Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4201/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Günay Sığorta” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 474 manat məbləğində verilmiş sığorta ödənişinin və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 28 iyul 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası üzrə sığortalanmış "Volksvagen Passat" markalı 90PR505 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 16 noyabr 2019cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən idarə olunan "Kia Cerato" markalı 99TP121 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Nərimanov DYPŞ-nin protokolu i!ə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilinin zədələnməsi ilə əlaqədar 800 manat məbləğində sığorta ödənişi verilmişdir. "Kia Cerato" markalı 99TP121 dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "Atəşgah" sığortada sığortalanmışdır. "Atəşgah" sığorta tərəfindən 326 manat iddiaçıya ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, kiçik iddia tələbi əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş MİG- 0371/19 nömrəli sığorta aktından və 00116 saylı, 10.01.2020-cı il tarixli ödəniş tapşırığından görünür ki, 800 manat məbləğində sığorta ödənişi bank hesabı vasitəsilə ödənilmişdir. İş materiallarında olan “Euro Style” LTD tərəfindın tərtib edilmiş 19.11.2019-cu il tarixli qüsur aktından görünür ki, "Volksvagen Passat" markalı 90PR505 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1300 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabdan çıxarışdan müəyyən olunur ki, "xxxx" Şirkəti ASC tərəfindən 326 manat məbləğində sığorta ödənişi bank hesabı vasitəsilə ödənilmişdir. İş materiallarında olan Mİ0296/19 nömrəli, 24.07.2019-cu il tarixli nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin məzmunundan görünür ki, "Volksvagen Passat" markalı 90PR505 dövlət qeydiyyat nişanlı avtomobil 28.07.2019-cu il saat 00:00-dan 27.07.2020-ci il 23:59 tarixinədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan 16.11.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında Protokolun məzmunundan görünür ki, Qasımov X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon DYPŞ-nin 18.11.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması haqqında məlumatdan müəyyən olunur ki, . "Kia Cerato" markalı 99TP121 dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "Atəşgah" sığortada sığortalanmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon DYPŞ-nin 18.11.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının mətnindən görünür ki, . "Kia Cerato" markalı 99TP121 dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi AD625120 seriyalı şəhadətnamə ilə Cavabdeh2 məxsusdur. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 16 noyabr 2019cu il tarixdə idarə etdiyi "Kia Cerato" markalı 99TP121 dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozmuş, nəticədə "Volksvagen Passat" markalı 90PR505 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Qeyd edilən zərər Cavabdeh1 "xxxx" ASC tərəfindən ödənilmidir. Hazırda iddiaçı ödənilmiş sığorta pulunun subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasını tələb edir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə vurulmuş ziyana görə 474 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 474 manat məbləğində verilmiş sığorta ödənişi və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumu Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4201/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4201/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver