Məhkəmə qərarları › İş №2(005)-4262/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4262/2023

20.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4262/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi göstərilməklə) qarşı ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi göstərilməklə) qarşı ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə verilərkən dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməldir. İddia ərizəsindən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu qanunda nəzərdə tutulan məbləğdən az ödəmişdir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat; 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda - 1290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsum ödənilir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən cəmi 21200 manat pul tələb edir. Bu səbəbdən iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda - 153,6 manat dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 123,6 manat rüsum ödəməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli, 1436-VDQ nömrəli Qanununa müvafiq olaraq məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumları yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməldir. Məhkəmələr tərəfindən göstərilən xidmətlər üzrə dövlət rüsumlarının elektron ödəniş sistemləri vasitəsilə ödənilməsinə dair qəbz X1 və “Exprespay” Ödəniş Sisteminin mədaxil qəbzinin nümunəsinə müvafiq olmalı, digər hər hansı formalı ödəniş qəbzləri qəbul edilməməlidir. Bu səbəbdən hesab edirəm ki, İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi göstərilməklə) qarşı ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.2, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi göstərilməklə) qarşı ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar