Məhkəmə qərarları › İş №2(005)-4495/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4495/2021

04.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4495/2021 04.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər “Respublika Xammal və X20” MMC və "xxxx" QSC-yə qarşı “çıxarışın etibarsız edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Respublika Xammal və X20” MMC və "xxxx" QSC-yə qarşı “çıxarışın etibarsız edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə "xxxx" ASC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin iddia tələbi qismən təmin edilmiş, İddiaçı, X1 və X2 müştərək qayda da "xxxx" QSC-nin xeyrinə 17R000006395 saylı kredit 42440,54 ABŞ dolları əsas kredit borcu, 11475,07 ABŞ dolları faiz borcu, 5347,51 ABŞ dolları cərimə borcu, 17K000000105 saylı kredit razılaşması üzrə isə 4988,61 ABŞ dolları əsas kredit borcu, 535,66 ABŞ dolları faiz borcu, 1364,70 ABŞ dolları cərimə borcu, hər iki razılaşma üzrə ümumilikdə 66152,09 ABŞ dolları məbləğində pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilinəsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı "xxxx" QSC-nin xeyrinə tutulması, tutma İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 50.38 kv.m ümumi sahədən ibarət 42 saylı mənzilə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ipoteka predmeti, ilkin satış qiyməti 43926,40 manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 50.38 kv.m ümumi sahədən ibarət 42 saylı mənzilin aşıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cəmi 66152.09 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün edənilmiş 30 manat məbləğində dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait hesabına borcun tam ödənilməsindən və hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsaitin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı, X1 və X2 ümumi qayda da tutulması qət edilmişdir. X9, X14, X4, X10 və X11 qarşı 42698,90 manat əsas borc, 6042,85 manat faiz borcu, 182,94 manat cərimə olmaqla ümumilikdə 48924,69 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Ə.T.Əyyubovdan alınaraq iddiaçıya ödənilməsi, tələbin Ə.T.Əyyubova məxsus olan ünvan 2 ünvanda yerləşən 0,01605 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, ümumi sahəsi 133 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzildə qeydiyyatda olan cavabdehlərin və onların ailə üzvlərinin evdən çıxarılmaları, tutmanın evə yönəldilməsi, həmin mənzilin məcburi qaydada boşaldılaraq ilkin satış qiymətinin 100000 manat müəyyən edilməklə açıq hərracda satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən məbləğlərin banka ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Apelyasiya Məhkəməsinə şikayət verilsadə təmin edilməmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli İcra vərəqəsinə əsasən iş icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icrası zamanı ona məxsus əmlak üzərində hərracın keçirilməsi üçün "Respublika Xammal və X26" MMC-yə göndərilmişdir. Lakin "Respublika Xammal və X26 " MMC tərəfindən 04.09 2020-ci il tarixində ona yalnız "xxxx" QSC-yə edilən təklifin surəti göndərilmişdir. Hər hansı bir tarixdə keçirilmiş hərracla bağlı xəbərdar edilməmiş və hər hansı məlumatlandırma olmamışdır. Eləcə də bilərəkdən onun iştirakı təmin edilməmiş və evin qiyməti həddindən artıq aşağı salınaraq tələbkarın özünə satılması üçün təklif məktubu göndərilmişdir. Tərəfindən "Respublika Xammal və X26" MMC-nin ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus mənzilin açıq hərracda satılması barədə hərracın keçirilməsi barədə yekun protokolunun etibarsız sayılması barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-571/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Tərəfindən mövcud qətnamədən Apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3980/2021 saylı qətnaməsinə əsasən şikayəti təmin edilməmişdir. Hazırda tərəfindən verilən Kassasiya şikayəti Ali Məhkəmənin hakimi Vüqar Həsənovun icraatındadır və məhkəmə prosesi 30.09.2021-ci ilə saat 10:30-a təyin edilmişdir. Göründüyü kimi çıxarışın verilməsinə səbəb olan alqı-satqı üzrə yekun protokol məhkəmədə mübahisələndiyi halda cavabdehlər əlbir olaraq birləşərək uydurma əqd əsasında çıxarış almışlar. O və ailə üzvləri hazırda həmin evdə yaşayır və çıxarışı almış tərəf onların hüquqlarını pozaraq dövlət orqanlarına müraciət edərək işıq və qazı kəsmək üçün müraciət etmişlər. Hazırda qaranlıq vəziyyətdə yaşamaq məcburiyyətində qalmışlar. Bütün bu səbəblərdən mövcud çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X13 iddiaçı gəlmədiyindən onun iştirakı olmadan işə baxılmasını və bu barədə ərizəsini məhkəməyə təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi "xxxx" MMC-nin 18.09.2020-ci il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 30/05 saylı protokolununun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzili ilkin satış qiyməti 43926,40 manat müəyyən edilmişdir. Əmlakın satış qiyməti 28003,08 manat, alıcı "xxxx" QSC-dir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 42 "xxxx" QSC-nin mülkiyyətindədir. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədov X3 rayonu, Dağtumas kəndində qeydiyyatdadır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3980/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-571/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Xammal və X24 Mərkəzi "xxxx" MMC-yə, cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" QSC və Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin 04.02.2020-ci il tarixli, 17/75-8İ1005 nömrəli hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-13/2018 saylı, 03.05.2018-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə tələb girov predmeti olan İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 50.38 kv.m ümumi sahədən ibarət 42 saylı mənzilə yönəldilməsi 43926,40 manat müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsi "xxxx" MMC-dən xahiş edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli İcra vərəqəsindən görünür ki, İddiaçı, X1 və X2 müştərək qayda da "xxxx" QSC-nin xeyrinə 17R000006395 saylı kredit 42440,54 ABŞ dolları əsas kredit borcu, 11475,07 ABŞ dolları faiz borcu, 5347,51 ABŞ dolları cərimə borcu, 17K000000105 saylı kredit razılaşması üzrə isə 4988,61 ABŞ dolları əsas kredit borcu, 535,66 ABŞ dolları faiz borcu, 1364,70 ABŞ dolları cərimə borcu, hər iki razılaşma üzrə ümumilikdə 66152,09 ABŞ dolları məbləğində pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilinəsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı "xxxx" QSC-nin xeyrinə tutulması, borc məbləği qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatı məzənnə nisbətində mülli valyuta ilə hesablanaraq tutulması, tutma İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 50.38 kv.m ümumi sahədən ibarət 42 saylı mənzilə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ipoteka predmeti, ilkin satış qiyməti 43926,40 manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 50.38 kv.m ümumi sahədən ibarət 42 saylı mənzilin aşıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cəmi 66152.09 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün edənilmiş 30 manat məbləğində dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait hesabına borcun tam ödənilməsindən və hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsaitin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı, X1 və X2 ümumi qayda da tutulması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin "xxxx" QSC-yə, İddiaçı, X5, X8 ünvanlanmış 04.09.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 42 saylı mənzilinin təkrar hərracın baş tutumaması səbəbindən, “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 28003,08 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. "xxxx" MMC tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı, X5, X8 ünvanlanmış 19.06.2020-ci il tarixli № 01/1168 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin 17/75-8İ 1005 saylı, 04.02.2019-cu il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-13/2018 saylı, 03.05.2018-ci il tarixli İcra vərəqəsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 42 saylı mənzilinə tutmanın yönəldilməsi və 37337,44 manat satış qiymətinə hərracda satılması, həmçinin hərracın 06.07.2020-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı, X5, X8 ünvanlanmış 19.08.2020-ci il tarixli № 01/1348 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin 17/75-8İ 1005 saylı, 04.02.2019-cu il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-13/2018 saylı, 03.05.2018-ci il tarixli İcra vərəqəsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 42 saylı mənzilinə tutmanın yönəldilməsi və 37337,44 manat satış qiymətinə hərracda satılması, həmçinin hərracın 01.09.2020-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi bildirilmişdir. 19-25 iyun 2020-ci il tarixli 214 (214) tirajlı “Birja Yenilikləri” qazetində qeyd olunan əmlakla bağlı Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi "xxxx" MMC tərəfindən elan yerləşdirilmişdir. 19 avqust 2020-ci il tarixli 216 (216) tirajlı “Birja Yenilikləri” qazetində qeyd olunan əmlakla bağlı Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi "xxxx" MMC tərəfindən elan yerləşdirilmişdir. "xxxx" MMC tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı, X5, X8 ünvanlanmış 19.05.2020-ci il tarixli № 01/967 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin 17/75-8İ 1005 saylı, 04.02.2019-cu il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-13/2018 saylı, 03.05.2018-ci il tarixli İcra vərəqəsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 42 saylı mənzilinə tutmanın yönəldilməsi və 37337,44 manat satış qiymətinə hərracda satılması, həmçinin hərracın 05.06.2020-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı, X5, X8 ünvanlanmış 13.03.2020-ci il tarixli № 01/01/710 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin 17/75-8İ 1005 saylı, 04.02.2019-cu il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-13/2018 saylı, 03.05.2018-ci il tarixli İcra vərəqəsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 42 saylı mənzilinə tutmanın yönəldilməsi və 37337,44 manat satış qiymətinə hərracda satılması, həmçinin hərracın 27.03.2020-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı, X5, X8 ünvanlanmış 07.02.2020-ci il tarixli № 01/302 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin 17/75-8İ 1005 saylı, 04.02.2019-cu il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-13/2018 saylı, 03.05.2018-ci il tarixli İcra vərəqəsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 42 saylı mənzilinə tutmanın yönəldilməsi və 43926,40 manat ilkin satış qiymətinə hərracda satılması, həmçinin hərracın 10.03.2020-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi bildirilmişdir. “FM Express” Məktub və Bağlama Daşıması Xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı, X12 və X6 ünvanlanmış məktublar ünvan 4işdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılara uyğun olaraq əsaslandırılmasını məqbul hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən,auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, Cəbrayıl Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin iddia tələbi qismən təmin edilmiş, İddiaçı, X1 və X2 müştərək qayda da "xxxx" QSC-nin xeyrinə 17R000006395 saylı kredit 42440,54 ABŞ dolları əsas kredit borcu, 11475,07 ABŞ dolları faiz borcu, 5347,51 ABŞ dolları cərimə borcu, 17K000000105 saylı kredit razılaşması üzrə isə 4988,61 ABŞ dolları əsas kredit borcu, 535,66 ABŞ dolları faiz borcu, 1364,70 ABŞ dolları cərimə borcu, hər iki razılaşma üzrə ümumilikdə 66152,09 ABŞ dolları məbləğində pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilinəsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı "xxxx" QSC-nin xeyrinə tutulması, tutma İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 50.38 kv.m ümumi sahədən ibarət 42 saylı mənzilə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ipoteka predmeti, ilkin satış qiyməti 43926,40 manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 50.38 kv.m ümumi sahədən ibarət 42 saylı mənzilin aşıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cəmi 66152.09 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün edənilmiş 30 manat məbləğində dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait hesabına borcun tam ödənilməsindən və hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsaitin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı, X1 və X2 ümumi qayda da tutulması qət edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-13/2018 saylı, 03.05.2018-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə tələb girov predmeti olan İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 50.38 kv.m ümumi sahədən ibarət 42 saylı mənzilə yönəldilməsi 43926,40 manat müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsi Abşeron rayon İcra və Probasiya şöbəsi "xxxx" MMC-yə həvalə etmişdir. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzili ilkin satış qiyməti 43926,40 manat müəyyən edilmişdir. Əmlak 28003,08 manat qiymətə "xxxx" QSC-yə təklif olunmuş və sonuncu tərəfindən təklif qəbul olunaraq əmlak əldə edilmişdir. İddiaçı keçirilmiş açıq hərrac barədə məlumatı olmadığını iddia etməkdədir. Məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş hərrac sənədləri məhkəmə iclasında tədqiq olunaraq o da müəyyən edilmişdir ki, hərrac təşkilatı tərəfindən mülki qanunvericliyin tələblərinə uyğun olaraq “Birja Yenilikləri” qazetində qeyd olunan əmlakla bağlı "xxxx" MMC tərəfindən elan yerləşdirilmiş və hərrac barədə tərəflərə bildiriş göndərilmişdir. Hərracla bağlı bildirişlər İddiaçı yaşayış ünvanı olan, habelə iddiaçının faktiki vermiş olduğu iddia ərizəsində də göstərdiyi ünvan 4işdir. Sadalanan “İcra haqqında” Qanunun tələblərindən göründüyü kimi Göründüyü kimi əmlakların həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin İddiaçı yaşayış ünvanı olan ünvan 4əsində "xxxx" MMC haqlı olmuşdur. Belə ki, iddiaçının faktiki vermiş olduğu qeydiyyyat və yaşayış ünvanı iddia ərizəsindən də görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 42 olaraq iddiaçı qeyd etmişdir. İddiaçı yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.2-ci maddəsinə görə 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi açıq hərracın nəticələrinə dair yekun protokol əsasında Cavabdeh2 QSC-nə dövlət qeydiyyatı üçün əsaslı olaraq çıxarış verilmişdir. O da qeyd edilməlidir ki, mülki qanunvericilikdə yalnız əqdlərin etibarsızlığı nəzərdə tutulmuşdur. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına dair çıxarış əmlak üzərində mülkiyyət hüququnun olmasını təsdiq edən sənəddir. Bu baxımdan daşınmaz əmlaka hüquqları təsdiq edən çıxarışın etibarsızlığı ilə bağlı tələbin təmin edilməsi qanunvericiliyin tələbləri baxımından istisnalıq təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər “Respublika Xammal və X20” MMC və "xxxx" QSC-yə qarşı “çıxarışın etibarsız edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar