Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4001/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 33.421 manat əsas vəsaitin indeksləşdirilən 14026 manat artım məbləğinin tutulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanan xx.xx.2014-cü il tarixli 96 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə Zərdabi prospekti, 74 ünvanında inşa edilmiş 271 kv.m sahəsi olan “B” literli yaşayış binasının 89 saylı mənzilini satmaq və alıcı isə əvəzində pulunu ödəmək öhdəliyini götürmüşdür. İddiaçı pulu birdəfəlik qaydada tam ödəsə də, Cavabdeh MMC sahəsi 28.35 kv.m əskik gələn mənzil satmışdı. Cavabdehə edilən müraciətlər nəticə vermədikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Cavabdeh MMC tərəfindən Bakı şəh., Yasamal ray., 589-cu məhəllə Zərdabi prospekti, 74 ünvanında inşa edilmiş və xx.xx.2014-cü il tarixli 96 nömrəli alqısatqı müqaviləsinə əsasən iddiaçıya satılmış “B” literli yaşayış binasının 89 saylı mənzilinin əskik gələn 28.35 kv.m sahəsi üçün artıq ödənilmiş 33421 manat pul tələbi icra edilməmişdir. Məhkəmə qərarına əsasən Cavabdeh MMC (borclu) tələbkarın, yəni İddiaçı xeyrinə pul ödəməlidir. Hal-hazıradək borclu pul tələbini ödəyə bilməmişdir və ya bunu etmək istəməmişdir. Nərimanov Rayon Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası adından çıxarılan və qanun qüvvəsinə malik olan qərarın 6 (altı) il ərzində icra edilməməsinin üzrlü səbəbi yoxdur. Altı il əvvəl irəli sürülən qanuni pul tələbinin bu gün artıq real dəyərindən çox aşağı olduğuna görə məbləğin faizlə ödənilməsi tələb olunmuşdur. 2019-cu ildə olan 100 manat x 1.028 x 1.067 x 1.139 x 1.088 x 1.022 x 1.022 (şərti olaraq 2024-cü ilin rəqəmi götürülüb) = 41.97% artım. Beləlikdə 33421 manatdan 41.97% = 14026.00 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsinə məhkəmədə baxılmalı deyil. Belə ki, hüquq və azadlıqların məhkəmə müdafiəsi müvafiq məhkəmə aktının qəbul edilməsi ilə yanaşı onun icra edilməsi ilə təmin olunur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmuru tərəfindən icra sənədi əsasında icraata başlanılır. Məhkəmə aktları ilə icra məmuru icraata başlayır və icra hərəkətləri aparılmaqla şəxsin pozulmuş hüquqlarının müdafiəsi təmin edilir. İddia ərizəsində qeyd edilən - ödənilməli olan pulun indeksasiya edilməsi barədə ərizəyə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən mülki iş üzrə icraata xitam verilməli, İddiaçı ödənilməli məbləğin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4001/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4001/2025
16.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver