Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4164/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin, ədən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin, ədən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu tərəfindən ona dəyən maddi zərərin və əldən çıxmış fayda olan 5717 (beş min yeddi yüz on yeddi) manat pulun və ödənilən dövlət rüsumunun və səlahiyyəti olmadığı təqdirdə əsassız iddia qaldıraraq, məhkəmənin və digər tərəfin vaxtını aldığı və vurduğu maddi ziyana görə 1000 manat, ümumilikdə 6747 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 23 mart 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onun etibarnamə ilə idarə etdiyi Nissan Sunny markalı **-CH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə, ona qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi ilə Nərimanov rayon məhkəməsinə 29.06.2020-ci il tarixdə iddia qaldıraraq İddiaçı ona dəymiş 14988.60 manat zərərin,200 manat, 30 manat və 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir və iddia ərizəsinə İddiaçı mülkiyyətində olan Wolgswagen Polo markalı 99VJ 484 nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması ilə bağlı “İddianın təmin tədbiri barədə” ərizəni də əlavə etmişdir. Məhkəmə iddianın təmin tədbiri hissəsinə baxaraq, qərardad qəbul etmiş, ərizəni təmin etməmişdir. Bundan narazı qalan Cavabdeh həmin qərardadda apellyasiya şikayəti vermişdir. Nərimanov rayon məhkəməsi bu dəfə tərəflərin iştirakı ilə iddianın təmin tədbiri haqqında ərizəyə baxaraq, 2(005)- 2468/2020 nömrəli, 15.10.2020-ci il tarixli qərardad qəbul etmiş və Cavabdeh ərizəsini təmin etməmişdir. Nərimanov rayon məhkəməsində iddianın təmin tədbiri haqqında ərizəyə baxılarkən İddiaçı iştirakı təmin edilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsi 2(103)-6660/2020 nömrəli 28.08.2020-ci il tarixli Qərardan qəbul edərək tərəflərin iştirakının təmin olunması üçün işi Nərimanov məhkəməsinə geri qaytarmışdır. Nərimanov rayon məhkəməsi 2(005)-2468/2020 nömrəli, 05.11.2020-ci il tarixli ədalətli qətnamə qəbul edərək, Cavabdeh iddiaçıya qarşı qaldırmış “Vurulmuş ziyanın ödənilməsi” tələbli iddiasını təmin etməmişdir. 23.03.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində bir neçə nəqliyyat vasitəsinə xəsarət yetirdiyinə, o cümlədən də özü ciddi xəsarət aldığına görə öz müalicəsi üçün aldığı borcların qaytarılması, xəsarət yetirdiyi digər nəqliyyat vasitələrinin təmir bərpası üçün özünün maddi ehtiyacı olduğuna görə, yaranmış borcların qaytarılması və vurduğu maddi zərərlərin ödənilməsi məqsədi ilə hadisə törətdiyi 2019-cu il buraxılışlı, cəmi 500 km məsafə qət edən 28000 manata aldığı Wolgswagen Polo markalı ** VJ *** nömrəli nəqliyyat vasitəsini əzik və qəzalı vəziyyətdə dəyərindən də ucuz qiymətə, yəni 17000 (on yeddi min) manata satmaq üçün X2 ilə qarşılıqlı razılıq əldə edib 03 avqust 2020-ci il tarixdə beh müqaviləsi imzalayıb ondan 8000 (səkkiz min) manat beh alıb və razılaşmalarına görə yerdə qalan 9000 (doqquz min) manatı bir ay ərzində iddiaçıya tam ödəməli idi. 28 avqust 2020-ci il tarixdə poçt vasitəsilə aldığı Bakı Apellyasiya Məhkəməsinin iddiaçıya ünvanladığı bildiriş məktubundan ona məlum olmuşdur ki, Cavabdeh “Vurulmuş zərərəin ödənilməsi tələbi” ilə bağlı iddia qaldırmış və maşın üzərinə həbs qoyulması ilə bağlı da “İddianın təmin tədbiri haqqında” məhkəməyə ərizə vermişdir. Ərizəsi Nərimanov rayon məhkəməsində təmin edilmədiyi üçün o, Nərimanov rayon məhkəməsini qəbul etdiyi qərardaddan Apellyasiya şikayəti vermişdir. 29 avqust 2020-ci il tarixdə maşını almaq üçün beh verən Acalov Sərxan yerdə qalan 9000 manatı iddiaçıya qaytarmaq istəyəndə iddiaçı ona bildirib ki, Cavabdeh tərəfindən məhkəməyə iddia qaldırılıb və o maşın üzərində həbsin qoyulmasını mübahisələndirir. Bu xəbəri eşidən Sərxan maşını almaqdan imtina etmiş və verdiyi behin geri qaytarılması ilə bağlı Nərimanov rayon məhkəməsinə iddia qaldırmışdı. Nərimanov rayon məhkəməsi 03.03.2021-ci il tarixli qətnamə ilə 8000 manat pulun Sərxana qaytarılmasını qət etmişdir. Daha sonra 23.03.2020-ci il tarixdə baş vemiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan "xxxx" MMC şirkətinə məxsus Hyundai Accent markalı ** PC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsi ilə bağlı “Sun Food “ MMC tərəfindən İddiaçı qarşı iddia qaldırıldı və Nərimanov rayon məhkəməsi 29.03.2021-ci il tarixdə qətnamə qəbul edərək, 3653,33 manat və ödənilən 30 manat dövlət rüsumunun və 100 manat ekspertiza xərclərinin ondan tutulmasını qət etdi. Qeyd edilənlərdən görünür ki, bütün bu maddi problemlər, Cavabdeh tərəfindən iddiaçının nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması tələbi ilə “İddianın təmin tədbiri haqqında” ərizəsi məhkəməyə verilməsəydi həll edilə bilərdi. İddiaçı bildirir ki, həmin ərizəyə görə o, maşınını Sərxan Acalova ucuz qiymətə sata bilməmiş və aldığı 8000 manat pul da məhkəmə yolu ilə ondan tələb edilmişdir. "xxxx" MMC-yə məxsus nəqliyyat vasitəsinə vurduğu zərəri ödəyə bilməmişdir. Hal-hazırda iddiaçıya məxsus olan Wolgswagen Polo markalı 99VJ 484 nömrəli nəqliyyat vasitəsini tam təmir etmiş, lakin onu artıq ucuz qiymətə sata bilməyəcəyini qeyd edir. 28000 manata aldığı 2019-cu il buraxılışlı cəmi 500 km məsafə qət edən yeni maşını 23000 manata satışa çıxartsa da, heç kim almır və o bu səbəbdən də Nərimanov rayon məhkəməsi "xxxx" MMC-nin iddia tələbi ilə qəbul olunmuş 2(005)-486/2021-ci il tarixli qətnaməni icra edə bilmir. Odur ki iddiaçı hesab edir ki, Cavabdeh ona 5717 manat əldən çıxmış fayda olaraq və itirilmiş vaxta və mənəvi zərərə görə 1000 manat ödəniş etməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Vurulmuş ziyanın ödənilməsi ilə bağlı ərizənin surətlərindən görünür ki, Cavabdeh ona dəymiş 14988.60 manat zərərin, 200 manat, 30 manat, 44 manat dövlət rüsumunun ona ödənilməsi barədə ərizə ilə Nərimanov rayon Məhkəməsinə 29.06.2021-ci il tarixdə müraciət etmişdir. İddianın təmin edilməsi barədə ərizənin surətindən görünür ki, Cavabdeh iddianı təmin etmək üçün müvafiq tədbir görülməsini, cavabdeh İddiaçı olan cavabdehə məxsus “Wolgswagen Polominik” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı maşın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir; Bakı Apellyasiya Məhkəməsinin 28.08.2020-ci il tarixli, 2(103)-6660/2020 saylı mülki iş üzrə Qərardadının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2468/2020 saylı 01.07.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iddianın təmin tədbiri barədə ərizəyə tərəflərin iştirakı təmin edilməklə yenidən baxılması üçün iş materiallarının həmin məhkəməyə göndəriləlməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2468/2020 saylı iş üzrə 15.10.2020-ci il tarixli Qərardadının surətindən görünür ki,Cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddianın təmin tədbirinin görülməsinə dair iddiaçının ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05.11.2020-ci il tarixli, №2(005)-2468/2020 mülki iş üzrə Qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir; Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03.03.2021-ci il tarixli, №2(005)-1356/2021 saylı mülki iş üzrə Qətnaməsinin surətindən görünür ki, İddiaçı 8000 manat məbləğində pulun X1 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29.03.2021-ci il tarixli, №2(005)-486/2021 saylı mülki iş üzrə Qətnaməsinin surətindən görünür ki, İddiaçı 3653,33 (üç min altı yüz əlli üç manat otuz üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlə rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmuşdur; Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 23 mart 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onun etibarnamə ilə idarə etdiyi Nissan Sunny markalı **-CH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə, ona qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi ilə Nərimanov rayon məhkəməsinə 29.06.2020-ci il tarixdə iddia qaldıraraq İddiaçı ona dəymiş 14988.60 manat zərərin, 200 manat, 30 manat və 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir və iddia ərizəsinə İddiaçı mülkiyyətində olan Wolgswagen Polo markalı ** VJ *** nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması ilə bağlı “İddianın təmin tədbiri barədə” ərizəni də əlavə etmişdir. İddiaçı iddia edir ki, Cavabdeh məhkəmədə iddia qaldıraraq, İddiaçı iddiaçıya məxsus olan Wolgswagen Polo markalı ** VJ *** nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını mübahisələndirməsi, onun nəqliyyat vasitəsini satmağına mane olmuş, bununla da, ona maddi və mənəvi ziyan dəymişdir. Lakin məhkəmə hesab edir ki, Cavabdeh məhkəməyə müraciət edərək iddia qaldırması onun konstitusion hüququdur ( Azərbaycan Respulikası Konstitusiyasının 60-cı maddəsi:Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, Cavabdeh məhkəməyə müraciət etməsində mülki hüququ pozuntusunun heç bir əlaməti yoxdur. Buna görə də maddi zərərin və əldən çıxmış fayda olan 5717 manat pulun tutulması barədə iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Bundan başqa iddiaçı deliktlərin nəticəsi olaraq keçirdiyi mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. Məhkəmə araşdırması nəticəsində mülki hüquq pozuntusunun (deliktin) törədilməsi faktı öz təsdiqini tapmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb əsassızdır və rədd edilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin: 21.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin, ədən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin, ədən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4164/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4164/2021
27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver