmiləşdirmişlər. Evi aldıqdan sonra o, onun təmirinə və mebellərin yığılmasına 250000 manat pul xərcləmiş və bu işlər görülüb qurtarandan sonra ailəsi ilə birlikdə həmin evə köçmüşdür. 2 ildən sonra Bayram adlı şəxs onlara gələrək dedi ki, bu ev Beytulla Hüseynovundur, evi qaytarmalısan. İddiaçı məcbur olub 300000 manat və 50000 ABŞ dolları ödəyərək bankın borcunu bağlamışdır. Kreditin ödənilməsinin sonrakı günü ev 10000 manata sənəd üzərində sonuncu mülkiyyətçi Cavabdeh2 formal alqı-satqı müqaviləsi ilə məcburi olaraq Beytullanın qohumu Tariyel Zamanova satılmışdır. MTN əməkdaşlarının cinayətkar hərəkətləri barəsində cinayət işin başlandıqdan sonra o da, həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış, həmin cinayət işinin məhkəmə baxışı Bakı Hərbi Məhkəməsinin icraatına verilmişdir. MTN əməkdaşlarının törətdiyi cinayətlər barəsində başlanmış istintaqla nəticəsində iddiaçı evdən çıxmağa məcbur olmuşdur. Yenə də ev iddiaçının faktiki sahibliyində və istifadəsində qalmışdır. Bundan sonra axırıncı dəfə Cavabdeh2 adına olduğundan sonuncu tərəfindən Bakı şəhər Xətai rayon Məhkəməsində iddia qaldırıldı. Həmin mülki işin yekununda Cavabdeh2lə Tariyel Zamanov arasında məcburi bağlanmış alqı- satqı müqaviləsi ləğv edildi, məhkəmə aktı Ali Məhkəmənin qərarı ilə qüvvəsində saxlanıldı. Həmin mülki işin Bakı Apelyasiya Məhkəməsində icraatı zamanı Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini Rüstəm Usubovun Bakı Apelyasiya Məhkəməsinə məktub daxil oldu ki, mübahisə olunan ev ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq İddiaçı məxsusdur. Eyni zamanda Baş Prokurorluq Yanında Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin xüsusilə mühum işləri üzrə müstəntiqi Qasım Məmmədov tərəfindən qəbul edilmiş 20.09.2016-cı il tarixli qərarla MTN və digər qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları üzrə CM-nin 308.2, 309.1-ci maddələri və digər maddələrlə istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındım. Zərərçəkmiş şəxs kimi tanındığım həmin iş üzrə Bakı Hərbi Məhkəməsinin ci il tarixli, 1(093)-7/2018 saylı hökmündə qeyd etdiyi faktlar öz təsdiqini tapmışdır. Daha sonra fərdi yaşayış evi sənəd üzərində Cavabdeh2 mülkiyyətinə qaytarılmış, iddiaçının də faktiki mülkiyyətində qalmaqda davam etmişdir, mülki məhkəmə icraatı ərzində də ev iddiaçının faktiki istifadəsində olmuşdur. Hazırda evin Cavabdeh2 adına olmasından dolayı sonuncu tərəfindən evin satılma və ya başqa şəkildə sərəncam verilməklə onun faktiki mülkiyyətindən çıxma təhlükəsi vardır. Belə ki, bir müddət əvvəl də, İmran Abdulluyevin iddiası üzrə başlanmış mülki işin Ali Məhkəmədə icraatı zamanı X9 Abdullayevə təzyiq edərək iddiadan imtina etməyə sonuncunu razı salmış, son anda iddiaçı bundan imtina etmişdir və ev yenə də iddiaçının faktiki mülkiyyətində qalmışdır. Bu kimi halların gələcəkdə real və ehtimal edilən olduğundan iddiaçının mülkiyyətində olan evin hər an itirilmə və faktiki istifadəsindən çıxma təhlükəsi vardır. Məhz bu şəbədən də evin üzərində iddiaçının faktiki mülkiyyət hüququnun tanınması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, yuxarıda qeyd etdiyi kimi hazırda yaşadığı fərdi yaşayış evini banka olan kredit borcunu və dəyərini ödəməklə qanuni şəkildə almışdır. Sadəcə alqı-satqı zamanı ölkədə olmadığından İntiqamın adına rəsmişləşdirmişdir. Sonradan İmranın adına keçməsi də sadəcə evin MTN əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı əlimdən alınmaması üçün atdığı addım idi, ev əvvəldən iddiaçının faktiki mülkiyyətindədir, sadəcə sənəd üzərində formal olaraq mülkiyyətçi Cavabdeh2dir. Bir neçə gün əvvəl ünvanına ünvan 4ldirişi daxil olmuşdur. Bildirişdə göstərilir ki, həyat yoldaşı X3 və ailə üzvləri Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 119 evdən çıxarılmalıdırlar. Sonradan iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Cavabdeh5 cavabdeh kimi prosesə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4, onun vəkili Vəkil4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər X2, X5, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2016-cı il tarixli, 2(011)-1067/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh5 qarşı “Bakı şəhəri 38 saylı Notariat Kontorunda bağlanmış 23.07.2015-ci il tarixli, AN-10490642 saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması”na dair iddia tələbi təmin edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2016-cı il tarixli, 2(103)-7428/2016 saylı qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 aprel 2016-cı il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh2 Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi” barədə iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2017-ci il tarixli, 2(102)-3114/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2017-ci il tarixli, 2(103)-8103/2017 saylı qətnaməsi ilə Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1067/2016 saylı mülki iş üzrə qəbul olunmuş 13 aprel 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 119-a dair 823.187 manat ödəyini və həmin vaxt ölkədə olmaması səbəbindən sözügedən əmlakın İntiqam Abdullayevin adına rəsmiləşdirilməsini əsas götürərək, hazırda mübahisəli əmlaka mülkiyyət hüququnun tanınmasını tələb edir. Həmçinin, məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, mübahisəli əmlak 06.03.2007-ci il tarixdə Cavabdeh5 mülkiyyətində olmuşdur. 11 avqust 2011-ci il tarixli etibarnaməyə əsasən Vaqif Məmmədova, Cavabdeh5 (təmsil olunanın) maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və onun maraqlarından çıxış etmək səlahiyyəti verildiyi halda, o, həmin etibarnamə əsasında təmsil olunanın (Cavabdeh5) maraqlarından deyil, öz maraqlarından hərəkət edərək, mübahisə mövzusu olan daşınmaz əmlakı şəxsi məqsədləri üçün əldə etdiyi kredit borcunun icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü etmiş, sonradan isə kredit borcunu ödəyə bilmədiyindən borcun bağlanması məqsədilə ev alqı-satqı müqavilələri ilə ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmişdir. Sonradan mübahisəli əmlak Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud olarsa onun məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi halında irəli sürülən tələbin təmin edilməsi mümkündür. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi əmlaka dair mülkiyyət hüququ tanına bilməz. Bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İş materiallarından göründüyü kimi İddiaçı mübahisəli əmlaka mülkiyyət hüququnun tanınmasını həmin əmlaka dair onunla alqı-satqı müqaviləsi bağlanılmadan və ya hüququnu təsdiq edə biləcək hər hansı sübutu təqdim etmədən tələb edir. Belə olan halda iddiaçının qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi sözügedən mübahisəli əmlak ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur və həmin aktlarda mühabisəli əmlakın mülkiyyətçisinin Cavabdeh2 olması öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə, X5, Cavabdeh4 və Cavabdeh5 qarşı «mülkiyyət hüququnun tanınması tələbi»nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə, X5, Cavabdeh4 və Cavabdeh5 qarşı «mülkiyyət hüququnun tanınması tələbi»nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-384/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-384/2022
01.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver