Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4192/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı vəkili Vəkil1, ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilin təhvil verilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin onlara məxsus əmlak və əşyalar da daxil olmaqla mənzildən və pasport qeydiyyatından çıxarılması tələbinə dair ilk; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilin təhvil verilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin onlara məxsus əmlak və əşyalar da daxil olmaqla mənzildən və pasport qeydiyyatından çıxarılması tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 01.03.2021-ci il tarixdə bağlanmış AN-İ ******* saylı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi vəzifə kimi cavabeh Cavabdeh1 üzərinə qoyulması, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və digər şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin əşyaları ilə birlikdə boşaldılması və mənzilin ona təhvil verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları, mənzil onun mülkiyyətinə keçdikdən sonra cavabdehlər tərəfindən istifadə nəticəsində yaranmış bütün komunal borcların ödənilməsinin cavabdehlərə həvalə edilməsi və 21 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında 01.03.2021-ci il tarixdə AN-İ ******* saylı "Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsi" bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı adlanan Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 06.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 43.2 kv.m ibarət olan mənzili alıcının, yəni onun mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Bunun müqabilində alıcı satıcıya 10000 manat məbləğində pul ödəmişdir. Müqavilənin 2-ci bəndinə əsasən satıcı daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan bir ay müddətinə, yəni 01.04.2021-ci il tarixədək onun faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi i öz öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən satıcı 01.04.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Lakin satıcı hazırki iş üzrə Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməyərək, mənzili onun fakitiki sahibliyinə və istifadəsinə verməmiş, həmçinin mənzilin keçmiş sahibi Cavabdeh2 və onun ailə üzvləri cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən qeydiyyatdan çıxmayaraq bu gün də həmin mənzildə yaşayırlar. Alıcı olaraq üzərinə düşən öhdəliyi yerinə yetirərək mənzilin dəyəri olan məbləği tam olaraq və nəzərdə tutulmuş qaydada satıcıya ödəmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən mənzil mülkiyyətinə keçmiş və DƏDRX tərəfindən ********** qeydiyyat nömrəli, 03.03.2021-ci il tarixli çıxarış verilməklə, həmin mənzilə dair hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırki məsələyə müqavilə öhdəlikləri, mülkiyyət hüququnun və mənzildən istifadə hüququnun realizəsi kontekstində baxılmaqla hüquqi qiymət verilməli, cavabdehə müqavilə üzrə götürdüyü öhdəliyin yerinə yetirilməsi həvalə edilməli, mənzilə dair mülkiyyətdən istifadə və sərəncam hüququ təmin edilməli, cavabdeh mənzildən istifadəsi üçün heç bir qanuni əsas olmadığından onların mənzildən istifadəsi itirilmiş hesab edilməli, mənzili boşaltmalı və həmin şəxslər mənzildən pasport qeydiyyatından çıxarılmalıdılar. Qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh1 Əlizamin oğlu arasında bağlanmış, 01.03.2021-ci il tarixli, AN-İ ******* saylı "Daşınmaz Əmlakın Alqı- Satqısı Müaviləsi"nin etibarsız hesab edilməsi və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən İddiaçı adına verilmiş 03.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 01.03.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilə dair bağlanmış AN-İ ******* saylı müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Hazırkı iddia üzrə cavabdehlərdən Cavabdeh3 qeyd edilən ünvanda pasport qeydiyyatındadır. Həmin evə dair evin özgəninkiləşdirilməsi zamanı onun razılığı alınmamışdır. Qanunun tələblərinə görə evin özgəninkiləşdirilməsi zamanı orada qeydiyyatda olan bütün şəxslərin yazılı razılığı alınmalı idi. Bununla bağlı Cavabdeh3 evin satılmasına dair razılığının olmasına dair hər hansı bir sənəd mövcud deyil. Hazırda Cavabdeh3 İsveçrədə yaşayır və onun tərəfindən belə bir razılıq verilməmişdir. Tərəflər arasında bağlanmış əqd əhəmiyyətsiz əqddir, heç bir hüquqi nəticə doğurmur və özlüyündə etibarsızdır. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, həmçinin ilkin iddianın təmin olunmasına etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmənin 25 noyabr 20221-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ilk iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, aşağıda göstərilənlərə əsasən belə hesab edir ki, ilk iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzil İddiaçı mülkiyyətindədir və 03.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzildə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qeydiyyatadırlar. 01.03.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzili alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 01.03.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzili İddiaçı satmışdır. Azərbaycan Respublikasının DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müvafiq mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 03.03.2021-ci qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 hal-hazırda mənzildə qeydiyyatdadılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Məhkəmə ilk iddia üzrə qeyd edir ki, göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından da aydın olur ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzildə qeydiyyatdadır. Odur ki, ilk iddia təmin edilməli, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 həmin mənzildə istifadə hüququna xitam verilməli, bu qətnamə pasport qeydiyyatından çıxarıılma üçün əsas olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Həmçinin İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilə mülkiyyət hüququ iş materiallarında olan sənədlərlə tam sübut olunduğundan, cavabdehlər qeyd olunan mənzildən çıxarılmaları, mənzili əşyaları ilə birlikdə boşaltmalı və mənzili İddiaçı təhvil verilməlidilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən istifadə nəticəsində yaranmış bütün komunal borclar ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1- maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İlk iddia üzrə iddiaçının dövlət rüsumunun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ilk iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilindən istifadə hüququna xitam verilməli, qeyd olunan mənzildən çıxarılmaları, mənzili əşyaları ilə birlikdə boşaltmalı və mənzili İddiaçı təhvil verilməlidir, tərəflərindən istifadə nəticəsində yaranmış bütün komunal borclar ödənilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzildən çıxarılsın, mənzil əşyaları ilə birlikdə boşaldılsın və mənzil İddiaçı təhvil verilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəflərindən istifadə nəticəsində yaranmış bütün komunal borclar ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4192/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4192/2021
25.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver