Məhkəmə qərarları › İş №2(005)-3894/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3894/2021

30.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3894/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Oktay oğlunun, onun vəkili X1 iştirakları ilə, İddiaçı Oktay oğlunun Cavabdeh MTK-ya qarşı “hüquqların həyata keçirilməsində maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Oktay oğlunun Cavabdeh MTK-ya qarşı “hüquqların həyata keçirilməsində maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Oktay oğlu ilə "xxxx" MTK arasında onun aldığı mənzilə dair müqavilənin, MTK üzvlərinin ümumi yığıncağının payçının MTK-ya üzv seçilməsinə dair protokolundan və mənzilə hüquq müəyyənedici sənədlərinə verilməsinə dair protokolundan çıxarışların, Mənzilin texniki pasportunun (cizgisini), Bakı şəhəri İcra Hakimiyyətinin MTK-ya yaşayış binasının inşası ilə əlaqədar torpaq sahəsinin ayrılmasına dair sərəncamın, Maliyyə arayışının təsdiq olunmuş surətlərini ona verilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması vəzifəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 14.08.2018-ci il tarixdən Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "xxxx" MTK-nın "Payçı"-sıdır. Həmin tarixdən kooperativlə aralarında bağlanan müqaviləyə əsasən, "Kooperativ" ünvan 1 ünvanınında yerləşmiş tikilməkdə olan yaşayış binasının B giriş, 12-ci mərtəbəsində 130 nömrəli mənzilin payçı kimi ona verilməsi, bunun müqabilində 1 otaqlı ümumi sahəsi 73,75 m2 sahəsi olan mənzilin şirkətə hər m2-nə 850 manat olmaqla, cəmi 62688 manat ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq kooperativin hesabına müqavilədə göstərilən vəsaiti ödəmişdir. Bu barədə ona 14.08.2018-ci il tarixli 08/173 saylı maliyyə arayışı verilmişdir. Hazırda sözügedən mənzili özəlləşdirmək niyyəti ilə 26.05.2021-ci il tarixdə 335 saylı vəkil sorğusu ilə kooperativə müraciət edərək, aşağıdakı sənədlərin təsdiq olunmuş surətlərini bizə göndərilməsini xahiş etmişlər. Sənədlər: X2 "xxxx"MTK arasında onun aldığı mənzilə dair müqavilənin, MTK üzvlərinin ümumi yığıncağının payçının MTK-ya üzv seçilməsinə dair protokolundan və mənzilə hüquq müəyyənedici sənədlərinə verilməsinə dair protokolundan çıxarışların, Mənzilin texniki pasportunun (cizgisini), Bakı şəhəri İcra Hakimiyyətinin MTK-ya yaşayış binasının inşası ilə əlaqədar torpaq sahəsinin ayrılmasına dair sərəncamın, Maliyyə arayışının təsdiq olunmuş surəti. Lakin vəkilinin sorğu məktubu "xxxx" MTK-ya daxil olmasından 1 aydan yuxarı müddət keçməsinə baxmayaraq MTK rəhbərliyi müxtəlif bəhanələrlə sorğunu cavablandırmamışdır. Odur ki, məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Oktay oğlunun, onun vəkili X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 14.08.2018-ci il tarixli, 08/173 nömrəli Maliyyə arayışından görünür ki, ünvan 1də yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Həmin binanın B girişinin, 12-ci mərtəbəsində ümumi sahəsi 73.75 kv.m olan, 130 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam olaraq ödənilmişdir. 14.08.2018-ci il tarixli Kooperativ Binanın Mənzil Tikintisi Haqqında Müqavilədən görünür ki, Cavabdeh MTK ünvan 1 ünvanınında yerləşmiş tikilməkdə olan yaşayış binasının B giriş, 12-ci mərtəbəsində 130 nömrəli mənzilin payçı kimi İddiaçı verilməsi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənlşdirilmiş mənzil haqqını vaxtında ödəməyi, elektrik enerjisinin, su və qaz sayğaclarının dəyərini ödəməyi öhdəsinə götürür. Bunun müqabilində 1 otaqlı ümumi sahəsi 73,75 m2 sahəsi olan mənzilin şirkətə hər m2-nə 850 manat olmaqla, cəmi 62688 manat ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkilinin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında mənzilə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququnun tanınması üçün sənədlər tam şəkildə təqdim edilməmişdir. İddiaçı cavabdehə rəsmi olaraq sorğu göndərilmiş, lakin heç bir nəticə vermədiyindən, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Sadalanan qanunvericlik əsaslarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün İddiaçı Oktay oğlu ilə "xxxx" MTK arasında onun aldığı mənzilə dair müqavilə, MTK üzvlərinin ümumi yığıncağının payçının MTK-ya üzv seçilməsinə dair protokolundan və mənzilə hüquq müəyyənedici sənədlərinə verilməsinə dair protokolundan çıxarışlar, maliyyə arayışı tələb olunur. Lakin cavabdeh qeyd olunan sənədləri ərizədə tələb etsə də, iş materiallarından görünür ki, İddiaçı Oktay oğlu ilə "xxxx" MTK arasında onun aldığı mənzilə dair müqavilə və maliyyə arayışı iddiaçıya təqdim olunmuşdur. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. O da qeyd edilməlidir ki, qanunverilciyin tələbinə uyğun olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanının və tikintinin həyata keçmirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surəti də təqdim edilməlidir. Odur ki, məhkəmə iddianın qismən təmin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı mənzilə görə dəyərini tam ödəməsi ilə mənzilə mülkiyyətə dair hüquqlarını əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun əldə edilməsinə dair maneələrin qaldırılması üçün ünvan 1 ünvanınında yerləşmiş yaşayış binasının B giriş, 12-ci mərtəbəsində 130 nömrəli mənzilinə dair MTK üzvlərinin ümumi yığıncağının yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi və tikintinin həyata keçmirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surətinin iddiaçıya verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumuna dair tələb olmadığından iddiaçıya aid edilməsini məqbul hesa edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının B giriş, 12-ci mərtəbəsində 130 nömrəli mənzilinin İddiaçı ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi və tikintinin həyata keçmirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surətinin İddiaçı verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar