Məhkəmə qərarları › İş №2(005)-4342/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4342/2021

26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4342/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3 İddiaçılar İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi və vəkili X4 , Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Cavabdeh1 MMC-dən 85000,00 ABŞ dolları “və ya manatla hazırkı məzənnəsi üzrə 144500,00 manat, kirayə haqqı 42000,00 manat, mənzilinə təmirinə sərf edilmiş 25000,00 manat, əldən çıxmış gəlir manat, cəmi 247500,00 manatın alınmasının təmin edilməsi, AR CM-nin 178.3.2 maddəsi və 32.5, 308.2 maddəsi ilə məhkum olunmuş şəxs Cavabdeh2 və AR CM-nin 178.3.2 və 308.2. maddəsi ilə məhkum olunmuş şəxs Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu tərəfindən hər ikisinə vurulmuş 20000,00 manat mənəvi ziyanın müştərək qaydada onlardan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, vət. Cavabdeh2 və qeyrilərinin AR CMnin 178.3.2, 32.5, 308.2-ci maddəsi olan cinayət işi 01 iyul 2016-cı il tarixdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsi tərəfindən başlanılmış 15 mart 2018-ci il tarixdə başa çatdırılmışdır. İbtidai istintaq, Bakı Ağır Cinayətlərə dair məhkəməsinin Apellyasiya Məhkəməsinin İstintaqı ilə müəyyən edilmişdir ki, vət. Cavabdeh2 Cavabdeh1 MMC-nin təsisçisi olduğu dövrdə öz qulluq mövqeyindən istifadə edib, digər şəxslər Cavabdeh3, N.Q.Məmmədov, C.S.Qurbanovla qabaqcadan əlbir olub aldatma, etibardan sui-istifadə etmək yolu ilə ayrı-ayrı şəxslərin cəmi 2.002.366,00 (iki milyon iki min üç yüz altmış altı) manat pulunu ələ keçirərək Cavabdeh1 MMC-nin hesabına mədaxil edərək, xüsusilə külli miqdarda əmlakı ələ keçirərək mənimsəyib dələduzluq etmişlər. Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 MMC-nin direktoru vəzifəsində işləmiş Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Binəqədi ray., MK-Atatürk pr., ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidəki 3078A saylı məhəlləsində tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinin AS-korpustınıın 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138.97 kv.m. 3 otaqlı 23 saylı mənzilin 11 dekabr 2003-cü il tarixli 165 nömrəli müqavilə ilə X1 və ümumiyyətlə Azər Xəlilova ayrılmasına baxmayaraq 2011-ci ilin noyabr ayında onlar göstərilən yaşayış sahəsini ona 85000,00 ABŞ dollarına sataraq pulu hissə-hissə almaqla, ondan bir neçə günə X8 vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-də (Maqnit) mağazasının yanında yerləşən X6 işlədiyi kafedə, habelə Bakı şəhəri,, Nərimanov rayonu, “Kaspian Shoop” TM-də almaqla arvadı İddiaçı2 adına tərtib edilmiş Cavabdeh2 tapşırığı ilə Cavabdeh1 MMC-nin direktoru kimi imza edib şirkətin möhürü ilə təsdiq etdiyi saxta kassa mədaxil orderi, qəbzini təqdim etməklə nəticədə həmin mənzilin satılması ilə bağlı 85000,00 ABŞ dollarını ələ keçirərək Cavabdeh1 MMC-nin hesabına mədaxil edib onun hüquqlarına və qanuni mənafeyinə ağır nəticəyə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. Bu günə qədər iddiaçıya nə mənzil, nə də ABŞ dolları qaytarılmamışdır. Hər ikisi mənzilə baxmış, bir müddətdən sonra mənzildə təmir işlərinin aparılması üçün Şəfaət adlı şəxsə 2650,00 AZN pul vermişdir. Mənzildə suvaq və hörgü işlərinin aparılmasını xahiş etmiş, lakin həmin vaxt xuda MMC-nin direktoru ona mənzilin təmiri üçün Azər Xəlilovdan icazə almaq lazım olduğunu demişdir. O da, cəmiyyətin direktoru İlhamla birlikdə “AMAY” TM-nə getmiş, Azər ofisdə sənədlərə baxmış, Cavidin ondan aldığı 85000,00 ABŞ dollarını cəmiyyətin hesabına köçürdüyünü bildirmiş və ona təmir etməyə icazə vermişdirlər. Bu barədə ödəniş qəbzin arxasına öz xətti ilə icazə verilməsi barədə adını və soyadını göstərmişdir. Mənzildə hissə-hissə olaraq suvaq, hörgü, elektrik, santexnik işləri, plastik qapı və pəncərələri, mənzilin giriş qapısını dəyişdirilməklə birlikdə mal və materialların alınması, gətirilməsi, daşınılması, saxlanılması üçün AZN xərc çəkmişdir. Daha sonra onu aldatdıqlarını anlamış, məlum olmuşdur ki, arvadı Məlahət Novruzovun adına aldığı 3 otaqlı mənzil başqasınındır, mənzil girovdadır. Bu günə qədər iddiaçıya külli miqdarda 85000,00 ABŞ dollarını ala bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı cinayət işi üzrə 03 iyun 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 MMC-nin 17 noyabr 2011-ci il tarixli 437 nömrəli müqaviləsinin, eyni tarixli maliyyə arayışının və kassa mədaxil orderlərində binanın A5 korpusunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. olan 23 saylı mənzil İddiaçı2 adına sənədləşdirilmiş, müqaviləyə əsasən borc yoxdur. Müqavilənin 3.1 və 4-cü bəndlərində mənzilin 1 kv.m-nin dəyərinin 300 manat olmaqla ümumi dəyərinin 41691,00 AZN olması göstərilir. 5.4-cü bəndində bu müqavilənin alıcıya girov müqaviləsi kimi verilməsi və razılaşmaya əsasən İV bəndində göstərilən məbləğin alıcıya qaytarılması və müqaviləyə xitam verilməsi qeyd olunur. Mənzilin dəyərinin tam ödənilməsi 2 ədəd kassa mədaxil orderi ilə rəsmiləşdirilmişdir. 12 aprel 2012-ci il tarixli kassa mədaxil orderi qəbzindən görünür ki, həmin mənzildə hörgü və suvaq işləri aparılması üçün Məlahət Novruzovudan 2650,00 AZN alınmışdır və onun adına tərtiv edilmiş 17 noyabr 2011-ci il tarixli 2 ədəd kassa mədaxil orderi qəbzinin əksi olunan vərəqin arxa tərəfində Azər Xəlilovun imza etdiyi yazıda göstərilir ki, “bu mənzilin təmirinə sentyabrın 15-də başlaııılmağına etiraz etmirəm”. İddiaçı2 adına tərtib edilmiş 17 noyabr 2011-ci il tarixli 437 saylı müqavilədə, müqaviləyə əlavə edilmiş maliyyə arayışında “direktor” qrafalarındakı imzalar və 2 ədəd kassa mədaxil orderi qəbzində rəhbər qrafalarındakı imzalar X13 tərəfindən icra olunmuşdur. Hökmün sürətindən eləcə də görünür ki, İddiaçı1, Cavabdeh2, C.Qıırbaııov və Cavabdeh3 qarşı iddia verərək onlardan maddi ziyana görə 208456,00 manat, mənəvi ziyana görə isə 50000,00 manat alınaraq ona verilməsi barədə qərar qəbul etməsi barədə xahiş etmişdir. Lakin məhkəmə 85000,00 ABŞ dolları tələb etmək əvəzinə maddi zərərin dolların 2011-ci ilin məzənnəsi ilə 78.40 qəpikdən hesablayaraq 66886,00 manat tələb etməsini göstənniş iddianın qalan hissəsini rədd etmişdir. Halbuki, qüvvədə olan Mülki və Mülki Prosessual qanunvericiliyə əsasən alqı-satqı hansı “pul vahidi” - valyuta və ya manatla aparılmışdırsa, həmin pul məbləği verildiyi kimi də geri qaytarılmalıdır. Ondan alınmış pul valyuta şəklində olmaqla 85000,00 ABŞ dolları təşkil edir. Həmin məbləğ də iddiaçıya ödənilməlidir. 2010-cu ildə manatın alıcılığına hazırkı dövrə münasibətdə 2011-ci ildə manatın alıcılığı hazırkı dövrə nisbətdə hədsiz aşağıdır. Manat devalivasiya olmuşdur. Bu səbəbdən də, manat üzərində indeksasiyası aparılmalıdır. Bu günə manatın ABŞ dolları ilə məzənnəsi 1 man. 70 qəpikdən hesablanaraq ona əslində 144500,00 manat ödənilməlidir (çox qəribdər, istintaq orqanı və məhkəmə bu tələbdən yan keçmişdir). 2011-ci ilin noyabr ayından 2017-ci ilin avqust ayınadək Bakı şəhəri, Nizami rayonu, Həsən Əliyev pr., 2-ci Bulvar, Azər Əliyev küçəsi, ev 5, mən. 7-də kirayəşin yaşayaraq, hər ay kommunal xərcləri ilə birlikdə 500 manatdan, 42000,00 manat kirayə haqqı ödəmişdir. Təqsirləndirilən şəxslər, Cavabdeh2 və Cavabdeh3 tərəfindən aldanılaraq 2011-ci ildə mənzil satqı adı ilə 85000,00 ABŞ dollarını ələ keçirmiş, iddiaçını ailəsi ilə birlikdə evsiz-eşiksiz qoymuş, çoxlu borc-xərc içərisində qaldığından uzun müddət ərzində istintaqda-məhkəmədə süründürülərək çoxlu mənəvi əzablar, sarsıntılar çəkmiş, qohum-qardaş, dost-tanış yanında şərəf-ləyaqəti alçalmış, müxtəlif daxili xəstəliklər keçirmişdir. Bunun üçün cavabdeh tərəf onlara ən azı 25000,00 manat mənəvi ziyan ödəməlidir. 2011ci ilin noyabrından bu günə qədər 03 avqust 2021-ci ilədək olan 10 il müddət ərzində onun 85000,00 ABŞ dolları özündə olsaydı müxtəlif işlərə vəsait qoyaraq istifadə etsəydi, hər ayı ən azı 300 manatdan 36000,00 manat real gəlir əldən çıxmışdır. Bu da Cavabdeh1 MMC və təqsirləndirilən şəxslərdən tələb olunmalıdır. Hökmün surətindən həmçinin görünür ki, X9 Cavabdeh1 MMC-yə qarşı 163-164 saylı müqavilələr üzrə yaranmış öhdəliyin icra edilməsinə dair iddia vermişdir. Nərimanov Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə həmin mənzillərin ona təhvil verilməsi “Xudafərin" MMCnin vəzifəsi kimi üzərinə qoyulmuşdur. Məhkəməyə daxil olan 19.02.2015-ci il tarixli qərardaddan görünür ki, qeyd edilən mənzillər Rəna Novruzovaya təhvil verilmişdir. Məhkəmənin hökmündə göstərilsə də, heç bir mənzil onlara təhvil verilməmiş, həm də onlardan alınmış 85000,00 ABŞ dolları özlərinə qaytarılmamışdır. Beləliklə, 85000,00 ABŞ dolları və ya 144500,00 manat, 42000,00 AZN kirayə haqqı, təmir üçün 15000,00 AZN, əldən çıxmış gəlir 36000,00 AZN, manat mənəvi ziyan, cəmi 262500,00 (iki yüz altmış iki min beş yüz) AZN pul Cavabdeh1 MMC-yə təqsirləndirilən şəxslər Cavabdeh2, Quluzadə (Quliyev) Ramiz Mirzə oğlundan tələb edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X10 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmiş əlavə olaraq qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, 03.06.2019-cu il tarixli saylı hökmü ilə iddiaçının göstərdiyikləri məsələyə münasibət bildirilmiş, hüquqi qiymət verilmişdir. 85000,00 ABŞ dolları tələb etməsi əsassızdır. Hökmdə İddiaçı1 xeyrinə tutulmalı məbləğ 66.886 manat müəyyən edilməklə bu məbləğin Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması müəyyən edilmişdir. İddianın digər halları ilə bağlı iddiaçı tərəf hər hansı sübut təqdim etmir. Digər cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, 03.06.2019-cu il tarixli saylı hökmün surətinə əsasən Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32,5 308.2-ci və Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, İddiaçı1 Cavabdeh2, Cavid Qurbanov və Cavabdeh3 qarşı mülki iddia verərək onlardan maddi ziyana görə 208.455 manat, mənəvi ziyana görə isə 50.000 manat alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ittihama əsasən İddiaçı1 vurulmuş maddi zərər 66.886 manat təşkil edir, onunla bağlı epizod üzrə Cavabdeh2 və Cavabdeh3 təqsirli bilinirlər. Belə olan halda onun mülki iddiası qismən, yəni 66.886 manat miqdarında təmin edilməklə, bu məbləğ Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona verilməli, iddia qalan hissədə təmin edilmədən rədd edilməsi qərara alınmışdır; Cavabdeh1 MMC-nin Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə ünvanlandığı 29.06.2021-ci il tarixli ərizəsinin surətində “Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, 03.06.2019-cu il tarixli icra vərəqəsi üzrə zərərçəkmiş şəxslər X7, İddiaçı1, X11 və X2 dəymiş ziyan hərrac və köçürülmə yolu ilə tərəfimizdən tam ödənilmişdir. Bunu nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, 03.06.2019-cu il tarixli icra vərəqəsinə xitam verməyinizi Sizdən xahiş edirəm” göstərilmişdir; Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 30.06.2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, 10.02.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. 23.08.2021-ci il tarixli qəbzə əsasən iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunan və mübahisələndirilməyən digər halına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, 03.06.2019-cu il tarixli saylı hökmün surətinə əsasən Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32,5 308.2-ci və Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, İddiaçı1 Cavabdeh2, Cavid Qurbanov və Cavabdeh3 qarşı mülki iddia verərək onlardan maddi ziyana görə 208.455 manat, mənəvi ziyana görə isə 50.000 manat alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ittihama əsasən İddiaçı1 vurulmuş maddi zərər 66.886 manat təşkil edir, onunla bağlı epizod üzrə Cavabdeh2 və Cavabdeh3 təqsirli bilinirlər. Belə olan halda onun mülki iddiası qismən, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, 03.06.2019-cu il tarixli saylı hökmümiqdarında təmin edilməklə, bu məbləğ Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona verilməli, iddia qalan hissədə təmin edilmədən rədd edilməsi qərara alınmışdır. Həmin qərar əsasında icra sənədi verilmiş və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 30.06.2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, 10.02.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 157.8-ci və 165.1-ci maddələri nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçıyın üzərinə düşən sübutetmə 85000,00 ABŞ dolları “və ya manatla hazırkı məzənnəsi üzrə 144500,00 manat, kirayə haqqı 42000,00 manat, mənzilinə təmirinə sərf edilmiş 25000,00 manat, əldən çıxmış gəlir 36 000 manat, cəmi 247500,00 manatın, 20000,00 manat mənəvi ziyanın Cavabdeh2 və Quluzadə (Quliyev) Ramiz Mirzə oğlundan tutulmalı olması üçün əsasların sübut olunmasıdır. İddiaçı ərizəsində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri olmuş, həmin halla bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, 03.06.2019-cu il tarixli saylı hökmü mövcuddur. Cinayət işi üzrə iddiaçının xeyrinə tutulmalı olan pul məbləği 66.886 manat müəyyən olunmuş, hazırda həmin məbləğin 85000,00 ABŞ dolları olaraq cavabdehlərdən tələb edilməsi üçün əsas yoxdur. Məhkəmə iddia tələbini əsassız hesab edir, belə ki, iddiaçının 85000,00 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi tələbi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur. Belə olan halda, cavabdehdən pulun tutulması barədə iddianın təmin olunması preyudisiya institutunun prinsiplərinə ziddir. İddia tələbinin digər hissələri kirayə haqqı 42000,00 manat, mənzilinə təmirinə sərf edilmiş 25000,00 manat, əldən çıxmış gəlir olaraq 36000 manatın cavabdehlərdən tutulması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 15.07.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik resjudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Avropa Məhkəməsi “Yohannesson və digərləri İslandiyaya qarşı 18 May 2017-ci il tarixli qərarında qeyd olunur ki, « “Eyni əməl” anlayışı – 7 saylı Protokolun 4-cü maddəsindəki ne bis in idem prinsipinin idem elementi – ikinci “əmələ” görə məhkəmə təqibi və ya məhkum etmənin qadağan olunması kimi başa düşülməlidir, çünki o identik faktlar və ya mahiyyətcə eyni faktlardan irəli gəlir. Ərizəçilərin məhkum olunması və maliyyə sanksiyasının tətbiqi gəlirin düzgün bəyan edilməməsinə əsaslanmışdır. Bundan başqa, vergi icraatı və cinayət məhkəmə icraatı eyni dövr və mahiyyət etibarilə eyni miqdarda vergidən yayınmaya əsaslanmışdır. Beləliklə, «ne bis in idem prinsipinin» (eyni hüquq pozuntusuna görə iki dəfə cəza verilməsinin yolverilməzliyi) idem elementi mövcuddur.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar