Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-430/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin əvvəlki vəziyyətinə qaytarılması, müavilələrin etibarsız hesab edilməsi və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin əvvəlki vəziyyətinə qaytarılması, müavilələrin etibarsız hesab edilməsi və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, mənzil 46 ünvanında yerləşən mənzil üzərində özbaşına aparılmış dəyişikliklərin cavabdehlər Cavabdeh1 MTKnin, eləcə də cavabdehlər Cavabdeh2, Cavabdeh3 şəxsi vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair bağlanmış 46 saylı müqavilənin, Cavabdeh2 ilə Cavabdeh3 arasında mübahisəli mənzilə dair bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın, həmin çıxarış əsasında Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş çıxarışların etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən mənzildən dərhal çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, mənzil 46 ünvanında yerləşən mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.1936 ha torpaq sahəsi üzərində yerləşən on nömrəli yaşayış binasının birinci giriş, on altıncı mərtəbəsində ümumi sahəsi 195,0 kv.m, yaşayış sahəsi 102,5 kv.m, olan dörd otaqlı qırx altı saylı mənzilin pay dəyərini tam ödəməklə mülkiyyət hüquqları əldə etmişdir. Bundan sonra İddiaçı həmin mənzil sahəsinə dair çıxarış almışdır. Lakin müəyyən səbəblərdən həbs edildikdən sonra həmin mənzilin çıxarışı və texniki pasportu naməlum şəraitdə itmişdir. Həmin mənzilin çıxarışının və texniki pasportunun dublikatının verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etdikdə həmin mənzilin üzərində həbs olmasını əsas gətirərək dublikatın verilməsindən qanunsuz olaraq imtina edildi. Halbuki Bakı şəhəri Nərimanov rayon məhkəməsinin, eləcə də Bakı Apellyasiya Məhkəməsinin qərarından göründüyü kimi həmin mənzilin üzərində hal-hazırda heç bir həbs mövcud deyildir. Bundan sonra İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, hüquqları bərpa olunaraq, mənzilin dublikat çıxarışının verilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış və icra edilərək iddiaçıya yenidən mənzilinə dair çıxarış və texniki pasport təqdim edilmişdir. İddiaçı həbsdə olması ilə əlaqədar mənzilə vaxtaşırı baş çəkə bilməsə də yaxın qohumları, eləcə də etibarnamə üzrə nümayəndəsi vaxtaşırı mənzilə baş çəkmişdir. Təxminən avqust ayında iddiaçının yaxın qohumları tərəfindən növbəti dəfə mənzilə baş çəkmək istəyərkən mənzilin yan tərəfindən yeni qapı açılmasının, mənzilin qapısının açarlarının dəyişdirilməsi məlum olmuşdur. Mənzildə yaşayış olmadığından həmin şəxsin kim olması məlum olmadığından ərizə ilə Nərimanov rayon polis idarəsinə müraciət edilmiş, araşdırma nəticəsində məlum olmuşdur ki, mənzili zəbt edən şəxs Cavabdeh2dur. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edilmiş, iş üzrə qətnamə çıxarılmaqla yanaşı aparılan araşdırılmalar zamanı cinayət əməlləri mövcud olduğundan xüsusi qərardad qəbul edilməklə iddia təmin edilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 qardaşı və nümayəndəsi bütün məhkəmə iclaslarında mənzilin yalnız Cavabdeh2 məxsus olmasını iddia etməklə ona dair sübutlarım da məhkəmə təqdim etmiş, məhkəməyə əlavə alqı-satqı haqqında heç bir sübut təqdim etməmişdir. Lakin cavabdeh Bakı Apcllyasiya Məhkəməsinə təqdim edilmiş sübutların hansı səbəbdən Bakı şəhəri Nərimanov rayon məhkəməsinə deyil, Apellyasiya instansiyasına təqdim edilməsini əsaslandırmamış, məhkəmə də apellyasiya instansiyasında təqdim edilmiş sübutları qəbul etmişdir. Halbuki AR MPM-nin 78.1-ci maddəsinə əsasən Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir və həmin məcəllənin 371-ci maddəsinə görə Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan sonra Bakı Apellyasiya məhkəməsi işə baxarkən apellyasiya şikayətinin əsasını təşkil edən mənzilin digər şəxslərə hələ 2018-ci ilin oktyabr ayından alqı-satqı yolu ilə satılmasına istinad etsə də şikayətçinin və mənzili guya “alan” şəxsin öz yazılı ifadəsində mənzilin Royal Bankda girovda olmasını, və hərrac yolu ilə almasına münasibət bildirməmişdir. Belə olan halda iddiaçı alqı-satqı barədə notariat işinin məhkəməyə gətirilməsini tələb etsə də vəsatət təmin edilməmişdir. Beləliklə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-7890/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-573/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamənin ləğvinə səbəb isə Cavabdeh2 qardaşı tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı və bağışlama müqavilələri olmuşdur. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı məxsus olan mənzilin ünvanına “b” artırmaqla eyni mənzilin mübahisəsi gedir. Cavabdehlərin əsl niyyəti birləşərək həbsdə olan şəxsin mənzilini özgəninkiləşdirərək, gəlir əldə etmək olmuşdur. 2010-cu ildə tamam başqa bir epizod üzrə iddiaçı 9 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ildə Cavabdeh1 MTK-nın sədri rəhmətə gedib və onun oğlu orada qalmış yiyəsiz qalan evləri digər Cavabdeh2lə əl-bir olaraq ələ keçirirlər. Cavabdeh2 2 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək çıxarış almaq istəyir. Məhkəməni udur, lakin Daşınmaz Əmlakda aşkarlanır ki, həmin əmlaka çıxarış var və başqa şəxsin adına qeydiyyatdan keçirilib. Götürülüb qərarda dəyişiklik ediblər, guya çıxarış almaq istədiyi mənzil 10B-dir. Mübahisəli mənzilin ünvanına B hərfi əlavə edirlər. T.Hüseynovu Cavabdeh2 aldadır. Ona görə də T.Hüseynov onu polisə şikayət edir. Hazırda Cavabdeh2 axtarışdadır. Sonradan cinayət işinə xitam verilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə eyni məzmunlu izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı bundan əvvəl də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə eyni iddia tələbi ilə müraciət etmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsində mülki iş üzrə məsələyə aydınlıq gətirilərək iddia tələbi təmin edilməmişdir. Qeyd etmək istəyir ki, hazırda mübahisəli əmlak Cavabdeh2 mülkiyyətində və ya istifadəsində deyildir. Belə ki, cavabdeh mübahisəli əmlakı bibisi Qənbərova Zemfiraya bağışlama müqaviləsi əsasında hədiyyə edib, Cavabdeh3 da həmin evi Əmrahbank ASC-də olan kreditinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Daha sonra götürdüyü krediti ödəyə bilmədiyi üçün bank evi açıq hərracdan satışa çıxarmış, həmin evi Cavabdeh4 almış və ev hazırda onun istifadəsindədir. Həmin ərazidə 10 saylı bina təkdir. Mübahisələndirilən 10 və 10B saylı mənzillər eynidir. Hazırda mübahisəli mənzildən Cavabdeh4 istifadəsindədir. Cavabdeh4 xx.xx.2019-cu il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, eyni tərəflər arasında eyni predmetlə bağlı mübahisəyə məhkəmə qətnaməsi ilə qiymət verildiyindən mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Digər cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Cavabdeh1 sədri Hüseynov Cavabdeh1 Hüseyn oğluna ünvanladığı xx xxxxx 2007-ci il tarixli ərizəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 ünvanında yerləşən və Cavabdeh1nə məxsus olan kooperativ yaşayış binasının birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,5 kv.metr olan dörd otaqlı, 46 nömrəli mənzili almaq istədiyindən onun Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 xx xxxxxx 2007-ci il tarixli 10 nömrəli protokoldan çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 ünvanında yerləşən və Cavabdeh1nə məxsus olan kooperativ yaşayış binasının birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,5 kv.metr olan dörd otaqlı, 46 nömrəli mənzilin dəyərini tam ödədiyindən müvafiq mənzilin ona verilməsi, payçıya order verilməsi üçün zəruri sənədlərin Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1nə məxsusdur. Bu binanın birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 195 kv.metr, yaşayış sahəsi 102,5 kv.metr olan dörd otaqlı, 46 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh1nə borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 sədri tərəfindən imzalanmış və möhürlənmiş maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1nə məxsusdur. Bu binanın birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,5 kv.metr olan dörd otaqlı, 46 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh1nə borcu yoxdur. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 46 nömrəli xx xxx 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 ünvanında inşa edilmiş 1 girişli, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.metr olan 4 otaqlı 46 nömrəli mənzilə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh1 maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 ünvanında inşa edilmiş 1 girişli, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.metr olan 4 otaqlı 46 nömrəli mənzilin pay dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir, onun müvafiq mənzilə dair Mənzil-Tikinti Kooperativinə borcu yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2-1(82)- 4054/2014 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mənzil və mansard sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yerləşən, Cavabdeh1 MənzilTikinti Kooperativinə məxsus 10b nömrəli kooperativ evin 1-ci girişi, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 195 kv.metr olan 46 nömrəli mənzil sahəsi və həmin binanın 1-ci girişində yerləşən, ümumi sahəsi 220kv.metr olan mansard sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********35-05301-093001 olan və xx xxxxxx 2015-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, bina 10b, 46 nömrəli mənzilin (yeni qaydalarla: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 3, mərtəbə 16, mənzil 1) hüququ subyekti Cavabdeh2dur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10b, ümumi sahəsi 162,5 kv.metr olan 46 nömrəli mənzil (yeni qaydalarla: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 3, mərtəbə 16, mənzil 1) Cavabdeh2 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2273 nömrəli reyestr kitabının 211574 nömrəli vərəqində xx xxxxxx 2015-ci il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı nümayəndəsi Vəkil1 ünvanladığı xx xxxx 2016cı il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının bərpa edilərək dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə müraciətə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmış, araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən mənzil üzərində İddiaçı hüquqları xx xxxxxx 2008-ci il tarixdə ləğv edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qanuna müvafiq qaydada qeydiyyata alınmışdır. xx xxxxxx 2010-cu il tarixdə həmin mənzilin üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-156/2010 nömrəli qərardadı ilə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 5(005)- 156/2010 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-156/2010 nömrəli xx xxxx 2010-cu il tarixli qərarı ilə daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi sözügedən əmlakın üzərində həbsin müddəti 6 ay olduğundan, həmin müddətin artıq bitdiyindən, müvafiq əmlak üzərində həbs mövcud olmadığından və olmayan həbsin götürülməsi mümkün olmadığından təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 5(103)-58/2016 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 5(005)-156/2010 nömrəli qərarı ilə daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair İddiaçı ərizəsinin təmin edilməməsinə dair həmin məhkəmənin xx xxxxxx 2016-cı il tarixli 5(005)156/2010 nömrəli qərarından şikayətçi İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 5(005)-156/2010 nömrəli qərarı ilə daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair İddiaçı ərizəsinin təmin edilməməsinə dair həmin məhkəmənin xx xxxxxx 2016-cı il tarixli 5(005)-156/2010 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 5(005)-156/2010 nömrəli qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10-da yerləşən 46 nömrəli mənzilin üzərinə 6 ay müddətinə qoyulmuş həbs bitdiyindən həmin həbsin götürülməsi haqqında xx xxxxxx 2016-cı il tarixdə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbulundan imtina edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx xxxxx 2017-ci il tarixli cinayət işi üzrə icraatın xitam edilməsi barədə xx xxxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 2013-cü ildə tanışı Hüseynov Tural Cavabdeh1 oğlundan sonuncunun atasına məxsus Cavabdeh1 tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə 16 və 17-ci mərtəbələrdə yerləşən 46 nömrəli mənzili və 46-A nömrəli mansardı adına sənədləşdirib çıxarış alacağı və bundan sonra mənzili sonuncuya qaytaracağını vəd edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 20.000 (iyirmi min) manat pulunu ələ keçirib Hüseynov Tural Cavabdeh1 oğluna külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 ünvanında Cavabdeh1 tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış evinin 1-ci blokunda, 16-cı mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 195 kv.metrdən ibarət 46 nömrəli mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 020364 nömrəli xx xxx 2007-ci il tarixli orderin ləğv edilməsi və həmin mənzilin adına sənədləşdirilməsi barədə sərəncam verilməsinin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Hüseynov Tural Cavabdeh1 oğlu izahatında iddianın təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Cavabdeh2 iddiası təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə 10 ünvanında Cavabdeh1 tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış evinin 1-ci blokunda, 16-cı mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 195 kv.metrdən ibarət 46 nömrəli mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 020364 nömrəli xx xxx 2007-ci il tarixli orderin ləğv edilməsi və həmin mənzilin Cavabdeh2 adına sənədləşdirilməsi barədə sərəncam verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərüffatı İdarəsinə həvalə edilmişdir. Müvafiq qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından xitam edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə ünvanladığı xx xxx 2017-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 nömrəli mənzil ilkin olaraq xx xxxxxx 2006-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1462/17 nömrəli xx xxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının bərpa edilərək dövlət reyestrindən çıxarışın dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0,19360 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 16 mərtəbəli binada 190 kv.metr ümumi, 88,8 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 46 nömrəli mənzilin dövlət reyestrindən təkrar çıxarışın İddiaçı verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mənzilə dair dövlət reyestrindən çıxarışın dublikatının verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1462/17 nömrəli iş üzrə qəbul etdiyi xx xxx 2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, müvafiq qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı nümayəndəsi Vəkil1 ünvanladığı xx xxxxx 2018-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 nömrəli mənzilə məxsus çıxarışın dublikatının verilməsinə köməklik göstərilməsi barədə müraciətə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmış, müvafiq ərizə icraata qəbul edilmiş və məsələyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılaraq, müvafiq tədbirlərin görülməsinin təmin ediləcəyə barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********68-05301-093006 olan və xx xxx 2018-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, bina 10, 46 nömrəli mənzilin hüququ subyekti İddiaçıdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, ümumi sahəsi 163,9 kv.metr 46 nömrəli mənzil İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 203 nömrəli reyestr kitabının 21131 nömrəli vərəqində xx xxx 2018-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx xxxxxxxx 2018ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0,1936 ha torpaq sahəsində yerləşən 10 nömrəli yaşayış binasının birinci giriş, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,6 kv.metr olan 4 otaqlı, 46 nömrəli mənzilinin qeyri-qanuni zəbt etmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi, eyni zamanda həmin şəxslərin məsuliyyətə cəlb olunmasında köməklik göstərilməsi barədə şikayət ərizəsi əsasında toplanmış materialdan məlum olmuşdur ki, müvafiq mənzil Cavabdeh2 məxsusdur və hazırda həmin mənzil “RoyalBank” Açıq Səhmdar Cəmiyyətində girovdadır. Bu baxımdan İddiaçı tələbi mübahisəli və mülki xarakterli olduğundan, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0,1936 ha torpaq sahəsində yerləşən 10 nömrəli yaşayış binasının birinci giriş, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,6 kv.metr olan 4 otaqlı, 46 nömrəli mənzilinin qeyri-qanuni zəbt etmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi, eyni zamanda həmin şəxslərin məsuliyyətə cəlb olunmasında köməklik göstərilməsi barədə şikayət ərizəsi əsasında toplanmış materialdan məlum olmuşdur ki, müvafiq mənzil Cavabdeh2 məxsusdur və hazırda həmin mənzil “RoyalBank” Açıq Səhmdar Cəmiyyətində girovdadır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx xxxxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqatçı tərəfindən araşdırma səthi aparıldığından yenidən araşdırma aparılması üçün müvafiq rədd materialı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə qaytarılmış və əlavə araşdırılma aparılmışdır. Həmin mənzilin Cavabdeh2 İddiaçı satılmasını və ya verilməsini müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan İddiaçı tələbi mübahisəli və mülki xarakterli olduğundan, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 10 nömrəli, 16 mərtəbəli binada yerləşən ümumi sahəsi 190 kv.metr olan 46 nömrəli mənzil X1 ilə “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq xx xxxxx 2008-ci il tarixdə ipoteka ilə yüklü edilmiş, xx xxxxxx 2008-ci il tarixdə ipoteka yüklülüyündən azad edilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 saylı mənzil İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10B, 46 saylı mənzil xx.xx.2015ci il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. 44 saylı NK-nun xx.xx.2015-ci il tarixli 4Ə-125 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. 53 saylı NK-nun xx.xx.2018-ci il tarixli 4Ə-1489 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Mənzil Kooperativ Təsərrüfatı idarəsinin məktubuna əsasən Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, mənzil 46 ünvana dair İddiaçı adına xx xxx 2007-ci il tarixdə 020364 saylı order verilmişdir. 020364 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, mənzil 46, 102.5 kv.m sahəsi, 4 otaqlı mənzil İddiaçı adına verilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı xx xxxxx 2007-ci il tarixli ərizə ilə Cavabdeh1 sədri Hüseynov Cavabdeh1 Hüseyn oğluna müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 ünvanında yerləşən və Cavabdeh1nə məxsus olan kooperativ yaşayış binasının birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,5 kv.metr olan dörd otaqlı, 46 nömrəli mənzili almaq istədiyindən onun kooperativin üzvlüyünə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən müvafiq mənzilin dəyəri tam ödənildiyindən həmin mənzilin ona verilməsi, payçıya order verilməsi üçün zəruri sənədlərin Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə göndərilməsi qərara alınmışdır. Mənzilin pay dəyərinin payçı İddiaçı tərəfindən tam ödənilməsini təsdiq edən maliyyə arayışı əlavə olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 nömrəli mənzil üzərində İddiaçı hüquqları xx xxxxxx 2008-ci il tarixdə ləğv edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qanuna müvafiq qaydada qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xx xxx 2017-ci il tarixli məlumatına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 nömrəli mənzil ilkin olaraq xx xxxxxx 2006-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1462/17 nömrəli xx xxx 2017-ci il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0,19360 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 16 mərtəbəli binada 190 kv.metr ümumi, 88,8 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 46 nömrəli mənzilin dövlət reyestrindən təkrar çıxarışın İddiaçı verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1462/17 nömrəli iş üzrə qəbul etdiyi xx xxx 2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, müvafiq qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx xxxxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixli qərarları ilə İddiaçı ona məxsus qeyd edilən mənzilin qeyri-qanuni zəbt etmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi, eyni zamanda həmin şəxslərin məsuliyyətə cəlb olunmasında köməklik göstərilməsi barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “AGBank” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 10 nömrəli, 16 mərtəbəli binada yerləşən ümumi sahəsi 190 kv.metr olan 46 nömrəli mənzil X1 ilə “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq xx xxxxx 2008-ci il tarixdə ipoteka ilə yüklü edilmiş, xx xxxxxx 2008-ci il tarixdə ipoteka yüklülüyündən azad edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, müvafiq kooperativin sədri olmuş məhkum Hüseynov Cavabdeh1 Hüseyn oğlu ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 “B” ünvanında təsisçisi olduğu Cavabdeh1 tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış evinin 1-ci blokunda, 16-cı mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 195 kv.metrdən ibarət 46 nömrəli mənzilə dair Cavabdeh2 ilə bağlanmış 46 nömrəli, xx xxx 2006-cı il tarixli payçılıq müqaviləsi və maliyyə arayışı, o cümlədən, həmin mənzilin üstündə yerləşən 1-ci blok, 17-ci mərtəbədə, ümumi sahəsi 220 kv.metr olan 46/A nömrəli mansard sahəyə dair Cavabdeh2 ilə bağlanmış 46A nömrəli, xx xxx 2006-cı il tarixli payçılıq müqaviləsi və maliyyə arayışı onun tərəfindən sədr kimi imzalanaraq möhürlənmişdir. Məhkum şəxsin imzası 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən təsdiq edilmişdir. Habelə, müvafiq kooperativin sədri olmuş Hüseynov Cavabdeh1 Hüseyn oğlu Bakı Şəhər İcra Hakimiyyətinə xx xxxxxxx 2014-cü il tarixli ərizə ilə müraciət edərək, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 ünvanında inşa edilmiş 1 girişli, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.metr olan 4 otaqlı 46 nömrəli mənzilə dair Cavabdeh2 ilə bağlanmış 46 nömrəli, xx xxx 2006-cı il tarixli müqaviləni, maliyyə arayışını, mənzilin planını və 10 nömrəli xx xxx 2006-cı il tarixli protokoldan çıxarışı həmin Mənzil-Tikinti Kooperativinin sədri kimi o imzalamış və Mənzil-Tikinti Kooperativinin möhürü ilə təsdiq etmişdir. Həmin imzaların ona məxsusluğunu bu ərizə ilə təsdiq etmişdir. Həmçinin, İddiaçı həmin mənzilə dair verilmiş payçılıq müqaviləsi, maliyyə arayışı, plan sxem və xx xxx 2007-ci il tarixli, 020364 nömrəli orderin verilməsindən onun xəbəri olmamış, həmin sənədləri o imzalamamış və möhürlə təsdiq etməmişdir. Məhkum Hüseynov Cavabdeh1 Hüseyn oğlunun imzası 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən tərəfindən təsdiq edilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 46 nömrəli xx xxx 2006-cı il tarixli müqavilə ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 ünvanında inşa edilmiş 1 girişli, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.metr olan 4 otaqlı 46 nömrəli mənzilin alqı-satqısı həyata keçirilmişdir. Cavabdeh1 maliyyə arayışı ilə müəyən olunur ki, qeyd edilən mənzilin pay dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir, onun müvafiq mənzilə dair Mənzil-Tikinti Kooperativinə borcu yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2-1(82)-4054/2014 nömrəli qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yerləşən, Cavabdeh1nə məxsus 10b nömrəli kooperativ evin 1-ci girişi, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 195 kv.metr olan 46 nömrəli mənzil sahəsi və həmin binanın 1-ci girişində yerləşən, ümumi sahəsi 220kv.metr olan mansard sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10b, ümumi sahəsi 162,5 kv.metr olan 46 nömrəli mənzil (yeni qaydalarla: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 3, mərtəbə 16, mənzil Cavabdeh2 məxsus olması da müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx xxxxx 2017-ci il tarixli cinayət işi üzrə icraatın xitam edilməsi barədə xx xxxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi üzrə icraat Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından xitam edilmişdir. 44 saylı NK-nun xx.xx.2015-ci il tarixli 4Ə-125 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. xx.xx.2018-ci il tarixli “xxxx” ASC-nin məktubuna əsasən müəyyən edilir ki, “xxxx” ASC ilə X2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində xx.xx.2015-ci il tarixli İpoteka müqaviləsi bağlanaraq Cavabdeh3 məxsus tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2273 nömrəli reyestr kitabının 211574 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu,həsənoğlu küçəsi ev 10b, mənzil 46 bankda ipoteka ilə yüklü edilmişdir. Həmin mənzilin girovda qalmaq şərtilə alqı-satqı edilməsinə etiraz etmirlər. 53 saylı NK-nun xx.xx.2018-ci il tarixli 4Ə-1489 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 133-cü maddəsinin müddəalarına uyğun tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslərin kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququna malikdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir. Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alqı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur. Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasının vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadə dildə dedikdə, birincisi - hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir, ikincisi – tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbində mübahisələndirilən hallar üzrə Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, mənzil 46 ünvanında yerləşən mənzillə bağlı bağlanmış müqavilələrin etibarsız hesab edilməsi ilə mübahisəyə qiymət verilməlidir. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, 46 saylı mənzilə dair həm İddiaçı, həm də Cavabdeh2 adına onların hər birinin ayrılıqda mülkiyyət hüquqlarını təsdiqləyən çıxarışlar vardır. Məhkəmə qeyd edir ki, 10 və 10B saylı mənzillərin eyni mənzil olması işin mübahisəsiz hallarıdır. Məhkəmə ilk öncə Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10B, 46 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx xxx 2006-cı il tarixli 46 saylı müqavilənin etibarsızlığı ilə bağlı məsələyə münasibət bildirərkən qeyd olunmalıdır ki, mülki iş materiallarında olan ********* nömrəli arxiv cinayət işindən çıxarılmış şikayət ərizələrindən göründüyü kimi, hazırda mübahisələndirilən müqavilə Cavabdeh1 MTK-nın təsisçisinin oğlu ilə Cavabdeh2 arasında olan sövdələşmə nəticəsində rəsmiləşdirilmiş, həmin sövdələşməyə əsasən sonuncu T.Ş.Hüseynova mübahisəli mənzilə və mansarda dair çıxarış əldə etməsi üçün köməklik edəcəyi vədini vermişdir. Lakin faktiki olaraq Cavabdeh2 tərəfindən hər hansı məbləğdə pul Cavabdeh1 MTK-ya ödənilməmişdir. Digər tərəfdən mülki iş materiallarında olan xx.xx.2016-cı il tarixli AR ƏMDK yanında DƏDRX-nin məktubu ilə müəyyən edilir ki, mübahisəli mənzil üzərində İddiaçı hüquqları xx.xx.2008-ci ildən qanunamüvafiq qaydada qeydiyyata alınmışdır. Məhkəmə mübahisələndirilən mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında 2006-cı ildə bağlandığını, İddiaçı adına isə 2007-ci il tarixdə orderin olmasına münasibətdə qeyd edir ki, əvvəla xx xxx 2006-cı il tarixli 46 saylı müqavilədə mübahisəli əmlakla bağlı mənzilin ünvanı 10B kimi qeyd edilmişdir, lakin iddiaçıya məxsus əmlakın 10 nömrəli kooperativ binası olduğu görünür. Məhkəmə araşdırması müddətində cavabdehlər arasında bağlanmış xx xxx 2006-cı il tarixli 46 saylı müqavilənin əsli məhkəməyə təqdim edilməmiş, müqavilənin əsli yoxdursa, müqavilələrin qeydiyyat kitabları, ilkin ödəniş və sonrakı ödənişlər barədə kassa mədaxil orderləri, əgər mədaxil orderləri yoxdursa, müəssisəyə mədaxil olunmuş pulların dövriyyəsini təsdiq edən kassa kitabı məhkəməyə təqdim edilməli idi. Əgər bu sənədlər məhkəməyə təqdim olunmayıbsa, yalnız mübahisəli müqavilənin iddiaçıya məxsus orderdən daha əvvəl bağlanması ilə əlaqədar cavabdehlərin əsası olmayan sözlərinə istinad edilməsi qəbul edilməzdir. Belə ki, deyilən fakt öz əksini xx.xx.2020-ci il tarixli AR ƏMDK yanında DƏDRX-nin məktubu ilə də təsdiqini tapır. Belə ki, həmin məktubdan aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10B, 46 saylı mənzil İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir.(2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-1462/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə təkrar çıxarışın verilməsi öhdəliyi həvalə edilmişdir). xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir.(2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-4054/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarından sonra). Qeyd edilənlərdən habelə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun tamamlığı prezumpsiyasından da belə nəticəyə gəlinir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx xxx 2006-cı il tarixli 46 saylı payın alqı-satqı müqaviləsində Mülki Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulan uydurma əqdin əlamətləri də müşahidə olunur. Belə ki, mübahisəli mənzilə dair “Cinayət işi üzrə icraatın xitam edilməsi barədə” xx xxxxx 2017-ci il tarixli izahatlarda əks olunan faktlar alqı-satqı müqaviləsinin etibarlı müqavilə olmasını istisna edən hallardandır. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK iddia tələbinə etirazlarda buna aydınlıq gətirməli idilər. Belə ki, yalnız müqavilənin iddiaçıya məxsus orderdən daha əvvəl bağlanması əsasında daşınmaz əmlakın həqiqətən də qanuni əsaslarla Cavabdeh2 satıldığına dair mülahizələr açıq-aşkar inandırıcı və ağlabatan deyildir. Məhkəmə yuxarıda qeyd olunanlara yekun olaraq bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, mənzil 46 iddiaçı şəxs İddiaçı daim istifadəsi və sərəncamında olmuşdur. Belə ki, qeyd edilən mənzilə dair müvafiq çıxarış ilkin olaraq iddiaçı şəxsin adına qeydiyyatdan keçmiş, iddiaçı ilə yuxarıda qeyd edilən bank arasında ipoteka müqaviləsi bağlanmış, sonradan borc ödənildiyindən həmin mənzil girovdan azad edilmişdir, eyni zamanda iddiaçı şəxs tərəfindən çıxarış itirildiyindən onun dublikatının verilməsi ilə bağlı aidiyyəti təşkilata müraciət edilmiş, onun imtinası əsasında iddiaçı müvafiq inzibati-iqtisadi məhkəməsinə müraciət etmiş, həmin məhkəmə qərarı ilə müvafiq çıxarışın dublikatının verilməsi cavabdeh təşkilata həvalə edilmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və Cavabdeh2 ilə "Cavabdeh1” Mənzil Tikinti Kooperativi arasında bağlanmış 46 saylı müqavilə, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə- 125 reyestr nömrəli bağışlama müqaviləsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1489 alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə bağlı aparılmış çıxarışların ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, mənzil 46 ünvanında yerləşən mənzilin üzərində Cavabdeh4 mülkiyyət hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün məhz ondan əvvəl bağlanmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsas olmuşdur. Həmin müqavilə də məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, mənzil 46 ünvanında yerləşən mənzilin alqı-satqısı uydurma əqdin əlamətləri olan xx xxx 2006-cı il tarixli 46 saylı müqavilənin əsasında olduğundan Cavabdeh4 hazırki mübahisədə vicdanlı alıcı ola bilməz. İlk öncə o səbəbdən ki, Cavabdeh4 həmin mənzili qanuni əsaslarla əldə etdiyini bəyan edərək özünü vicdanlı alıcı hesab etməsi ilə bağlı məsələni mübahisələndirmir. Lakin hazırkı mülki işlə əlaqədar iddia tələbinə etirazını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi ilə əsaslandırmaqla mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh4 mübahisəli mənzili əldə edərkən vicdanlı alıcı olması ilə bağlı faktları mübahisələndirməmiş, bu hal isə onun xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən vicdanlı alıcı kimi hərəkıət etməsi halını şübhə altına alır və cavabdeh bununla bağlı hər hansı etiraz və dəlillərini məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Mülki Məcəllənin əqdin etibarsızlığının hüquqi nəticələrini tənzimləyən 337.5-ci maddəsinin müddəaları tətbiq edilməməlidir. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, işdən görünür ki, məhkəmə araşdırması zamanı alqı-satqı müqaviləsi üzrə məbləğin həqiqətən də ödənilməsi faktı müəyyən olunmadığından əqdin etibarsızlığının nəticələri hazırkı iş üzrə tətbiq edilməməlidir. Çünki, etibarsızlığın nəticələrinin hazırkı iş üzrə tətbiq edilməsinin üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasından biri də mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi, mülkiyyətə cavabdeh tərəfindən qəsd və ya başqa maneələrin həyata keçirilməsi və mülkiyyətçinin qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etməsidir. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Eyni zamanda, iddia ərizəsində qeyd edildiyi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-573/2019 saylı mülki işi üzrə məhkəmə tərəfindən təyin edilmiş yerli baxış zamanı müəyyən edildiyi kimi müvafiq mənzil ilə bağlı müəyyən edilmiş dəyişikliklər Cavabdeh2 ilə "Cavabdeh1” Mənzil Tikinti Kooperativinin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılmalıdır. Görülən əlavə dəyişikliklər nəticəsində qeyd edilən mənzilin yan tərəfindən əlavə qapı açılmışdır. Gələcəkdə arzuolunmaz nəticələrin yaranmaması məqsədilə, qeyd edilən dəyişiklər cavabdehlərin vəsaitləri hesabına əvvəlki vəziyyətə qaytarılmalıdır. Belə olan halda isə Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı, Cavabdeh3 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı 461089 saylı, Cavabdeh4 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışlar ləğv edilməli, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilində özbaşına aparılmış dəyişikliklər cavabdehlər "Cavabdeh1” Mənzil Tikinti Kooperativinin və Cavabdeh2 vəsaitləri hesabına əvvəlki vəziyyətə qaytarılmalı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə "Cavabdeh1” Mənzil Tikinti Kooperativi arasında bağlanmış 46 saylı xx xxx 2006-cı il tarixli müqavilə, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015ci il tarixli 4Ə-125 reyestr nömrəli bağışlama müqaviləsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1489 alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilələr əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı, Cavabdeh3 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı 461089 saylı, Cavabdeh4 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışlar ləğv olunsun. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilində özbaşına aparılmış dəyişikliklər cavabdehlər "Cavabdeh1” Mənzil Tikinti Kooperativinin və Cavabdeh2 vəsaitləri hesabına əvvəlki vəziyyətə qaytarılsın. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilə köçürülsün. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-430/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-430/2020
18.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver