Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3987/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 16784,67 manat, İşsizlikdən sığorta fonduna olan 210,56 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2492,34 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Doğulduğu tarix: xx.xx.1961-ci il; Doğulduğu yer: Ermənistan, Qafan rayonu; Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx; Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 2492,34 manat, İşsizlikdən sığorta fonduna 210,56 manat, Dövlət Sosial Müdafiə Fonduna 16784,67 manat, dövlət büdcəsinə 40 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 19527,57 manat borcu vardır. Yaranmış borc məbləğinin dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dais müqavilə formasından görünür ki, vergi orqanı İN yanında DVX-nin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Xidmət mərkəzləri idarəsinin 2 saylı şöbəsinin baş DVM-i və vergi ödəyicisi "xxxx" MMMC (VÖEN: **********) elektron kabinet vasitəsilə sənəd və məlumatların elektron üsulla mübadilə edilməsi, o cümlədən vergi ödəyicisi tərəfindən kod-parol və ya gücləndirilmiş elektron imzadan istifadə edilməklə bəyannamələrin (hesabatların) göndərilməsi, həmçinin vergi orqanı tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsi barədə müqavilə imzalamışlar; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən "xxxx" MMMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********222400 saylı, xx.xx.2025-ci il tarixli, **********811400, **********690100 və **********439700 saylı bildirişlərdən görünür ki, vergi ödəyicisi vergi borcları barədə məlumatlandırılmış, müvafiq məbləğlər ödənilməzsə, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; "xxxx" MMMC-nin Şəxsi hesab vərəqələrindən görünür ki, vergi ödəyicisinin müvafiq qalıq borcları mövcuddur. Beləliklə, ərizədən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçi borcun ödənilməsinə dair bütün prosessual hərəkətlər yerinə yetirmiş, lakin vergi ödəyicisi "xxxx" MMMC borc məbləğlərini vaxtı-vaxtında və tam şəkildə ödəməyərək, qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəliklərinin lazımınca icrasından yayınmışdır. Hazırda ərizəçi borc məbləğlərinin ödənilməsini təmin etmək üçün "xxxx" MMMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir; 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir; 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır; 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır; 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir; 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır; 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqları sırasına daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcların dövlət büdcəsinə və müvafiq fonda ödənilməməsini nəzərə alaraq hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair ərizənin təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Bu səbəbdən ərizə təmin edilməli, "xxxx" MMMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. "xxxx" MMMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 16784,67 manat, İşsizlikdən sığorta fonduna olan 210,56 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2492,34 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (Doğulduğu tarix: xx.xx.1961-ci il; Doğulduğu yer: Ermənistan, Qafan rayonu; Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx; Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE 0*******) ölkədən getmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3987/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3987/2025
02.09.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver