Məhkəmə qərarları › İş №2(005)-4137/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4137/2020

17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4137/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanuni tikilmiş qaraja texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi haqqında” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanuni tikilmiş qaraja texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi haqqında” iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək ona məxsus olan qaraja texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İK-nin 1990-cı il tarixli 167 saylı qərarına əsasən Mərdanov qardaşları, 41/47 ünvanında yerləşən “Azərbaycan polis” kooperativ evinin həyətində kooperativ üsulu ilə 3 qaraj tikilmişdir. Həmin qarajlardan biri ona məxsusdur. Qarajların tikintisi Nəsimi rayon İK-si tərəfindən aparılmışdır. Onlara heç bir cizgi verilməmişdir. Qeyd olunan qarajlardan ikisi “xxxx” MMC tikinti təşkilatı tərəfindən alınaraq sökülmüşdür. Ona məxsus olan qaraja texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi üçün xx xxxx 2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. Ərizəsi xx xxxx 2020-ci il tarixdə ********** sayla qeydiyyata alınmışdır. 75 gündən sonra cavabdeh xx xxxxxx 2020-ci il tarixli məktubla ondan 30 il bundan əvvəl tikilmiş qarajın İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş cizgisini tələb etmişdir. Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Onlar xx xxxxxxxx 2020-ci il tarixli cavab məktubu ilə bildirmişlər ki, cizgi onlarda yoxdur. O, yenidən cavabdehə müraciət etmiş, onlar yenidən cizgi tələb etmişlər. Cavabdehin mühəndisi qaraja baxmış, qeydlərini aparmışdır. 30 il bundan əvvəl tikilmiş qarajın cizgisini təqdim edə bilməz. Belə cizgi ona verilməmişdir. Qarajların ikisi sökülmüşdür. 30 ildən sonra həmin cizgini bərpa etmək, əldə etmək mümkün deyildir. Hər bir sənədin saxlanma müddəti vardır. Beləliklə, cavabdehin tələbi əsassızdır. Cizgini onlar özləri çəkə bilərlər. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nda zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi də inzibati orqan kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd edilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı “ona məxsus olan qaraja texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını” xahiş edir. Beləliklə, məhkəmə müvafiq iddia tələbinə qeyd olunan prosessual qanunvericilik normalarının tətbiqi nəticəsində belə qənaətə gəlir ki, hazırki iddia tələbi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması və ya inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə əlaqədar olduğundan və qeyd olunan kateqoriyaya dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan göstərilən tələbə ümumi məhkəmədə baxılması mümkün deyildir. Yuxarıda göstərilən səbəbdən hesab edirəm ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanuni tikilmiş qaraja texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi haqqında” iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanuni tikilmiş qaraja texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi haqqında” iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev İş N 2(005)-3342/2020 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏTLƏR BARƏDƏ PROTOKOL Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il Bakı şəhəri Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinə qarşı “veteran vəsiqəsinin ona qaytarılması öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Sədrlik edən iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinə qarşı “veteran vəsiqəsinin ona qaytarılması öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdi. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar