Məhkəmə qərarları › İş №2(5-97)-312/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(5-97)-312/2026

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-97)-312/2026 02.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əzizova Şəbnur Rəfail qızı, İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 qarşı “icra qeydinin və ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 qarşı “icra qeydinin və ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 yanvar 2026-cı il tarixli ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında icra qeydinin və 15 avqust 2025-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1, 35.2-ci maddələrinə müvafiq olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 40.1-ci maddəsinə müvafiq olaraq, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - 152.1.3-cü maddəsinə müvafiq olaraq, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. - 152.2, 152.4-cü maddələrinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. - 114.1.3-cü maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması nəticəsində müəyyən olunur ki, İddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən cavabdehlərdən Cavabdeh1 Tovuz rayonu Qəribli kəndində qeydiyyatdadır. Digər cavabdeh olan Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru isə Bakı şəhəri Nəsimi rayonu X1 ev 56 ünvanı üzrə qeydiyyatdan keçmişdir. Yuxarıda istinad olunmuş qanunvericilik normalarının hazırki ərizəyə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin verilməsi zamanı aidiyyət qaydalarına əməl edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 qarşı “icra qeydinin və ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul (Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Şəbnur Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar