Məhkəmə qərarları › İş №2(005)-4431/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4431/2025

12.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4431/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə dəymiş zərərə görə (112 bir yüz on iki) manat məbləğində pulun, məhkəmə üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KİA RİO” minik markalı, buraxılış ili 2006-cı il olan, **-TS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh tanıyıb onunla yoldaşlıq etdiyini nəzərə alaraq ona inanıb sözügedən nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixli etibarnamə əsasında idarə elmək üçün cavabdehə vermişdir. Lakin cavabdeh nəqliyyat vasitəsini idarə edərkən ayrı-ayrı vaxtlarda yol-hərəkəti qaydalarını pozaraq inzibati xəta törətdiyinə görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və müvafiq məhkəmə qərarları ilə cavabdehin törətdiyi inzibati xətalara görə sürücülük hüququ məhdudlaşdırılmışdır. Lakin cərimələri vaxtında ödəmədiyindən əlavə dəbbə pulu hesablanmış və iddiaçıya məxsus avtomobil üzərinə həbs qoyulmuşdur. Nəticə etibarilə cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdehin bu hərəkətləri səbəbindən iddiaçıya məxsus nəqliyyat vasitəsini hal-hazırda idarə edə bilmir. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində dəymiş zərər tam şəkildə ödənilməlidir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan (yol nişan tələblərinə riayət edilməməsi) inzibati xətanı törətmiş, EQ14809828 nömrəli protokol əsasında barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş, 24 manat dəbbə pulu olmaqla ümumilikdə 64 manat pul vəsaitin ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan (dayanma və durma qaydalarını pozma) inzibati xətanı törətmiş, EQ14240213 nömrəli protokol əsasında, barəsində 20 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş, 12 manat dəbbə pulu olmaqla ümumilikdə 32 manat pul vəsaitin ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə AR İXMnin 328.1-ci maddəsində nəzərdə tutulan (yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/ saat həddində aşmağa görə) inzibati xətanı törətmiş, EQ14430701 nömrəli protokol əsasında barəsində 10 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş, 6 manat dəbbə pulu olmaqla ümumilikdə 16 manat pul vəsaitin ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh İXP ******* nömrəli protokol əsasında barəsində AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan (yol hərəkət qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) inzibati xəta törətmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh İXP ******* nömrəli protokol əsasında barəsində AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan (yol hərəkət qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) inzibati xəta törətmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh İXP ******* nömrəli protokol əsasında barəsində AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan (yol hərəkət qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) inzibati xəta törətmişdir. Bakı şəhəri 32 saylı notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən mülkiyyətçi İddiaçı tərəfindən ona məxsus olan “KİA RİO” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün Cavabdeh 6 ay müddətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilməsi təsdiq edilmişdir. Ödəniş qəbzindən görünür ki,iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan “KİA RİO” minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh 6 ay müddətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək idarə etmək səlahiyyəti vermişdir. Belə ki, həmin etibarnamə Bakı şəhəri 32 saylı notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. Nəqliyyat vasitəsi Cavabdeh istifadəsində olduğu müddətdə onun barəsində EQ14809828, EQ14240213, EQ14430701, İXP ******* , İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar tərtib olunmuşdur. Cavabdeh bu cərimələri uzun müddət ödəmədiyindən cərimələrin üzərinə dəbbə pulu hesablanmış və iddiaçıya məxsus avtomobil üzərinə həbs qoyulmuşdur. İddiaçı Cavabdeh törətdiyi 112 manat məbləğində cərimələri ödəməsi barədə dəfələrlə xəbərdar etməsinə baxmayaraq, Cavabdeh həmin cərimələri ödəməkdən imtina etmişdir. Cavabdeh cərimələri ödəmədiyi üçün avtomobilin üzərinə həbs qoyulmuş və iddiaçı mülkiyyətindən istifadə edə bilməmişdir. Hazırda iddiaçı X1 Cavabdeh “KİA RİO” minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar üçün onun əvəzinə ödəməli olduğu 112 manat pul vəsaitinin və məhkəmədə iddia qaldırılması üçün ödənilən 30 manat mənləğində pulun tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, göründüyü kimi, “KİA RİO” minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh istifadəsində olduğu müddətdə onun barəsində inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilmiş və həmin cərimələr (ümumi 112 manat məbləğində) İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “KİA RİO” minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar üçün onun əvəzinə ödənilmiş 112 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 112 (bir yüz on iki) manat məbləğində pul vəsaiti, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar