Məhkəmə qərarları › İş №2(005)-408/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-408/2021

19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-408/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Mirzəağa oğlunun iştirakı ilə, İddiaçı Mirzəağa oğlunun Cavabdeh qarşı “maddi və mənəvi ziyanının ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Mirzəağa oğlunun Cavabdeh qarşı “maddi və mənəvi ziyanının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya dəyən maddi, mənəvi ziyanının və təmir xərclərinin Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2020-ci ilin İyun ayı tarixində üst mərtəbədə 591-ci mənzildə yaşayan qonşusu Cavabdeh mənzilindən iddiaçının mənzilinin mətbəxt tərəfdə olan hissəsinin tavanına çirkab su axıdılmışdır. Bu barədə iddiaçı qonşu Cavabdehun yaşadığı mənzilə gedərək, qapını döyərək vəziyyəti bildirib. Lakin onlar onun olduğunu görüb qapını açmadılar. İddiaçı məcbur olub yaşadığı binanın komendantı X2 bu barədə müraciət etmişdir. Bir neçə gündən sonra 591-ci mənzildə yaşayan qonşsu Cavabdeh telefon vasitəsi ilə bildirmişdir ki, yenə onun mənzilindən iddiaçının mənzilinin mətbəx tərəfdə olan hissəsinin tavanına çirkab su axıdılmışdır və mətbəxin tavanı yararsız vəziyyətə düşmüşdür, xahiş etmişdir ki, tavanı təmir etdirsinlər. Həmçinin 2 il əvvəl də 591-ci mənzildə yaşayan qonşu Cavabdeh mənzilindən iddiaçının mənzilinin tavanına çirkab su axıdılmışdır. Lakin o, bildirdi ki, hal-hazırda vaxtı yoxdur gözləsin vaxtı olanda gələcək. İddiaçı iyul ayında yenidən Cavabdeh dəfələrlə zəng etmiş, lakin o, zənglərə cavab verməmişdir. İddiaçı məcbur olub iyul ayında Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin iddiaçının yaşadığı əraziyə baxan ərazi sahə inispektoru polis kapitanı Rəşad Rzazadəyə əvvəl şifahi, sonra isə yazılı ərizə ilə müraciyyət etmişdir. 9 avqust 2020-ci il tarixdə evə nahara gələn zaman bir daha 591-ci mənzildə yaşayan qonşu Cavabdeh zəng edərək xahiş etmişdir ki, bir usta gətirsinlər və tavanı təmir etdirsinlər. Çünki, pademiya vaxtında yaranmış qoxudan, nəmişlikdən əziyyət çəkirlər. İddiaçı bildirmişdir ki, onun özü də ürək və zob xəstəsidir. Elə həmin günü axşam təxminən saat 20.00 radələrində qonşusu Cavabdeh ona zəng edərək bildirdi ki, o gəlib evdədir. Axşam işdən qayıtdıqdan sonra Cavabdeh qapını döyərək iddiaçını yuxarı öz mənzillərinin qarşısına çağırdı. Burda o, və atası Şükürov Sadiq mənə niyə polisə və binanın komendantına bu barədə xəbər verməyininə görə təhqiramiz sözlərlə təhqir etdilər. Hətda Cavabdeh iddiaçının bir neçə dəfə sinəsindən və kürəyindən yumruq vuraraq fiziki təziyiqlər edərək bildimişdir ki, təmir etdirmirəm, hara istəyirsən get şikayət et. İddiaçı onların bu hərəkətləri ilə əlaqdar olaraq Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə yazılı şikayət ərizəsi vermişdir. Eyni zamanda İddiaçı Mirzəağa oğlu məhkməyə ərizə təqdim edərək 500 (manat) məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Mirzəağa oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 07.09.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Mirzəağa oğlu xx.xx.1970-ci il tarixdə doğulmuşdur. “xxxx” MMC tərəfindən tərtib edilmiş 20.08.2020-ci il tarixli 230 nömrəli aktdan görünür ki, 6 saylı binanın nəzarətçisi X4, santexnik X5, 588 nömrəli mənzilin sakini İddiaçı Mirzəağa oğlu bildirmişdir ki, yuxarıdakı mərtəbədə ki, 591 nömrəli mənzildə təxmini iyun 2020-ci il tarixdə su xəttində qəza baş vermiş, aşağı mərtəbədə ki, 588 nömrəli mənzilə ziyan dəymişdir. Qəzanın səbəbi su xəttində nasazlıq baş verməsidir. ASAN-2-1 tərəfindən verilmiş 13.10.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 13908946 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh 29.09.1988-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. 29.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh Sadıq oğlu hədiyyə alan X3 müqavilənin 1-ci bəndinə əsasən hədiyyə verən Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, H-tikilsi, mənzil 591 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m, yaşayış sahəsi 47 kv.m, yardımçı sahəsi 39 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Hədiyyə alanın” mülkiyyətinə verir(lər) . Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə,Əliyar Əliyev küçəsi, ev 26, H-tikilisi, mənzil 588-i mülkiyyətçisi İddiaçı Mirzəağa oğludur. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə,Əliyar Əliyev küçəsi, ev 26, H-tikilisi, mənzil 591-i mülkiyyətçisi Cavabdehdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslandığı görə maddi ziyana görə 500 (beş yüz) manat məbləğində pulun və mənəvi ziyana cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf həmin hissədə iddianın təmin edilməsi əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi və mənəvi ziyana görə 369 (üç yüz altmış doqquz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri İddiaçı Mirzəağa oğlundan və Cavabdeh müştərək qaydada tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 369 (üç yüz altmış doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Mirzəağa oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 21005, VÖEN **********1, müxbir hesab AZ41NABZ 013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar