Məhkəmə qərarları › İş №2(005)-3867/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3867/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3867/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X6 oglunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili- Vəkil2 Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə əmlak verilməsi, icarə haqqı tələbi və mənəvi ziyan” tələbinə dair ilk iddiası; İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə əmlak və icarə haqqı verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “cavabdehin maddi vəsaiti hesabına qeyriyaşayış sahəsinin bərpa olunması və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən 44.30 kv.m qeyri-yaşayış sahəsinin cavabdehin maddi vəsaiti hesabına bərpa olunması, o cümlədən cavabdehdən iddiaçıların xeyrinə mənəvi ziyan olaraq hər birinə 30.000 manat, ümumilikdə 60.000 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanda yerləşən 44.30 kv.m qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 məxsusdur. Qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 04.06.2019-cu il tarixdə ********** nömrə ilə və 07.06.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. Cavabdeh “Nərimanov Estate" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində söküntü və tikinti işləri həyata keçirir. İddiaçı1 anası Elmira Musayeva 22 06.2021-ci il tarixdə yuxarıda qeyd olunan ünvanda yerləşən oğluna məxsus qeyri-yaşayış sahəsinə baş çəkmək üçün həmin ünvana gedərkən müəyyən etmişdir ki, cavabdeh “Nərimanov Estate" MMC-nin işçiləri tərəfindən obyektin tavanı sökülüb, qapının ağzına isə daş-qum qalıqları yığılmışdır. Bu barədə dərhal DİN 102 Xidmətinə məlumat vermiş, əraziyə polis sahə müvəkkili gələrək şikayət ərizəsini almışdır. Mülkiyyətçilər də işin polis orqanı tərəfindən araşdırılığı qənaətinə gələrək işin nəticəsini gözləmişlər. Bundan sonra 06.07.2021-ci il tarixdə Elmira Musayeva yenidən obyektə baxış keçirmək üçün əraziyə gedəndə görmüşdür ki, qeyri-yaşayış sahəsi tamamilə sökülərək ərazisi hasarlanmışdır. Dərhal DİN 102 Xidmətinə məlumat vermiş, əraziyə polis əməkdaşı gəlmişdir Lakin polis əməkdaşı özgənin əmlakını qəsdən məhv etmiş MMC barəsində hər-hansı qanuni tədbirlər görməyərək “bu iş məhkəməlikdir” deyib ərazidən uzaqlaşmışdır. “Nərimanov Estate" MMC-nin əməkdaşları qanunu o qədər görməzlikdən gəlirlər ki, hətta qadın olmasına baxmayaraq ərazini mühafizə edən MMC-nin adını bilmədikləri işçisi Elmira Musayevanın qolundan sıxaraq əraziyə daxil olmasına imkan verməmiş, kobud şəkildə get hara istəyirsən şikayət elə demişlər. Cavabdeh «Nərimanov Estate" MMC tərəfindən iddiaçılara məxsus qeyri-yaşayış sahəsi heç bir yazılı və şifahi razılaşma olmadığı halda qanunsuz söküldüyü üçün həmin əmlak cavabdeh tərəfındən sökülməmişdən əvvəlki vəziyyətində tikilib bərpa olunmalıdır. Həmçinin cavabdehin bu cür qanunsuz və özbaşına hərəkətləri iddiaçılarda mənəvi iztirab və psixi gərginliyə səbəb olmuşdur ki, həmin mənəvi istirabların dəyəri pul ilə ölçülməsə də həmin istirabların əvəzi olaraq cavabdehdən iddiaçıların xeyrinə 60.000 manat pul vəsaiti tutulmalıdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 22.11.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən 44.30 kv.m qeyri-yaşayış sahəsinin əvəzində həmin ərazidə inşa olunan hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 53.16 kv.m qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə iddiaçılara təhvil verilməsi, həmçinin 01.06.2021-ci il tarixdən qeyri-yaşayış sahəsi təhvil verilən günə qədər həmin sahənin icarə haqqı məbləği olaraq hər ay 1000 manat icarə haqqının iddiaçılara ödənilməsi və cavabdehdən iddiaçıların xeyrinə mənəvi ziyan olaraq hər birinə 30.000 manat, ümumilikdə 60.000 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşmə ərizəsini onunla əsaslandırmışdır ki, hazırki mərhələdə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən 44.30 kv.m qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən “pilot lahiyə çərçivəsində” sökülüb yerində hündürmərtəbəli binaların inşasına başlanıldığından iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin cavabdehin maddi vəsaiti hesabına bərpa olunması mümkünsüz olacaqdır. Bu səbəbdən də inşa olunacaq binanın birinci mərtəbəsində 44.30 kv.m sahəyə 20% əlavə etməklə 53.16 kv.m qeyri-yaşayış sahəsi tam təmirli şəkildə cavabdeh tərəfindən iddiaçılara təhvil verilməli, həmçinin qeyri-yaşayış sahəsinin söküldüyü 01.06.2021-ci il tarixdən qeyri-yaşayış sahəsi təhvil verilən günə qədər həmin sahənin icarə haqqı məbləği olaraq hər ay iddiaçılara 1000 manat icarə haqqı ödənilməlidir. İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə əmlak və icarə haqqı verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, ünvan 3 ünvanında yerləşməklə iddiaçılara məxsus 44,30 kv. m. ölçüdə olan zirzəminin əvəzinə həmin ərazidə tikiləcək hündür mərtəbəli yeni yaşayış binasının zirzəmisindən eyni ölçüdə zirzəminin və ya cavabdeh tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyi nəzərə alınmaqla 30.000 manat pulun verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra Cavabdeh 07.12.2021-ci il tarixdə qarşılıqlı iddia tələbinə dəqiqləşmə verərək llk iddianın rədd edilməsi, ünvan 3 ünvanında yerləşməklə iddiaçılara məxsus 44,30 kv. m. ölçüdə olan zirzəminin əvəzinə, həmin ərazidə tikiləcək hündür mərtəbəli yeni yaşayış binasının Ə.Əlizadə küçəsinə baxan hissəsinin 2-ci mərtəbəsindən tam standartlara uyğun eyni ölçüdə olan qeyriyaşayış sahəsinin verilməsi, həmçinin iddiaçıların sözügedən zirzəmini kirayəyə verib ordan qazanc əldə edə bilmədikləri halda, hər bir iddiaçıya 200 manat olmaqla, toplamda 400 manat kirayə haqqının tikinti başa çatıb qeyri-yaşayış sahəsi təhvil verilənədək ödənilməsi haqqında” qətnamə qəbul olunmasını xahiş etmişdir. Dəqiqləşmə onunla əsaslandırılmışdır ki, iddiaçıların zirzəmisinin qeyri-yaşayış sahəsi kimi küçəyə çıxışının olmadığı və həmin zirzəminin kirayə verilib ordan qazanc əldə edildiyinin hər hansı sənədlə sübuta yetirilmədiyi halda iddiaçının 2-ci Qarabağ müharibəsindəki xidmətlərini nəzərə alaraq, bir tikinti şirkəti kimi humanistlik göstərmək istəyirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 ilk iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk və qarşılıqlı iddia tələbləti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04.06.2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 26 da yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 44,30 kv.m olan, 23,8 kv.m hissəsi İddiaçı1, 20,5 kv.m hissəsi İddiaçı2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərtib etdiyi 29 may 2019-cu il tarixə olan vəziyyətə tərtib olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 26-da yerləşən qeyriyaşayış sahəsinə dair texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 44,30 kv.m omaqla qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbənin zirzəmi olması göstərilmişdir. İşd olan hüquqi şəxslərin qeydiyyat idarəsinin çıxarışına əsasən Cavabdeh 15.03.2018-ci il tarixdə qeydiyyatdan keçməklə qanuni təmsilçisi Əliyev Vasif Maşdi oğludur. Bakı şəhər İcra Hakimiyyətinin “Yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında Cavabdeh istifadəsinə verilməsi haqqında 117 nömrəli, 08 iyun 2020-ci il tarixli sərəncamından görünür ki, X5 Məsuliyyətli Cəmiyyətinin 04 06 2020-cı ıl tarixli, 13 nömrəli Nərimanov Rayon İcra Hakimiyyətinin 30.09.2019-cu tarixli 1/485 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 06.04.2020-ci il tarixli **********04 nömrəli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 06.05.2020-cı il tarixli 02/07-1724 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi Azərdövlətlayihə ADBLİ-nun 03.06.2020-cı ıl tarixli rəyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-cı ıl tarixli 548 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanurverıcilıyinın tələblərini rəhbər tutaraq qərara alınmışdır: Bakı şəhəri, Nərimanov rayonu. F.Məmmədov. Ə.Vahıd, Təbriz və Ə.Əlizadə küçəsinin kəsişməsində yerləşən, tərtib olunmuş yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.70 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Nərimanov Estate MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi uçun X5 Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 30.03.2018-ci il tarixli, 122 saylı sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbərliyi 14.03.2018-ci il tarixli, 01 N li məktubu ilə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, rayonun Təbriz. Firdovsi Məmmədov. Əliağa Vahid və Əliəşrəf Əlizadə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinləri "xxxx" MMC-nin vəsaiti hesabına, hər ay kirayə haqqı ödənilməklə kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaiarın yerincə yem hündürmərtəbəlı, çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verilməsini xahiş etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli "Bakı şəhəri Nərimanov rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 3 il müddətinə RlH-ə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəlı çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunanları, Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun 29.03.2018-ci il tarixli, 01/06-43 N li məktubu ilə ərazinin tikinti planlaşdırma eskizini nəzərə alaraq, Azerbaycan Respublikası Torpaq Məcəlləsinin, Azerbaycan Respublikası Şəhərsalma ve Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq qərara alırnmışdır: Rayonun Təbriz, Firdovsi Məmmədov. Əliağa Vahid və Əlıəşrəf Əlizadə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 2,66 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Rayonun Təbriz. Firdovsi Məmmədov, Əliağa Vahid və Əliəşrəf Əlizadə küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyriyaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-nə aşağıdakılar həvalə edilmiş: "xxxx" MMC-nə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; Ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırsın; Tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma əsaslandırılması və çoxmərtəbəli yaşayış binalarının memarlıq hissəsim razılaşdırmaqla. Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması; Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi; Rayonun Təbriz 18. 22. 26. 28; Əliəşrəf Əlizadə 9. 11. 13.

15. 17. 19 nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz 18. 22, 26. 28; Əliəşrəf Əlizadə 9, 11. 13, 15, 17. 19 nömrəli yaşayış binaları sökülsün. Sərəncamın İ və İİ bəndlərinin tələbləri"xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasınn Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RlH-ə müraciət edilsin. Bu sərəncam ilkin olaraq yalnız layihə endirmə üçün əsasdır. Ayrılmış torpaq sahəsinin zəbt olunmasının, həmin ərazidə yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılması RİH başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılsın. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılmışdır. İşdə olan “Azərekspertiza birliyinin” 12 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 23,8 kv.m hissəsi İddiaçı1, 20,5 kv.m hissəsi İddiaçı2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 26 da yerləşən qeyri-yaşayış sahəsinin (zirzəminin)1 kv.m-nin orta bazar qiyməti 360 manat, İddiaçı1-23.8 k.m-cəmi 8568,0 manat, İddiaçı2-20,5 kv.m-7380 manat, cəmi 44.3 kv.m 15.948 manat müəyyən olunur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 30.11.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 26 da yerləşən qeyri-yaşayış sahəsinin 1 kv. metrinin hazırki bazar dəyəri 3.000-4.000 manat, 44,30 kv.m sahəyə uyğun qeyriyaşayış sahəsinin aylıq icarə haqqı 500-800 manat müəyyən olunur. Məhkəmə ilk növbədə hər iki iddia tələblərinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; Mənzil Məcəlləsinin 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyətinin “Yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında Cavabdeh istifadəsinə verilməsi haqqında 117 nömrəli, 08 iyun 2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu. F.Məmmədov. Ə.Vahıd, Təbriz və Ə.Əlizadə küçəsinin kəsişməsində yerləşən, tərtib olunmuş yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.70 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Nərimanov Estate MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi uçun X5 Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Hazırda həmin ərazidə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərin, qeyri-yaşayış sahələrinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 26 da yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri İddiaçı2 və İddiaçı1 ilə də danışıqlar aparılmağa çalışılmış, lakin sonuncular MMC qarşısında müəyyən tələblər irəli sürdüyündən nəticədə onlarla razılıq əldə olunması mümkün olmamışdır. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçılara məxsus ümumi sahəsi 44,30 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 26 da yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən 01 iyun 2021-ci il tarixdə sökülmüş, lakin bununla belə mülkiyyətçilərlə razılıq əldə olunmadıgından tərəflər arasında hər hansı müqavilə baglanmamışdır. Məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Hazırkı iddiaçılardan fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər sakinlər onlara yaradılmış şəraitdən və MMC-nin əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər və həmin ərazidə yeni standartlara uyğun hündürmərtəbəli bina tikilməkdə davam edir. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamını icra edən Cavabdeh MMC tərəfindən iddiaçıların mülkiyyət hüquqları tanınır, qorunur, onlar tərəfindən iddiaçıların mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmiş, iddiaçıların mülkiyyətlərində olan əmlakın (qeyri-yaşayış sahəsi, zirzəmi) dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, iddiaçıların öz mülkiyyətində olan qeyri-yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Məhkəmə xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. İş üzrə müəyyən olunmuşdur ki, MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırki iddiaçılarla razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz; Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir; Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından qarşılıqlı iddiaçının hazırki tələblə çıxış etməsi iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 10.0.10,10.0.11 və 10.0.12-ci maddələrinin tələbinə görə yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Hazırki vəziyyətdə iddiaçılar ünvan 1 ünvanda yerləşən 44.30 kv.m qeyri-yaşayış sahəsinin əvəzində həmin ərazidə inşa olunan hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 53.16 kv.m qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə iddiaçılara təhvil verilməsi, həmçinin 01.06.2021-ci il tarixdən qeyri-yaşayış sahəsi təhvil verilən günə qədər həmin sahənin icarə haqqı məbləği olaraq hər ay 1000 manat icarə haqqının iddiaçılara ödənilməsi və cavabdehdən iddiaçıların xeyrinə mənəvi ziyan olaraq hər birinə 30.000 manat, ümumilikdə 60.000 manat tutulmasını tələb edirlər. Cavabdeh isə qarşılıqlı iddiasında “ünvan 3 ünvanında yerləşməklə iddiaçılara məxsus 44,30 kv. m. ölçüdə olan zirzəminin əvəzinə, həmin ərazidə tikiləcək hündür mərtəbəli yeni yaşayış binasının Ə.Əlizadə küçəsinə baxan hissəsinin 2-ci mərtəbəsindən tam standartlara uyğun eyni ölçüdə olan qeyri-yaşayış sahəsinin verilməsi, həmçinin iddiaçıların sözügedən zirzəmini kirayəyə verib ordan qazanc əldə edə bilmədikləri halda, hər bir iddiaçıya 200 manat olmaqla, toplamda 400 manat kirayə haqqının tikinti başa çatıb qeyri-yaşayış sahəsi təhvil verilənədək ödənilməsi”ni xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçılara etdiyi bu təklif onların mülkiyyət hüquqlarını pozmadan, ədalətli oldugundan ilk iddia qismən, qarşılıqlı iddia bu hissədə tam təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən 44.30 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə həmin ərazidə inşa olunan hündürtmərtəbəli yaşayış binasının Ə.Əlizadə küçəsinə baxan hissəsinin 2-ci mərtəbəsindən tam standartlara uyğun və təmirli şəkildə eyni ölçüdə olan qeyri-yaşayış sahəsi verilməlidir. Həmçinin sökülmüş əmlakla bağlı tərəfər arasında hər hansı müqavilə baglanmasada, iddiaçılara yeni əmlak təhvil verilənə kimi icarə haqqı ödənilməlidir. İcarə haqqının məbləginə münasibətdə ilk və qarşılıqlı iddiada göstərilən məbləglər deyil, iddiaçıların təqdim etdikləri "xxxx" MMC tərəfindən verilmiş 30.11.2021-ci il tarixli qiymətləndirmə hesabatı əsas götürülməklə, hər iki iddia icarə haqqı hissəsində qismən təmin olunaraq əmakın söküldüyü 01 iyun 2021-ci il tarixdən başlayaraq qeyri-yaşayış sahəsi təhvil verilən günə kimi həmin sahəyə icarə haqqı məbləgi olaraq hər ay hər bir iddiaçıya ayqılıqda 250 manat olmaqla, cəmi 500 (beş yüz) maqnat icarə haqqı Cavabdehndən tutulub iddiaçılara ödənilməlidir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin əməllərində mülki hüquq pozuntuları, deliktlər aşkar edilmədiyindən, iddiaçıların mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəli-əlaqə də aşkar edilməmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, cavabdeh MMC-dən mənəvi ziyana görə 60.000 manat məbləğində pulun iddiaçıların xeyrinə tutulmasını əsassız hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İlk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi qismən təmin olunsun. İddiaçılar İddiaçı1 və İddiaçı2n məxsus ünvan 1 ünvanda yerləşən 44.30 kv.m olan qeyriyaşayış sahəsinin əvəzinə həmin ərazidə inşa olunan hündürtmərtəbəli yaşayış binasının Ə.Əlizadə küçəsinə baxan hissəsinin 2-ci mərtəbəsindən tam standartlara uyğun və təmirli şəkildə eyni ölçüdə olan qeyri-yaşayış sahəsi verilsin. 01 iyun 2021-ci il tarixdən başlayaraq qeyri-yaşayış sahəsi təhvil verilən günə kimi həmin sahəyə icarə haqqı məbləgi olaraq hər ay hər bir iddiaçıya ayqılıqda 250 manat olmaqla, cəmi 500 (beş yüz) manat icarə haqqı və ödənilmiş 60 manat dövlət rüsumu Cavabdehndən tutulub iddiaçılara verilsin. Qalan hissələrdə ilk iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar