Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-428/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1, X14, X15, X4, X10, X2, X11, X3, X5, X6 və X16 cəlb edilməklə) “kompensasiya ödənilməklə qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdehlər Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1, X14, X15, X4, X12, X2, X11, X3, X5, X6 və X16 cəlb edilməklə) “kompensasiya ödənilməklə qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə EMİS vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı tərəfindən qaldırılmış dair iddia ərizəsi və tərəfindən qaldırılmış qarşılıqlı iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bildirir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov küç, ev 43, qapı 3-də yerləşən qeyri-yaşayış sahəsinə qarşı bütün manələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsinə dair iddia ilə, eyni zamanda Cavabdeh MMC tərəfindən İddiaçı qarşı “Qeyri- Yaşayış sahəsinin boşaldılması, təhvil verilməsi, əvəzinə kompensasiya verilməsinə dair” qarşılıqlı iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş etmişdir. Lakin bununla belə, keçən müddət ərzində tərəflər arasında danışıqlar aparılmış və nəticədə tərəflər arasında F.Y43-2-06QYK saylı 15 yanvar 2025-cü il tarixli Müqavilə bağlanmişdir. Həmin müqavilənin 1.1 -ci bəndinə əsasən Ərizəçi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri – yaşayış sahəsini ”GOLD MƏKAN” MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Əvəzində isə, Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən qeyri – yaşayış sahəsini tikinti işlərinə başlanan gündən 24 ay müddətində tikərək ona təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan sonra qeyd olunan və ərizəçi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri – yaşayış sahəsini Cavabdeh MMC -yə təhvil verilmişdir. Göründüyü kimi ərizəçiyə məxsus mübahisəli sahə onun istifadə və sahibliyindən çıxmış və Cavabdeh MMC-yə təhvil verilməklə mübahisə aradan qaldırılmış, mübahisə predmeti məhkəmədən kənar həll olunmuşdur. Nəticədə qeyd olunan iş ilə bağlı mübahisə aradan qaldırıldığından iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin və onlar tərəfindən qaldırılmış qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasına zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə ilk iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, ilk iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 №-li qərarının 5-ci maddəsində qeyd edilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək, 5.1. 2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Göründüyü kimi, qarşılıqlı iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin qarşılıqlı iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onlara geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1, X14, X15, X4, X12, X2, X11, X3, X5, X6 və X16 cəlb edilməklə) “kompensasiya ödənilməklə qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ilk iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ilk İddiaçı o cümlədən qarşılıqlı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ilk iddianın baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-428/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-428/2025
25.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver