Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3965/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər X1, Cavabdeh2 qarşı pay satın almaqda üstünlük hüququnun əldə edilməsinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qaçırılmış iddia müddəti 3 ay üzürlü hesab edilməklə iddia ərizəsini icraata qəbul edilməsini, Mülki Məcəllənin 218-ci maddəsinin tələbinin «cütlük» tərəfindən pozulduğunu hesab edilməsi, Təbriz 34 ünvanına dair Hümbətovun 38,6 kv.m, Hümbətovun 25 kv.m tikili sahəsinə dair payını almaqla, üstünlük hüququnu ona keçməsinə dair qətqnamə qəbul edilməsini, Hümbətov 16/32 hissə payı, 1968 tarixli əqdə əsasən 38,6 kv.m, Həşimov üçün 1972 tarixli əqdə əsasən 25 kv.m müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində irəli sürdüyü tələblər üzrə işə mahiyyəti üzrə baxılması mümkün deyil, tələblər qeyri-müəyyən olmaqla yanaşı, cavabdehlərə qarşı yönəlmiş konkret tələblər yoxdur, verilmiş tələblərə bir icraat çərçivəsində baxıla bilməz. Eyni zamanda iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunan forma və məzmuna əməl etməmiş, iddia tələbini əsaslandıran heç bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci və 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Göstərilən qanunvericilik aktı normasına məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilməli olan məlumatlardan biri də iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallardır. İddia tələbi hər hansı bir cavabdehə qarşı yönəlmədiyindən, iddia ərizəsi onun forma və məzmununa uyğun formada məhkəməyə verilməmişdir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Sadalanan xüsusatlara və göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərə qarşı yönəlmədiyindən, habelə iddia ərizəsi üzrə tələb qeyrimüəyyən olduğundan, bir icraatda baxılması mümkün olmadığından hazırkı iddia tələblərinə baxıla bilməz. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.5-cü maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-cu, 152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X1, Cavabdeh2 qarşı pay satın almaqda üstünlük hüququnun əldə edilməsinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3965/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3965/2021
27.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver