Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4419/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Xürrəm oğlu və Cavabdeh4 qarşı mülkiyyət hüququna xitam verilməsi və sair tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Xürrəm oğlu və Cavabdeh4 qarşı mülkiyyət hüququna xitam verilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı mülkiyyət hüququna xitam verilməsi və sair barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, əlavə edilən dövlət rüsumu barədə qəbz artıq başqa məhkəmə işində istifadə edilmişdir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilən qəbz hazırda Bakı Şəhəri Nərimanov Məhkəməsinin icraatında olan 2(005)-4088/2024 saylı mülki işə də əlavə edilmişdir. Həmin mülki iş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə verilmiş və iddia ərizəsi icraata götürülmüşdür. Halbuki, məhkəməyə verilən hər bir iddia ərizəsi üçün ayrıca dövlət rüsumu ödənilməli, eləcə də dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz iş materiallarına əlavə edilməlidir. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini və yaxud dövlət rüsumunun ödənilməsindən azad olmasını təsdiq edən sənəd əlavə edilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xürrəm oğluna münasibətdə geri qaytarılmalıdır. Məhkəmə cavabdehlərdən biri olan Cavabdeh4 münasibətdə isə hesab edir ki, ona münasibətdə iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Belə ki, mülki iş materiallarının tədqiqi zamanı məhkəmə tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh4 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixində verilmişdir. Konstitusiyanın 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Konstitusiyanın 71-ci maddəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilməsə də nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğu daxilində bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Hazırki iş üzrə cavabdehin iddia ərizəsi verilməzdən əvvəl ölməsi isə mövcud vəziyyətdə işin məhkəmə qaydasında baxılmalı olmasını aradan qaldırır. Belə ki, vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırılması yolverilməzdir və bu hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina üçün əsasdır. Həmin Məcəllənin 153.5 və 153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 münasibətdə işə məhkəmədə baxılmalı olmadığından İddiaçı Cavabdeh4 qarşı mülkiyyət hüququna xitam verilməsi və sair tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 münasibətdə işə məhkəmədə baxılmalı olmadığından İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Xürrəm oğlu və Cavabdeh4 qarşı mülkiyyət hüququna xitam verilməsi və sair tələbinə dair iddia ərizəsinin Cavabdeh4 münasibətdə iddianın yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina edilməlidir. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsini və yaxud dövlət rüsumunun ödənilməsindən azad olmasını təsdiq edən sənəd əlavə edilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xürrəm oğluna qarşı mülkiyyət hüququna xitam verilməsi və sair tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.3 və 152.4-cü maddələrinə uyğun olaraq iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Xürrəm oğlu və Cavabdeh4 qarşı mülkiyyət hüququna xitam verilməsi və sair tələbinə dair iddia ərizəsinin Cavabdeh4 münasibətdə, iddianın yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xürrəm oğluna qarşı mülkiyyət hüququna xitam verilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xürrəm oğluna qarşı yenidən müraciət məhkəməyə etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4419/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4419/2024
25.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver