Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4249/2020 17.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədov Anar Rasim oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 951,88 (doqquz yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində ödənilmiş sığorta ödənişi və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 982,28 (doqquz yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2016-ci il tarixdə X2 məxsus və xx xxxxxxx 2015-ci il tarixli EBFBİ2015-00721 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkəti tərəfindən sığorta olunan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 13, 1 nömrəli mənzilə 2-ci mərtəbədə yerləşən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 13, 4 nömrəli mənzildən su axıdılaraq əmlaka maddi ziyan dəymişdir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin 154 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 13 ünvanında yerləşən 1 nömrəli mənzilə həmin ünvanın üst mərtəbəsində yerləşən 4 nömrəli mənzildən su axıdılaraq mənzilin tavan, divar, hamam-tualet, mətbəx və dəhlizinə maddi ziyan dəymişdir. Hadisə nəticəsində sığorta şəhadətnaməsinə əsasən iddiaçı şirkət tərəfindən 5067/16 nömrəli işə dair sığorta aktı tərtib edilmişdir. Sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada zərərçəkənin mənzilinə dəymiş zərər məbləğindən şərtsiz azadolma məbləği çıxılaraq, iddiaçı şirkət tərəfindən 951,88 (doqquz yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı şirkət tərəfindən zərərçəkənə ödənilmiş 951,88 (doqquz yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində sığorta ödənişi və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh geri qaytarmağa borcludur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində istifadədə olan 0,12219 ha torpaq sahəsində yerləşən 13 nömrəli, beş mərtəbəli binada 47,94 kv.metr ümumi sahədən ibarət iki otaqlı bir nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 290 nömrəli reyestr kitabının 27906 nömrəli vərəqində xx xxxxx 2007-ci il tarixdə qeydiyyata alınmışdır; xx xxxxxxx 2015-ci il tarixli EBFBİ2015-00721 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müvafiq şəhadətnaməyə əsasən Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 13, 1 nömrəli mənzilin mülkiyyətçisi X3 xx xxxxxxx 2015ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olmaqla, 1096 gün üçün sığortalanmışdır; Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin 154 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli müvafiq qaydada təsdiq edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 13 ünvanında yerləşən 1 nömrəli mənzilə həmin ünvanın üst mərtəbəsində yerləşən 4 nömrəli mənzildən su axıdılaraq mənzilin tavan, divar, hamam-tualet, mətbəx və dəhlizinə maddi ziyan dəymişdir; Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin 5067/16 nömrəli işə dair xx xxxxxx 2017-ci il tarixli sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, hadisə nəticəsində sığorta şəhadətnaməsinə əsasən nəzərdə tutulmuş qaydada zərərçəkənin mənzilinə dəymiş zərər məbləğindən şərtsiz azadolma məbləği çıxılaraq, iddiaçı şirkət tərəfindən 951,88 (doqquz yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir; iddiaçı Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2020-ci il tarixli pretenziya məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2016-cı iİ tarixdə X2 məxsus Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta şirkəti tərəfindən EBFBİ2015-00721 nömrəli əmlak sığortası şəhadətnaməsi ilə sığortalanmış Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 13, 1 nömrəli mənzili su basma nəticəsində maddi ziyan dəymişdir. Sözü gedən mənzilə dəymiş zərərin aradan qaldırılması üçün sığortalı X2 müvafiq şirkət tərəfindən 951,88 (doqquz yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sonuncu tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 951,88 (doqquz yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində sığorta ödənişi Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin tələbinə görə, cavabdeh şəxsdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən yaranmış subroqasiya hüququnu təmin edərək, 951,88 (doqquz yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti qeyd olunan bank hesabına köçürməyi xahiş edilmiş, əks təqdirdə borcun ondan tutulması üçün aidiyyəti məhkəmə orqanına müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar edilmişdir; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 13, mənzil 4 ünvanında qeydiyyatdadır; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində istifadədə olan 0,12219 ha torpaq sahəsində yerləşən 13 nömrəli, beş mərtəbəli binada 47,94 kv.metr ümumi sahədən ibarət iki otaqlı bir nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 290 nömrəli reyestr kitabının 27906 nömrəli vərəqində xx xxxxx 2007-ci il tarixdə qeydiyyata alınmışdır. xx xxxxxxx 2015-ci il tarixli EBFBİ2015-00721 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 13, 1 nömrəli mənzilin mülkiyyətçisi X3 xx xxxxxxx 2015-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olmaqla, 1096 gün üçün sığortalanmışdır. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin 154 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli akta əsasən Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 13 ünvanında yerləşən 1 nömrəli mənzilə həmin ünvanın üst mərtəbəsində yerləşən 4 nömrəli mənzildən su axıdılaraq mənzilin tavan, divar, hamam-tualet, mətbəx və dəhlizinə maddi ziyan dəymişdir. Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin 5067/16 nömrəli işə dair xx xxxxxx 2017-ci il tarixli sığorta aktına əsasən hadisə nəticəsində sığorta şəhadətnaməsinə əsasən nəzərdə tutulmuş qaydada zərərçəkənin mənzilinə dəymiş zərər məbləğindən şərtsiz azadolma məbləği çıxılaraq, iddiaçı şirkət tərəfindən 951,88 (doqquz yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. iddiaçı Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2020-ci il tarixli pretenziya məktubu ilə 951,88 (doqquz yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti qeyd olunan bank hesabına köçürməyi xahiş edilmiş, əks təqdirdə borcun ondan tutulması üçün aidiyyəti məhkəmə orqanına müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar edilmişdir. İddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 951,88 (doqquz yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində ödənilmiş sığorta ödənişi və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 982,28 (doqquz yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 951,88 (doqquz yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 982,28 (doqquz yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4249/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4249/2020
17.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver