Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4009/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı ASC “Xalq” Bankı cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı «qətnamə üzrə verilmiş icra sənədinin cavabdeh tərəfindən icra edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1803/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin (ASC “Xalq” Bankına mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Yasamal rayonu Murtuz Muxtarov küçəsində istifadədə olan 0,102024 ha torpaq sahəsində yerləşən 185 nömrəli 13 mərtəbəli binanın 10-cu mərtəbəsində131,54 kv.m ümumi, 73.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzildən X2 və X1 məcburi çıxarılması) cavabdeh Yasamal Rayon İcra Şöbəsi tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1803/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədin icra olunması ilə bağlı verilmiş, iddia ərizəsində cavabdeh olaraq Yasamal Rayon İcra Şöbəsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı olaraq ASC “Xalq” Bankın müraciəti iddia icratı qaydasında deyil, Yasamal Rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş qərar və ya icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət formasında «8»indeksi ilə verilməli idi. Birinci instansiya məhkəmələrinin iddia icraatı qaydasında bu tip işlərə baxması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının yenidən mübahisələndirilməsi yalnız müstəsna hallarda mümkündür və Belə ki, hazırda iddia ərizəsində qeyd olunan qətnamə icra mərhələsindədir və Azərbaycan Respublikası «İcra haqqında» Qanununun tələbinə uyğun olaraq iddiaçının iddia tələbində göstərdiyi hallarla bağlı müvafiq İcra Şöbəsinə müraciət etmək hüququ mövcuddur. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İddiaçı ASC “Xalq” Bank cavabdeh Yasamal Rayon İcra Şöbəsi tərəfindən məhkəmə qətnaməsinin icra edilməsi barədə tələbi məhkəmədə iddia icraatı qaydasında mübahisələndirilə bilməz. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ASC “Xalq” Bankı cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı «qətnamə üzrə verilmiş icra sənədinin cavabdeh tərəfindən icra edilməsi» tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4009/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4009/2022
26.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver