Məhkəmə qərarları › İş №2(005)-4/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4/2022

28.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə arayışın İddiaçı və Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi vəzifəsinin və İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə mərkəzləşdirilmiş kredit reyestrində göstərilən 9405.37 ABŞ dolları məbləğində borcunun silinməsi vəzifəsinin Cavabdeh2-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qovulması; İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qanunsuz hesablanmış 9405.37 ABŞ dolları məbləğində borcun silinməsi, İddiaçı qanunsuz olaraq 9405.37 ABŞ dolları məbləğində borcun hesablanması və həmin borcun mərkəzləşdirilmiş reyestrdə qeyd olunması barədə ləğv prosesində olan "Dəmir Bank” ASC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixində ********* saylı kredit müqaviləsi bağlayaraq 10000 (on min) ABŞ dolları məbləğində kredit götürüb. Dolların məzənnəsi dəyişdiyi üçün 12 aprel 2017-ci il tarixində ********* saylı Kredit Müqaviləsi üzrə Əlavə Saziş bağlayaraq kredit restruktruzasiya edilmişdir. Bundan sonra onun tərəfindən bütün kredit ödənişləri həyata keçirilmiş, banka heç bir borcu qalmamışdır (ödəniş qəbzləri əlavə olunur). Buna baxmayaraq cavabdeh "Dəmir Bank“ ASC iddiaçının kredit ödənişlərini nəzərə almamış, iddiaçının banka olan borcunu silməmişdir. "Dəmir Bank” ASC-nin xx.xx.2021-ci il tarixli **********771 N-li məktubunda iddiaçının xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5137.89 (beş min bir yüz otuz yeddi dollar, 89 sent) ABŞ dolları məbləğində əsas, 3964.14 (üç min doqquz yüz altmış dörd dollar, 14 sent) ABŞ dolları məbləğində faiz, 303.34 (üç yüz üç dollar, 34 sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 9405.37 (doqquz min dörd yüz beş dollar, 37 sent) ABŞ dolları məbləğində borcu olduğu qeyd olunmuşdur. Qeyd etdiyi kimi iddiaçı tərəfindən bütün borc məbləği ödənilmişdir və bununla bağlı qəbzləri iddia ərizəsinə əlavə edir. Buna baxmayaraq cavabdeh "xxxx" ASC iddiaçının hüquqlarını kobud surətdə pozaraq adına olan borcu silməmiş, həmçinin, iddiaçıya faiz borcu və cərimə hesablamışdır. Bundan başqa olmayan borcuna görə cavabdeh bankın təqdim etdiyi rəsmi məlumatlar əsasında Azərbaycan Kredit Bürosu MMC tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə iddiaçının cavabdehə xx.xx.2014-cü il tarixli müqavilə əsasında 9405.37 ABŞ dolları məbləğində borcunun olması barədə qeydlər edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində edilmiş bu əsassız qeydlər iddiaçıya bir sıra süni əngəllər varadır və öz hüquqlarından səmərəli istifadə etməyinə mane olur. Məhz bu qeydə görə heç bir bank və ya kredit təşkilatı iddiaçıya kredit vermir. Bununla yanaşı Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı iddiaçıya də tətbiq olunmalı və cavabdeh banka ödəmiş olduğu əlavə məbləğlərdən borc hissəsi çıxılmaqla qalan məbləğ iddiaçıya qaytarılmalı idi. Lakin göründüyü kimi nəinki kompensasiya qaytarmaq, həmçinin borcunu da silməmişdir. İddiaçı bu hallarla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdi. Palata 25313 N-li xx.xx.2019-cu il tarixli Qərar ilə bildirmişdir ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Sizin kredit tarixçəniz barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir Bununla əlaqadar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Bildirir ki, hər bir kəs özünə məxsus subyektiv hüquqlardan istifadə edə və onları həyata keçirə bilər. Lakin hüquqların həyata keçirilməsi zamanı sui-istifadəyə yol verilməsi qadağandır. Hüquqlardan sui-istifadə-mülki hüquq münasibəti iştirakçısı olan səlahiyyətli şəxsin özünə məxsus subyektiv hüquqları, hüquqların həyata keçirilməsi üçün nəzərdə tutulan həddi aşmaqla gerçəkləşdirməsi başa düşülür. Yəni bu zaman şəxs həmin hüquqa sahib olsa da, onu düzgün formada həyata keçirmir. Bu zaman başqa şəxslərin hüquq və mənafelərini əsaslı şəkildə pozur. Hüquqlardan sui-istifadə əslində hüquq pozuntusunun xüsusi bir formasıdır. Halbuki göstərilən tələblər cavabdeh tərəfindən pozulmuşdur. İddiaçıya qanunsuz olaraq hesablanmış 9405.37 ABŞ dolları məbləğində borcun reyestrdə qeyd olunması iddiaçının hüquqlarını əsassız olaraq məhdudlaşır, iddiaçı mövcud olmayan borcun reyestrdə qeyd olunmasına görə digər banklardan kredit götürə bilmir. İşin faktiki və hüquqi hallarına əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizə ilə eyni məzmunlu izahat verib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “LPO "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki: "xxxx" ASC («kredit verən») ilə İddiaçı («kredit alan») arasında xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kredit alan illik faiz dərəcəsi 26% olmaqla 36 ay müddətinə 10000 USD məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikində alınmış kredit vəsaitini aylıq 402,97 USD annuitetlə ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC («kredit verən») ilə İddiaçı («kredit alan») arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 2№-li xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7072,54 USD əsas borc, 3089,13 USD faiz borcu və 0 cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən kreditora ödənilir. Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı müqavilə müddəti ərzində gecikmə günlərinin sayı 30 gündən çox olduqda kreditorun təşəbbüsü ilə bu Əlavə Sazişə birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. Bu əlavə Sazişə kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə tərəflər arsında imzalanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi nin şərtləri tətbiq olunur. Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir. LPO "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış13 aprel 2021-ci il tarixli məktubun surətindən görünür ki, Ləğv prosesində olan "xxxx" ASC ilə aranızda bağlanmış xx/xx/2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Sizə 36 (otuz altı) ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bildiririk ki, ləğv prosesində olan "xxxx" ASC qarşısında, xx/xx/2014cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 31 mart 2021-ci il tarixinə, bank əməliyyat sistemində, 5137.89 (beş min yüz otuz yeddi dollar, 89 sent) ABŞ dolları məbləğində əsas, 3964.14 (üç min doqquz yüz altmış dörd dollar, 14 sent) ABŞ dolları məbləğində faiz, 303.34 (üç yüz üç dollar, 34 sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 9405.37 (doqquz min dörd yüz beş dollar, 37 sent) ABŞ dolları məbləğində borc öhdəliyiniz mövcuddur. Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin 9/2354 saylı, 16 may 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və xx/xx/2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə bağlanmış Əlavə Saziş № 02-də qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh İddiaçı Cavabdeh2-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2017-ci il tarixə borcu 9273,4 USD : əsas borc üzrə - 6170,58 USD, faiz borcu üzrə - 3102,82 USD. xx.xx.2022-ci il tarixə borcu 9499,53 USD : əsas borc üzrə - 5137,89 USD, faiz borcu üzrə 4361,64 USD. Məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsaslanmaqla qiymət verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 3.3-cü bəndinə əsasən, devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 3.3-cü bəndinə əsasən, devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqaviləsi üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən müqavilə üzrə bank tərəfindən güzəşt tətbiq olunmuşdur. Yuxarıda istinad olunan “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasından görünür ki, artan məzənnə fərqi kredit təşkilatı, hazırki halda cavabdeh bank tərəfindən qarşılanmışdır. Bundan əlavə iddiaçının mübahisələndirdiyi kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşməsi üçün həmin müqavilə üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsinin 360 gündən çox gecikdirilməsi əsas şərtlərdəndir. Lakin iş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə kredit üzrə ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlbatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddiaçının iddia tələblərinin dəlillərinə (xx.xx.2017-ci il tarixdə kredit restruktruzasiya olunduqdan sonra kredit ödənişləri həyata keçirilmiş, banka heç bir borcu qalmamışdır) münasibətdə 16 may 2022-ci il tarixli ekspertiza rəyini əsas götürərək, hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, ekspertin rəyinə əsasən, İddiaçı banka xx.xx.2022-ci il tarixə borcunun ümumilikdə 9499,53 USD, o cümlədən əsas borc üzrə 5137,89 USD, faiz borcu üzrə 4361,64 USD təşkil etdiyi müəyyən olunur. Beləliklə yuxarıda qeyd olunan qanunvercilik normalarına və işin faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutularaq, 150 manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar