Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3869/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı əmlakların bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MTK-ya qarşı əmlakların bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi sahəsi 340,6 kv.m olan, ünvan 1 ünvanında yerləşən, Seriya RX № ******* “Çıxarışla” və ünvan 2 ünvanda yerləşən, Seriya RX № ******* “Çıxarışla” iddiaçıya məxsus olan iki daşınmaz əmlakın Cavabdeh MTK tərəfindən əmlakın olduğu yerdə tikilərək faktiki sahəsi 340,6 kv.m. olmaqla təmirli vəziyyətdə bərpa edilməsi və eləcə də müqavilədə İddiaçı verilməsi nəzərdə tutulan 68 kv.m sahəyə görə həmin sahənin dəyərini təşkil edən 204 000 manatın cavabdehdən tutularaq İddiaçı verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən, aşağıda qeyd olunan mənzillər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2015-ci il tarixli “Çıxarış" üzrə , digər əmlakım isə eyni ünvanda yerləşən Qeydiyyat nömrəsi ********** olan, xx.xx.2015-ci il tarixli "Cıxarış”a olan iki ayrı-ayrı daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. Əmlakların ünvanları Çıxarışlarda eyni olduğu göstərilmiş olsa da, qeydiyyat sənədlərində göstərildiyi kimi, iki ayrı-ayrı əmlaklardır. Çıxarışlarda da ayrıayrılıqda sahələri göstərilibdir. Qeydiyyat nömrəsi ********** olan əmlakımın ümumi sahəsi 67,5 kv.m, qeydiyyat nömrəsi ********** olan əmlakım isə ümumi sahəsi 40,7 kv.m olduğu göstərilir. Hər iki daşınmaz əmlakın ümumi sahəsi Çıxarışlar üzrə 67,5+40,7=108.2 kv.m ibarətdir. İakin, həmin mənzillər sökülərək yerində yenidənqurma və tikinti işləri aparıldığı üçün əmlakların faktiki sahələri Çıxarışlarda göstərilənlərdən fərqli olmuşdur. Qeyd edilən əmlakların "Razılaşma müqaviləsi” bağlanan zaman faktiki ümumu sahələri 340,6 kv.m olmuşdur. Belə ki, 340,6 kv.m sahə faktiki olaraq əmlaklar bitişik olmaqla, sabit, ayrılmaz və bütöv əmlaklar halında olmuşdur və qeyd edilən sahələrlə birlikdə istifadə edilmişdir. Mülkiyyətində olan hər iki daşınmaz əmlaklar mənzil kimi qeydiyyata alınmış olmalarına baxmayaraq, qeyri-yaşayış sahələri kimi istifadə olunmuşdur. Qeyd edilən ərazidə İddiaçı başqa da qonşuluqda yaşayan və daşınmaz əmlakları olan çoxsaylı şəxslər olmuşdur. Cavabdeh MTK İddiaçı qonşuluğunda "xxxx" ASC şirkətinə aid olan ərazidə çoxmərtəbəli mənzil tikintisinə dair Bakı şəhər İcra Hakimiyyətindən 24 oktyabr 2014-cü il tarixli 505 saylı müvafiq sərəncam aldıqlarını bildirdilər. Sərəncamda "xxxx" ASC şirkətinə aid ərazidən başqa, ərtafda olan evlərin ərazisində olan evlərin də sökülməklə çoxmərtəbəli evlər tikilməsinə icazə verildiyi göstərilmişdir və ərazidəki sakinlərin əmlaklarının qarşılıqlı razılaşma ilə əvəzi ödənilməklə, sökülərək köçürülməsi Cavabdeh MTK-ya həvalə edilmişdir. Cavabdeh MTK ilə və sökülməli olan, ərazidə yerləşən əmlak sahibləri arasında ümumi razılaşma belə olmuşdur ki, əmlak sahiblərinin əmlaklarının faktiki bütün sahələri nəzərə alınır və faktiki sahənin 20% qədər də əlavə sahə əmlak sahiblərinə Cavabdeh MTK tərəfindən yeni tikilən binada onlara təmirli sahələr verilir. Evləri sökülən şəxslərə “Luxe Home MTK tərəfində çoxmərtəbəli bina tikilib başa çatdırılcağı zamana qədər isə əmlak sahiblərinə Cavabdeh MTK tərəfindən hər ay 500-700 manat kirayə haqqı ödənilir. Beləliklə, İddiaçı ilə Cavabdeh MTK arasında 05 mart 2015-ci il tarixdə razılaşma müqaviləsi bağlandı. Razılaşmanın şərtlərinə görə İddiaçı mülkiyyətində olan, sahəsi 340,6 kv.m olan əmlaka görə MTK mənə həmin sahəyə uyğun və əlavə olaraq ümumi sahənin 10% qədər mənə tikilən binada 1-ci və 2-ci mərtəbədən bərabər paylarla 340+10% = 374 kv.m qeyri yaşayış sahəsi verir. Binanın tikilib başa çatdırılana qədər İddiaçı veriləcək aylıq kirayə haqqının əvəzində isə əlavə daha 10 faiz, yəni 34 kv.m. sahə İddiaçı verilməlidir. Yəni, İddiaçı bina tikilib başa çatdırılana qədər MTK-dan aylıq kirayə pulu almır, əvəzində ona əlavə daha 34 kv.m qeyri yaşayış sahəsi verilir. Beləliklə, İddiaçı mülkiyyətində olan iki daşınmaz əmlakın sökülməsinin qarşılığında MTK İddiaçı ümumilikdə 1-ci və 2-ci mərtəbədən bərabər olmaqla 408 kv.m. qeyri yaşayış sahəsi veməyi öhdəsində götürmüşdür. Razılaşmanın şərtlərinə görə MTK tərəfindən İddiaçı təhvil veriləcək qeyri yaşayış sahəsi təmirli olaraq ona təhvil verilməsini MTK öhdəsinə götürmüşdür. Təmirin hər kv.m sahəsinin qiymətinin 150 manat olması barəsində razılığa gəlmişlər. Təmiri İddiaçı tərəfindən aparılacağı halda isə, MTK hər kv.m görə nağd qaydada İddiaçı 150 manat ödəməyi öhdəsinə götürmüşdür. Aralarında bağlanmış qarşılıqlı razılaşmaya uyğun olaraq, İddiaçı mülkiyyətində olan hər iki daşınmaz, əmlakları müqavilədə nəzərdə tutulduğu qaydada 28 mart 2015-ci il tarixli "Mənzilin təhvil-təslim aktı" ilə Cavabdeh MTK-ya təhvil verdi. İddiaçı mülkiyyətində olan daşınmaz əmlaklar MTK tərəfindən söküldü. Daşınmaz əmlakların olduğu yer tikilən çoxmərtəbəli binanın tikinti sahəsinin altına düşmürdü. Yəni, tikiləcək çoxmərtəbəli binanın divar qonşuluğuda yerləşirdi. Lakin, Cavabdeh MTK çoxmərtəbəli binanı tikib başa çatdırmasına baxmayaraq, aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, müqavilədə nəzərdə tutulan qeyri yaşayış sahəsini İddiaçı vermədi. Sonradan İddiaçı məlum oldu ki, həmin binanın 1ci və 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini "xxxx" MTK "Paşa Holding"ə satmışdır. Beləliklə İddiaçı mülkiyyət hüququ pozulmuş oldu. İddiaçı tərəfindən dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq, Cavabdeh MTK tərəfindən müxtəlif bəhanələr gətirilərək müqavilə öhdəliyini yerinə yetitmirlər və yerinə yetirilməsi də mümkün deyildir. Çünki, İddiaçı nəzərdə tutulan sahə artıq başqa şəxsə verilmişdir. İddiaçı isə gözləməyi və guya gələcəkdə inşa edəcəkləri növbəli layihələrdən qeyri-yaşayış sahəsi verəcəklərini deyirlər. Onların razılaşma müqaviləsinin üzərindən artıq 7 il keçməsinə baxmayaraq MTK İddiaçı dəfələrlə söz verməsinə baxmayaraq verdiyi sözə əməl etmir, bununla da İddiaçı çoxlu zərər vurmaqda davam edirlər. Bununla bağlı MTK-ya göndərdiyi xx.xx.2022-ci il tarixli sonuncu rəsmi müraciətinə isə ciddi yanaşmayaraq ümumiyyətlə cavab verməyiblər. İddiaçı mülkiyyətində olan hər iki daşınmaz əmlak tikinti sahəsinin altına düşməsə də müqavilə şərtlərinə görə tamamilə sökülmüşdür və həmin sahə bu günə qədər də boş qalmaqdadır. Belə olan halda, cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan faktiki sahəsi 340,6 kv.m. olan daşınmaz əmlaklar faktiki olduğu yerdə də bərpa edilərək, yəni tikilərək və təmir edilərək ona təhvil verilməli və ona müqavilə üzrə verilməli olan 34 kv.m. əlavə sahə və 34 kv.m. isə kompensasiya kimi nəzərdə tutulan məbləğin əvəzində isə onun bazar dəyəri ilə (68 kv.m. x 3000 a/.n= 204 000 azn) hesablanmış məbləğdə 204 000 manat kompensasiya ödənilməlidir. Daha sonra iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə müraciət edərək bildirdi ki, iddia tələbində müqavilə ilə Cavabdeh MTK tərəfindən qarşılıqlı razılaşmaya görə İddiaçı verilməsi nəzərdə tutulan 68 kv.m sahənin hər kv.m 3 000 manatdan hesablayaraq 204 000 manatın cavabdehdən tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. (68 kv.m x 3000 azn= 204 000 manat). Cavabdeh məhkəmədə İddiaçı mülkiyyətində olan 340,6 kv.m sahəsi olan əmlakının olduğu yerdə tikilərək bərpa edilməsi və təmirli vəziyyətdə İddiaçı verilməsi hissəsini qəbul etmişdir, lakin müqavilədə göstərilən əlavə İddiaçı verilməsi nəzərdə tutulan 68 kv.m dəyərinin mənə ödənilməsi hissəsini qəbul etməmişdir. Həmin hissədə iddia tələbini aşağıdakı qaydada azaldaraq, 204000 manat deyil, 68 kv.m x 2000= 136 000 manat məbləğində pulun verilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla tam həcmdə qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 7, 2 saylı, ümumi sahəsi 67.50 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyət hüquqi ilə tam payda məxsus olmuşdur və bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovskin küçəsi, ev 7, 2 saylı, ümumi sahəsi 40.70 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyət hüquqi ilə tam payda məxsus olmuşdur və bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İddiaçı və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli razılaşma müqaviləsinə əsasən: 1.Bu müqavilə üzrə Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 7 saylı evin 2 saylı mənzillərinin (1-ci mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2015-ci il tarixli ÇİXARİŞ, 2-ci mənzil qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixli ÇİXARİŞ üzrə) mülkiyyətçisi İddiaçı ona məxsus, sənəd üzrə ümumi sahəsi 108,2 (67,5+40,7) kv.m., faktiki ümumi sahəsi 340,6 kv.m. tikilidən ibarət olan və daşınmaz əmlak Dövlət Reyestrində mənzil kimi qeydiyyata alınmasına b axmayaraq faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 7 saylı evin 2 saylı mənzillərinin sökülərək həmin ərazidə Cavabdeh MTK tərəfindən inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi üçün Cavabdeh MTK-ya təhvil verir. 2.Razılaşmaya əsasən "xxxx" MTK tərəfindən İddiaçı yeni trikiləcək binanın 1-ci və 2ci mərtəbəsindən bərabər bölünməklə cəmisi 340 kv.m.+10% =374 kv.m. qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulur. 3.”Luxe Home” MTK qeyd olunan qeyri-yaşayış sahəsini İddiaçı təhvil verənə qədər obyektin icarə pulunun kompensasiya etmək üçün 1-ci və 2-ci mərtəbədən bərabər bölünməklə daha 34 kv.m. əlavə edilməklə (374 kv.m.+34 kv.m.=408 kv.m.) qeyri-yaşayış sahəsi verməyi öhdəsinə götürür.
4. Təhvil verilən yuxarıda qeyd olunmuş mənzilin dəyərinin tam hissəsinin əvəzinə Cavabdeh MTK Bakı şəhəri İ. Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksəkmərtəbəli, çox mənzilli yaşayış binasında ümumi sahəsi 408 kv.m.olan qeyri yaşayış sahəsini yeni tikiləcək binanın 1-ci və 2-ci mərtəbəsindən bərabər bölünməklə inşaat işləri başa çatdıqdan sonra təmirli vəziyyətdə İddiaçı adına rəsmiləşdirib təhvil verməyi öz öhdəsinə götürür. 5.Təmirin qiyməti Cavabdeh MTK tərəfindən İddiaçı veriləcək əmlakın dəyərinə daxildir və hər kv.m. üçün 150 manat nəzərdə tutulub. Tərəflər arasındakı razılığa əsasən İddiaçı ona veriləcək qeyri-yaşayış sahəsini özü təmir eləmək istəsə, həmin 1 kv.m. üçün 150 azn kimi nəzərdə tutulan vəsaiti nağd qaydada MTK-dan götürə bilər.
6. İddiaçı mülkiyyətçisi olduğu ünvan 4 ünvanda yerləşən əmlaklarının bütün kommunal borclarını ödəməyi öhdəsinə götürür.
7. İddiaçı mülkiyyətçisi olduğu ünvan 5 ünvanda yerləşən hər 2 mənzilini mənzilini ən geci 1 ay ərzində boşaldaraq Cavabdeh MTK-ya təhvil verməyi öhdəsinə götürür. xx.xx.2015-ci il tarixli mənzilin təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh MTK-nın sədri X1 və İddiaçı öz imzaları ilə təsdiq edirlər ki İddiaçı ona məxsus qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri N.Nərimanov r-nu Mayakovski küçəsi 7 saylı evin 2 saylı mənzilini və qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri N.Nərimanov r-nu Mayakovski küçəsi 7 saylı evin 2 saylı mənzilini, İddiaçı və ”Luxe Home”MTK arasında imzalanmış xx.xx.2015-ci il tarixli razılaşma müqaviləsinə əsasən Cavabdeh MTK-ya təhvil verdi. "Luxe Home”MTK həmin mənzilləri təhvil aldı. Mənzillərin bütün kommunal borcları ödənilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh MTK-ya razılaşma müqaviləsinə görə mənzillər təhvil vermişdir ki, Cavabdeh MTK İddiaçı ilə bağladığı razılaşma müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı etiraf edərək, iddia tələbini tam həcmdə qəbul etdiyini bildirdi. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan, iddia tələbləri təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qnunvericiliyin müddəalarına uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən məhkəmə rüsumun iddiaçıya aid edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən, Seriya RX № ******* Çıxarışla və ünvan 2 ünvanda yerləşən, Seriya RX № ******* çıxarışla İddiaçı məxsus olan iki daşınmaz əmlak Cavabdeh MTK tərəfindən əmlaklarının olduğu yerdə tikilərək faktiki sahəsi 340,6 kv.m. olmaqla təmirli vəziyyətdə bərpa edilsin. Tərəflər arasında bağlanmış razılaşma müqaviləsində İddiaçı verilməsi nəzərdə tutulan 68 kv.m sahəyə görə həmin sahənin dəyərini təşkil edən 136000 manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Əfəndizadə