Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4299/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidməti Hərbi Həkim Komissiyasına qarşı xəstəlik şəhadətnaməsinin ləğvi, xəstəliyin hərbi xidmətdə olarkən baş verməsi faktının müəyyən edilməsi və müayinə edilmə tələbinə dair iddia ərizəsinin sənədlərinə baxaraq, MÜƏYYƏN ETDİM İddiaçı cavabdeh Dövlət Sərhəd Xidməti Hərbi Həkim Komissiyasına qarşı xəstəlik şəhadətnaməsinin ləğvi, xəstəliyin hərbi xidmətdə olarkən baş verməsi faktının müəyyən edilməsi və müayinə edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidməti Hərbi Həkim Komissiyasının 14 yanvar 2021-ci il tarixli Komissiya sədri U.Ağayev, katib baş gizir C.Hacıxanov tərəfindən tərtib edilmiş 103 nömrəli xəstəlik şəhadətnaməsinin ləğvi, ürək çatışmazlığı xəstəliyinin hərbi xidmətdə olarkən baş verməsi faktının müəyyən edilməsi və ya yenidən müayinə aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidməti Hərbi Həkim Komissiyasına qarşı xəstəlik şəhadətnaməsinin ləğvi, xəstəliyin hərbi xidmətdə olarkən baş verməsi faktının müəyyən edilməsi və müayinə edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidməti Hərbi Həkim Komissiyasının 14 yanvar 2021-ci il tarixli Komissiya sədri U.Ağayev, katib baş gizir C.Hacıxanov tərəfindən tərtib edilmiş 103 nömrəli xəstəlik şəhadətnaməsinin ləğvi, ürək çatışmazlığı xəstəliyinin hərbi xidmətdə olarkən baş verməsi faktının müəyyən edilməsi və ya yenidən müayinə aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hüquqi faktın müəyyən edilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, MPM-nin 152.2.1-ci maddəsinin tələbinə əsasən ərizəçi hazırkı ərizə ilə məhkəməyə deyil, müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM İddiaçı cavabdeh Dövlət Sərhəd Xidməti Hərbi Həkim Komissiyasına qarşı xəstəlik şəhadətnaməsinin ləğvi, xəstəliyin hərbi xidmətdə olarkən baş verməsi faktının müəyyən edilməsi və müayinə edilmə tələbinə dair ərizənin qəbulundan imtina edilsin. İddiaçıya müvafiq icra hakimiyyəti orqanına (Dövlət Sərhəd Xidmətinin Tibb Xidməti) müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4299/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4299/2021
20.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver