Məhkəmə qərarları › İş №2(005)-437/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-437/2020

28.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-437/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclas katibi X1, Cavabdeh Abdullayeva (Qurbanova) Tükəz Şulan qızının iştirakı ilə, İddiaçı cavabdeh Abdullayeva (Qurbanova) Tükəz Şulan qızına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abdullayeva (Qurbanova) Tükəz Şulan qızına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh X2 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən ona məxsus 32 saylı mənzilə su axıdılması nəticəsində vurulmuş maddi ziyana görə 4000 manat, müalicəsinə xərclədiyi 1200 manat, mənəvi ziyana görə 10 000 manat və dövlət rüsümu kimi ödədiyi 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzildə yaşayır. Həmin mənzil Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi xx.xx.1994-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Məlumat üçün bildirir ki, onun mənzilindən üst mərtəbədə, 7-ci mərtəbədə yerləşən 35 saylı mənzil X2 məxsusdur. 2019cu ilin aprel-may aylarında 35 saylı mənzildən onun mənzilinə su axıdılmış və mənzili yararsız vəziyyətə salınmışdır. O, bu barədə mənzilin sakinlərinə xəbərdarlıq etmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq onlardan bir xəbər çıxmadı və su isə axmağa davam edir. 35 saylı mənzildən onun mənzilinə su axıdılması nəticəsində mənzilində elektrik xətlərində qısa qapanma baş vermiş, elektrik xətləri sıradan çıxmışdır. Mənzilin divar kağızları qopmuşdur. Su sızması nəticəsində mənzilin tavanı yararsız vəziyyətə düşmüşdür, tavanın müxtəlif hissələrində saralmalar, ləkələr əmələ gəlmişdir. O, qonşuluq xatirinə dözüb şikayət etməmişdir. 54 saylı MKİS-ə dəfələrlə müraciət edəndən sonra xx.xx.2019-cu il tarixdə mənzilə baxıb akt tərtib ediblər. MKİS-nin işçiləri də təsdiq edirlər ki, onun mənzilinə üst mərtəbədə olan 35 saylı mənzildən səhlənkarlıqdan su axıdılmışdır. Cavabdeh X2 məxsus 35 saylı mənzildən ona məxsus 32 saylı mənzilə su axıdılması nəticəsində mənzilinə 4000 manat məbləğində ziyan dəymişdir. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və əzab çəkmişdir. Cavabdehin təqsiri ucbatından əsəbiləşərək, gərgin vəziyyətə düşüb və xəstələnib. Müalicəsinə xeyli miqdarda vəsait sərf olunmuş və hal-hazırda da müalicəsi davam edir. 1200 manat müalicəsinə pul xərcləyib. Mənəvi sarsıntılara məruz qalmağı nəticəsində ona 10 000 manat dəyərində mənəvi ziyan vurulmuşdur. Əvvəlki məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, su ya şaxtadan, ya da onun evindəki kafellərin arasından sızır. İddiaçının evi 50 ilin evidir, divar kağızları isə çox köhnədir. Orada 1500 manatlıq ziyan ola bilməz. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi rətəfindən verilmiş xx.xx.1994-cü il tarixli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 mənzil 32 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmə baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 756 №-li ekspert rəyi ilə aparılmış tədqiqat nəticəsində, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 113 saylı evin, 32 saylı mənzilinin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki işin materiallarında olan, 54 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş, xx.xx.2019-cu il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 113 saylı evin 32 saylı mənzilinə yuxarı mərtəbədəki 35 saylı mənzilindən suyun sızması müəyyən olunur. ünvan 5 mənzil 32 ünvanında yerləşən mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1567 manat məbləğində olduğu müəyyən edilir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə suyun, üst mərtəbədə yerləşən 35 saylı mənzildən sızması nəticəsində həmin mənzilə zərər vurulmuşdur. Həmin zərərin məbləği ekspert tərəfindən 1567 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, həmin zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə vurulmuş zərərin həcmi 1567 manat müəyyən edildiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 1567 manat iddiaçının xeyirinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı onun müəlicəsi ilə bağlı çəkilmiş xərclərlə, həmçinin dəymiş maddi ziyan ilə bağlı müəlicə alması ilə bağlı hər hansı sübut təqdim etmədiyindən iddia tələbini həmin hissədə əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu vabandehdən tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutularaq “Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abdullayeva (Qurbanova) Tükəz Şulan qızından ünvan 5 mənzil 35 ünvanında yerləşən mənzilinə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq – 1567 manat və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Abdullayeva (Qurbanova) Tükəz Şulan qızından tutularaq “Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar