Məhkəmə qərarları › İş №2(005)-3992/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3992/2021

14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3992/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1965 manat dəymiş maddi ziyana görə, 300 manat onun reseptləri əsasında alınmış dərmanlara görə, 50.000 manat mənəvi ziyana görə qardaş İsaxanın ailəsinə təzminat olaraq ödənilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X7 həkim səhlənkarlığının qurbanı olaraq dünyasını dəyişib.Hesab edilir ki, bu işdə cinayətkarcasına səhlənkarlıq edən Cavabdeh ehtiyatsızlıqdan qardaşının ölümünə səbəb olmuşdur, buna görə məsuliyyətə cəlb olunmalı, lazımı cəzasını çəkməlidir.Belə ki. 23 fevral 2020-cı il tarixdə qardaşı Həziyev İsaxanın yüksək təzyiqlə insult olması xəbərini aldı. 24 fevral 2020-ci il tarixdə, səhər radələrində, Beyləqan rayon xəstəxanasına gəldi, qardaşı İsaxan reanimasiyada idi. Dedilər ki, MRT aparatına salınmalıdır. Beyləqanda həmin aparat olmadığından Ağcabədidə MRT-yə yox, KT-yə, yəni Kompüter Tomorpafiyası müayinəsinə salındı.Əvvəlcədən razılaşdığımız kimi, KT-nin cavabını X3 nevroloq həkimi Cavabdeh whatsapp üzərindən göndərdi.Hikmət həkim, bildirdi ki, qorxulu bir şey yoxdur, gətirin Bakıya, müalicə edəcək.Təcili Yardım maşını ilə qardaşı İsaxanı Bakıya Nefçilər Xəstəxanasına gətirdilər. Xəstəxanada dedilər ki, bu xəstənin vəziyyəti tələb edir ki, biz onu reanimasiyaya yerləşdidi. Lakin Hikmət həkim onlara telefonla dedi ki, bu xəstə palatalıqdır, reanimasiyalıq işi yoxdur. Onun rəyini nəzərə alaraq həmin müalicədən imtina edilən sənədi imzaladı. 28 fevralda, İsaxanın vəziyyəti kritikləşəndə bildi ki, MRT. KT kimi aparatlar Neftçilər Xəstəxanasında yoxdur. Daha doğrusu var, işləmir. Onların məsləhəti ilə biz xəstəni ’‘MEDİLAND" MMC qospitala təcili yardımla aparmışlar. Orada onu KT aparatına yenidən salındı.28 fevral 2020si il tarixində X4 həkimə yaxınlaşmışlar, vəziyyətin pis olduğunu, xəstənin süni nəfəs aparatı ilə saxlandığını dedilər. Bildirdi ki, heç bir problem yoxdur. 28.02.2020 tarixində axşam 20:25 - 20:28 radələrində həkimlə whatsappla yazışıblar. 29.02.2020 tarixdə səhər tezdən gəldi, salamlaşdı, İsaxana dedi ki, qorxma kəndçi balası, heç nə olmaz. 29.02.2020-ci il tarixdə, günün ikinci yarısı, təxminən saat 6-7 radələrində İsaxanı aparmaq üçün süni nəfəs aparatı olan təcili yardım maşını kirayələdik (başqa yerdən) və xəstəni Beyləqana apardı. Çünki, həkimlər bizə dedi ki, İsaxanın beyni artıq dayanıb, onu müvvəqəti saxlayan süni aparatdır, aparın evinə. Biz Beyləqana evə çatdıq, həkimlər süni aparatı ayırdı və xəstə keçindi. Daha doğrusu biz elə bildik. Aparatı ayıran həkimlər dedi ki, bu çoxdan ölüb .Bütün bunları diqqətə çatdırmaqla bildirilir ki, həkim Hikmət Qarayev cinayətkarcasına səhlankarlıq edərək qardaşının ölmünə səbə olan ehtiyatsız hərəkətlərə yol vermişdir.Bununla o, həm başqasının ölümünə səbəb olmuş, həm də, küllü miqdarda maddi və mənəvi ziyanı vurmuşdur. Belə ki, KT-nin cavabını rayondan ona whatsappla atanda onun şübhəsi var idisə burada yenidən MRT, KT kimi aparatlara düşməsini dərhal tələb etməli idi. O,isə buna ehtiyac olmadığını, 4-5 günə İsaxanı bizə sağ-salamat verəcəyini dönə- dönə bildirmişdi. Bu müddətdə 1965 manat (min doqquz yüz altmış beş) xərclənib ki, bununda nəticəsi sıfırdır.Bundan başqa hesaba gəlməyən mənəvi ziyan vurulmuşdur. Belə ki, İsaxanın oğlu Balakən rayonu ərazisində hərbi xidmətdədir. Həm, digər ailə üzvləri, həm də əsgər oğlu ağır sarsıntı keçirmişlər.Dəyən mənəvi ziyanın miqdarı ölçüdə gəlməsə də, həkim Cavabdeh 50.000 (əlli min) manat təzminat tələb edilir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunmasını xahiş etmiş. Əlavə olaraq qeyd etmişdir ki, təmsil etdiyi tərəf iddiaçının qardaşının birbaşa müalicə həkimi olmamış, onun səhhətinin sonradan ağırlaşmasında, ölümündə həkimin təqsiri yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai rayon prokurorluğunun izahatına əsasən,hadisə ilə bağlı iddiaçı ekspertiza keçirilməsini xahiş etmişdir; 13.08.2020-ci il tarixli,372/KEŞ nömrəli eksper rəyindən görünürki, 1959-cu il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstəriləmlə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası nəticəyə gəlmişdirki, Xəstəyə göstərilmiş tibbi xidmət mövcud təlimat qaydalarına uyğun olub, xəstəliyə uyğun olaraq müvafiq müalicə tədbirləri icra edilmişdir; Ölüm haqqında arayışın sürətindən görünür ki, X7 01.03.2020-ci il tarixdə, Beyləqan rayonunda vəfat etmişdir; Məhkəmə ekspert rəylərini əsas götürərək iddiaçının onun qardaşına göstərilmiş ixtisaslı tibbi yardımın təyin edilmiş diaqnoza uyğun aparılmasını vurğulayır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddia tələblərindən göründüyü kimi iddiaçı cavabdeh qismində Mərkəzi Neftçilər xəstəxanasını deyil, həkim Cavabdeh göstərmişdir. İş materialları və tərəflərin izahatlarından aydın olur ki, iddiaçının qardaşı İ.Həziyev 25.02.2020-ci il X1 gətirilmiş, ona müalicə təyin olunmuş, xəstə 29.02.202—ci il tarixdə xəstəxanadan çıxarılmışdır. 29.02.2020-ci il tarixdə aparılmış qeydlərdə Xəstənin vəziyyətinni ağır olması, xəstə baş beyin MRT müayinəsi məqsədilə Mediland klinikasına aparılması göstərilmişdir. , “Netfçilər xəstəxanasının və onun həkimi, onun qardaşına yanlış diaqnoz qoyması və ya qardaşının müalicəsi ilə bağlı hərəkətsizliyə yol verməsi iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8”nin 13.08.2020 -ci il tarixli, 372/KEŞ nömrəli, rəyində diaqnozun düzgün təyin olunması, verilmiq diaqnoza uyğun müvafiq müalicə tədbirlərinin icra edilməsi, xəstənin yaxınlarının istəyi ilə xəstəxanadan çıxarılması, 01.03.2020-ci il tarixdə aşadığı evdə vəfat etməsi göstərilmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin «mənəvi zərərin tutulması» hissəsinə münasibətdə qeyd edir ki, maddi zərəri tutulması hissəsində iddia rədd olunduğundan və mənəvi zərər bu tələbdən törəmə olduğundan «mənəvi zərərin əvəzi kimi 50.000 manat pul vəsaitinin» cavabdehlərdən tutulması təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçının Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar