Məhkəmə qərarları › İş №2(005)-3857/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3857/2021

16.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3857/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı özəlləşdirmə çeklərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı özəlləşdirmə çeklərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 60000 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(005)- 673/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı özəlləşdirmə çeklərinə görə kompensasiya təbəbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçının apelyasiya qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(005)-673/2021 nömrəli qətnaməsindən verdiyi şikayətə Bakı apelyasıya məhkəməsi tərəfidnən baxılaraq 19 may 2021-ci il tarixli 2(103)-4920/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(005)-673/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Belə olan halda məhkəmənin qənaətinə görə qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(005)-673/2021 nömrəli qətnaməsi ilə eyni tərəflər arasında, eyni predmet barəsində mübahisəyə baxıldığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı özəlləşdirmə çeklərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 263, 264-cü maddələrin əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı özəlləşdirmə çeklərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar