Məhkəmə qərarları › İş №2(005)-4017/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-4017/2021

20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4017/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı X5 qızı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X5 qızının cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 31 №li qarajdan istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 5, mənzil 65 qeydiyyatdadır və faktiki yaşayır. Eyni zamanda həmin ünvanda yerləşən 65 №li mənzilin mülkiyyətçisidir. Yaşadığı evin qabağında 1967-ci ildə yoldaşı Ağa-zadə Çingiz Yəhya oğlu daş qaraji tikmişdir. Həmin vaxtdan qaraj ailəsinin istifadəsindədir və qarajda 1991-ci ilin buraxılışı Volkswagen passat avtomobili saxlıyırlar.Qarajın tikilməsi üçün Bakı şəhəri Binəqədi (keçmiş Kirov) İcra Komitəsinin rəsmi qərarı ilə icazə almış və qaraji tikilindən sonra bir neçə il ərzində yəni 2003-cü ilə qədər vergilər ödəmişdir.Beləliklə, yuxarıda qeyd edilmiş qaraj qırx ildən çoxdur ki, ailələrinin istifadəsindədir.(fotoşəkillər ərizəyə əlavə olunur).Lakin, qarajın ilkin hüquqmüəyyənedici sənəd tapa bilməmişlər. Qeyd etmək lazımdır ki, yoldaşı X7 06.06.2003- cü il taixdə vəfat etmişdir. Onun ölümündən sonra Volkswagen passat avtomobili onun sahibliyinə keçirmişdir və həmin avtomobil ona məxsus qarajda saxlıyır. 2 il ərzində faktiki sahibliyində olan qarag öz adına sənədləşdirmək, yəni qaraja texniki pasportu almaq istəyir. Bununla əlaqədar, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə müraciət etmişdir. Lakin, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsindən 183022 59276№li, 27.11.2018-ci il tarixli məktubu ilə bildirmişlər ki, ünvan 2 ünvanda yerləşən qaraja dair “Daşınçaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər (sərəncam və yerləşmə cizgisi) təqdim edildiyi təqdirdə yenidən baxılacaqdır.Qeyd etmək istəyir ki, o, Qarajin hüquqmüəyyənedici sənədin tapmaq üçün dəfələrlə Milli Arxivinin müxtəlif şöbələrələ müraciət etmişdir.Sorğuya verilmiş cavabında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi bildirmişlər ki, yuxanda qeyd edilmiş sərəncam arxivində aşkar olunmamışdır.Bununla əlaqədar 30.10.2019-cü il tarixdə o, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə faktiki istifadəsində və sahibliyində olan qarajin texniki pasportun verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsi İ**********3№li, 02.12.2019-cü il tarixli məktubu ilə bildirmişlər ki, sözügedən qeyri yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən daşınmaz əmlakla bağlı ünvan 3darəyə daxil olmuş, lakin qanuni güvvəvə minmiş yekun məhkəmə qərarı idarəyə daxil olmamışdır. Bu səbəbdən ərizəsinin icrası mümükün olmamışdır.Qeyd etmək istəyir ki, 2019-cü ilin sentyabr ayında o, ünvan 4 ünvanda yerləşən qarajin 1967-ci ildən ona məxsus olması faktın müəyyən edilməsi barədə ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Bununla əlaqədar, Binəqədi rayon məhkəməsində 2(001 )-2802/19 saylı mülki iş açılmışdır. Məhkəmə iclasında o ərizədən imtina etmiş və ərizə, əlavə olunmuş sənədləri ilə bir yerdə geri götürmüşdür. Beləliklə həmin mülki iş məhkəmənin qərardadı ilə baxılmamış saxlanılmışdır.Bundan sonra, o cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanında yerləşə 31 saylı qaraja texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə həvalə edilməs barədə qərar qəbul edilməsini xahiş etmişdir.Lakin, Bakı İnzibati məhkəməsinin 2-1(112)-2380/2020№li. 18.06.2020-ci il tarixi qərarı ilə iddia ərizəsi təmin olunmamışdır.Bundan sonra, o, yenidən cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə müraciət edərək, istifadəsində olan qarajın texniki pasportun verilməsini xahiş etmişdir.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi 213020 134638№li, 01.06.2021 -ci il tarixli məktubu ilə bildirmişlər ki, sözügedan qeyri yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməməsi ilə bağlı qarajın texniki pasportu verilə bilməz. Hesab edir ki, qarajın onun sahibliyində 54 il ərzində olmadığı üçün həmin qarajına istifadə hüququ tam qazanmışdır. Məhkəmə iclasında iddiaçı X5 və onun vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsi baxılacaq işin vaxtı və yeri barədə lazimi qadada məlumat averilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinin lazimi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, AR MPM-in 238.1 maddəsinə əsasən işə cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdehin xəbərdar edilməsini, habelə işə qiyabi icraat qaydasında baxılmasının yolverilməzliyini nəzərdə tutan AR MPM-in 240.1 maddəsində göstərilmiş halların mövcud olmasını əsas götürərək hazırki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. X6 Vladimirovna və X8 məhkəmə iclasında verdiyi oxşar ifadələrində bildirdilər ki, iddiaçı X5 və onun keçmiş əri Ağa-zadə Çingiz Yəhya oğlu ilə qonşu olmuşdur. İlk vaxtdan qaraj onların istifadəsində olub, mərhum Ağazadə Çingiz həmişə o qarajda maşın saxlayırdı. Hal-Hazırda da həmin qarajda X4 məxsus əşyalar vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01.07.2020-ci il tarixli,2-1(112)-2380/2020 nömrəli İnzbati Məhkəmənin qərarından görünür ki, iddiaçının qarajın texniki pasportunun verilməsi tələbi təmin edilməmişdir. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X7 28.05.2003-ci il tarixdə, Bakı şəhərində vəfat etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 37 ünvanında yerləşən 31 nömrəli qaraj 1967-ci ildən X1 və onun əri X7 istifadəsindədir. Həmin qarajda ərinin “Volkswagen passat”markalı avtomobili saxlanılır. Dəfələrlə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə iddiaçı müraciət etsə də lakin mübahisə öz həllini tapmamışdır. Şahidlərin ifadələrindən də aydın olur ki, həmin qaraj tikiləndən iddiaçı və onun ailəsinin istifadəsindədir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehlərdən tələb etmir. Məhkəmə hesab edir ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Bu səbəbdən Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 37 ünvanında yerləşən 31 nömrəli qaraj üçün iddiaçının istifadə hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 178.5. Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. 178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. 179.2. Daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. 179.4. Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdeh X5 Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 37A ünvanında yerləşən 31 nömrəli qarajda istifadə hüquqları tanınmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X5nın ünvan 6 ünvanında yerləşən 31 nömrəli qarajda istifadə hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar