Məhkəmə qərarları › İş №2(005)-4071/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4071/2021

09.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4071/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.1941-ci il tarixdə, Ermənistanın, Vardenis rayonunda anadan olması, atasının "X3", anasının "X4” olması barədə doğum akt qeydinə düzəliş edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunda anadan olmuşdur. Məlum hadisələr ilə əlaqədar olaraq Ermənistan SSR-dən qaçqın kimi Azərbaycan Respublikasına gəlmiş və bütün sənədlər o, cümlədən doğum haqqında şəhadətnamə Ermənistanda qalmışdır. Ərizəçinin ad və soyadı bütün sənədlərdə X1 qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsi alarkən adı səhvən Ərizəçi kimi qeyd edilmişdir. Evlənmək haqqında şəhadətnamədən göründüyü kimi, həqiqətən də ad və soyadı X1 qeyd olunmuşdur. Doğum şəhadətnaməsinin olmaması səbəbindən şəxsiyyət vəsiqəsində heç bir düzəliş etmək mümkün olmur. Doğum akt qeydinin düzgün olmaması ilə əlaqədar Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin sonuncu Nazirlər Kabinetinin 01. 03. 2001-ci il tarixli 52 saylı qərarının 14-cı bəndinə uyğun olaraq ərizənin icrasına imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Maraqlı şəxs tərəfindən 02 iyul 2021-ci il tarixli 144 nömrəli cavab məktubundan müəyyən olunur ki, Nazirlər Kabinetinin 01. 03. 2001-ci il tarixli 52 saylı qərarının 14-cı bəndinə uyğun olaraq ərizənin icrasına imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. İş materiallarında olan 130241 nömrəli nikah haqqında şəhadətnamədən və 358028 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, ərizəşinin adı “Niyar” qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizənin adı “Nigar” qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1941-ci ildə Ermənistan, Vardenis rayonunda anadan olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1941-ci ildə Ermənistan, Vardenis rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində düzəliş edilərək, adı Niyar, “ata” qrafasında X3, “ana” qrafasında X4 qeyd edilsin. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar