Məhkəmə qərarları › İş №2(005)-4402/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4402/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4402/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən AR Ədliyyə Nazirliyi İcra Xidmətinin Hüquqi şəxslər və X3 Şöbəsinin nümayəndəsi Əliyev Pərvizin iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "X2", Cavabdeh1nə və Cavabdeh4 qarşı (LPO "xxxx" ASC, Əmanətlərin Sığortalanması Fondu, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və AR Ədliyyə Nazirliyi İcra Xidmətinin Hüquqi şəxslər və X3 Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-133/2023 saylı İcra vərəqəsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə cavabdeh "xxxx" MMC-dən 24241,47 (iyirmi dörd min iki yüz qırx bir manat, 47 qəpik) manat əsas borc, 10103,88 (on min yüz üç manat, 88 qəpik) manat faiz borcu olmaqla cəmi 34345,35 (otuz dörd min üç yüz qırx beş manat, 35 qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutma ipoteka predmeti olan İddiaçı məxsus ünvan 5lı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 30000 (otuz min) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, iddia tələbinin digər hissədə rədd olunması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, LPO "xxxx"ın AZGANJ**********0006A40080 saylı bank hesabına "xxxx" MMC tərəfindən tərəfindən 4900 (dörd min doqquz yüz) manat borc vəsaiti və xx.xx.2025-ci il tarixdə isə 30 manat dövlət rüsumu ödəniş edilmişdir. 28 avqust 2025-ci il tarixli Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1nə ünvanlanmış məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-133/2023 saylı, xx.xx.2023-cü il tarxili İcra sənədi üzrə borclu "Sadiq-2015” MMC-nin ləğv prosesində olan "xxxx" ASC qarşısında borc öhdəlikləri mövcud deyildir.” İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq icra sənədinin icrasına xitam verilməsini xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli hərracın nəticələrinə dair Protokola əsasən, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra sənədinin icrasə məqsdi ilə İddiaçı məxsus ünvan 5lı mənzil xx.xx.2025-ci ildə hərraca çıxarılmış və nəticə olaraq ilkin hərrac baş tutmuşdur. Hərrac predmetinin ilkin satış qiyməti 40000 manat,son satış qiyməti 40400 manat müəyyən edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Notariat ofisinə ünvanlanan “ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğvi barədə” xx.xx.2025-ci tarixli ərizədən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 25 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğuna görə İpoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişin və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. Hazırda iddiaçı icra sənədi üzrə borcun tam ödənilməsini əsas gətirərək, ünvan 5lı mənzilə dair "xxxx" MMC və “X2” tərəfindən 28 avqust 2025-ci il tarixdə keçirilmiş açıq hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, **********28694016 nömrəli “Protokol”-un etibarsız hesab edilməsi, ünvan 5lı mənzilə mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh4 qarşı (LPO "xxxx" ASC, Əmanətlərin Sığortalanması Fondu, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və AR Ədliyyə Nazirliyi İcra Xidmətinin Hüquqi şəxslər və X3 Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ipoteka müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 5lı mənzilə dair "xxxx" MMC və “X2” tərəfindən 28 avqust 2025-ci il tarixdə keçirilmiş açıq hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, **********28694016 nömrəli “Protokol”-un etibarsız hesab edilməsi, ünvan 5lı mənzilə mülkiyyət hüququnun bərpa edilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 25 saylı kredit müqaviləsinin təminatı kimi Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, bina 22 A mülkiyyət hüququ ilə İddiaçı məxsus 49.2 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 24 saylı mənzil xx.xx.2015-ci il tarixli, 25 saylı İpoteka müqaviləsinə müvafiq olaraq "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən borclu "xxxx" MMC-dən cəmi 34345,35 (otuz dörd min üç yüz qırx beş manat, 35 qəpik) manat "xxxx"ASC-yə olan borc və 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi, tutmanın ipoteka predmeti kimi İddiaçı məxsus ünvan 5lı mənzilə yönəldilməsi, mənzilin satılması üçün Hərraca çıxarılması, satış pulundan bankın tələbinin ödənilməsi qərara alınmışdır. Banka olan borc və dövlət rüsumu xx.xx.2025-ci il tarixdə tamamilə ödənilməsinə baxmayaraq Cavabdeh1 xx.xx.2025-ci il tarixli, 199373/23 nömrəli məktubuna və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra sənədinə əsasən iddiaçıya məxsus olan ünvan 5lı mənzil Apellyasiya Qətnaməsi qəbul olunan vaxtdan 2 il sonra banka olan 4900 (dörd min doqquz yüz) manat qalıq borc xx.xx.2025-ci il tarixdə tam ödənilməsinə baxmayaraq xx.xx.2025-ci ildə “Elektron hərrac”-a çıxarılmış və ödəmə tarixindən 10 gün keçdikdən sonra 28 avqust 2025-ci ildə qanunsuz olaraq satılmışdır.xx.xx.2025-ci il tarixdə, saat 10:31:55-də LPO "xxxx"ın AZGANJ**********0006A40080 saylı bank hesabına "xxxx" MMC tərəfindən 4900,0 (dörd min doqquz yüz) manat borc vəsaiti və xx.xx.2025-ci il tarixdə, saat 09:09:13-də 30,0 (otu/.) manat dövlət riistımu tamamilə ödənilmişdir. 28 avqust 2025-ci il tarixdə, yəni ödəmədən 10 (on) gün sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Cavabdeh1nə 12-5/2-12548/2025 saylı məktub elektron qaydada yerləşdirilmişdir. Eləcə də bu məktubun nüsxəsi iddiaçıya təqdim edilmişdir. Məktubda göstərilib ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən borclu "xxxx" MMC-nin icra sənədi üzrə LPO “Gəncəbank'' ASC qarşısında “borc öhtəlikləri mövcud deyildir” və “İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq “icra sənədinin icrasına xitam verilməsini" xahiş etmişdir. 05 sentyabr 2025-ci il tarixdə Əmanətlərin sığortalanması Fondu. 12-5/2-12883/2025 savlı məktubla AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə iddiaçıya məxsus olan mənzilin “İpoteka yüklülüyünün dövlət qeydiyyatının ləğvi barədə" məktub ünavnalanmışdır. Məktubda qeyd olunur ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 25 saylı kredit müqaviləsi üzrə öhdəliklər ləğv prossesində olan "xxxx" ASC qarşısında “Tam icra olunmuşdur” və “İpoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişin və İpoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmişdir”.xx.xx.2025-ci il tarixdə iddiaçıya məlum oldu ki, iddiaçı banka tam ödəməni etməyinə baxmayaraq, “Külək" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə qanunsuz olaraq Elektron Hərrac keçirilib və iddiaçıya məxsus olan mənzil satılıb. Bu məlumat iddiaçıya bəlli olarkən, iddiaçı xx.xx.2025-ci il tarixdə və 02 sentyabr 2025-ci il tarixində "xxxx" MMC-yə məxsus Elektron ünvan 1 e-mail ünvanına və 01 sentyabr 2025ci il tarixd' saat 15:44-də AR Ədliyyə Nazirliyi İcra Xidmətinin Hüquqi Şəxslər və İnzibati Orqanlarla 1$ Şöbəsinin rəisi Pərviz Əliyevin şəxsi elektron ünvanına (Elektron ünvan 2) məlumat verib ki, elektron hərrac keçirilməsinə baxmayaraq, sizə göndərilən məlumatlara əsasən hərracın nətcəsini tamamlamayın. Qanuna əsasən hərracdan sonra hərracın nəticəsinə görə protokolun tərtib olunmasına 10 gün zaman verilmişdir. Amma buna baxmayaraq xx.xx.2025-ci il tarixdə Elektron Hərracın nəticəsi barədə protokol tərtib elmişlər. Amma iddiaçıya rəsmi olaraq həmin protokol təqdim olınmamışdır. Apellyasiya Məhkəməsi tərəfindən İpoteka predmetinin satış qiyməti 06 mart 2023-cii il tarixə 40000.0 (qırx min) manat qeyd edilsə də 28 avqust 2025-ci ildə hərrac keçirilən zaman həmin mənzilin dəyəri kifayət qədər artıq olmuşdur. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehlər tərəfindən məhkəmə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O bildirdi ki, borclu və ipoteka qoyan lazımi qaydada məlumatlandırılmayıb. Yüklülükdən azad edilmə ilə bağlı məktub təqdim ediləndə hərrac keçirildiyi bildirilib. Əsas tələbkar Əmanətlərin Sığortalanması Fondudur, onlar da iddia tələbini qəbul edirlər. Banka olan borcun ödənilməsinə baxmayara, hərracın keçirilməsi əsassız və qanunsuzdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. İştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə MPM 185-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən AR Ədliyyə Nazirliyi İcra Xidmətinin Hüquqi şəxslər və X3 Şöbəsinin nümayəndəsi iddianın əsassız olduğunu qeyd edərək bildirdi ki, İcra şöbəsi tərəfindən icra sənədinin həyata keçirilməsi məqsədi ilə hərracın keçirilməsi üçün Hərrac Portalına müraciət edilib və sifariş barəsində məlumat iddiaçıya göndərilib. Həmin məlumatın çatıb-çatmaması ilə bağlı hər hansı tələb yoxdur. Borclu tərəfindən icra sənədi tam icra edilməyib. Ekspertiza xərci, icra ödənişi ödənilməyib. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirdi ki, mülki iş üzrə qəbzlərdən iddiaçının öhdəliyi icra etdiyi görünür. Lakin qəbzlərin həqiqiliyinə şübhələri var. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, LPO "xxxx"ın AZGANJ**********0006A40080 saylı bank hesabına "xxxx" MMC tərəfindən tərəfindən 4900 (dörd min doqquz yüz) manat borc vəsaiti və xx.xx.2025-ci il tarixdə isə 30 manat dövlət rüsumu ödəniş edilmişdir. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1nə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə borclu "xxxx" MMC-nin LPO "xxxx" ASC qarşısında borc öhdəliklərinin mövcud olmaması səbəbilə icra sənədinin icrasına xitam verilməsi xahiş olunmuşdur. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Notariat ofisinə ünvanlanan “ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğvi barədə” xx.xx.2025-ci tarixli ərizədən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 25 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğuna görə İpoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişin və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. - xx.xx.2025-ci il tarixli Sadiq-2015 MMC-nin nümayəndəsi Fizuli Məmmədov tərəfindən Elektron ünvan 1.az ünvanlanmış məktuba əsasən qeyd edilmişdir ki,hərrac keçirilməmişdən 10 (on) gün əvvəl, yəni, xx.xx.2025-ci il tarixdə saat 10:31 dəqiqədə borcun qalan hissəsi 4900.00 (dördd min doqquzyüz) manatı və 30 (otuz) manat dövlət rüsumu "xxxx" MMC adından tam şəkildə LPO "xxxx" ASC ödənilmiş və bank tərəfindən Gəncə şəhər İcra İdarəsinə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5ci maddəsi rəhbər tutularaq icra sənədinin icrasına xitam verilməsi barədə 28 avqust 2025-ci il tarixdə, 12-5/2-12548/2025 saylı elektron məktub göndərilmişdir. Göstərilənləri nəzərə alaraq protokol tərtib olunmayıb, alıcı tərəfindən hərraca tam ödəniş edilməyib hərracın nəticəsini ləğv edilməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli hərracın nəticələrinə dair Protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-133/2023 saylı, xx.xx.2023-cü il tarxili İcra sənədinin icrasə məqsdi ilə İddiaçı məxsus ünvan 5lı mənzil xx.xx.2025-ci ildə hərraca çıxarılmış və nəticə olaraq ilkin hərrac baş tutmuşdur.Hərrac predmetinin ilkin satış qiyməti 40000 manat,son satış qiyməti 40400 manat müəyyən edilmişdir. - Ləğv prossesində olan "xxxx" ASC,ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli məktubuna əsasən qeyd edilmişdir ki,iddia tələbinin təmin edilməsinə heç bir etirazları yoxdur. - Ləğv prossesində olan "xxxx" ASC,ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlaanmış məktubuna əsasən ünvan 5lı mənzilə dair xx.xx.2015-ci il tarixli 25 saylı İpoteka müqaviləsi üzrə tutumanın yönəldilməsi haqqında bildirişin və ipoteka yüklülüyünün dövlət qeydiyytının ləğv edilməsini xahiş etmişlər. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-133/2023 saylı, xx.xx.2023-cü il tarxili İcra sənədi üzrə aparılmış ekspertiza dəyəri olan 100 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin hesabına,aparılmış tədqiqatın dəyəri olan 300 manat "xxxx" MMC-nin hesabına və 2184.27 manat icra ödənişi Cavabdeh1 depozit hesabına ödənilməlidir.İcra sənədinin nəzarətdə saxlanıldığı qeyd edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-133/2023 saylı İcra vərəqəsindən görünür ki, Gəncə çəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə cavabdeh "xxxx" MMC-dən 24241,47 (iyirmi dörd min iki yüz qırx bir manat, 47 qəpik) manat əsas borc, 10103,88 (on min yüz üç manat, 88 qəpik) manat faiz borcu olmaqla cəmi 34345,35 (otuz dörd min üç yüz qırx beş manat, 35 qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutma ipoteka predmeti olan İddiaçı məxsus ünvan 5lı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 30000 (otuz min) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, iddia tələbinin digər hissədə rədd olunması müəyyən edilmişdir. - AR Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(104)-133/2023 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. - AR Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2023-cü il tarixli İddiaçı ünavanlanmış tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-133/2023 saylı, xx.xx.2023-cü il tarxili icra sənədində göstərilən tələbi könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verildiyi,üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi qaydada icra ediləcəyi bildirilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 238 saylı Bildirişdən görünür ki, ünvan 5lı mənzil dəyəri 40000 (qırx min) manat olmaqla xx.xx.2023cü il tarixdə saat 11:00-da ünvan 6 ünvanında açıq hərracın keçirilməsi və hərracda iştirak üçün 2000 (iki min) manat beh məbləği müəyyən edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 238-1 saylı Bildirişdən görünür ki, ünvan 5lı mənzil dəyəri 15 % endirimlə 34000 (otuz dörd min) manat olmaqla xx.xx.2023-cü il tarixdə saat 11:00-da ünvan 6 ünvanında açıq hərracın keçirilməsi və hərracda iştirak üçün 1700 (min yeddi yüz) manat beh məbləği müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixli hərrac təşkilatına ünvanlanmış sifarişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-133/2023 saylı, xx.xx.2023-cü il tarxili İcra sənədinə icrası məqsədi ilə ünvan 5lı mənzilə dair hərracın keçirilməsi barədə sifariş verilmişdir.İcra sənədi üzrə qalıq borc 11725,35 manat,icra ödənişi isə 2434,28 manat olduğu qeyd edilmişdir.Həmçinin əmlakın likvid qiyməti 40.000 manat,minimum satış qiyməti 40.000 manat qeyd edilmişdir. - 28 avqust 2025-ci il tarixli Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1nə ünvanlanmış məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-133/2023 saylı, xx.xx.2023-cü il tarxili İcra sənədi üzrə borclu "Sadiq-2015” MMC-nin ləğv prosesində olan "xxxx" ASC qarşısında borc öhdəlikləri mövcud deyildir.”İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq icra sənədinin icrasına xitam verilməsini xahiş edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixli hərrac təşkilatına ünvanlanmış sifarişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-133/2023 saylı, xx.xx.2023-cü il tarxili İcra sənədinə icrası məqsədi ilə ünvan 5lı mənzilə dair hərracın keçirilməsi barədə sifariş verilmişdir.İcra sənədi üzrə qalıq borc 11725,35 manat,icra ödənişi isə 2434,28 manat olduğu qeyd edilmişdir.Həmçinin əmlakın likvid qiyməti 40.000 manat,minimum satış qiyməti 40.000 manat qeyd edilmişdir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, X1 tərəfindən "xxxx" MMCyə 250 (iki yüz əlli) manat icra ödənişi edilmişdir. - Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-269.2-ci maddə. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-cü maddə. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddə. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 311.2-ci maddə. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 317.1-ci maddə. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddə. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci maddə. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 354.1-ci maddə. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddə. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 416-cı maddə. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 421.1-421.2-ci maddə. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 41.5. Hərrac açıq auksion formasında keçirilir. 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda, habelə elektron hərracda satışınadək (alqı-satqı müqaviləsi bağlananadək, tərəflərin razılığı əsasında həyata keçirilən hərracın nəticələri üzrə protokol imzalananadək, elektron hərracın nəticələri haqqında protokol tərtib olunanadək), yaxud “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən şəhadətnamə verilənədək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 46.2. İpoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.3-1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda; 48.1.3-2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1–48.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır “İcra haqqında” Azərbaycan Respublikası Qanununun : 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddə. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddə. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2-ci maddə. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddə. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşə baxan məhkəmənin mövqeyi İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-133/2023 saylı icra sənədi üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə cavabdeh "xxxx" MMC-dən 24241,47 (iyirmi dörd min iki yüz qırx bir manat, 47 qəpik) manat əsas borc, 10103,88 (on min yüz üç manat, 88 qəpik) manat faiz borcu olmaqla cəmi 34345,35 (otuz dörd min üç yüz qırx beş manat, 35 qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutma ipoteka predmeti olan İddiaçı məxsus ünvan 5lı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 30000 (otuz min) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, iddia tələbinin digər hissədə rədd olunması müəyyən edilmişdir. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh1 sifarişi əsasında 28 avqust 2025-ci il tarixdə hərrac keçirilmiş və baş tutumuşdur. Həmin hərracın nəticələrinə dair 03 sentyabr 2025-ci il tarixli protokol tərtib edilmiş və hərracın qalibi Cavabdeh4 olmuşdur. Hərrac predmeti olan ünvan 5lı mənzilin ilkin satış qiyməti 40000 manat, son satış qiyməti 40400 manat müəyyən edilmişdir. Hazırda iddiaçı Külək” MMC və “X2” tərəfindən 28 avqust 2025-ci il tarixdə keçirilmiş açıq hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, **********28694016 nömrəli “Protokol”un etibarsız hesab edilməsi, ünvan 5lı mənzilə mülkiyyət hüququnun bərpa edilməsi və mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-133/2023 saylı icra sənədi üzrə iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə cavabdeh "xxxx" MMC-dən aralarında bağlanan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tutma ipoteka predmeti olan İddiaçı məxsus ünvan 5lı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 30000 (otuz min) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, LPO "xxxx"ın AZGANJ**********0006A40080 saylı bank hesabına "xxxx" MMC tərəfindən tərəfindən 4900 (dörd min doqquz yüz) manat borc vəsaiti və xx.xx.2025-ci il tarixdə isə 30 manat dövlət rüsumu ödəniş edilmiş və borclu İddiaçı tərəfindən həmin icra sənədi üzrə borc məbləği tam ödənilmişdir. Bununla bağlı iş materialalrında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1nə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubuna əsasən icra sənədi üzrə borclu "xxxx" MMC-nin LPO "xxxx" ASC qarşısında borc öhdəliklərinin mövcud olmaması səbəbilə icra sənədinin icrasına xitam verilməsi xahiş etmiş və həmçinin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Notariat ofisinə ünvanlanan “ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğvi barədə” xx.xx.2025-ci tarixli məktubuna əsasən isə "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 25 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğuna görə İpoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişin və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi xahiş etmişdir. İddiaçı tərəfindən icra sənədi tam həyata keçirilsə də və Ləğv prossesində olan "xxxx" ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1nə borclu "xxxx" MMC-nin LPO "xxxx" ASC qarşısında borc öhdəliklərinin mövcud olmaması səbəbilə icra sənədinin icrasına xitam verilməsi barədə məktub ünvanlansa da hərrac təşkil edilir və mənzil Cavabdeh4 mülkiyyətinə keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı icra sənədi üzrə borcunun tam LPO "xxxx" ASC-yə ödəyərək, icranı tam həyata keçdirdiyi, tələbkarın icra məmuruna müraciət ünvanlayaraq, icraata xitam verilməsini xahiş etdiyi (xx.xx.2025-ci il tarixdə) iş materialları ilə öz təsdiqini tapır. Lakin buna baxmayaraq, xx.xx.2025-ci il tarixdə başlanmış elektron hərrac dayandırılmamış və Cavabdeh4 xx.xx.2025-ci il tarixdə qalib olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının öhdəlikləri icra etdiyi halda ipoteka yüklülüyünə xitam verilməməsi və digər ödənişlər – ekspertiza xərcləri, icra ödənişi və s. Tutulması üçün hərracın keçirilməsi qanunvericiliyə uyğun deyil. Belə ki, həmin məbləğlər borcludan ümumi qaydada tutula bilər. Belə ki, icra sənədində tutmanın ipoteka predmetinə yönəldilməsi qeyd edilir. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 5lı mənzilə dair "xxxx" MMC və “X2” tərəfindən 28 avqust 2025-ci il tarixdə keçirilmiş açıq hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, **********28694016 nömrəli “Protokol”-un etibarsız hesab edilməli, İddiaçı ünvan 5lı mənzilə mülkiyyət hüququnun bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 5lı mənzilə dair "xxxx" MMC və “X2” tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş açıq hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, **********28694016 nömrəli Protokol etibarsız hesab edilsin və İddiaçı ünvan 5lı mənzilə mülkiyyət hüququ bərpa edilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar