Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4119/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 İddiaçı1 Arif oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 Arif oğlunun və İddiaçı2 cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 Arif oğlu və İddiaçı2 qızı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzi kimi 36.289 (otuz altı min iki yüz səksən doqquz) manat məbləğində pulun, eyni zamanda tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, həmçinin mənə vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 20.000 (iyirmi min) manat pulun, ümumiliklə 56319 (əlli altı min üç yüz on doqquz) manat məbləğində pulun Ləğv edilmə prosesində olan Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Lakin cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi Rəşadət Tağızadə 16.09.2021-ci il tarixdə vəsatətlə müraciət edərək, iddiaçılar İddiaçı1 Arif oğlunun və İddiaçı2 Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-3(103)-3194/2017 nömrəli qərarından görünür ki, Cavabdeh ASC-nin müflis elan edilməsi və Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müflis elan edildiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsində sadalanan hallar sırasında bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılması, bank barəsində digər məhkəmə icraatına başlanılmaması və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi baqqında məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hüquqi şəxs ləğv edildiyindən, eləcə də müvafiq iddia tələbi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4119/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4119/2021
14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver