Məhkəmə qərarları › İş №2(005)-3999/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3999/2021

20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3999/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı oğlu Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh maddi zərərə görə 32.100 manat, 6.910 ABŞ dolları, əlavə olaraq 10.000 ABŞ dolları, mənəvi zərərə görə 50.000 manat pulun alınaraq ödənilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki Cavabdeh övladları X2 və X4 Türkiyə Respublikasında Karabük və yaxud Samsun Unııversitetində ali təhsil almalarını təmin edəcəyini yalandan vəd edərək, aldadaraq, ona olan inam və etibarından sui-istifadə edərək 32.100 manat və 6.910 ABŞ dolları pulunu ələ keçirmiş və bundan əlavə olaraq 10.000 ABŞ dolları maddi zərər vurmuşdur. Qeyd edilir ki, Cavabdeh qızı X6 və yaxud Samsun Unuversitetində müalicə işi üzrə tibb təhsili fakultəsinə qəbul etdirəcəyini vəd edib 27.07.2018-ci il və 01.08.2018-ci il tarixlərdə hər dəfə 15.300 manat olmaqla cəmi 30.600 manat pul almışdır. X10 isə Karabük Universitetində Biznesin idarə edilməsi fakültəsinə qəbul etdirəcəyini vəd edərək 30.07.2018-ci il tarixdə 1.500 manat pul almışdır. Türkiyədə otrum izni üçün isə 360 ABŞ dolları pul almışdır. Ümumilikdə 32.100 manat pul almış, lakin, cavabdeh işi uzatmış, 2019-cu ilin may ayında həmin pulu xərclədiyini demiş, borc olaraq 10.000 manat istəmişdir ki, həmin işə sərf edəcək, uşaqların işini düzəldəcək. Bununla bağlı borc müqaviləsi bağlamışlar və ona 10.000 manat dəyərində 5.450 ABŞ dolları verdi, 01.09.2019-cu il tarixədək bu borcu qaytaracağını vəd etdi. Bundan başqa, Cavabdeh 500 ABŞ dolları, sonuncu dəfə isə Cavabdeh 600 ABŞ dolları pul almışdır. Bundan başqa, Cavabdeh əlavə olaraq 10.000 ABŞ dolları da maddi zərərə salmışdır. O, iddiaçını qızı ilə birgə Türkiyə ərazisində müxtəlif şəhərlərdə qalmağa vadar etmişdir ki, guya iş düzəlir, Türkiyədə olmalısız, çağıran kimi gəlməlisiz. Bu məqsədlə aylarla onlarıTürkiyədə saxlatdırdı, otellərdə qalma və yaşamaq üçün 10.000 ABŞ dolları xərcləmişdir. Nəticədə, cavabdeh aldatdı, əlaqə vasitəsini dəyişdi. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu RPİ İŞ-nin 30 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarında Cavabdeh verdiyi izahatında göstərmişdir ki,o, "Bakı Biznes Treninq” MMC-nin rəhbəri vəzifəsində işləyirmiş. Rəhbəri olduğu MMC-nin Azərbaycan Respublikasl vətəndaşlarının xarici dövlətlərdə ailə təhsil almalarına kömək etməkdən ibarətdir. 2017-ci il tarixdə İddiaçı Müzəffər oğlu ilə tanış olmuş. Barat onların şirkətin yerləşdiyi Yasamal rayonu Şərifzadə küçəsində yerləşən ofisə gəlmiş və xaricdə təhsillə maraqlanmışdır. 2018-ci ilin yay aylarında Barat yenə də ofisə gələrək oğlu və qızının xaricdə təhsil almasını təşkil etmıəsini ondan istəmişdir. Barat qızının tibb fakutləsində oxumasını istəyirmişdir. O, Baratla danışmış və ona Türkiyə Respublikasında Karabük universitetində qızının ginekalogiya fakutləsində oğlunun isə menecment faktultəsində təhsil almasını təşkil edə biləcəyini demişdir. Barat razılaşmış və onlar şirkətlə müqavilə bağlamışlar. Baratın qızı üçün iki dəfə hər dəfə 15300 manat olmaqla, oğlu üçün isə 1500 manat pulu şirkətin Yasamal rayonunda yerləşən ofisində pulu şirkətinə kassasına ödəmişdir. Bunla bağlı ona çeklər verilmişdir. Bundan bri müddət sonra 2018-ci ilin snetvabr ayının 17-də o, "xxxx" MMC-nin ofisində Baratın övladlarının Türkiyədə oturma izni üçün hər biri üçün 180 ABŞ dolları, ümumilikdə 360 ABŞ dolları məbləğində pulu almışdır. Bundan sonra o, başqa tələblərlə birlikdə Baratın oğlu Fəridə və qızı Fərhadla birlikdə Türkiyə Respublikasına getmişlər. Respublikasının Karabük şəhərində yem adlı şəhərin unversitetinə danışdığı fakültələrə qəbul etdirmişdir. 2018-ci ilin dekabr ayında Fəridənin dövlət ödənişi çatmadığı üçün o, Baratdan əlavə 500 ABŞ dolları pulu göndərməsini xahiş etmişdir. Əmis oğlu Elman Baratın qardaşına 500 ABŞ dolları pulu alaraq bank vasitəsi ilə ona, Gürcüstan Respublikası göndərmiş və o, da həmin pulu Türkiyə Respublikasına göndərmişdir. 2019-cu ilin yay ayında Fəridə universitetdə bir necə imtahandan kəsiri olduğu üçün təhsilini davam etdirə bilməmiş və universtitetdən xaric olmuşdur. Bundan sonra Barat ona demişdir ki, qızı Fəridəni başqa universitetlə qəbul etdirmiş və ya onun pulunu qaytarsın. O, isə demişdir ki, onun işi universitetə qəbul etdirməkdi, uşağın təhsil alması onluq deyil. 2019-cu ilin may ayında o, pula ehtiyacı olduğu üçün Baratdan borca pul istəmiş və Barat ona 08 may 2019cu il tarixdə Şərifə 5450 ABŞ dolları Bakıxanov qəsəbəsində notariusda borca pul vermiş və aralarında borc müqaviləsi bağlanmışdır. Bundan sonra əlavə ona yenə də pul lazım olduğu üçün o. 2019-cu ilin may ayının axılarmda Baratdan əlavə borca pul istəmiş və Barat da 600 ABŞ dolları pulu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən evdə həyat yoldaşı Ruxsarəyə vermişdir. O, da həmin pulu ondan götürmüşdür. X5 başqa universitetə qəbul etdirməyi xahiş etsə də o, kömək edə bilməmiş və onların münasibəti pozulmuşdur. Bundan sonra Barat ondan şikayət etmişdir. Sabunçu RPİ İŞ-nin cinayət işinin başlanmasının rədd olunması barədə 09 avqust 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı övladlarının Türkiyə Republikasında ali məktəblərə qəbul olunması barədə müqavilə Bakı şəhərində bağlansa da və pul Bakı şəhərində ödənilsə də onların universitetlərə qəbulu prosesi Türkiyə Respublikasında həyata keçirilmişdir. İddiaçı övladarının qəbulunu özünün təşkil etməsini, Cavabdeh isə əksinə hər iki abituryentin qəbulunu təşkil etməsini, bunun üçün universitetlərlə müqaviləsi olan Türkiyə şirkətlərindən pul ödəyib yer almasını, Fəridə üçün YÖZ imtahanlarını təşkil etməsini, yəni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini bildirmişlər. 18.05.2019-cu il tarixli, kredit müqaviləsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır və 9254,10 manat (5.450 ABŞ dolları ekvivalentində) məbləğində pul borcu vermişdir; Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə iddia tələbinin 5.450 ABŞ dolları hissəsində qeyd edir ki, tərəflər arasında kredit münasibətləri olmuş, həmin münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi baxımından qiymət verilməli və iddia tələbi həmin hissədə təmin olunmalıdır. Belə ki, qeyd olunan maddənin tələbinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddianın digər hissələrini qismən əsaslı hesab edir. Belə ki, iş üzrə İddiaçı müraciəti əsasında Cavabdeh Sabunçu RPİ İŞ-də izahatı alınmış və 15300 manat, 1500 manat, 360 ABŞ dolları, 500 ABŞ dolları, 5450 ABŞ dolları və 600 ABŞ dolları almasını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddia tələblərindən göründüyü kimi iddiaçının pul tələbini cavabdeh öz izahatında təsdiq etmişdir. Bu səbəbdən tələb qismən əsaslıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddiası, zərərin cavabdehin hərəkəti nəticəsində vurulması müəyyən edilmişdir. Cavabdehin müxtəlif vaxtlarda aldığı 16800 (15300 manat və 1500 manat ) manat və 6910 ABŞ dolları ( 360 ABŞ dolları, 500 ABŞ dolları, 5450 ABŞ dolları, 600 ABŞ dolları) hissəsində iddia təmin olunaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə iddia tələbinin «mənəvi zərərin əvəzi kimi 50.000 manat pul vəsaitinin» cavabdehdən tutulması hissəsini əsaslı saymır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tələbinin təmin olunaraq pul tutulması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X8 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə 16.04.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Məhkəmə iddia tələbinin «əlavə olaraq 10.000 ABŞ dolları da maddi zərərin tutulması» hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin zərərə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də həmin hissədə rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı oğlunun Cavabdeh oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16800 manat və 6910 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar