Məhkəmə qərarları › İş №2(005)-4061/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4061/2024

25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4061/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı cavabdeh “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentiyi”nin sədri Ülvi Meydiyevə qarşı vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyində qanun pozuntularının aradan qaldırılması, vaxtı ötmüş sürücülük vəsiqələrinin yenisi ilə əvəz olunması sahəsində yaradılan əyintilərin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentiyi”nin sədri Ülvi Meydiyevə qarşı vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyində qanun pozuntularının aradan qaldırılması, vaxtı ötmüş sürücülük vəsiqələrinin yenisi ilə əvəz olunması sahəsində yaradılan əyintilərin ləğv edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun vaxtı bitmiş sürücülük vəsiqəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada yeniləşdirilməsinin təmin edilməsinin “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin üzərinə qoyulması, “ASAN Xidmət”lərdə baş verən qanunsuzluqların araşdırılmasının Nərimanov Rayon Prokurorluğuna tapşırılması, “Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin sədri Ülvi Mehdiyevin fəaliyyətinin Dövlət Agentliyinin təyinatına uyğun olması və kölgə salması, əhali tərəfindən ciddi narazılıqla qarşılanması barəsində Azərbaycan Respublikası Prezidentinin məlumatlandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçının iddia tələbi qeyri-müəyyəndir. İddia ərizəsinin tələb hissəsində müxtəlif və bir-biri ilə əlaqəli olmayan tələblər irəli sürülmuşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin qeyd edirəm ki, iddiaçı iddia tələbində inzibati orqanın üzərinə öhdəliyin qoyulmasını xahiş edir. Belə halda həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq məcburetmə haqqında iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh kimi qeyd edilmiş “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentiyi”nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 1n Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh kimi qeyd edilmiş Ülvi Meydiyevi eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.) əlavə edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Beləliklə, hesab edirəm ki, İddiaçı cavabdeh “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentiyi”nin sədri Ülvi Meydiyevə qarşı vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyində qanun pozuntularının aradan qaldırılması, vaxtı ötmüş sürücülük vəsiqələrinin yenisi ilə əvəz olunması sahəsində yaradılan əyintilərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdeh “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentiyi”nin sədri Ülvi Meydiyevə qarşı vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyində qanun pozuntularının aradan qaldırılması, vaxtı ötmüş sürücülük vəsiqələrinin yenisi ilə əvəz olunması sahəsində yaradılan əyintilərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar